Türkiyə, İran və Qazaxıstan istisna olmaqla isə digər bütün qonşularından öndədir [7].
BMT-nin, Dünya bankının, nüfuzlu beynəlxalq təsisatların, habelə ayrı-ayrı ölkələrin
milli statistika xidmətlərinin hesabatlarında mühüm reytinq təyinatları üzrə Azərbaycan 195 ölkə
sırasında mütləq əksər göstəricilər üzrə ilk yüzlüyə, 70% və 50% makrogöstəriciləri ilə müvafiq
olaraq 50-70-ci sıralarda yer tutur. Ümumilikdə götürüldükdə
isə bütün parametrlər üzrə
Azərbaycanın dünya dövlətləri təsnifatında mövqeyi ortalamada 50-ci sırada dayanır. Elə
göstəricilər var ki, Azərbaycan hətta qəti olaraq 30-40-cı yerləri tutur [6].
ÜDM göstəricilərinə baxdıqda Azərbaycan dünya dövlətləri təsnifatında 70-ci sıradadır.
Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankının reytinq düzümündə həmin mövqe
təsbit ediləndir. Bu göstərici
üzrə Azərbaycan Rusiya, Qazaxıstan və Ukrayna istisna olmaqla,
MDB-nin başqa dövlətlərindən, həmçinin də Rusiya, Türkiyə, İran və Qazaxıstan istisna olmaqla
digər bütün qonşularından öndədir. Adambaşına düşən ÜDM təsnifatına görə də Azərbaycan 70
ölkə sırasında qərar tutur. Bu göstəriciyə görə Azərbaycan Estoniya, Litva, Latviya,
Rusiya və
Qazaxıstan istisna olmaqla, digər bütün keçmiş Sovet Respublikalarından, həmçinin də Rusiya,
Türkiyə və Qazaxıstan istisna olmaqla, digər bütün qonşularından öndə dayanır.
Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik” indeksi də ölkələr reytinqinin
müəyyənləşdirilməsində
aparıcılığı
ilə
fərqlənir.
Forumun
dərc
etdiyi
“Qlobal
rəqabətqabiliyyətlilik 2014-2015” hesabatına əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”
üzrə Azərbaycan dünyanın 144 ölkəsi arasında 38-ci yerdə qərar tutur. Bu göstərici üzrə
Azərbaycan MDB məkanında lider mövqedə dayanır [8].
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (
CIA
) hər il yayımladığı “The World Factbook”
nəşri və milli statistika xidmətlərinin hesabatlarına
əsaslanaraq, Azərbaycan ixracat reytinqinə
görə 60-cı sıralarda yer tutur. Bu göstəricisi üzrə də Azərbaycan Rusiya, Qazaxıstan və Ukrayna
istisna olmaqla, digər bütün keçmiş Sovet Respublikalarından, Rusiya, Türkiyə, İran və
Qazaxıstan istisna olmaqla, digər bütün qonşularından öndədir.
Son illərin tədqiqat nəticələrinə görə Azərbaycan biznes mühitinin yaxşılaşdırılması
sahəsində dünyanın ən islahatçı ölkəsi kimi irəli çıxmışdır. O, bu
göstərici üzrə keçmiş sovet
respublikalarından Qazaxıstan, Rusiya və Ukrayna kimi ölkələrdən, həmçinin də qonşu Türkiyə
və İrandan öndədir.
“Standard & Poor's”, “Fitch”, “Moody’s” kimi təşkilatlar Azərbaycanın kredit reytinqini
pozitiv qiymətləndirirlər. Neftin qiymətinin kəskin enişi, ayrı-ayrı makroregionlarda və
ümumilkdə dünya iqtisadiyyatında gedən böhranlı
vəziyyətlərə baxmayaraq, hazırda da
Azərbaycan öz kredit reytinqlərini qoruyub saxlayır [7].
Maliyyə müstəqilliyini xarakterizə edən Dövlət Borcu Reytinqinə də nəzər yetirdikdə
görərik ki, Azərbaycan dövlət borclarının ÜDM-dəki payı göstəricisi ən aşağı sıralarda yer alır.
Bu göstərici üzrə Azərbaycan bütün keçmiş sovet respublikalarından, həmçinin də bütün qonşu
ölkələrdən daha yaxşı mövqedə dayanır.
KOF - Qloballaşma İndeksi üzrə də Azərbaycan keçmiş sovet respublikalarından
Qırğızıstan, Ermənistan, Belarus,
Tacikistan, Özbəkistandan və Türkmənistandan, həmçinin də
qonşu İrandan öndədir.
Azərbaycan həmçinin “Cinni indeksi”nə görə keçmiş sovet respublikalarından Rusiya,
Türkmənistan, Gürcüstan, Moldova, Ermənistan
və Özbəkistan, həmçinin də Qazaxıstan istisna
olmaqla, bütün qonşu ölkələrdən daha yaxşı vəziyyətdədir.
Azərbaycanın “İnsan İnkişafı İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Dünya İdarəetmə
İndeksi” və “Həyat Keyfiyyəti Reytinqi” kimi göstəriciləri sistemində reytinqi mötədildir.
Bütün bunlar pozitiv inkişaf ssenarisində Azərbaycanın yaxın perspektivdə ən güclü 50-