121
Ibni Kəvva da bu ayəni tilavət etməklə tam həyasızlıqla Peyğəmbər (s)-
dən sonrakı ilk mömini
müşrik hesab edərək deyirdi ki, o,
Allahdan qeyrisini
hökmdə şərik qərar vermişdir! Biz sonralar "ilahi hakimiyyət" barəsində
ətraflı şəkildə söhbət edəcəyik.
3-"La hukmə illa lillah" şüarının verilməsi.
Xəvaric öz mövcudiyyətini elan etmək və Imam (ə)-ın hökuməti ilə
müxalifətçiliyini bildirmək üçün dəfələrlə həm məsciddə, həm də kənarda
bu şüarı verirdilər. Qurandan götürülən bu şüar bir neçə ayədə gəlmişdir:
1)
"Hökm yalnız Allaha məxsusdur. O, haqqa əmr edir və O, qəzavət
edənlərin ən yaxşısıdır."
1
2)
"Agah ol ki, hökm yalnız Ona məxsusdur və O, hesab çəkənlərin ən
sürətlisidir."
2
3)
"Hökm yalnız Allaha məxsusdur. Əmr etmişdir ki, Ondan qeyrisinə
ibadət etməyəsiniz."
3
4)
"Hökm yalnız Allaha məxsusdur. Ona təvəkkül etmişəm, təvəkkül
edənlər də yalnız Ona təvəkkül etməlidirlər."
5)
"Həmd və sitayiş dünya və axirətdə yalnız Ona məxsusdur, hökm
Onunkudur və Ona tərəf qayıdacaqsınız."
4
6) "Əgər Ona iman gətirsəniz, (bilin ki,) hökm böyük və əzəmətli olan
Allaha məxsusdur."
Bu ayələrdən "hökm"ün yalnız Allaha məxsus olduğu, Ondan qeyrisinə
aid etməyin isə şirk hesab olunması düşünülür. Amma başqa bir ayədə qeyd
edilir ki,
"Biz Bəni-Israilə kitab, hökm və nübüvvət verdik."
5
Digər bir
ayədə Allah-Taala Peyğəmbərə əmr edir ki, haqq əsasında hökm etsin:
"Onların arasında, Allahın nazil etdiyi hökm əsasında qəzavət et və
onların həvayi-nəfslərinə tabe olma." Başqa bir yerdə Allah-Taala həzrət
Davuda əmr etmişdir ki, camaatın arasında haqq ilə hökm (qəzavət) etsin.
Çox acınacaqlı və kədərləndirici haldır ki, Imam (ə) bir ovuc cahil və
nadanların arasına düşmüşdü. Onlar ayələrin zahiri mənalarına əsaslanaraq
hay-küy qoparır, camaatı yoldan azdırırdılar. Xəvaric əsas etibarı ilə Quran
qariləri və Quran hafizləri idi. Lakin Peyğəmbər (s)-in buyurduğu kimi
"Quran onların sinə və boğazlarından uzağa getmir, onların ruhlarına
hopmurdu." Onlar Imam (ə) kimi həqiqi Quran təfsirçilərinin, yaxud da o
həzrətin tərbiyə etdiyi şagirdlərin yanına gedib ilahi ayələrin düzgün məna
və məfhumlarını öyrənmək, hansı mənada olan hökmün yalnız Allaha
məxsus olduğunu bilmək istəmirdilər.
Qeyd etdiyimiz kimi, hökmün çoxlu mənaları var ki, onları qısa şəkildə
qeyd edirik:
1-Yaradılış aləmində tədbir, eləcə də ilahi istəyin, məşiyyətin nüfuzlu
1
"Ənam" surəsi,, 57
2
"Ənam" surəsi,, 64
3
"Yusif" surəsi,, 40
4
"Qəsəs" surəsi,, 70
5
"Casiyə" surəsi,, 16
122
olması;
1
2-Şəriət
və qanun qoyma;
2
3-Cəmiyyətə haqq olan bir üsul surətində hakimiyyət edib onlara istila
tapmaq.
3
4-Camaatın ixtilaflı məsələlərində ilahi qanun əsasında qəzavət etmək.
4
5-Bir ilahi əmanətdar kimi cəmiyyətə rəhbərlik etmək.
5
Deməli, "hökm" sözünün müxtəlif mənaları, daha doğrusu, müxtəlif
işlənmə yerləri vardır. Belə isə, bir ayənin sadəcə zahiri mənasına istinad
edərək Siffeyndə həkəmeynə müraciət etməyi ayə ilə müxalif hesab etmək
olarmı?! Əvvəlcə hansı hökmün yalnız Allaha məxsus olmasını, sonra isə
Imam (ə)-ın əməlini araşdırıb onu Quranla müqayisə etmək lazımdır. Imam
(ə) yerindəcə özünün məxsus səbir və hövsələsi ilə bəzi dəlillər gətirərək
ayələrin həqiqi məna və məqsədlərini onlara başa salırdı. Lakin bütün ilahi
peyğəmbərlər və dünya islahatçıları inadkarlıq və nadanlıq dərdini müalicə
etməkdə aciz qalmışlar. Biz qeyd olunan ayələrin məfhumlarını təhlil
etməzdən öncə, xəvaricin inadkarlıqları və öz başınaçılıqları yaxşıca
aydınlaşsın deyə, onların bəzi kəskin rəftarlarını nəql edirik.
IMAM (Ə)-IN ALICƏNABLIĞI
Əli (ə)-ın yerinə hər bir qüdrət sahibi olsaydı, ölkə başçısını müşrik və
kafir adlandıran bu ədəbsizləri tənbeh edərdi. Lakin Imam (ə) qüdrət
sahiblərinin əksəriyyətinin əksinə olaraq onlara tam açıqürəklilik göstərir,
onlarla alicənablıqla davranırdı. Bir gün Imam (ə) xitabə kürsüsündə oturub
camaata nəsihət edirdi. Birdən xəvaricdən olan bir nəfər məscidin
küncündən fəryad çəkib dedi:–
"La hukmə illa lillah!" Onun sözü
qurtaranda başqa birisi durub həmin şüarı təkrar elədi, sonra bir dəstə adam
qalxıb xorla həmin şüarı təkrar etdilər. Imam (ə) onlara cavab verərək
buyurdu:–Zahirdə haqq sözdür, amma onlar batili nəzərdə tuturlar (Sonra
buyurdu:) Bizimlə olduğunuz vaxta qədər sizə üç hüquq verilir (nalayiq
hərəkətləriniz bu hüquqları almağınıza mane olmayacaqdır):
1-Sizin namaz qılmaq üçün məscidə gəlməyinizə maneçilik törətmirik.
2-Bizimlə əlbir olduğunuz (və düşmənlərə qoşulmadığınız) vaxta qədər
sizi beytül-maldan məhrum etmirik.
3-Nə qədər ki, müharibəyə başlamamısınız, sizinlə vuruşmayacağıq.
6
Başqa bir gün Imam (ə) məsciddə nəsihət etməyə məşğul ikən,
xəvaricdən bir nəfər şüar verdi və camaatın diqqətini özünə cəlb etdi. Imam
(ə) buyurdu:–Haqq sözdür, lakin batil məqsədlə deyilir. (Sonra əlavə etdi:)
Əgər sükut etsələr, onlarla başqaları kimi rəftar edəcəyik, yox əgər yenə
danışsalar, cavablarını verəcəyik.
Əgər qiyam etsələr, onlarla vuruşacağıq.
1
"Yusif" surəsi,, 67
2
"Ənam" surəsi,, 57
3
"Yusif" surəsi,, 40
4
"Maidə" surəsi,, 49
5
"Casiyə" surəsi, 16
6
"Tarixi-Təbəri", 4-cü cild, səh.53