119
dönərək onu, hətta şirk və dindən çıxmaq qədər günah və qanunsuz bir iş
hesab etdilər, özləri tövbə etdilər, Imam (ə)-dan da tələb etdilər ki, o da öz
"günahını" boynuna alıb sonra tövbə etsin, həkəmiyyətin nəticəsi elan
olunmazdan qabaq yenidən qoşun yeridib Müaviyə ilə müharibəni davam
etdirsin.
Amma Əli (ə) günaha yaxın düşən, qanunsuz bir işi qəbul edən və
bağlanan əhdnaməni pozan bir adam deyildi. Imam (ə) onların
parçalanmalarına əhəmiyyət vermədi, Kufəyə daxil olandan sonra adi
qaydada yaşamağa başladı. Amma inadkar xəvariclər öz mənfur
məqsədlərinə çatmaq üçün müxtəlif tədbirlərə əl atırdılar. O cümlədən:
1-Imam (ə)-ı əhdnaməni pozmağa vadar etmək üçün onunla xüsusi
görüşlər
keçirmək;
2-Camaat namazında
iştirak etməmək;
3-Məsciddə Imam (ə)-ın
əleyhinə kəskin şüarlar vermək;
4-Əli (ə)-ı və Siffeyn əhdnaməsini möhtərəm sayanların hamısını kafir
hesab etmək;
5-Ayrı-ayrı şəxsiyyətlərə sui-qəsd etmək, Iraqda təhlükəsizliyi aradan
aparmaq;
6-Silahlı qiyam edib Imam (ə)-ın hökuməti ilə qarşılaşmaq.
Bunların müqabilində Imam (ə) da onların fitnəsini yatırtmaq üçün bəzi
işlər görürdü. O işlər aşağıdakılarda xülasələnir:
1-Siffeyndə həkəmiyyət barədə özünün seçdiyi mövqeyi aydınlaşdıraraq,
onunla elə əvvəldən müxalif olduğunu, təzyiqdən başqa bir şeyin onu
imzalamağa məcbur etmədiyini aşkar etmək.
2-Özünün məntiqi və kəsərli sözləri ilə onların bütün iradlarına cavab
vermək.
3-Ibni Abbas kimi şəxsiyyətləri göndərərək onların fikirlərini
aydınlaşdırıb düz yola hidayət etmək.
4-Ümumi halda onların sükut edənlərinə, hərçənd rəy və fikirləri
dəyişməsə belə, başqa müsəlmanlarla heç bir təfavütləri olmayacağını
demək. Buna görə də onların payını beytül-maldan verirdi, maaşlarını da
kəsməmişdi.
5-Əbdüllah ibni Xubbabı və onun hamilə arvadını qətlə yetirən
xəvaricləri təqib etmək.
6-Onların silahlı qiyamlarına cavab verib fəsadın kökünü kəsmək.
Bu bəndlərdə qeyd olunanlar bizim bəhsimizin əsas mövzusunu təşkil
edir. Xoşbəxtlikdən tarixdə bu hadisələr dəqiq şəkildə yazılıb saxlanmışdır.
Biz onların hamısını aşağıda qeyd edirik:
1-Xüsusi görüşlər keçirmək
Bir gün xəvaricin başçılarından ikisi–Zərqət Tai və Hərqus Imam (ə)-ın
hüzuruna gəldilər, onların arasında çox kəskin danışıqlar oldu:
Hərqus:–Öz xətandan tövbə et və həkəmiyyət məsələsindən geri qayıt.
Sonra bizi Müaviyə ilə müharibəyə göndər. Onunla müharibə edib Allahla
görüşə nail olaq!
Imam (ə):–Mən bunu istəyirdim, amma siz Siffeyndə mənim üstümə
qalxdınız, həkəmiyyəti mənə siz qəbul etdirdiniz. Indi biz onlarla müqavilə
120
imzalamış, müəyyən şərtləri qəbul edərək onlarla əhd bağlamışıq. Allah-
Taala buyurur:
"Ilahi əhd-peymanlara, əhd-peyman bağladığınız vaxt
vəfalı qalın və öz andlarınızı möhkəmlədəndən sonra sındırmayın, halbuki
Allahı bu andlarınıza zamin seçmisiniz. Allah etdiklərinizdən agahdır."
Hərqus:–Bu
bir günah idi, gərək ondan tövbə edəsən!
Imam (ə):–Bu, günah yox, rəydə bacarıqsızlıq və tədbirdə zəiflik idi
(səbəbkarı da siz özünüz idiniz). Mən əvvəldə sizi bu işdən xəbərdar etdim,
sizin qabağınızı almağa çalışdım.
Zərqət:–Allaha and olsun, əgər kişilərin Allahın Kitabında
həkəmiyyətinə son qoymasan, Allahın razılığı üçün səninlə vuruşacağıq!
Imam (ə) qəzəbli halda:–Ay bədbəxt! Necə də pis adamsan! Səni
görürəm ki, tezliklə öldürüləcəksən və külək torpağı üstünə tökəcək!
Zərqət:–Elə bunu arzu edirəm!
Imam (ə):–Şeytan ikinizin də əqlini əlinizdən almışdır. Allahın
əzabından qorxun, uğrunda döyüşdüyünüz bu dünyada heç bir mənfəət
yoxdur!
Bunu eşidib hər ikisi "la hukmə illa lillah" şüarını verərək Imam (ə)-ın
hüzurundan çıxıb getdilər.
1
2-Camaat namazından ayrılmaqla hökumətə etiraz.
Namazı camaatla birlikdə qılmaq müstəhəbdir, təklikdə (fürada) qılmaq
isə günah deyildir.
2
Amma islamın əvvəllərində vəziyyət tamamilə
başqa cür
idi, belə ki, camaat namazında ardıcıl olaraq iştirak etməmək hökumətə qarşı
etiraz, nifaq və ikiüzlülük əlaməti idi. Buna görə də rəvayətlərdə namazın
camaatla qılınmasına dair çoxlu təkidlər olunmuşdur.
Xəvaric məscidə gəlir, amma camaat namazında iştirak etməməklə öz
müxalifətlərini aşkar edir, namaz başlayanda çox kəskin şüarlar verməyə
başlayırdılar. Bir gün Imam (ə) namaz qılanda, xəvaricin başçılarından biri
olan Ibni Kəvva etiraz əlaməti olaraq bu ayəni oxudu:
"Sənə və səndən
qabaqkı peyğəmbərlərə vəhy olundu ki, əgər şirk əməli əncam versən,
əməlin puç olacaq və ziyankarlardan olacaqsan."
3
Imam (ə) tam mətanət və təmkinlə, həmçinin Quranın hökmü ilə
"hər
vaxt Quran tilavət olundusa, ona qulaq asın və aram olun, bəlkə ilahi
rəhmətdə olasınız"
4
-ayəsinin hökmünə görə sükut etdi, ibni Kəvva ayəni
qurtardıqdan sonra namazını davam etdirdi. Lakin o, ayəni yenidən oxudu,
Imam (ə)-da sükut etdi. Ibni Kəvva bu işi bir neçə dəfə təkrar etdi, Imam (ə)
da təmkinlik göstərdi. Nəhayət Imam (ə) aşağıdakı ayəni oxumaqla ona elə
cavab verdi ki, həm öz namazına xələl gəlmədi, həm də ibni Kəvvanı
susdurdu:
"Səbir et, həqiqətən Allahın vədəsi haqdır. Mömin olmayanların
işləri səni qəzəbləndirməsin!"
5
1
"Tarixi-Təbəri", 4-cü cild, səh.53
2
"Vəsailuş-şiə", 5-ci cild, səh.370
3
"Zümər", ayə65
4
"Əraf" surəsi, 204
5
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.269; "Tarixi-Təbəri", 4-
cü cild, səh.54