Ön söz 5 GiriĢ



Yüklə 4,05 Mb.
səhifə15/101
tarix19.12.2023
ölçüsü4,05 Mb.
#150859
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
Bağırov Bagır-Neft-qaz mədən geologiyası

S t r u k t u r l a r d a k ə s i l i ş l ə r i n ö y r ə n i l m ə s i. Hər hansı bir strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir.
Quyular qazılarkən baltanın keçdiyi hər bir layın yatma dərinliyi, qalınlığı, litoloji tərkibi, neft-qazlılığı və s. göstəricilər haqqında məlumatlar əldə edilməli və xüsusi cədvəl və qrafiklərdə əks etdirilməlidir. Bütün bu məlumatları əyani göstərmək üçün hər bir quyu üçün şaquli kəsiliş sütunu tərtib edilir. Sütun müəyyən miqyasla (məsələn, 1:500, 1:1000) qurulur və ardıcıl olaraq aşağıdakı əməliyyatların yerinə yetirilməsini nəzərdə tutur: lay dəstələrinin, horizontların
və nəhayət layların ayrılması və geoloji-geofiziki məlumatlarının şərhi. Burada müxtəlif stratiqrafik çöküntü komplekslərinin geoxronoloji yaşı, ümumi və effektiv qalınlığı, neftliliyi, qazlılığı və s. göstəricilərinin geoloji-petrofiziki (kern) və geofiziki qiymətlərinin alınması və təhlili nəzərdə tutulur.
Strukturda (onun müxtəlif sahələrində) sonralar ikinci, üçüncü və s. quyular qazıldıqda da eyni yanaşmalarla onların geoloji-geofiziki kəsilişləri tərtib olunur və bir-biri ilə müqayisə olunur. Bu kəsilişlərin müəyyən istiqamətlərdə (eninə və uzununa) izlənilməsi isə son nəticədə öyrənilən strukturun daxili quruluşu haqqında məlumatların alınmasına kömək edir.
Strukturda qazılmış quyuların kəsilişlərinin bu cür müqayisəsinə mədən geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.

    1. Regional korrelyasiya. Adından göründüyü kimi bu əməliyyat region (hövzə) miqyasında aparılır və buranın geoloji quruluşunun ilkin öyrənilməsində istifadə edilir. Regionun müxtəlif strukturlarında qazılan quyuların kəsilişlərinin stratiqrafik bölünməsi, çöküntü komplekslərinin lay dəstələrinə (bəzən laylara) ayrılması, onların qalınlıqları və dəyişmə intervalları haqqında ən ümumi məlumatlar əldə edilir.

Regional korrelyasiya materiallarından əsasən axtarış və kəşfiyyat işlərində istifadə edilir.

    1. Ümumi korrelyasiya. Korrelyasiyanın bu üsulu konkret strukturlarda qazılmış quyuların kəsilişlərinin müqayisəsini təmin edir ki, bu da həmin strukturun quruluşu haqqında məlumatlar almağa imkan verir. Bu mərhələdə strukturun kəsilişində gedən laylaşmanın xarakteri, neft-qazlılıq imkanları və s. haqqında ilkin məlumatların alınması təmin olunur.

Bu dövrdə yataq üçün normal və tipik kəsilişlər tərtib edilir. Nəzərə almaq lazımdır ki, neft yataqlarının böyük əksəriyyəti müxtəlif yatma bucaqları ilə səciyyələnən laylarla əlaqədardır. Bu səbəbdən və quyu gövdəsinin əyilməsi üzündən layların quyulardakı qeyd olunmuş (görünən) qalınlığı ilə onların həqiqi qalınlığı arasında müəyyən fərqlərə təsadüf olunur (şək.II.6). Layın şaquli
kəsilişindən həqiqi qalınlığa keçmək üçün sadə hesablama üsulundan istifadə edilir.
h = b·cos
burada h – layın həqiqi qalınlığı, m; b – layın görünən qalınlığı, m;  – layın yatma bucağı (inklinoqramma vasitəsi ilə ölçülür).

h - həqiqi qalınlıq, m
b – şaquli (görünən) qalınlıq, m
- layın yatma bucağı
Şəkil II.6. Layın qalınlıqlarının təyini.
Kəsilişin qurulmasında yatağa qazılmış quyu fondunun məlumatlarından maksimum istifadə edilməlidir. Burada elektrik və radioaktiv karotaj ölçülərinin nəticələrinə xüsusi diqqət yetirilməlidir.

    1. Müfəssəl korrelyasiya. Bu üsulun tətbiqi strukturlarda axtarış və kəşfiyyat son mərhələsində quyuların sayının nisbətən çox olduğu halda mümkündür. Məhz bu mərhələdə kəsilişlərin tədqiqi nəticəsində həmin strukturun ilkin geoloji modeli yaradılır. Bu modeldə laylaşma sərhədləri, sahələri, məhsuldar layların ayrılması, qırılmalar və s. öz əksini tapmalıdır (şək.II.7).

ŞQ
400
300

200

100

0


-100

-200

-300

-400



-500

-600

-700

-800

-900

-1000

-1100
-1200
-1300

-140
M


Şəkil II.7. Strukturun korrelyasiya sxemi.


Neft-qaz mədən geologiyasında müfəssəl korrelyasiya üsulu əsas öyrənmə vasitəsi olduğundan onun əsas elementlərinə nəzər salaq.


  1. Yüklə 4,05 Mb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə