Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   10   ...   24

22  

 

“ZƏNGƏZUR” ROMANININ  

ƏYYUB ABASOV YARADICILIĞINDA  

VƏ ƏDƏBİYYATIMIZDA YERİ 

 

Ədəbiyyat tarixində bəzən bir əsəri, elmdə bir kəşfi ilə də 

adını əbədiləşdirən yazıçı, alimlər olub. 70 illik kommunist-

sovet rejimi dövründə yaranan çox sayda əsərlər var ki, artıq 

bu  gün  ədəbiyyata,  sənətə  aidiyyəti  olmayan  makulatura 

məmulatına  çevrilib,  lazımsız  poliqrafiya  məhsulu  kimi 

kənara atılıb qalıb. Ancaq o əsərlər  yaşayır, müəllifin adını 

yaşada bilir ki, o zamanın bütün təqib, təzyiqlərinə baxma-

yaraq  dövrün  ədəbi  qəliblərinə  sığmayıb,  kənara  çıxıb,  bü-

tün mövcud risqləri görüb dəyərləndirməklə yenə də yazıçı-

vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb, əks etdirib. Xalq 

yazıçısı,  tənqidçi  ədəbiyyatşünas  Elçin  həm  də  məhz  bu 

amili  nəzərə  alaraq  sosialist  realizmin  hakim  ədəbi  metod 

olduğu dövrdə Azərbaycan nəsrində yaranan belə əsərlərdən 

konkret  ikisinin adını çəkir ki,  biri məhz Əyyub  Abasovun 

"Zəngəzur" romanıdır. "...sosrealizm tarixin sınağından çı-



xa bilməsə də, onun çərçivələri daxilində elə əsərlər də ya-

ranıb  ki  ("Zəngəzur"  -  Əyyub  Abasov;  "Gələcək  gün"  - 

Mirzə  İbrahimov  və  s.),  onların  üzərindən  qətiyyən  xətt 

çəkmək  olmaz."  Elçin  "Sosrealizm  bizə  nə  verdi?",  "Ədə-

biyyat" qəzeti, № 12, 05.04.2013. 

Nəzərə alsaq ki, Əyyub Abasov "Zəngəzur"la böyük ədə-

biyyata  gələnə  qədər  daha  çox  şair,  dramaturq  kimi  tanı-

nırdı. Birdən-birə iki cildlik romanın meydana çıxması onun 

istedadının  epik  vüsətinin,  ədəbi  potensialının  genişliyinin 

də göstəricisi, həm də məhz Vicdanın Səsi idi. 

İnqilabi-tarixi  mövzuda  yazılmış  "Zəngəzur"  romanının 

ilk variantı cəmi 53 səhifə olub və 1953-cü ildə “Zəngəzur 

dağlarında” adı ilə çıxıb. Müəllif həyatı boyu onu düşündür-

müş  bu  mövzuya  yenidən  qayıdaraq  əsəri  daha  geniş  va-



23  

riantda  işləmək  zərurəti  hiss  edib.  “Azərbaycan”  jurnalının 

1955-ci  il  3,  9  və  10-cu  nömrələrində  romanın  1-ci  hissəsi 

çıxan  kimi  ədəbi  camenin  diqqət  mərkəzinə  düşüb,  xeyli 

fikirlər səslənib. "Zəngəzur" romanının ilk cildi nəşr edilən-

dən sonra da ciddi müzakirələrə yol açıb. 

Roman  barədə  ən  dolğun  fikri  görkəmli  ədəbiyyatşünas 

Məmməd Arif Dadaşzadə yazmışdı: “Zəngəzur”un ən yaxşı 



cəhəti onun olduqca sadə və aydın dildə yazılmasıdır. Elə bil 

ki,  qarşımızda  hadisələrin  şahidi  olan  bir  adam  oturub 

başına gələnləri bizə nağıl edir. Bu sadəlikdə bir təbiilik və 

şirinlik, bir səmimiyyət də vardır....Görünür müəllif işlədiyi 

materialı yaxşı bilir. Hətta bu materialı əməlli-başlı mənim-

səmiş, şüuruna və duyğularına daxil etmişdir.” 

Eyni  fikirləri  bu  və  ya  digər  formada  tənqidçi  ədəbiy-

yatşünas  Qulu  Xəlilov,  Əhəd  Hüseynov  və  başqaları  da 

yazıb.  


Əsər barədə ilk sanballı rəylərdən birini tənqidçi-ədəbiy-

yatşünas  Məsud  Əlioğlu  romanın  birinci  hissəsi  haqqında 

"Azərbaycan"  jurnalının  1956-cı  il  2-ci  sayında  dərc  olun-

muş "Ə. Abasovun "Zəngəzur" romanı haqqın-da" irihəcmli 

məqaləsində yazdı. 

“Zəngəzur”  romanının  2-ci  kitabı  işıq  üzü  görmüşdü  və 

ədəbi aləmdə maraqla qarşılanmışdı, əl-əl gəzirdi, o bu əsəri 

ilə  artıq  özünü  təsdiqləmişdi,  həm  də  ürəyini  boşaltmışdı, 

içini  gəmirən,  didib  dağıdan,  ürəyini  üzən  dərdləri  kağıza 

köçürmüşdü, xalqa, millətə, gələcəyə yadigar qoymuşdu. O, 

bu  romandan  sonra  artıq  ədəbi  nüfuzunun,  istedadının  ka-

millik günlərində idi. 

Əməkdar  elm  xadimi,  professor  Cahangir  Qəhrəmanov 

yazırdı: “Zəngəzur” romanı müəllifin dərin həyati müşahi-



dəyə, mürəkkəb hadisələri inkişaf etdirə bilmək istedadına 

malik olmasını sübut edir, onun bir sənətkar kimi dolğun-

laşdığını göstərir.” 

Bu  roman  hər  şeydən  əvvəl  XX  əsrin  əvvəlindəki  Zən-

gəzur mahalının, onun sakinlərinin yaşam mənzərəsidir. Bir-



24  

birindən  maraqlı  obrazlar,  kəskin  ziddiyyətli  süjetlər,  mü-

rəkkəb,  çoxşaxəli  kompozisiya  min  səhifəlik  romanı  oxu-

naqlı  edir,  yarımçıq  qoymaq  olmur.  Burda  daha  çox  qara 

rəng,  ağrılı-acılı  lövhələr  üstünlük  təşkil  edir;  kasıbçılıq, 

aclıq,  səfalət,  yoxsulluq  içində  üzülən,  hakimiyyət,  torpaq, 

var-dövlət  sahiblərinin  azğınlığı,  ərşə  dayanan  zülmü,  heç 

bir  əxlaq,  ölçü-biçiyə  sığmayan  qudurğanlığı,  acgözlüyü, 

hərisliyi,  harınlığı...Və  bir  də  gecə-gündüz  fikri,  xəyalı 

ancaq  acından  ölməmək  üçün  çalışan  zəhmətkeş  insanların 

mənəvi dünyası, əxlaqi təmizliyi, abır-həyası, dostluğa, duz-

çörəyə  sədaqəti,  ailə  dəyərlərini,  namus,  ismətini  qorumaq 

üçün  hətta,  ölümə  getməyə  belə  hazır  olmaları,  övlada, 

valideynə  məhəbbəti  bu  insanları  birləşdirən  səciyyəvi 

cəhətlərdir, ağır töycü, biyar altında inləsələr də ancaq yenə 

də gələcəyə inamlarını itirmirlər. Onlar sidq ürəklə bir olan 

Allaha  inanır,  ürəkdən  tapınır,  başlarına  gələn  qəza-qədəri, 

kasıbçılığı da o gözəgörünməzin alın yazısı hesab edir, ona 

görə  də  yaxşı-pis  hər  şeyi  ondan  yalvarıb  diləyirlər,  içlə-

rindəki  etirazı  da bu qorxu səbəbilə boğmağa çalışırlar. Bu 

əsər  Zəngəzur  kəndlilərinin  əxlaq,  mənəvi  dəyərlər  toplu-

sudur. Zəhmətkeş kəndli Nəbi, həyat yoldaşı Güləndam, qızı 

Növrəstə, oğlu Yusif yaşadıqları dağların havası kimi təmiz, 

saf  insanlardır,  sadə,  səmimi  ailədirlər.  Onlar  nə  qədər 

əziyyət  çəkib  əkib  becərsələr  də,  yenə  səfalət  içində  yaşa-

yırlar, çünki əldə etdikləri məhsulun çox hissəsini var-dövlət 

xəstəsi  mülkədar  Hacı  Atakişi,  yaxud  erməni  qolçomaq 

Baqrat  qamarlayıb  əllərindən  alır.  Onların  hər  ikisi  yoxsul 

kəndlilərə  qarşı  nə  qədər  amansızdırsa,  çar  hökumətinin 

yerli nümayən-dələrini görəndə quzuya dönürlər, onların xo-

şuna  gəlmək  üçün  hər  dona  girir,  yaltaqlanır,  əyilir,  rüşvət 

verir,  yalan  danışırlar.  Ailə  üzvləri  də  onların  əlindən  be-

ziblər, ancaq qarın dolusu yemək xatirinə qorxudan susurlar, 

yoxsul  Nəbinin,  Aşotun  ailəsində  olan  mehribançılıqdan 

bunlarda  əsər-əlamət  yoxdur.  Hacı  Atakişinin  oğlu  Fərman 

da  atasının  tökdüyün  yığışdırıb,  ona  nifrət  edən  saf  qəlbli 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə