Örtüyüdür. Onun kütləsi


Dəniz səviyyəsindən olan yüksəklik



Yüklə 264,32 Kb.
səhifə12/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
İqlim dəişmələri 1-6

Dəniz səviyyəsindən olan yüksəklik. Dəniz səviyyəsindən olan yüksəklik də iqlimin coğrafi amilləri sırasına aiddir. Atmosfer təzyiqi yüksəklik boyunca azalır, günəş radiasiyası və effektiv şüalanma azalır, havanın temperaturu və həmçinin onun sutkalıq amplitudası da azalır. Buludluğun və yağıntıların yüksəklik boyu dəyişməsi dağlarda daha aydın nəzərə çarpır və xarakterik xüsusiyyətə malik olur. Belə ki, dağlarda müəyyən hündürlüyə qədər yağıntıların artması (2000-2500 m qədər), müəyyən hündürlükdən sonra onun miqdarının azalması baş verir. Nəticədə dağlarda yüksək iqlim zonallığı yaranır. Bu səbəbdən də ərazinin dəniz səviyyəsindən olan hündürlüyündən asılı olaraq, dağlıq regionların iqlim şəraiti xeyli müxtəlif olur. Buna görə də yüksəklik boyunca olan iqlim dəyiş- mələri üfüqi istiqamətdəkindən daha intensiv olur. Daha doğrusu, dağlarda yüksəklik boyunca meteoroloji elementlərin dəyişməsi iqlim şəraitinin bütün komplekslərinin intensiv dəyişməsinə səbəb olur.

Bu zaman dağlarda ətəkdən zirvəyə doğru bitkilər biri digərini aşağıdakı kimi əvəz edir: Mülayim qurşaq daxilində yerləşən və mütləq hündürlüyü 3500-4000 m-dən çox, yağıntıların miqdarı 600 mm və ondan artıq olan dağın ətəyindən zirvəsinə doğru dağ-çölləri, meşə-çöl, enli yarpaqlı meşələr, qarışıq meşələr, iynə yarpaqlı meşələr, daha sonra isə subalp, alp çəmənlikləri, qar xəttindən yuxarıda isə qarlı və buzlu, subnival və nival zonalar yerləşir. Quru kontinental iqlimə malik regionlarda meşələrin yuxarı sərhədi rütubətli okean iqlimi olan regiondakına nisbətən xeyli hündürdən keçir. Məsələn, ekvatorial enliklərdə meşələrin yuxarı sərhədi 3800 m hündürlükdə yerləşdiyi halda, quru və isti subtropiklərdə həmin sərhəd 4500 metrdən keçir. Azərbaycan ərazisində isə meşələrin yuxarı sərhədi adətən, 2200 metrdən, nadir hallarda isə 2500 metr yüksəklikdən keçir.
Mülayim enliklərdən qütblərə doğru meşələrin yuxarı sərhədinin dəniz səviyyəsindən olan hündürlüyü azalır. Buna səbəb, qütblərə doğru termik rejimin azalmasıdır. Bu səbəbdən də tundra
zonasında meşə bitkilərinə rast gəlinmir. Olan ağac növləri də əyri gövdəli, qısaboylu ağac və kolluqlardan ibarətdir.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə