Örtüyüdür. Onun kütləsi


İqlim əmələ gətirən proseslər



Yüklə 264,32 Kb.
səhifə10/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
İqlim dəişmələri 1-6

İqlim əmələ gətirən proseslər


İqlimin formalaşmasına xeyli sayda amillər təsir göstərsələrdə, günəş radiasiyası, atmosferin ümumi dövranı və səth örtüyünün səciyyəsi ən mühüm iqlim yaradıcı amillərdən hesab olunurlar. Bunlardan əlavə, atmosfer proseslərində daima iştirak edən və yerin iqliminin formalaşmasında çox mühüm əhəmiyyəti olan aşağıdakı amillər də həmin prosesdə fəal iştirak edirlər. Bunlar istilik dövranı ilə rütubət dövranıdır. Özlüyündə iqlim əmələ gətirən bu proseslər bir-birilə sıx və qarşılıqlı əlaqədədirlər. Məsələn, fəal səth örtüyünə və həmçinin atmosferin istilik rejiminə buludluq (düz günəş şüalarının qarşısını kəsməklə) əhəmiyyətli dərəcədə təsir göstərir. Buludlar isə rütubət dövranının ünsürlərindən (elementlərindən) biri olsalar da onun əmələ gəlməsi eyni zamanda atmosferin və yer səthinin istilik rejimindən asılıdır. Yer səthinin və atmosferin istilik rejimi isə öz növbəsində istilik adveksiyasından, daha doğrusu, atmosferin ümumi sirkulyasiyasından asılıdır. Ümumi sirkulyasiya isə hər şeydən əlavə, buludların və su buxarının bir yerdən digər ərazilərə yerdəyişməsinə səbəb olur. Bununla da o, rütubət dövranına və rütubət dövranı vasitəsilə də istilik şəraitinə təsir göstərir.
İqlimin hər bir tərkib hissəsinin rejimi məhz yuxarıda qeyd olunan iqlim əmələ gətirən proseslərin birgə təsirinin nəticəsidir. Məsələn, Yer kürəsi üzrə yağıntıların coğrafi paylanması bilavasitə rütubət dövranının təsiri nəticəsində baş verir. Eyni zamanda yağıntıların rejiminə atmosferin və fəal səthin istilik şəraiti də əhəmiyyətli dərəcədə təsir göstərir. Buxarlanma prosesinin özü də istilik şəraitilə əlaqədardır.
Bundan əlavə, havanın rütubət tutumuna və istilik şəraitinə atmosferin ümumi sirkulyasiyasındakı istilik və rütubət adveksiyası1 da xeyli təsir göstərir. Kondensasiya prosesi üçün lazım olan havanın yuxarı qalxması, buludların əmələ gəlməsi, yağıntıların düşməsi və həmçinin, yağıntıların iqlim rejiminin yaranması, əsasən atmosferin ümumi sirkulyasiyası prosesində baş verir.

  • Günəş radiasiyası. Yuxarıda qeyd olunduğu kimi əsas iqlim əmələ gətirən amillər günəş radiasiyası, atmosferin sirkulyasiyası və səth örtüyünün səciyyəvi xüsusiyyətləridir. İqlim əmələgətirən bu amillər içərisində isə günəşin şüa enerjisinin payı daha çoxdur. Özlüyündə o, ən mühüm iqlim əmələ gətirən amil funksiyasını yerinə yetirir, yer səthində qeyri-bərabər paylanır. Buna səbəb yerin həqiqi fiqurunun kürəvari formaya malik olması, onun coğrafi enliklər üzrə ekvatordan qütblərə doğru girdələşməsi, yerin öz oxu və günəş ətrafında dövr etməsi, xəyali oxunun orbit müstəvisinə meyilli olması, günəş radiasiyasını keçirən atmosfer təbəqəsinin vəziyyəti və s. amillərdir. Yer səthində günəş radiasiyasının qeyri-bərabər paylanması yer kürəsinin müxtəlif coğrafi enliklərində torpağın və suyun müxtəlif cür qızmasına, bitki və heyvanat aləminin müxtəlif növ tərkibinin formalaşmasına və sair səbəb olur. Səth örtüyünün qeyri-bərabər qızması isə təzyiq fərqinin yaranmasına gətirib çıxarır. Bu isə öz növbəsində isti və rütubətin yer səthində bir ərazidən digər ərazilərə aparılmasına və həmçinin havanın üfüqi istiqamətdə yer dəyişməsinə səbəb olur.

Günəşdən ən çox istiliyi şimal və cənub tropiklərin arasında yerləşən ərazilər alırlar. Çünki bu ərazilərə günəş şüaları böyük bucaq altında düşür, nəticədə ərazidə isti tropik iqlimi formalaşır. Ümumi günəş radiasiyasının illik miqdarı 140-220 kkal/sm2 təşkil edir.
Ekvatordan qütblərə doğru Yerin fiqurunun forması girdələşdiyindən coğrafi enliklər üzrə günəş şüalarının düşmə bucağı da azalır, qütblər və qütb dairələri daxili ərazilərdə onun illik miqdarı minimal həddə çataraq 50-80 kkal/sm2 arasında dəyişir. Burada isə soyuq qütb iqlimi formalaşır.

  • Atmosfer sirkulyasiyası da iqlimin formalaşmasına təsir edən ən mühüm amillərdəndir. Belə ki, müxtəlif mənşəli hava kütlələrinin (isti, soyuq, quru və rütubətli ) yerdəyişməsi bilavasitə bu proseslə sıx əlaqədardır. Atmosferdəki hava axınları isə yer kürəsinin müxtəlif qurşaqlarında torpağın və havanın qeyri- bərabər qızmasına səbəb olan günəş istiliyinin qeyri-bərabər paylanmasıdır. Bu zaman ən kəskin fərq aşağı və yüksək enliklər arasında müşahidə olunur. Qeyd olunan enliklər arasındakı temperatur fərqi havanın təzyiq fərqini yaradır. Təzyiq fərqi isə özlüyündə yüksək enliklərlə alçaq enliklər arasında hava kütlələrinin mübadiləsinə səbəb olur. Nəticə də bu enliklər arasında havanın dövranı baş verir ki, buna da atmosferin ümumi sirkulyasiyası deyilir. Bütün proseslər kimi, atmosferin sirkulyasiyası da enerji sərfinə əsaslanır. Enerji mənbəyi isə günəş istisidir, sirkulyasiya yerin ən böyük miqdarda günəş enerjisini mənimsədiyi yerdə - isti qurşaqda, xüsusən onun tropik zonalarında meydana gəlir.

  • İqlimin formalaşmasında səth örtüyünün özünə məxsus əhəmiyyəti vardır. Belə ki, səth örtüyünün vəziyyətinin səciyyəsindən asılı olaraq onun üzərindəki hava kütlələri ona (səth örtüyünə) uyğun olaraq formalaşır. Məsələn, rütubətli həmişə yaşıl ekvatorial meşələr qurşağının üzərində isti və rütubətli ekvatorial hava kütləsinin formalaşması və sair buna misal göstərmək olar.

Quru və su iqlimə müxtəlif cür təsir göstərir. Dağlıq ərazilərin iqlimi düzən ərazilərin iqlimindən kəskin fərqlənir. Bitki ilə örtülü olmayan çılpaq səthin iqlimi bitki ilə örtülü olan səthin iqlimindən fərqli olur. Qar və buzla örtülü olan səth də iqlimə əhəmiyyətli dərəcə də təsir göstərir. Bütün bunlara səbəb isə troposfer havasının yer səthindən qızması və soyumasıdır. Məhz bunun da sayəsində okeanlar üzərindəki hava onu əhatə edən quru üzərindəki havaya nisbətən xeyli mülayim olur. Çünki quruya nisbətən suyun istilik tutumu çox olur. Yuxarıda qeyd olunan əsas amillərdən əlavə iqlimin formalaşmasına aşağıdakı amillər də əhəmiyyətli dərəcədə təsir göstərirlər.
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə