Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə180/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   176   177   178   179   180   181   182   183   ...   190

 

 

746 



 

namaz  qılım,  get  mənə  su,  sabun  teli,  təmiz  paltar 

və  səccadəmi  gətir»,  –  deyib  yollayır,  amma 

sadəlövh  oğlan  ağasının  onu  yardım  çağırmağa 

yolladığını  da  baĢa  düĢmür,  istənənləri,  doğrudan 

da,  gətirməyə  gedir.  Xosrovla  otaqda  tək  qalanda 

qatil 

əvvəlcə 


qapını 

içəridən 

kilidləyir. 

«Şahnamə»nin sonundakı bu məclisdə hiyləgərlərin 

tapdığı  qatili  Firdovsi  ikrahla  təsvir  eləyir:  pis 

qoxuludu, qıllı, göbəklidi. Var-gəl eləyəndə beynim 

sözlərlə  doluydu,  amma  yuxudakı  kimi  səsim  heç 

çıxmırdı. 

         Yuxudakı 

kimi  o  birilərin  aralarında 

pıçıldaĢdıqlarını,  məndən  düĢməncəsinə  söz 

açdıqlarını onda hiss elədim. 

         Birdən  üçü  birgə  üstümə  atıldı.  Üzərimə 

yıxılanda  ayaqlarımı  yerdən  elə  sürətlə  üzdülər  ki, 

dördümüz  birlikdə  yerə  yuvarlandıq.  Yerdə 

itələĢmə-qapıĢma,  boğuĢma  oldu,  ancaq  çox 

çəkmədi.  Mən  arxası  üstə  yerdə  qaldım,  onlar  da 

üstümə çıxdılar. 

        Biri  dizlərimin,  digəri  sağ  qolumun  üstündə 

oturdu.  

        Qara  iki  dizini  qollarımla  çiyinlərimin 

birləĢdiyi  yerə  dayadı,  qıçını  mədəmlə  sinəmin 

arasına  güclə  yerləĢdirib  üstümdə  oturdu.  Bu 

vəziyyətdə  heç  qımıldana  bilmirdim.  Hamımız 

çaĢıb-qalmıĢdıq. Bunu xatırladım:  




 

 

747 



 

        Rəhmətlik  əmimin  məndən  iki  yaĢ  böyük 

iyrənc  bir  oğlu  vardı,  ümidvaram  ki,  karvan 

basanda  yaxalanıb,  baĢı  çoxdan  kəsilib.  Həmin 

xudpəsənd adam mənim ondan çox bildiyimi, daha 

ağıllı  və  nəzakətli  olduğumu  hiss  elədikcə  bir 

bəhanəylə  dava  salır,  salmasa  «güləĢək»  deyir, 

məni  qısa  müddətdə  altına  alanda  dizlərini  eyni 

Ģəkildə  çiyinlərimə  qoyub,  gözlərini  Qaranın  indi 

elədiyi  kimi,  gözlərimin  içinə  dikir,  dodaqlarının 

arasından  tüpürcək  sallayır,  getdikcə  böyüyən 

tüpürcək ağır-ağır gözlərimə doğru sallanarkən mən 

«indi  düĢəcək»  deyə  ikrahla  baĢımı  sağa-sola 

qaçırmağa çalıĢanda çox əylənirdi.  

         Qara  dedi  ki,  heç  bir  Ģeyi  gizlətməyim.  Son 

rəsm haradadı? Etiraf eləyim!  

         Ġki Ģeydən boğucu kədər və qəzəb duyurdum: 

aralarında  sözləĢdiklərini    əvvəlcədən  baĢa 

düĢməyib,  əbəs  yerə  dil  tökdüyümə  görə. 

Qısqanclığın  bura  qədər  gələ  biləcəyi  barədə  heç 

düĢünməyib əvvəlcədən qaçmadığıma görə. 

         Qara  dedi,  son  rəsmi  çıxarıb  verməsəm, 

xirtdəyimi üzəcək. 

         Gülünc 

Ģeydi. 

Dodaqlarımı 



bərk-bərk 

sıxmıĢdım,  elə  bil  ağzımı  açsam,  içindən  həqiqət 

qaçacaqdı.  Bir  yandan  da  əlimdən  heç  nə 

gəlmədiyini  fikirləĢirdim.  Aralarında  sözləĢib 

mənim  qatil  olduğumu  xəzinədarbaĢıya  bildirsələr, 



 

 

748 



 

canlarını  qurtarardılar.  Yeganə  ümidim  Ustad 

Osmanın  baĢqa  adamı,  baĢqa  hədəfi  niĢan 

verməsiydi,  amma,  görəsən,  onun  haqqında 

Qaranın  dedikləri  doğruydumu?  Burada  məni 

öldürə, sonra günahı üstümə yıxa bilərdilərmi?  

        Xəncəri  xirtdəyimə  dayadılar.  Dərhal  Qaranın 

bundan  heç  gizləyə  bilmədiyi  zövq  aldığını  da 

gördüm.  Sifətimə  bir  Ģillə  vurdular  Xəncər 

kəsirdimi? Bir Ģillə də vurdular. 

        Amma  bu  məntiqi  də  çıxara  bildim:  heç  nə 

deməsəm, heç şey olmaz! Bu, mənə güc verdi. Artıq 

bütün  həyatı  boyu  çox  açıq-aydın  ən  yaxĢı  boyanı 

sürtmüĢ,  ən  gözəl  cizgini  çəkmiĢ,  ən  yaxĢı  naxıĢı 

salmıĢ məni qısqandıqlarını gizlətmirdilər. Məni bu 

qədər  qısqandıqlarına  görə  sevinirdim.  Sevimli 

dostlarıma gülümsədim. 

        Biri  –  istəmirəm  ki,  bu  iyrəncliyi  hansının 

elədiyini biləsiniz – uzun müddətdən bəri həsrətini 

çəkdiyi sevgilisini öpən kimi məni odlu-odlu öpdü. 

O  birilər  yaxınlaĢdırdıqları  qəndilin  iĢığında 

baxırdılar. Mən də sevgili qardaĢımın bu öpüĢünün 

əvəzini verdim. Hər Ģeyin axırına gəliriksə, ən yaxĢı 

naxıĢı mənim saldığım bilinsin. Mənim səhifələrimi 

tapın, baxın. 

        ÖpüĢə öpüĢlə cavab verməyim elə bil onu çox 

hiddətləndirmiĢdi,  qəzəblə  məni  döyməyə  baĢladı. 

Amma  o  birilər  onu  tutdular.  Qətiyyətsizlik 



 

 

749 



 

göstərdilər.  Aralarında  itələĢmə-qapıĢma  olması 

Qaranı qəzəbləndirdi. Sanki mənə yox, həyatlarının 

getməkdə olduğu səmtə qəzəb duyur, buna görə də 

intiqamlarını  bütün  cahandan  və  hamıdan  almaq 

istəyirdilər. 

         Qara qurĢağından bir Ģey çıxartdı: bir ucu çox 

iti,  uzun  iynəydi.  Bir  anda  gözümə  yaxınlaĢdırdı: 

elə hərəkət elədi ki, elə bil gözümə soxa bilərdi. 

          «Ustadlar  ustadı  böyük  Behzad  bundan 

səksən  il  əvvəl  Herat  yaxınlığında  hər  Ģeyin  baĢa 

çatdığını  baĢa  düĢdü,  kimsə  onu  baĢqa  cür  nəqĢə 

məcbur  eləməsin  deyə  Ģərəflə  özünü  kor  elədi»,  – 

dedi.  «Bu  tuğ  iynəsini  öz  gözünə  ağır-ağır  soxub 

çıxarandan  sonra  Allahın  möhtəĢəm  qaranlığı 

sevimli bəndəsinə, o möcüzə əlli nəqqaĢa ağır-ağır 

endi. Artıq kor və sərxoĢ Behzadla birgə Heratdan 

Təbrizə  keçən  iynə  ġah  Təhmasib  tərəfindən 

PadĢahımızın  atasına  o  əfsanəvi  «Şahnamə»ylə 

birgə  hədiyyə  göndərildi.  Ustad  Osman  əvvəlcə 

bunun niyə göndərildiyini baĢa düĢmədi. Amma bu 

gün bu zalım hədiyyənin arxasındakı pislik diləyini, 

haqlı  məntiqi  də  gördü.  PadĢahımızın  da  artıq  öz 

rəsmini  firəng  ustadları  tərzində  nəqĢ  etdirmək 

istədiyini,  övladından  çox  sevdiyi  sizlərin  də  ona 

xəyanət  elədiyinizi  görəndən  sonra  dünən  gecə 

xəzinə  otağında  eynilə  Behzad  kimi  bu  iynəni  öz 

gözünə  soxdu.  Ġndi  bütün  ömrünü  həsr  eləyib 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə