Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə177/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   173   174   175   176   177   178   179   180   ...   190

 

 

734 



 

əvvəlkilər  kimi  qaldıra  bilməyəcəyimiz  yükü 

yükləmə. Bizi, suçlarımızı, günahlarımızı əfv elə və 

bağışla! Bizə mərhəmət buyur, Yarəbbi!» Səsim bir 

anlığa  qırıldı,  heç  gözləmədiyim  halda  axan  göz 

yaĢlarımdan,  bəlkə  də  Ģəyirdlik  illərində  özümüzü 

qorumaq, həssaslığımızı göstərməmək üçün elə hey 

hazır  saxladığımız  lağlağılıqdan  qorxduğuma  görə 

utandım. 

         Güman  eləyirdim  ki,  göz  yaĢlarım  dərhal 

sakitləĢər,  amma  özümü  saxlaya  bilməyib  hıçqıra-

hıçqıra  ağlamağa  baĢladım.  Mən  ağladıqca  onların 

hər  birini  də  qardaĢlıq,  fəlakət  və  kədər  duyğuları 

bürüdüyünü 

hiss 


eləyirdim. 

PadĢahımızın 

nəqqaĢxanasında  artıq  firəng  tərzində  nəqĢ 

ediləcək,  bütün  həyatımızı  sərf  elədiyimiz  üsullar 

və  kitablar  yavaĢ-yavaĢ  unudulacaq,  əslində,  hər 

Ģey  bitəcək  və  ərzurumilər  bizi  sıxıĢdırıb 

boğazlamasalar, 

padĢahın 

iĢgəncələri 

Ģikəst 


eləyəcəkdi...  Amma  ağlayanda  öz  hıçqırıqlarım, 

köks  ötürmələrim  arasında  yağıĢın  hüznlü 

tıqqıltısını  hələ  dinləməyə  davam  elədiyim  kimi, 

beynimin  bir  guĢəsiylə  də  məni  ağladan  Ģeyin 

bunlar olmadığını hiss eləyirdim. O birilər bunu nə 

qədər baĢa düĢürdülər? Həm səmimiyyətlə ağlayır, 

həm də yalandan ağladığıma görə gizli-aĢkar günah 

duyurdum.  




 

 

735 



 

         Kəpənək  mənə  yaxınlaĢdı,  əlini  çiynimə 

qoydu,  saçlarımı  oxĢadı,  yanağımdan  öpdü,  Ģirin 

sözlər  söylədi.  Bu  dostluq  məni  daha  da 

səmimiyyətlə  və  günahkarcasına  ağlatdı.  Üzünə 

baxa bilmirdim, amma nədənsə özümü inandırmağa 

çalıĢırdım ki, o da ağlayır. Ġkimiz də oturduq. 

         NəqqaĢxanaya  necə  eyni  ildə  birgə  Ģəyird 

verildiyimizi,  anamızdan  ayrılıb  baĢqa  həyata 

qəfildən baĢlamaqla keçən qəribliyin hüznünü, hələ 

ilk  gündən  yeməyə  baĢladığımız  Ģillələrin  ağrısını, 

xəzinədarbaĢıdan  gələn  ilk  hədiyyələrin  sevincini, 

qaça-qaça  evə  qayıtdığımız  günləri  elə  bu  ovqatla 

xatırladıq.  Əvvəlcə  yalnız  o  danıĢır,  mən  kədərlə 

dinləyirdim,  amma  sonra  Leylək,  daha  sonra  ilk 

Ģəyirdlik  illərimizdə  bir  ara  nəqqaĢxanaya  gəlib-

gedən  Qara  da  bizə  yoldaĢlıq  eləyəndə,  az  sonra 

ağladığımı  da  unutdum,  mən  də  onlarla  gülüĢə-

gülüĢə danıĢmağa baĢladım. 

         ġəyirdlərin  erkəndən  qalxıb,  nəqqaĢxananın 

ən  böyük  otağındakı  ocağı  yandırıb,  isti  suyla 

döĢəməni sildikləri qıĢ səhərlərini xatırladıq. Bütün 

gündə  ağacın  bir  yarpağını  ancaq  nəqĢ  eləyəcək 

qədər  ilhamsız,  ehtiyatlı  bir  rəhmətlik  qədim 

«usta»nın  o  yarpaq  əvəzinə  açıq  pəncərədən 

görünən  bahar  ağaclarının  yamyaĢıl  yarpaqlarına 

yenə  baxdığımızı  görəndə  «ora  yox,  bura  baxın!» 

deyib,  bizi  döyüb-eləmədən  yüzüncü  dəfə 




 

 

736 



 

danlamağını  xatırladıq.  Ġfrat  iĢləməkdən  süst 

düĢəndə  evinə  geri  yollanan  sısqa  bir  Ģəyirdin 

əlində  boğçası  qapıya  gedən  vaxt  bütün 

nəqqaĢxanada  eĢidilən  ağlartısını  xatırladıq.  Sonra 

gözümüzün  qabağına  üç  nəqqaĢın  üzərində  altı  ay 

çalıĢdıqları  bir  səhifənin  (Şirvan  yolunda,  Qanıq 

dərəsi  qırağında  aclıq  təhlükəsi  keçirən  Osmanlı 

ordusunun Ərəşi işğal eləyəndə qarnını doyurması) 

üstündə çatlayan tunc hoqqadan ölümcül qırmızının 

ağır-ağır  tökülməsinə  ləzzətlə  tamaĢa  eləməyimiz 

canlandı  (çünki  heç  bizim  qəbahətimiz  deyildi). 

Fəthlərinə,  gücünə,  var-dövlətinə  baxıb,  evində 

eynilə  padĢahımızın  ov  köĢkündəki  kimi  tavan 

bəzəyi  istəyən  yetmiĢyaĢlı  paĢanın ən  gözəl  arvadı 

çərkəz  xanımla  üçümüzün  birgə  seviĢib,  birgə  ona 

aĢiq  olmağımızdan  nəzakətlə,  hörmətlə  söz  açdıq. 

QıĢ  səhərləri  buxarı  kağızı  yumĢaltmasın  deyə 

yarıaçıq  qapının  kandarında  içilən  mərcimək 

Ģorbasının  ləzzətindən  də  həsrətlə  söz  açdıq. 

Ustadımız  məcbur  elədiyinə  görə  uzaq  bir  yerə 

Ģəyirdlik 

eləməyə 

gedəndə 


nəqqaĢxanadakı 

dostlardan və ustalardan uzaq düĢməyin hüznündən 

də. Bir ara gözlərimin qabağında əziz Kəpənəyin on 

altı  yaĢındakı  o  ən  Ģirin  görkəmi  canlandı:  bir  yaz 

günü  açıq  pəncərədən  düĢən  gün  iĢığı  bal  rəngli 

çılpaq  qollarını  iĢıqlandıranda  əlindəki  balıqqulağı 

möhrəni  sürətlə  oynadıb  kağız  cilalayırdı.  Dalğın-



 

 

737 



 

dalğın gördüyü bu iĢin yarısında bir anlığa dayanır, 

gözlərini  kağızdakı  nöqsana  yaxınlaĢdırıb  diqqətlə 

saf-çürük  eləyirdi.  Möhrəni  bir-iki  cürbəcür 

hərəkətlə  həmin  yerdən  keçirəndən  sonra  yenə 

əvvəlki  vəziyyətini  alıb,  əli  sürətlə  aĢağı-yuxarı 

gedib-gələndə  xəyallar  içində  pəncərədən  uzaqlara 

baxırdı.  Heç  unutmayacağım,  sonralar  mənim  də 

baĢqalarına  elədiyim  Ģey  –  yenidən  pəncərədən 

eĢiyə  baxmadan,  baxıĢlarını  çox  qısa  müddətə 

gözlərimin  içinə  dikməsiydi.  Bu  baxıĢın  bütün 

Ģəyirdlərin  bildiyi  bircə  mənası  vardı:  xəyala 



dalmasan, vaxt heç keçməz. 

 

 



 

58. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

         Məni  unutmusunuz,  yox?  Burada  olduğumu 



barı  artıq  sizdən  gizlətməyim.  Çünki  qəlbimdə 

getdikcə  böyüyən  bu  səslə  danıĢmaq  məndən  ötrü 

qarĢısıalınmaz  ehtiyacdır.  Bəzən  özümü  çox 

məcbur eləyirəm, buna görə də səsimdəki çatdağın 

baĢa  düĢüləcəyini  ağlıma  gətirirəm.  Bəzən  özümü 

əməlli-baĢlı ələ verirəm – onda da ağzımdan o biri 

Ģəxsiyyətimə  iĢarə  eləyən,  sizin  baĢa  düĢəcəyiniz 

sözlər  çıxır.  Əllərimi  titrədir,  alnıma  tər  gətirir, 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə