Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə173/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   169   170   171   172   173   174   175   176   ...   190

 

 

718 



 

öyündüyünü  xatırladım.  Əgər  mənə  etibar  eləmir, 

sözümün  arxasında  hiylə  olduğunu  fikirləĢirlərsə, 

xəncər  onların  əlindəydi,  cəzanı  orada  verə 

bilərdilər. 

         Kəpənək  mənə  əksər  zirehin  tab  gətirə 

bilməyəcəyi iki ağır xəncər zərbəsi də vurdu. Mənə 

haqq  verən  Qaraya  sarı  döndü,  ona  uĢaqsayaq 

qıĢqırdı.  Arxadan  yaxınlaĢdım,  zirehli  qolumu 

Kəpənəyin  boynuna  dolayıb  onu  özümə  doğru 

çəkdim. O biri əlimlə qolunu burub xəncəri əlindən 

saldım.  Əslində,  nə  tam  döyüĢürdük,  nə  də  tam 

oyun oynayırdıq. «Şahnamə»dəki belə bir məclisin 

hekayəsini danıĢdım. Az tanınan məclisdi:  

        «Hamaran  dağının  ətəklərində  bütün  zirehləri, 

təchizatlarıyla qarĢı-qarĢıya düzülən Ġran ordusuyla 

Turan  ordusunun  üz-üzə  gəlməsinin  üçüncü 

günündə  hər  gün  böyük  bir  Turan  döyüĢçüsünü 

öldürən  sirli  Ġran  döyüĢçüsünün  kim  olduğunu 

öyrənmək üçün turanlılar meydana bacarıqlı ġengili 

saldılar»,  – deyib hekayəyə  baĢladım.  «ġengil sirli 

döyüĢçüyə meydan oxuyanda o biri də qəbul elədi. 

Ġki  tərəfin  zirehləri  günorta  günəĢində  par-par 

parıldayan  orduları  nəfəslərini  udub  tamaĢa 

eləyəndə  cəngavərlərin  zirehli  atları  bir-birilərinə 

elə  sürətlə  dəydilər  ki,  zirehlərdən  qalxan 

qığılcımlar  atların  dərisini  tüstülətdi.  DöyüĢ  uzun 

sürdü.  Turanlı  ox  atdı,  iranlı  qılıncını  və  atını  çox 




 

 

719 



 

yaxĢı  iĢlətdi,  axırda  sirli  iranlı,  turanlı  ġengili 

əvvəlcə  quyruğundan  yapıĢdığı  atından  yıxdı, 

qaçanda  çatıb  zirehiylə  onu  arxadan  qamarladı, 

boynunu  qanırdı.  Sirli  döyüĢçünün  kim  olduğuyla 

maraqlanan  turanlı  məğlubiyyəti  qəbul  eləyəndə 

neçə  gündən  bəri  maraqlandığını  çarəsizliklə 

soruĢdu:  «Kimsən?»  «Sənin  üçün  mənim  adım 

ölümdü», – sirli döyüĢçü dedi. O kim idi?» 

        «Əfsanəvi  Rüstəmdi»,  –  Kəpənək  uĢaq  kimi 

sevinclə  dilləndi.  Onun  boynundan  öpdüm. 

«Hamımız  Ustad  Osmana  xəyanət  elədik»,  – 

dedim. «Ġndi o bizə cəzamızı verməmiĢ biz Zeytunu 

tapmalı, içimizdəki zəhəri atıb, aramızda düz-əməlli 

dil tapmalıyıq ki, nəqĢin əbədi düĢmənlərinə və bizi 

birgə iĢgəncənin öhdəsinə vermək istəyənlərə qarĢı 

möhkəm  duraq.  Bəlkə  də  ora,  Zeytunun  viranə 

təkkəsinə çatanda insafsız qatilin aramızdakı adam 

olmadığını baĢa düĢəcəyik». 

        Yazıq Kəpənək heç səsini çıxarmadı: nə qədər 

bacarıqlı,  iddialı,  arxası  möhkəm  olur-olsun,  bir-

birilərini  nifrətlə  qısqandıqları  halda,  bir-birilərini 

axtaran  bütün  nəqqaĢlar  kimi,  əslində,  cəhənnəmə 

getməkdən, bir də bu dünyada tək-tənha qalmaqdan 

bağrı yarılırdı.  

        Fənərqapı 

yolunun 

yuxarısında 

qəribə 

yaĢılımtıl  iĢıq  vardı,  amma  Ay  iĢığı  deyildi.  Məhz 



bu iĢıq üzündən gecələr sərv ağacları, qübbələr, daĢ 


 

 

720 



 

divarlar,  taxta  evlər  və  yanğın  yerlərinin  əmələ 

gətirdiyi  o  dəyiĢməz  Ġstanbul  mənzərəsinin  yerini 

düĢmən  qalasının  verəcəyi  yadlıq  duyğusu 

tutmuĢdu.  Təpəyə  qalxanda  düz  arxada,  Bəyazid 

camesinin arxa tərəfindəki bir yerdə yanğın gördük. 

        Zil  qaranlıqda  bizim  kimi  qala  divarlarına 

doğru  gedən  yarısı  un  çuvallarıyla  dolu  öküz 

arabasına  rast  gələndə  iki  ağca  verib  mindik. 

Qaranın  əlində  rəsmləri  vardı,  ehtiyatla  oturdu. 

Uzanıb  yanğının  iĢıqlandırdığı  alçaq  buludlara 

tamaĢa  eləyəndə  baĢlığıma  yağıĢın  ilk  damcısı 

düĢdü.  

        Uzun  səfərdən  sonra  gecəyarısı,  deyəsən,  boĢ 

qalan məhəllədə viranə təkkəni tapmaq üçün bütün 

itləri ayağa qaldırdıq. DaĢdan tikilmiĢ bir neçə evdə 

bizim  üzümüzdən  yanan  lampaları  görəndə  də 

döydüyümüz  dördüncü  qapı  ancaq  açıldı,  

lampasının  iĢığında  bizə  xortdan  görmüĢ  kimi 

baxan təkkəli bir əmi burnunu bərkiyən yağıĢa heç 

çıxarmadan  viranə  təkkəni  təsvir  elədi,  amma  pis 

cinlər,  ifritələr  və  xortdanlardan  çəkəcəyimiz 

əzabları da ləzzətlə əlavə elədi. 

        Təkkənin  bağçasında  bizi  çürümüĢ  yarpaq 

qoxusuna və yağıĢa heç fikir verməyən məğrur sərv 

ağaclarının  sükutu  qarĢıladı:  əvvəlcə  təkkə 

divarının  taxta  üzlüklərinə,  sonra  da  kiçik  pəncərə 

deĢiyinin  tayına  gözümü  zilləyib  baxanda  qəndil 




 

 

721 



 

lampasının  iĢığında  namaz  qılan,  ya  da  özünü 

namaz  qılan  kimi  göstərən  adamın  dəhĢətli 

kölgəsini gördüm.  

 

 

 



57. MƏNƏ ZEYTUN DEYƏRLƏR 

 

         Namazı  yarımçıq qoyub,  dərhal qalxıb onlara 



qapını açmağımmı düz idi, yoxsa dualarımı eləmək 

üçün  yağıĢda  gözlətməyimmi?  Məni  pusduqlarını 

baĢa  düĢəndə  özümü  qəti  o  yerə  qoymadan 

namazımı axıra qədər qıldım. Qapını açıb qarĢımda 

bizimkiləri:  Kəpənəyi,  Leyləyi,  Qaranı  görəndə 

boğazımdan  sevinc  fəryadı  qopdu.  Kəpənəyi  o 

həyəcanla qucaqladım. 

         «Nələr  gəldi  baĢımıza,  nələr»,  –  dedim, 

baĢımı  çiyninə  sıxıb  inildədim.  «Nə  istəyirlər 

bizdən?  Niyə  öldürürlər  bizi?»  Üzlərində  naxıĢ 

həyatım  ərzində  usta  nəqqaĢların  hər  birində 

hərdənbir gördüyüm o sürüdən ayrılma təlaĢı vardı. 

Təkkənin içində belə bir-birilərindən ayrılmırdılar.  

         «Qorxmayın»,  –  dedim.  «Burada  günlərlə 

gizlənə bilərik». 

         «Qorxmalı olduğumuz adamın bəlkə aramızda 

olduğuna görə qorxuruq», – Qara dilləndi. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə