Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə169/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   165   166   167   168   169   170   171   172   ...   190

 

 

702 



 

EĢitdiklərimdən qorxmadım: çünki Leyləyin aradan 

çıxması  Ustad  Osmanın  ölümündən  sonra  –  Allah 

gecindən  versin  –  mənim  baĢ  nəqqaĢ  olmağım 

demək idi. 

         Məni 

narahat  eləyən  Ģey  bütün  bu 

danıĢıqlarının  həqiqətə  çevrilə  biləcəyi  yox,  baĢ 

tutmaması  ehtimalıydı.  Hekayənin  sözləri  arasında 

hiss elədiyim boĢluq o demək idi ki, Ustad Osman 

yalnız  Leyləyi  yox,  məni  də  güdaza  verəcəkdi. 

Ağlagəlməz  ehtimal  fikirləĢmək  yalnız  bağrımı 

yarmırdı, birdən atasız qalmıĢ kimi məni yersizlik-

yurdsuzluq  dəhĢətinə  sürükləyirdi.  Bunu  hər  dəfə 

yadıma  salanda  Qaranın  xirtdəyini  qılıncımın 

ağzına vermək istədiyimə görə özümü saxladım, bu 

məsələdə  Qarayla  da,  özümlə  də  heç  mübahisəyə 

giriĢmədim: 

ƏniĢtənin 

kitabı 

üçün 


firəng 

ustadlarından  təsirlənməklə  bir  neçə  süni  rəsm 

çəkmək  bizi  niyə  xain  vəziyyətinə  salsın?  Zərif 

əfəndinin ölümünün arxasında Leylək və Zeytunun 

mənə qarĢı hiyləsi olduğu barədə bir daha fikirləĢib 

qılıncı Qaranın xirtdəyindən çəkdim. 

        «Birgə  Zeytunun  yanına  gedək.  Evini  alt-üst 

eləyib axtaraq», – dedim. «Əgər son rəsm ondadısa, 

heç  olmasa  artıq  kimdən  qorxmaq  lazım  gəldiyini 

baĢa  düĢərik.  Onda  deyilsə,  onu  da  köməkçi  kimi 

götürüb, Leyləyin evinə basqın elərik». 



 

 

703 



 

         Dedim,  mənə  inansın,  onun  xəncəri  ikimizə 

də  bəs  eləyər.  Bir  parç  cökə  çayı  belə  verə 

bilmədiyimə görə Qaradan üzr istədim. Qəhvəxana 

lampasını  yerdən  götürəndə  onu  üstünə  yıxdığım 

döĢəkcəyə bir anlığa birgə mənalı baxıĢlarla baxdıq. 

Əlimdə  lampa  ona  yaxınlaĢıb  dedim,  xirtdəyinin 

üstündəki açıq-aĢkar kəsik dostluğumuzun niĢanəsi 

olacaq. Qaranın azca qanı da axmıĢdı. 

         Küçələrdə  ərzurumilərin  və  onları  qovanların 

gurultusu hələ vardı, amma kimsə bizə toxunmadı. 

Zeytunun  evinə  tez  çatdıq.  Həyət  qapısını  vurduq, 

evin  qapısını  döydük,  pəncərə  taylarını  da 

səbirsizliklə  taqqıldatdıq:  kimsə  yox  idi,  o  qədər 

gurultu çıxarmıĢdıq ki, içəridə yatmadığından əmin 

oldum.  Ġkimizin  də  fikirləĢdiyi  Ģeyi  Qara  dilinə 

gətirdi: içəri girəkmi? 

         Qaranın  xəncərinin  küt  qırağıyla  güc  verib 

qapı  kilidinin  dəmirini  qaldırdım,  sonra  xəncəri 

qapının  arasına  soxub,  basıb,  qanırıb  kilidi  qırdıq. 

Ġçəridən illərlə çökmüĢ nəm, kir və tənhalıq qoxusu 

gəldi.  Lampa  iĢığında  dağınıq  yataq  gördük, 

döĢəkcələrin  üstünə  necə  gəldi  atılmıĢ  qurĢaqlar, 

canlıqlar,  iki  sarıq,  köynəklər,  nəqĢibəndi 

Nemətulla  əfəndinin  farsca-türkcə  sözlüyü,  baĢlıq, 

çuxa,  qumaĢ  və  tikiĢ  üçün  iynə-sap,  alma 

qabıqlarıyla dolu  mis  qab,  çoxlu döĢəkcə,  məxmər 

yataq  örtüyü,  boyalarını,  fırçalarını  və  nəqqaĢın 




 

 

704 



 

bütün  naxıĢ  materialını  gördük.  Lap  piĢtaxtası 

üzərindəki  yazı  kağızlarının,  diqqətlə  kəsilmiĢ 

təbəqə-təbəqə  hind  kağızının,  nəqĢ  edilmiĢ 

səhifələrin arasına girəcəkdim ki, özümü saxladım. 

        Həm  Qara  məndən  daha  həvəsli  olduğuna 

görə,  həm  də  ustad  nəqqaĢın  özündən  daha  az 

bacarıq  sahibi  olan  baĢqa  nəqqaĢın  əĢyalarına  əl 

vurrmasının  heç  uğur  gətirməyəcəyini  bildiyimə 

görə.  Zeytun,  güman  edildiyi  kimi,  qabiliyyətli 

deyil,  sadəcə,  həvəslidi.  Bacarıqsızlığını  qədim 

ustadlara  olan  heyranlığıyla  ört-basdır  eləməyə 

çalıĢır.  Ona  görə  də  qədim  əfsanələr  nəqqaşın 

yalnız xəyalını alovlandırır, nəqşi çəkən əldi. 

         Qara camaĢır səbətlərinin dibinə çatana qədər 

bütün  sandıqları,  qutuların  içini  didik-didik 

axtaranda  mən  heç  bir  Ģeyə  əlimi  vurmadan 

Zeytunun Bursa iĢi dəsmallarına, möhkəm ağacdan 

darağına,  kirli  hamam  məhrəbalarına,  gül  suyu 

ĢüĢələrinə,  hind  basmasından  gülünc  cansürtənə, 

yırtıq,  ağır  və  kirli  fəracəyə,  sınıq-salxaq  mis 

məcməyiyə,  aldığı  pula  görə  ucuz  və  baxımsız 

əĢyasına və pis xalılarına göz qoyurdum. Zeytun da 

pintiydi,  pulunu  gizlədirdi,  ya  da  harasa  bir  yerə 

sovururdu. 

         «Əməlli-baĢlı  qatil  evidi»,  –  sonra  ilhamla 

dedim.  «Namaz  səccadəsi  belə  yoxdu».  Amma 




 

 

705 



 

fikrimdəki  bu  deyildi.  FikirləĢdim.  «XoĢbəxt 

olmağı bacarmayan adamın əĢyalarıdı...» – dedim.  

         Amma  ağlımın  bir  tərəfiylə  bədbəxtliyin, 

Ģeytanla  yaxınlığın  nəqĢə  fayda  verəcəyini  də 

kədərlə sezirdim. 

         Qara dilləndi: 

   «İnsan 

necə  xoşbəxt  olacağını  bilməsinə 

baxmayaraq, xoşbəxt olmaya bilər», – dedi. 

          Bir 

sandığın  dibindən  çıxardığı  qalın 

Səmərqəndi  kağıza  çəkilib,  arxası  qalın  kağızlarla 

qalınlaĢdırılmıĢ  bədii  rəsmi  qarĢıma  qoydu.  Düz 

Xorasandan,  yer  altından  çıxıb  gəlmiĢ  sevimli 

Ģeytan  gördük,  ağac,  gözəl  qadın,  it  və  mənim 

çəkdiyim ölümün rəsmini gördük. Bunlar öldürülən 

məddahın  hər  axĢam  iyrənc  bir  hekayə  danıĢanda 

divardan asdığı rəsmlər idi. Qara soruĢduğuna görə 

ölüm rəsmini göstərdim. 

         «ƏniĢtəmin kitabında da eyni rəsmlər var»,  – 

dedi. 

         «Hər 



axĢam  divardan  asılacaq  rəsmi 

nəqqaĢlara  çəkdirməyin  daha  ağıllı  olduğunu 

məddah  da,  qəhvəçi  də  baĢa  düĢmüĢdü.  Biz 

nəqqaĢlara  qalın  kağızda  tələm-tələsik  rəsm 

çəkdirir,  hekayəsini,  nəqqaĢ  zarafatlarını  bir  az 

bizdən  soruĢur,  bir  az  da  uydurub  dərhal 

söyləyirdi». 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə