Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə167/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   163   164   165   166   167   168   169   170   ...   190

 

 

694 



 

         «Cökə  qaynadaq  qonağıma!»  –  deyə  məni 

yamsıladı, əlini qamıĢıma atdı. 

         Açdığı  yatağımın  lap  yaxınlığındakı  yer 

dolabının  dibində,  gül  qoxulu  mələfələr  arasındakı 

qəbzəsi  əqiq  daĢlı  qılıncımı  götürdüm,  qınından 

çəkib çıxartdım. Bu qılıncın tiyəsi o qədər iti idi ki, 

üstünə  ipək  parça  atsan,  iki  kəsər,  qızıl  təbəqə 

atsan,  kəsdiyi  parçalar  xətkeĢlə  kəsilmiĢ  kimi 

düzgün çıxar. 

          Qılıncımı 

gizlədib  naxıĢ  otağına  geri 

qayıtdım. Qara əfəndi məni sorğu-suala tutmaqdan 

o  qədər  məmnun  idi  ki,  əlində  xəncəri  qırmızı 

döĢəkcənin  ətrafında  hələ  var-gəl  eləyirdi. 

DöĢəkcənin  üstünə  yarısı  nəqĢ  edilmiĢ  bir  səhifə 

qoydum. 

          «Buna bax», – dedim.  

          Maraqla çökdü, baĢa düĢməyə çalıĢdı. 

          Arxa  tərəfinə  keçdim,  qılıncımı  çəkdim,  bir 

həmlədə  belinə  minib  onu  yıxdım.  Xəncəri  düĢdü. 

Saçlarından  tutub  baĢını  yerə  basanda  xəncərimi 

xirtdəyinə  dayadım.  Ağır  gövdəmlə  üzüqoylu 

uzatdığım  Qaranın  arıq  vücudunu  əzir,  çənəm  və 

əlimlə  baĢını  qılıncın  iti  tiyəsinə  dəyənəcən 

basırdım.  Bir  əlim  kirli  saçlarıyla  doluydu,  digər 

əlim  qılıncı  xirtdəyinin  nazik  dərisinə  dayamıĢdı. 

Ağıllı  tərpənib  heç  qımıldanmadı,  çünki  qanını 

dərhal  axıda  bilərdim.  Qıvrım-qıvrım  saçlarına, 



 

 

695 



 

baĢqa  vaxt  olsa,  kobudluqla  Ģapalaq  vurmaq 

istədiyim gəl-gəl deyən ənsəsinə, çirkin qulaqlarına 

bu qədər yaxın olmaq əsəbimi daha da pozmuĢdu.  

         «Səni  buradaca  öldürməməkdən  özümü  zorla 

saxlayıram», – sirr verən kimi qulağına pıçıldadım.  

         Sözəbaxan uĢaqlar təki heç səsini çıxarmadan 

məni dinləməsi xoĢuma gəldi.     



         «Əfsaneyi-Şahnamə»dən 

bilirsən», 

– 

pıçıldadım.  «Ataları  Firudin  Ģah  yanlıĢ  iĢ  görüb, 



ölkəsini  üç  yerə  böləndə  ən  pis  ölkələri  iki  böyük 

oğluna, ən yaxĢısı Ġranı da kiçik Ġrəcə verir. Ġntiqam 

almağa  can  atan  Tur  qısqandığı  kiçik qardaĢı  Ġrəci 

aldadır,  xirtdəyini  üzməmiĢdən  qabaq  saçlarını 

eynilə  mənim  indi  elədiyim  kimi  tutur,  eynilə  indi 

mənim  elədiyim  kimi  bütün  bədəniylə  qardaĢının 

belinə  minir.  Bədənimin  ağırlığını  üstündə  hiss 

eləyirsənmi?» 

         Cavab  vermədi,  amma  qurbanlıq  qoyun  kimi 

baxan  gözlərindən  dinlədiyini  baĢa  düĢürdüm,  bu 

dəfə ilham da gəlmiĢdi:  

         «Mən  yalnız  rəsmdə  deyil,  qılıncı  xirtdəyə 

dayayıb  baĢı  ləzzətlə  kəsməkdə də  Əcəm  üslub və 

üsuluna sadiqəm. Bu çox sevilən məclisin bir baĢqa 

cürünü  də  ġah  SiyavuĢun  ölümündən  danıĢan 

rəsmlərdə görmüĢəm».  

          Sakitcə  məni  dinləyən  Qaraya  SiyavuĢun 

qardaĢlarının  intiqamına  necə  hazırlaĢdığını,  necə 




 

 

696 



 

bütün sarayını, malını-mülkünü yandırıb, arvadıyla 

halallaĢıb,  atını  minib  orduyla  səfərə  çıxdığını, 

döyüĢü  necə  uduzduğunu,  meyitlərlə  örtülü  döyüĢ 

meydanının  tozu-torpağı  içində  necə  saçlarından 

tutub,  yerdə  sürüklənib,  özünün  yatdığı  kimi 

üzüqoylu  yatırılıb,  axırda  boynuna  xəncərin 

dayandığını,  əfsanəvi  Ģah  bu  vəziyyətdə  olanda 

dostları  və  düĢmənlərinin  aralarında  necə 

«öldürəkmi, bağıĢlayaqmı» mübahisəsinə girdiyini, 

üzü  torpağa  basdırılmıĢ  məğlub  Ģahın  bütün  bu 

mübahisəni 

dinləməsini 

uzun-uzadı 

danıĢıb 

qurbanımdan soruĢdum:  

        «O  rəsmi  sevirsənmi?»  –  dedim.  «Yerə 

uzanmıĢ 


SiyavuĢun 

mənim 


kimi 

arxadan 


yaxınlaĢıb,  üstünə  yıxılıb,  xirtdəyinə  qılıncı 

dayayan  Geruy  tərəfindən  saçları  belə  dartılıb, 

xirtdəyi  kəsilir.  Az  sonra  axacaq  qırmızı  qanı 

əvvəlcə  Ģoran  torpaqda  qara  duman  çıxaracaq, 

sonra orada çiçək açacaq». 

         Bir  az  susdum,  uzaqlarda,  küçə  aralarında 

fəryad  qopara-qopara  qaçan  ərzurumilərin  səsinə 

qulaq  asdıq.  EĢikdəki  fəlakət  və  dəhĢət  yerdə  üst-

üstə  yatan  bizi  dərhal  bir-birimizə  daha  da 

yaxınlaĢdırdı. 

         «Amma  bütün  o  rəsmlərdə,  –  Qaranın 

ovcumun içindəki saçlarını daha bərk sıxıb dedim, 

–  vücudları  bir-birinə  qarıĢmıĢ,  həm  də  bir-birinə 



 

 

697 



 

nifrət  eləyən  iki  kiĢini  zərifliklə  çəkməyin 

çətinlikləri hiss olunur. Sanki o sehrli və Ģahanə baĢ 

kəsmə  anından  əvvəlki  xəyanət,  qısqanclıq, 

döyüĢlərin qarğaĢası o rəsmlərə bir az artıq çöküb. 

Qəzvinin  ən  böyük  ustadları  belə  üst-üstə  olan  iki 

kiĢini  çəkəndə  çətinlik  çəkir,  hər  Ģeyi  bir-birinə 

qarıĢdırır. Ona görə bax biz səninlə daha ətli-qanlı, 

daha zərifik». 

          «Qılınc kəsir», – inildədi. 

          «DanıĢdığına  görə  təĢəkkür  eləyirəm,  canım, 

amma  kəsmir.  Diqqət  verirəm,  duruĢumuzdakı  bu 

gözəlliyi  pozacaq  heç  bir  Ģey  eləmirəm.  Qədim 

böyük  ustadlar  bütün  o  eĢq,  ölüm  və  döyüĢ 

məclislərində  bir-birinə  qarıĢan  bədənləri  sanki 

bircə bədən kimi çəkəndə bizim gözlərimizə ancaq 

yaĢ  gətirə  biliblər.  Bax:  baĢım  boynunun  ardına 

sanki  sənin  bədəninin  bir  parçası  kimi  yaxınlaĢıb. 

Saçlarının və boynunun ardının qoxusunu duyuram. 

Qıçlarım  qıçlarının  hər  iki  tərəfində  elə  yerli-

yerində  uzanıb  ki,  görən  bizi  dördayaqlı  zərif 

heyvan  saya  bilər.  Kürəyinin  və  qıçının  üzərində 

ağırlığımın  tarazlığını  duyursanmı?»  Sükut  çökdü, 

amma 


qılıncı 

basmadım, 

qanada 

bilərdi. 



«DanıĢmasan,  bu  qulağını  diĢləyərəm»,  –  o 

qulağına pıçıldayıb dedim. Gözlərindən danıĢmağa 

hazır  olduğunu  görəndə  eyni  sualı  bir  də  verdim: 

«Üstündə ağırlığımın tarazlığını duyursanmı?» 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə