Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə168/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   164   165   166   167   168   169   170   171   ...   190

 

 

698 



 

        «Əlbəttə». 

        «Gözəldimi?»  –  dedim.  «Biz  gözəlikmi?»  – 

soruĢdum.  «Biz  qədim  ustadların  möcüzələrində 

bir-birini zərif tərzdə öldürən əfsanəvi qəhrəmanlar 

qədər gözəlikmi?» 

        «Bilmirəm»,  –  Qara  dilləndi.  «Özümüzü 

güzgüdə görə bilmirəm».  

        Ġçəri  otaqdan  pusan  arvadımın  bir  az  o 

tərəfimizdə yerdə duran qəhvəxana qəndili iĢığında 

bizi  necə  gördüyünü  xəyalımda  canlandıranda 

həyəcanla Qaranın qulağını, doğrudan, diĢləməkdən 

qorxdum. 

        «Evimə  və  məhrəmiyyətimə  xəncərinlə  girib 

məni  sorğu-suala  çəkən  Qara  əfəndi,  –  dedim,  – 

indi üstündə mənim gücümü hiss eləyirsənmi?» 

        «Haqlı olduğunu da hiss eləyirəm». 

        «Ġndi yenə soruĢmaq istədiyini soruĢ». 

        «Mənə  Ustad  Osmanın  səni  necə  sığalladığını 

danıĢ». 


        «ġəyirdlik  illərimdə,  mən  indikindən  daha  da 

arıq,  zərif,  gözəl  olanda  indi  mənim  sənin  üstünə 

çıxdığım 

kimi 


üstümə 

çıxardı, 

qollarımı 

sığallayardı,  bəzən  əziyyət  də  verərdi,  amma  onun 

biliyinə,  bacarığına  və  gücünə  heyran  olduğuma 

görə  bunlar  mənim  xoĢuma  gələrdi,  pislik  barədə 

fikirləĢməzdim, çünki onu sevirdim. Ustad Osmanı 

sevmək mənim üçün nəqĢ eləməyi, rəngləri, kağızı, 




 

 

699 



 

qələmi,  rəsmin  gözəlliyini,  rəsm  edilən  hər  Ģeyi, 

beləcə,  aləmi  və  Allahı  sevməyə  açılan  bir  yoldu. 

Ustad Osman mənim üçün atadan üstündü». 

        «Çox döyürdümü?» – soruĢdu. 

        «Atanın döyməli olduğu sayaq yerində, ədalət 

duyğusuyla döydüyü kimi, ustanın döyməli olduğu 

təki,  əzab  verib,  cəzalandırıb  öyrətmək  üçün  də 

döyərdi.  Bu  gün  dırnaqlarıma  vurduğu  xətkeĢlərin 

ağrısına və qorxusuna görə bir çox Ģeyi daha yaxĢı 

və daha artıq öyrəndiyimi dərk eləyirəm. ġəyirdlik 

illərimdə 

kəkilimdən 

yapıĢıb 


divara-divara 

vurmasın  deyə  boyanı  daĢırmaz,  qızıl  suyunu 

xərcləməz,  atın  ayağındakı  cizgini  beynimə  nəqĢ 

eləyər,  xətkeĢin  xatasını  örtər,  fırçalarımı  vaxtında 

təmizləyər,  bütün  diqqətimi,  ruhumu  səhifəyə 

verməyi  öyrənərdim.  Bacarığımı  və  ustalığımı 

yediyim  qapazlara  borclu  olduğuma  görə  indi 

Ģəyirdlərimi  könül  rahatlığıyla  döyürəm.  Hətta 

haqsızlıqla vurulmuĢ bir Ģillənin belə əgər Ģəyirdin 

qürurunu  sındırmırsa,  ən  axırda  uĢağa  faydalı 

olacağını bilirəm». 

        «Amma  yenə  də  gözəl  üzlü,  Ģirin  baxıĢlı, 

mələk xasiyyətli bir Ģəyirdi döyəndə öz kefin üçün 

aradabir  ipin  ucunu  buraxanda  böyük  Ustad 

Osmanın da sənə eyni Ģeyi elədiyini baĢa düĢürsən, 

yox?» 



 

 

700 



 

        «Bəzən  mərmər  möhrəylə  qulağımın  ardından 

elə  vurardı  ki,  günlərlə  qulağım  güyüldəyər,  məni 

dəli  eləyərdi.  Bəzən  elə  Ģapalaq  vurardı  ki, 

həftələrlə yanağım gözlərimdən yaĢ gətirib yanardı. 

Bunları  xatırlayıram,  amma  üslubumu  da  

sevirəm». 

        Qara dilləndi:  

        «Yox, ona acığın tutardı. Qəlbində çox dərin iz 

salmıĢ  qəzəbin  intiqamını  ƏniĢtənin  firəng  təqlidi 

kitabı üçün nəqĢ eləyib alırdınız». 

        «Sən  nəqqaĢları  heç  tanımırsan.  Tamamilə 

əksinə.  UĢaq  vaxtlarında  ondan  aldığı  Ģillələr 

nəqqaĢı ustasına ölənə qədər dərin eĢqlə bağlayır». 

        «Ġrəcin,  SiyavuĢun  xirtdəklərinin,  indi  sənin 

mənə  elədiyin  kimi,  arxadan  qılınc  dayayıb 

zalımcasına  və  xaincəsinə  kəsilməsi  qardaĢ 

qısqanclığı üzündəndi. QardaĢların qısqanclığını isə 



«Şahnamə»də həmiĢə ədalətsiz ata hazırlayır...» 

        «Düzdü». 

        «Sizi bir-birinizin üstünə salan ədalətsiz atanız 

indi  də  sizə  xəyanətə  hazırlaĢır»,  –  kobudluqla 

dedim. «Ah, eləmə, kəsir», – inildədi. Əzabla bir az 

qıĢqırdı.  «Əlbəttə,  xirtdəyimi  kəsib,  qanımı 

qurbanlıq  qoyun  kimi  axıtmağın  bir  anlıq  iĢdi»,  – 

dedi.  «Amma  bu  danıĢacaqlarıma  qulaq  asmadan 

bunu eləsən – onsuz da eləyəcəyinə inanmıram da, 

ahh,bəsdi– fikrin illərlə indi sənə deyəcəyim Ģeydə 



 

 

701 



 

qalacaq. Qılıncı bir az geri çək». Çəkdim. «UĢaqlıq 

çağlarınızdan  bəri  hər  addımınıza,  hər  aldığınız 

nəfəsə göz qoyub, Allah vergisi qabiliyyətinizin öz 

diqqətiylə  bahar  çiçəyi  kimi  açıb  bacarığa 

çevrilməsinə xoĢbəxtliklə göz qoyan Ustad Osman 

indi  sizinlə  birgə  bütün  həyatını  həsr  elədiyi 

nəqqaĢxanasını  və  üslubunu  qorumaq  üçün  sizə 

arxa çevirir». 

         «Üslub deyilən Ģeyin necə iyrənclik olduğunu 

baĢa düĢəsən deyə Zərif əfəndini basdırdığımız gün 

sənə üç rəvayət danıĢmıĢdım». 

        «Onlar  nəqqaĢın  üslubu  haqqındaydı»,  –  Qara 

ehtiyatla  dilləndi.  «Ustad  Osmanın  təlaĢı  isə 

nəqqaĢxananın üslubunu qorumaqdı». 

        Zərif  əfəndini  və  ƏniĢtəni  öldürən  alçağın 

tapılmasını  padĢahın  necə  vacib  saydığı,  bu 

məqsədlə  onlara  əndərun  xəzinəsinin  qapısını  belə 

açdığı,  Ustad  Osmanın  bu  fürsətdən  ƏniĢtənin 

kitabını  baltalamaq,  özünə  xəyanət  yoluna  qədəm 

qoyub firəng ustadlarının təqlidçiliyinə baĢlayanları 

cəzalandırmaq üçün istifadə eləyəcəyi barədə uzun-

uzadı  danıĢdı.  Burnu  kəsik  atı,  üslubuna  görə 

Zeytundan  Ģübhələndiyini,  amma  baĢ  nəqqaĢ  kimi 

günahkarlığından  əmin  olduğu  Leyləyi  cəlladların 

əlinə  verəcəyini  söylədi.  Qılıncın  təzyiqi  altında 

düz  danıĢdığını  hiss  eləyib,  hekayəsinə  uĢaq  təki 

aludə 


olduğundan 

onu  öpmək 

istəyirdim. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə