Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə170/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   166   167   168   169   170   171   172   173   ...   190

 

 

706 



 

        «Niyə əniĢtəmin kitabı üçün çəkdiyin bu ölüm 

rəsmini ona da çəkdin?» 

        «Məddahın  istədiyi  kimi,  elə-belə  rəsmdi. 

Amma ƏniĢtənin kitabına çəkən təki hazırlaĢmayıb, 

çox cəld, əlimin istədiyi sayaq çəkdim. O birilər də 

beləcə, bəlkə də lağlağı üçün  o gizli kitabdan ötrü 

nəqĢ  elədiklərinin  daha  kobudunu,  daha  adisini 

məddahdan ötrü çəkdilər». 

        «Atı  kim  çəkmiĢdi?»  –  soruĢdum.  «Burun 

dəliyi kəsik atı». 

        Lampanı  yaxınlaĢdırıb  ata  heyranlıqla  tamaĢa 

elədik.  ƏniĢtəsinin  kitabına  çəkilmiĢ  ata  oxĢayırdı, 

amma  daha  sürətli,  daha  təmənnasız,  daha  ucuz 

zövq üçün çəkilmiĢdi. Sanki bir nəfər nəqqaĢa daha 

az  pul  verib,  tələsdirməklə  qalmamıĢ,  onu  daha 

kobud, deyəsən, elə bu səbəbdən də daha çox yaĢarı 

at çəkməyə məcbur eləmiĢdi. 

        «Bu  atı  kimin  çəkdiyini  ən  yaxĢı  Leylək 

bilər»,  –  dedim.  «Özünü  bəyənən  səfeh  nəqqaş 



dedi-qodu eşitmədən yaşaya bilmədiyinə görə o, hər 

axĢam  qəhvəxanaya  gedir.  Bu  atı  Leyləyin 

çəkdiyinə əminəm».  

 

 



 

 

 




 

 

707 



 

 

 



 

56. MƏNƏ LEYLƏK DEYİRLƏR 

 

 



         Kəpənəklə  Qara  gecəyarısı  gəldilər,  rəsmləri 

bir-bir  yerə  düzdülər,  hansı  rəsmi  kimin  çəkdiyini 

deməyimi  tələb  elədilər.  UĢaq  vaxtlarımızda 

«papaq  kimindi»  oynayırdıq:  ona  oxĢayırdı. 

Kağızlara  xocanın,  sipahinin,  qadının,  cəlladın, 

dəftərdarın  və  katibin  külahları,  papaqları  çəkilir, 

arxası  üstə  çevrilmiĢ  baĢqa  kağızdakı  görünməyən 

adlarla birləĢdirilməsi tələb olunur. 

         Ġti  özümün  çəkdiyimi  dedim.  Hekayəsini 

hamımız 


alçaqcasına 

öldürülən 

məddaha 

danıĢmıĢdıq.  Ġzah  elədim  ki,  üzərində  lampa  iĢığı 

dalğalanan  ölümü  xəncərini  xirtdəyimə  dayayan 

sevimli  Kəpənək  çəkib.  ġeytanı  Zeytunun  böyük 

həvəslə çəkdiyini xatırlayırdım; hekayəsini bəlkə də 

rəhmətlik  özü  danıĢıb.  Ağacı  mən  baĢladım, 

yarpaqlarını  qəhvəxanaya  girən  bütün  nəqqaĢlar 

cızıb. Hekayəsini də biz danıĢdıq. Qırmızı da elədi. 

Bir  kağıza  qırmızı  rəng  damcılayıb:  pinti  məddah 

deyirdi ki, bundan lövhə olarmı. Qırmızını yenə də 

damcılatdıq, sonra bütün nəqqaĢlar təkcə rəsmin bir 

guĢəsinə  qırmızı  rəngli  bir  Ģey  çəkməklə 




 

 

708 



 

qalmadılar,  çəkdiklərinin  hekayətini  danıĢdılar  ki, 

məddahımız  bizim  üçün  söyləsin.  Yadıma  saldım, 

bu gözəl atı (afərin ona) Zeytun, kədərli qadını da 

Kəpənək  çəkdi».  Bu  zaman  Kəpənək  xəncəri 

böyrümdən araladı, gözəl qadını özünün çəkdiyini, 

indi xatırladığını söylədi. Bazardakı pulu hamımız, 

iki dərviĢi də, təbii ki, nəslən qələndəri dərviĢi olan 

Zeytun çəkib; bunların məzhəbi dilənçiliyə və gözəl 

oğlanları  becərməyə  əsaslanır  ki,  Ģeyxləri  Evhad-

üd-Din  Kirmani  iki  yüz  əlli  il  əvvəl  bununla  bağlı 

kitab  yazıb,  Allahın  camalını  gözəl  üzlülərdə 

gördüyünü Ģeirlə söyləyib. 

         Ustad  nəqqaĢ  qardaĢlarım,  evimiz  belə 

dağınıq  vəziyyətdə  olduğuna  görə  çox  üzr 

istəyirəm,  hazırlıqsız  olduğumuzdan  sizə  nə  ətirli 

qəhvə verə bildim, nə də dadlı turunc çıxara bildim, 

çünki  arvad  iç  otaqda  yatır.  Deyirdi  ki,  həvəslə 

açıb,  dibinə  qədər  axtardıqları  səbətlərdə, 

sandıqların  dibindəki  çuxa  parçaların, belbağıların, 

hind  ipəyindən  və  tülbənddən  yaylıq  kəmərlərin, 

Əcəm basmalarının, dolamaların arasında, xalıların, 

döĢəkcələrin  altında,  cürbəcür  kitab  üçün 

hazırladığım 

səhifələrdə, 

cildli 


kitablarda 

axtardıqlarını tapa bilməyəndə səs-küylə yan otağa 

keçməsinlər  deyə  əlimi  qana  bulamağa  məcbur 

olmayım. 




 

 

709 



 

         Amma  yenə  də  etiraf  eləyirəm  ki,  onlardan 

çox  qorxan  kimi  davranmaqdan  həzz  alırdım: 

nəqqaĢın  bacarığı  həm  indiki  anın  gözəlliyinə 

həddən  artıq  diqqət  kəsilib,  hər  Ģeyi  bütün 

təfərrüatlarıyla ciddi qəbul eləməyə, həm də özünü 

həddən  artıq  ciddi  qəbul  eləyən  bu  aləmlə  əhatə 

eləməyə, bir addım geri çəkilib güzgüyə baxan kimi 

zarafatın məsafə və mərifətini qoymağa əsaslanır. 

         Beləcə,  suallarının  cavabında  ərzurumilərin 

basqını vaxtı əksər axĢamlardakı kimi qəhvəxanada 

tünlük olduğunu, içəridə mənimlə Zeytun, xətkeĢçi 

Nəsir,  xəttat  Camal,  iki  gənc  kalfa  nəqqaĢ,  bu 

məqamda  onlarla  oturub-duran  gənc  xəttatlar  və 

gözəllər  gözəli  Ģəyird  Rəhmi,  baĢqa  bəzi  gözəl 

Ģəyirdlər,  Ģair,  sərxoĢ,  əsrarkeĢ,  dərviĢ  dəstəsindən 

altı-yeddi  adam,  qəhvəçini  tovladıqlarına  görə  bu 

xoĢbəxt,  hazırcavab  tünlüyə  qoĢulmağı  bacaran 

digərləriylə  birgə  qırx  adam  olduğunu  dedim. 

Basqın  baĢlayanda  təlaĢ  olduğunu,  qəhvəçinin 

yığdığı  ədəbsizliyə  həvəsi  olan  bikar  tünlüyün 

günahkarlıq  təlaĢı  içində  qabaq  və  arxa  qapılardan 

qaçmağa baĢladığına görə heç kəsin ağlına qəhvəni 

və  qadın  qiyafəsindəki  bədbəxt  ahıl  məddahı 

mərdliklə  müdafiə  eləmək  gəlmədiyini  danıĢdım. 

Bundan  kədər  duyurdummu?  Əlbəttə!  Bütün 

həyatımı  səmimiyyətlə  naxıĢa  həsr  eləmiĢ  mən 

Müsəvvir  Mustafa,  digər  adı  Leylək,  hər  axĢam 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə