Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə171/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   167   168   169   170   171   172   173   174   ...   190

 

 

710 



 

nəqqaĢ  qardaĢlarımla  bir  yerdə  oturub  söhbət, 

zarafat  və  istehza  eləməyi,  gözəl  sözlər,  Ģeirlər, 

kinayəli  sözlər  söyləməyi  vacib  görünmək 

məqsədilə,  qısqanclıqdan  çox  əzab  çəkmiĢ 

gözüyaĢlı  gonbul  oğlana  oxĢayan  quĢbeyinli 

Kəpənəyin  gözlərinin  içinə  baxa-baxa  dedim. 

Gözləri  hələ  uĢaq  gözləri  kimi  gözəl  olan 

Kəpənəyimiz Ģəyird olanda da çox hissiyyatlı, nəfis 

dərili bir gözəl idi. 

        Beləcə,  yenə  suallarının  cavabında  Ģəhər, 

məhəllə  gəzib  iĢ  görən  rəhmətlik  ahıl  məddahın, 

nəqqaĢların  davam  elədiyi  qəhvəxanada  dilbazlığa 

baĢladığının  ikinci  günü  bir  nəqqaĢın  bəlkə  də 

qəhvə  sərxoĢluğuyla  lətifə  kimi  divardan  rəsm 

asdığını,  bunu  bilən  çənəbaz  məddahın  əvəzində 

lətifə sayaq, sanki özü rəsmdə göstərilən it təki söz 

oyununa  baĢladığını,  bu  çox  xoĢa  gələndə  də  hər 

axĢam  ustad  nəqqaĢlar  tərəfindən  çəkilən  rəsmlər 

və  məddahın  qulağına  pıçıldanan  zarafatlarla  iĢin 

davam  elədiyini  danıĢdım.  Ərzurumlu  vaiz 

haqqındakı sancmalar, Xocanın hiddətindən qorxan 

nəqqaĢlara həm kef verməsi, həm də qəhvəyə çoxlu 

yeni  müĢtəri  cəlb  eləməsi  ədirnəli  qəhvəxanaçı 

tərəfindən  də  təĢviq  edilirdi.  Məddahın  hər  gecə 

arxasından  asdığı bu  qarĢımızdakı  rəsmləri  Zeytun 

qardaĢımızın boĢ evinə basqın eləyəndə tapdıqlarını 

söyləyib, məndən izahımı soruĢdular. ġərhə ehtiyac 




 

 

711 



 

olmadığını,  qəhvəçinin  də  Zeytun  kimi  qələndəri 

dərviĢi,  dilənçi,  oğurluq  eləyən  alçaq  olduğunu 

dedim.  Xoca  əfəndinin  sözlərindən,  xüsusilə  cümə 

vəzlərində  qaĢlarını  çatıb  danıĢdıqlarından  qorxan 

sadəlövh 

Zərif 

əfəndinin 



bunlar 

barədə 


ərzurumilərə  Ģikayət  eləməyə  cəhd  göstərdiyi 

barədə  izahat  verdim.  Ya  da  böyük  ehtimalla, 

«etməyin, 

eləməyin» 

deyib 

fikirlərindən 



daĢındırmağa  çalıĢanda  qəhvəçiylə  eyni  xasiyyətli 

olan Zeytunun yazıq müzəhhibi qəddarcasına qətlə 

yetirdiyini 

danıĢdım. 

Bundan 

qəzəblənən 



ərzurumilər  də  bəlkə  Zərif  əfəndi  ƏniĢtənin  kitabı 

barədə  onlara  danıĢdığına,  bəlkə  də  onu  günahkar 

saydıqlarına görə ƏniĢtə əfəndini qətlə yetirmiĢ, bu 

gün  də  –  ikinci  intiqam  –  qəhvəxanaya  basqın 

eləmiĢdilər.  

          Hər qapağı açmaqdan, hər daĢı qaldırmaqdan 

ləzzət  ala-ala  əĢyalarımı  alt-üst  eləyən  gonbul 

Kəpənəklə  ciddi  Qara  (o,  xəyala  oxşayırdı)  bütün 

bu  danıĢıqlarıma  nə  qədər  diqqət  yetirirdilər? 

NaxıĢlı  ceviz  ağacından  düzəldilmiĢ  sandıqda 

çəkmələrimə,  zirehimə  və  səfər  təchizatıma  rast 

gələndə  Kəpənəyin  uĢaqsayaq  üzündə  qısqanclıq 

görüb  hamının  çox  yaxĢı  bildiyini  yenidən  qürurla 

elan  elədim,  Mən  orduyla  səfərə  çıxıb,  topların 

atmasına,  düĢmən  qalalarının  qüllələrinə,  kafir 

əsgərlərin  qiyafələrinin  rənglərinə,  dərələr  boyu 




 

 

712 



 

meyitlərin uzanmasına, kəllələrin yığılmasına, zireh 

geyinmiĢ  süvarilərin  düzülüb  hücuma  keçməsinə 

diqqətlə  baxıb  zəfərnamələrdə  gördüklərini  nəqĢ 

eləyən ilk müsəlman nəqqaĢam!  

        Kəpənək  zirehimi  necə  taxıb  geydiyimi 

göstərməyi  tələb  eləyəndə  heç  çəkinmədən  qara 

dovĢan  xəziylə  örtülü  canlığımı,  köynəyimi, 

Ģalvarımı, donumu çıxartdım. Ocağın iĢığında mənə 

tamaĢa  eləmələrindən  xoĢlanıb,  zirehin  altından 

geyilən  uzun,  təmiz  donumu,  soyuqlarda  zirehin 

altından  geydiyim  qırmızı  çuxadan  qalın  köynəyi, 

yun  corablarımı,  sarı  dəridən  çəkmələri,  üstündən 

də Ģərmuzəni geydim. Zirehimi qutusundan çıxarıb 

sinəmə  zövqlə  keçirdim,  iç  oğlanına  əmr  eləyən 

kimi,  arxamı  çevirib  zirehin  bağlarını  Kəpənəyə 

bərk-bərk  bağlatdım,  çiyinliklərimi  də  əmr  verən 

təki  taxdırdım.  Qolluqlarımı  keçirib,  əlcəklərimi 

geyinib,  dəvə  tükündən  qılınc  kəmərimi  qurĢayıb, 

ən  axırda  mərasimlərdə  geydiyim  telli  baĢlığımı 

qoyanda  bundan  sonra  savaĢ  məclislərinin 

qədimlərdəki  kimi  rəsm  edilməyəcəyini  qürurla 

söylədim.  

        «Artıq  üzbəüz  sıraya  düzülmüĢ  iki  ordunun 

süvarilərini  eyni  qəlibi  o  üz-bu  üz  üzünə  çevirib 

rəsm eləmək olmaz»,  – dedim. «Bundan sonra Ali 

Osmanın  nəqqaĢxanalarında  savaĢ  məclisləri 

mənim gördüyüm, rəsm elədiyim orduların, atların, 




 

 

713 



 

zirehlərin 

və 

qanlı 


ölülərin 

bir-birilərinə 

qarıĢmasıyla çəkiləcək!» 

«Nəqqaş  öz  gördüyünü  yox,  Allahın  gördüyünü 

çəkir», – Kəpənək qısqanclıqla dilləndi. 

        «Bəli,  amma,  –  dedim,  –  elə  uca  Allah  da 



bizim gördüyümüzü görür». 

        «Əlbəttə,  Allah  bizim  gördüyümüzü  də  görür, 

amma gördüyü Ģeyi bizim təki görmür», – Kəpənək 

bizi  danlayan  tərzdə  dedi.  «Bizim  heyrətlə 

qarmaqarıĢıq gördüyümüz bir savaĢı o lap yaxından 

üzbəüz nizamla düzülmüĢ iki ordu təki görür». 

        Əlbəttə, cavabım var idi: «Allaha inanaq, onun 

göstərmədiyini  yox,  yalnız  bizə  göstərdiyini  rəsm 

eləyək», – demək istərdim, amma susdum. Bununla 

belə,  Kəpənək  məni 

firəng  təqlidçiliyiylə 

günahlandırdığına,  ya  da  zirehimi  sınamaq 

bəhanəsiylə  xəncərinin  yanıyla  baĢlığıma  və 

kürəyimə 

rəhmsizcəsinə 

vurduğuna 

görə 

susmamıĢdım.  Özümü  saxlayıb,  ancaq  bu  gözəl 



gözlü  səfehi  və  Qaranı  ələ  alsam,  Zeytunun 

hiyləsindən qurtulacağımızı hesablayırdım. 

        Burada  tapmayacaqlarını  baĢa  düĢər-düĢməz 

axtardıqlarının  nə  olduğunu  açıb  dedilər.  İyrənc 



qatilin oğurladığı bir rəsm varmış... Elə buna görə 

evimin  axtarıldığını,  bundan  belə  ağıllı  qatilin 

əlçatmaz  bir  yerdə  gizlədəcəyini  (fikrimdə  Zeytun 

vardı)  dedim,  amma  nə  qədər  diqqət  yetirdilər? 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə