742
PadĢahımızın ustad nəqqaĢları evlərində
iĢlətməsinin bir baĢqa xəta olduğundan söz açdıq.
Erkən düĢən qıĢ axĢamlarında qəndil və Ģam
iĢığında, göz ağrıları içində iĢləyəndən sonra saray
mətbəxindən gələn nəfis isti halvadan söz açdıq.
Titrətmə xəstəliyinə tutulub, əlinə kağız-qələm ala
bilməyən ahıl, əldən düĢmüĢ naxıĢ ustasının ayda
bir dəfə nəqqaĢxanaya baĢ çəkəndə gətirdiyi,
qızının biz Ģəyirdlər üçün qızartdığı loğma
Ģirniyyatı göz yaĢlarıyla gülümsəyə-gülümsəyə
xatırladıq. Ustad Osmandan əvvəlki baĢ nəqqaĢ
böyük ustad Qara Məminin yasından sonra günlərlə
boĢ qalan otağı əldən yoxlananda rəhmətlik ustadın
günortalar üstündə dincəlmək üçün sərdiyi
Ģiltəsinin altından çıxan cildbənddəki kağızlar
arasından tapılmıĢ öz möcüzə səhifələrindən söhbət
etdik.
Eynilə Ustad Qara Məmi kimi, bizim də qürur
duyduğumuz, üzü köçürülmüĢ də olsa, aradabir
çıxarıb baxmaq istəyəcəyimiz səhifələrin hansılar
olduğu barədə danıĢdıq, saydıq: «Hünərnamə»
üçün rəsm edilmiĢ saray rəsminin üst hissəsindəki
göyün qızıl suyuyla boyananda qızılın özündən
yox, kübar bir rəsmdə olduğu kimi rəngindən,
qübbələr, qüllələr və sərvlər arasında dünyanın
sonunu xatırladan mənzərə çıxdığından danıĢdıq.
743
Peyğəmbərimiz
həzrətlərini
minarənin
baĢından hər qolunda bir mələk göyə ucalan vaxt
mələklərin onun qoltuqlarının altından tutmasını
Peyğəmbərimizin yadırğayıb qıdıqlanması elə ciddi
rənglərlə çəkilib ki, balaca uĢaqların belə bu
mübarək mənzərəni görüb əvvəlcə inanıb
qorxduqları, sonra özləri də qıdıqlanan kimi
hörmətlə güldükləri barədə danıĢdılar. Bundan
əvvəlki baĢ vəzir paĢamızın dağlara qalxmıĢ
üsyançıları məhv eləyəndə kəsdiyi baĢları nəqĢ
elədiyim səhifənin qırağına incə tərzdə, hörmətlə
düzdüyüm, kəsik boyunlarına qırmızı sürtdüyüm
kəllələrin ölümə çatılmıĢ qaĢlarını, həyatın
mənasını soruĢan kədərli dodaqlarını, çarəsizliklə
son nəfəs çəkən burunlarını, həyata yumulmuĢ
gözlərini bir-bir səylə, firəng portretçisinin
çəkəcəyi kimi, hər birini adi ölü baĢı kimi də yox,
digərlərindən fərqli surət təki zövqlə çəkdiyim,
beləcə, kəllələrdən rəsmə dəhĢətli sirr havası
yaydığım barədə danıĢdım.
Ən sevdiyimiz eĢq və savaĢ məclislərini, ən
misilsiz gözəlləri və gözyaĢardıcı incəlikləri bu
yolla xatırlayıb, onlardan unudulmaz, əlçatmaz
xatirələrimiz
kimi
həsrətlə
bəhs
elədik.
Gözlərimizin
qabağından
ulduzlu
gecələrdə
aĢiqlərin tapıĢdığı zülmət və sirli bağçalar, bahar
ağacları, əfsanəvi quĢlar, dayanmıĢ zaman keçdi...
744
Öz kabuslarımız qədər yaxın və qorxunc olan qanlı
savaĢları təsəvvürümüzə gətirdik, ikiyə bölünmüĢ
savaĢçıları, zirehləri qana batmıĢ atları, bir-birilərini
xəncərləyən gözəl, qədim insanları, baĢ verənə
pəncərənin arasından tamaĢa eləyən kiçik ağızlı,
kiçik əlli, qıyıq gözlü, boynu bükük qadınları...
Məğrur, məmnun gözəl oğlanları, yaraĢıqlı Ģahları,
xanları, onların çoxdan yıxılıb getmiĢ dövlətlərini
və saraylarını xatırladıq. Eynilə həmin Ģahların
hərəmxanasında ağlaĢan qadınlar kimi, özümüzün
də həyatdan xatirəyə köçdüyümüzü artıq bilirdik,
amma onlar təki tarixdən əfsanəyə köçürdükmü?
Ölüm qorxusundan da dəhşətli olan unudulmaq
qorxusunun kölgəsi bizi vahiməyə salmasın deyə
bir-birimizdən ən çox hansı ölüm məclislərini
sevdiyimizi soruĢduq.
Dərhal Dəhhakın Ģeytan tərəfindən öyrədilib
atasını
öldürməsi
xatırlandı.
«Şahnamə»nin
əvvəlində söhbət açılan o əfsanə vaxtında aləm hələ
yeni-yeni yaradıldığına görə hər Ģey o qədər
sadəydi ki, heç bir Ģeyi izah eləmək lazım gəlmirdi.
Süd istəsəydin, keçini sağıb içərdin; at desəydin,
belinə minib gedərdin; pislik desəydin, Ģeytan gəlib
səni atanı öldürməyin gözəlliklərinə inandırardı.
Dəhhakın ərəb mənĢəli atası Mərdası öldürməsi
həm beləcə səbəbsiz olduğuna görə, həm də cinayət
gecəyarısı möcüzə saray bağında qızıldan ulduzlar
745
sərvlərlə rəngbərəng bahar çiçəklərini açıq-aĢkar
iĢıqlandıranda iĢləndiyinə görə gözəldi.
Sonra əfsanəvi Rüstəmin düĢmən ordularına
əmr verən oğlu Söhrabla üç gün vuruĢandan sonra
oğlu olduğunu bilmədən öldürməsini xatırladıq.
Qılınc zərbəsiylə sinəsini param-parça elədiyi
Söhrabın öz oğlu olduğunu neçə illər əvvəl anasına
verdiyi qolbaqdan tanıyan Rüstəmin göz yaĢları
içində çırpınmasında hamımızın qəlbinə iĢləyən bir
Ģey vardı.
Nəydi o Ģey?
YağıĢ
təkkənin damında hələ kədərlə
tappıldayanda var-gəl eləyirdim, belə dedim:
«Ya atamız, ustadımız Osman xəyanətlə bizi
öldürtdürəcək, ya da biz xəyanətlə onu».
Dediyim səhv olduğuna görə yox, düz
olduğuna görə dəhĢətə gəlib susduq. Var-gəl
eləyəndə hər Ģeyi əvvəlki halına salmaq təlaĢıyla
özümə belə deyirdim: Əfrasiyabın SiyavuĢu
öldürməsindən danıĢsaq, mövzu dəyiĢər. Amma o
elə xəyanətdi ki, ondan qorxmuram. Xosrovun
öldürülməsini danıĢ. YaxĢı, amma Firdovsinin
«Şahnamə»də yazdığı təhərmi, Nizaminin «Xosrov
və Şirin»də bəhs elədiyi kimimi? «Şahnamə»də
kədərləndirici Ģey qatil otağa girəndə Xosrovun
gələnin kim olduğunu göz yaĢlarıyla baĢa
düĢməsidi! Son çarə kimi yanındakı oğlanı: «Mən
Dostları ilə paylaş: |