Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə181/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   177   178   179   180   181   182   183   184   ...   190

 

 

750 



 

qurduğu  nəqqaĢxanasını  süquta  sürükləyən  sən 

məlunu mən kor eləsəm, necə olar?» 

        «Məni kor eləsən də, eləməsən də, artıq burada 

özümüzə  yer  tapmayacağıq»,  –  dedim.  «Ustad 

Osman  həqiqətən  kor  olar,  ya  da  ölər,  biz  də 

firənglərin təsiriylə qəlbimizdən gəldiyi kimi, bütün 

nöqsanlarımız,  Ģəxsiyyətimizlə  nəqĢ  eləyib  üslub 

sahibi  olsaq,  özümüzə  oxşayacağıq,  ancaq  özümüz 

olmayacağıq. Yox, qədim ustadlar kimi ancaq onlar 

kimi  nəqĢ  eləsək,  özümüz  olarıq  desək,  Ustad 

Osmana  belə  arxa  çevirən  PadĢahımız  bizim 

yerimizə  baĢqasını  tapacaq.  Artıq  bizə  kimsə  belə 

baxmayacaq, 

yalnız 


yazıqları 

gələcək. 

Qəhvəxanaya  hücum  edilməsi  də  bütün  bunlara 

əlavə olunacaq: çünki bu hadisənin yarısı, təbii ki, 

vaiz  əfəndiyə  böhtan  atan  biz  nəqqaĢların  üstünə 

düĢəcək». 

         Bir-birimizlə  düĢmən  olmağın  heç  iĢimizə 

yaramayacağını dil töküb baĢa salmağa çalıĢsam da, 

çox fayda vermədi. Məni dinləməyə niyyətləri yox 

idi:  təlaĢ  içindəydilər,  səhərə  qədər  səhv-düz 

fikirləĢmədən  aralarından  bir  nəfərin  günahkar 

olduğuna  tələm-tələsik  qərar  verərlərsə,  canlarını 

qurtaracaqlarına,  iĢgəncəyə  məruz  qalmayacaqları 

kimi, nəqqaĢxanada da hər Ģeyin əvvəlki təki illərlə 

davam eləyəcəyinə inanırdılar. 



 

 

751 



 

          Amma yenə də Qaranın gözlərimi çıxarmaqla 

məni  hədələməsi  o  birilərin  xoĢuna  gəlmirdi.  Bəs 

baĢqasının  günahkar  olduğu  aĢkara  çıxsa,  məni  də 

əbəs  yerə  kor  elədikləri  PadĢahımızın  qulağına 

çatsa?  Qaranın  Ustad  Osmanla  yaxınlığı,  ondan 

tərbiyəsizliklə  söz  açması  da  onları  qorxudurdu. 

Qaranın gözünü qan örtmüĢ qəzəblə gözlərinin lap 

qabağında tutduğu iynəni uzaqlaĢdırmağa çalıĢdılar. 

         Qara  bizim  aramızda  sözləĢib  əlindən  tuğ 

iynəsini  almağımızdan  qorxub  təlaĢa  düĢdü. 

ĠtələĢmə-qapıĢma  baĢ  verdi.  Gözlərimin  lap 

qabağındakı  iynəli  mübarizədən  qaçmaq  üçün 

ancaq çənəmi qaldırıb baĢımı arxaya ata bilirdim.  

         Sonra  hər  Ģey  o  qədər  cəld  baĢ  verdi  ki,  bir 

anlığa  nə  olduğunu  heç  baĢa  düĢə  bilmədim:  sağ 

gözümdə  kəskin,  amma  məhdud  ağrı  duydum,  bir 

anlığa  Ģüurumu  itirdim.  Sonra  hər  Ģey  öz  əvvəlki 

vəziyyətinə qayıtdı,  amma  artıq  qəlbimə  dəhĢət də 

çökmüĢdü.  Lampa  uzaqlaĢmıĢdı,  bununla  belə, 

yenə  də  o  birinin  qətiyyətlə  iynəni  bu  dəfə  sol 

gözümə  soxmasını  açıq-aĢkar  gördüm.  Qaranın 

əlindən  iynəni,  yəqin,  qapıb  almıĢdı,  bu  dəfə  daha 

ehtiyatlı, daha qəzəbliydi. Ġynənin bir anda girdiyini 

baĢa düĢəndə heç qımıldanmadım, eyni yanğını hiss 

elədim.  Alnımdakı  uyuĢma  sanki  bütün  baĢıma 

yayıldı,  iynə  çıxanda  kəsildi.  Ġndi  gah  mənim 

gözlərimə,  gah  da  iynənin  ucuna  baxırdılar.  Sanki 




 

 

752 



 

olub-keçəndən  əmin  deyildilər.  BaĢıma  gələn 

dəhĢətli  Ģey  əməlli-baĢlı  məlum  olanda  itələĢmə-

qapıĢma  ara  verdi,  qollarımın  üstündəki  yüklər 

zəiflədi. 

        Ağrıdan yox, baĢıma gələn Ģeyi dərk eləməyin 

dəhĢətindən  az  qala  ulaya-ulaya  qıĢqırmağa 

baĢladım. 

        Nə  qədər  qıĢqırdığımı  bilmirəm.  Əvvəlcə 

fəryadımın 

yalnız 

məni 


yox, 

onları 


da 

sakitləĢdirdiyini  hiss  elədim.  Səsim  bizi  bir-

birimizə yaxınlaĢdırdı.  

        Amma fəryadım uzandıqca təlaĢa düĢdüklərini 

də  gördüm.  Hələ  heç  ağrımırdı.  Bununla  belə, 

iynənin  iki  gözümə  də  soxulduğu  fikrimdən  heç 

çıxmırdı.  

        Ancaq  hələ  kor  olmamıĢdım.  ġükür,  mənə 

dəhĢət  və  kədərlə  tamaĢa  elədiklərini,  təkkənin 

tavanında  narahatlıqla  qımıldanan  kölgələrini  görə 

bilirdim.  Bu,  məni  həm  sevindirdi,  həm  də  dərin 

təlaĢa saldı.  

        «Buraxın  məni»,  –  qıĢqırdım.  «Ġmkan  verin 

hələ hər Ģeyi görüm, nə olar». 

        «Dərhal  danıĢ»,  –  Qara  dilləndi.  «O  axĢam 

Zərif  əfəndiylə  necə  rastlaĢdınız?    Onda  səni 

buraxarıq». 

        «Qəhvəxanadan evə qayıdırdım, bədbəxt Zərif 

əfəndi  qabağıma  çıxdı.  TəlaĢlıydı,  çox  pəriĢan 



 

 

753 



 

haldaydı.  Əvvəlcə  ona  yazığım  gəldi.  Amma  indi 

məni buraxın, sonra danıĢım. Gözüm qaralır». 

        «Qərarımız  həminkidi»,  –  Qara  təmkinlə 

dilləndi.  «Ustad  Osman  burnu  kəsik  atı  deĢilmiĢ 

gözləriylə müəyyən elədi, mənə inan».  

         «Bədbəxt  Zərif  əfəndi  mənimlə  danıĢmaq 

istədiyini, təkcə mənə etibar elədiyini dedi». 

          Amma indi ona yox, özümə yazığım gəlirdi. 

          «Qan  gözlərində  laxtalanmamıĢ  danıĢsan, 

sabah  dünyaya  son  dəfə  də  doyunca  tamaĢa 

eləyəcəksən», – Qara dedi. «Bax, yağıĢ kəsir». 

          «Ona  dedim,  geri  qayıdıb,  qəhvəxanaya 

gedək,  amma  oradan  xoĢu  gəlmədiyini,  hətta 

qorxduğunu  dərhal  baĢa  düĢdüm.  ġəyirdlik 

illərimizdən bəri, iyirmi beĢ il nəqĢ eləyəndən sonra 

Zərif  əfəndinin  bizdən  əməlli-baĢlı  qopub 

uzaqlaĢdığından da əvvəlcə belə xəbər tutdum. Son 

səkkiz-doqquz 

ildə, 


evlənəndən 

bəri 


onu 

nəqqaĢxanada  görsəm  də,  neylədiyini  belə 

bilmirdim...  Mənə  dedi,  son  rəsmi  görüb.  Orada 

böyük  günah,  heç  birimizin  altından  çıxa 

bilməyəcəyimiz  bir  Ģey  varmıĢ.  Buna  görə  də 

deyirdi,  hamımız  cəhənnəmdə  yanacağıq.  Narahat 

idi, qorxu içindəydi; baĢa düĢməyə-düĢməyə böyük 

günah iĢləmiĢ adamın fəlakət hissini keçirirdi». 

         «Böyük günah nəymiĢ?» 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə