Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə172/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   168   169   170   171   172   173   174   175   ...   190

 

 

714 



 

Qara  burnu  kəsik  rəsm  edilmiĢ  at,  PadĢahımızın 

Ustad  Osmana  verdiyi  üç  günün baĢa  çatmaq  üzrə 

olduğu  barədə  uzun-uzadı  danıĢdı.  Burun  deĢiyi 

kəsik atların iĢarə elədiyi Ģeydə mən israr eləyəndə 

Qara  Ustad  Osmanın  dəlil-sübut  kimi  həmin  atları 

Zeytuna  aid  elədiyini,  amma  ehtiraslarımdan  əmin 

olduğuna  görə  məndən  daha  çox  Ģübhələndiyini 

gözlərimin içinə baxa-baxa söylədi. 

         Ġlk  baxıĢda  bura  mənim  qatil  olduğuma 

inanmağa,  bunu  sübut  eləməyə  gəlmiĢdilər,  amma 

mənə qalsa, gəliĢlərinin səbəbi tamamilə bu deyildi. 

Qapımı tənhalıqdan, çarəsizlikdən də döymüĢdülər. 

Qapını açanda Kəpənəyin mənə sarı tutduğu xəncər 

titrəyirdi.  Həm  kim  olduğunu  heç  cür  müəyyən 

eləyə  bilmədikləri  alçaq  qatilin  köhnə  dostun 

təbəssümüylə  onları  qaranlıq  guĢəyə  çəkib 

xirtdəklərini  üzəcəklərindən  qorxurdular,  həm 

Ustad Osmanın PadĢahımız və xəzinədarbaĢıyla dil 

tapıb  onları  iĢgəncənin  öhdəsinə  buraxacağı 

yuxularını  qaçırırdı,  həm  də  eĢikdəki  ərzurumi 

tünlüyü  mənəviyyatlarını  pozurdu.  Bu  təlaĢ  içində 

istəyərdilər  ki,  mən  dost  olum.  Amma  Ustad 

Osman  onlara  bunun  tamamilə  əksini  söyləmiĢdi. 

Ġndi  lap  səmimi-qəlbdən  arzuladıqları  kimi,  incə 

tərzdə  onlara  göstərməliydim  ki,  fikirləĢdiklərinin 

əksi daha düzdü. 



 

 

715 



 

         Böyük  ustadın  yanıldığını,  ağlını  itirdiyini 

söyləmək  dərhal  Kəpənəyə  qarĢı  çıxmaq  demək 

olacaqdı.  Çünki  elə  bil  hələ  əlindəki  xəncərlə 

zirehimi  döyən  Kəpənək  kirpikli  gözəl  nəqqaĢın 

ilğımlı  gözlərində  gözaltısı  olduğu  böyük  ustada 

duyulan eĢqin solğun alovlarını görürdüm. Gənclik 

illərimdə  bu  ikisinin,  ustayla  Ģəyirdin  yaxınlığı 

digər  nəqqaĢlar  arasında  ifrat  qısqanclıqla 

qarĢılanırdı,  amma  onlar  fikir  verməz,  hamının 

qarĢısında  nəzərlərini  bir-birinə  dikib  uzun-uzadı 

baxıĢar,  hamının  qarĢısında  imsiləĢərdilər.  Sonra 

Ustad Osman qəddarcasına elan eləyərdi ki, qələmi 

ən  qıvraq,  rəng  fırçası  ən  sağlam  kəs  Kəpənəkdi. 

Çox  vaxt  düz  olan  bu  hökm  qısqanc  nəqqaĢlar 

arasında  qələmlər,  fırçalar,  hoqqalar  və  qələm 

qutularının  ədəbsiz  kinayələr,  Ģeytansayağı,  açıq-

açıq istiarələr üçün istifadə edildiyi bitib-tükənməz 

söz  oyunlarına  Ģərait  yaradırdı.  Buna  görə  də  bu 

gün  Ustad  Osmanın  özündən  sonra  nəqqaĢxananın 

rəhbərliyinə Kəpənəyi keçirmək istədiyini sezən tək 

mən  deyiləm.  BaĢqalarına  mənim  davakünlüyüm, 

barıĢmazlığım  və  dikbaĢlığımdan  söz  açanda, 

əslində, böyük ustadın beynində bu olduğunu uzun 

müddət  idi  ki,  baĢa  düĢürdüm.  Haqlı  olaraq  da 

mənim Zeytundan və Kəpənəkdən daha artıq firəng 

üsullarına  meyilli  olduğumu,  «qədim  ustalar 



 

 

716 



 

qətiyyən  belə  eləməzdi»  deyə  PadĢahımızın  yeni 

istəklərinə arxa çevirməyəcəyimi düĢünürdü. 

         Bu  yönümdə  Qarayla  sıx  əlaqədə  iĢ 

görəcəyimi  bilirəm:  çünki  yeni  və  həyəcanlı 

kürəkənimiz  rəhmətlik  əniĢtəsinin  kitabını  baĢa 

çatdırmağı  təkcə  gözəl  ġəkurənin  qəlbini  fəth 

eləmək,  atasının  yerini  tuta  biləcəyini  göstərmək 

üçün  yox,  qısa  yolla  PadĢahımızın  gözünə  girmək 

üçün də çox istəməliydi. 

         Beləcə,  məsələnin  ucunu  heç  gözləmədikləri 

yerdə  ələ  keçirdim:  ƏniĢtənin  kitabının  tayı-

bərabəri  görünməyən  xoĢbəxt  möcüzə  olduğunu 

söyləyib  söhbəti  açdım.  Bu  möcüzə  PadĢahımızın 

buyurduqları,  rəhmətlik  ƏniĢtə  əfəndinin  istədiyi 

kimi 


baĢa 

çatdırılanda 

usta 

nəqqaĢların 



bacarıqlarına,  nəzakətlərinə  və  qabiliyyətlərinə 

barmaq  silkələyəcəkdi.  Bizdən,  gücümüzdən  və 

qəddarlığımızdan  həm  qorxacaqlar,  həm  də 

dərdlənib  gülüĢdüklərimizə,  firəng  ustadlarının 

üsullarından bəzi Ģeylər götürdüyümüzə, Ģən-Ģaqraq 

rənglərimizə  və  ən  axırda  təfərrüatı  görməyimizə 

baxıb, ən zəkalı sultanların nadir hallarda sezdikləri 

Ģeyi  bizim  həm  çəkdiyimiz  rəsmin  aləmi  içində, 

həm  də  çox  uzaqda,  qədim  ustadların  arasında 

durduğumuzu qorxuyla hiss eləyəcəkdilər. 

          Kəpənək  əvvəlcə  zirehimin  həqiqi  olub-

olmadığını baĢa düĢmək istəyən uĢaq təki vururdu, 




 

 

717 



 

sonra  zirehimin  möhkəmliyini  yoxlamaq  fikrində 

olan  yoldaĢ  kimi  döyəcləməyə  baĢladı,  daha  sonra 

əvvəlki  iki  bəhanəylə,  zirehi  birtəhər  deĢib,  əzab 

verməyə  can  atan  islaholunmaz  qısqanc  sayaq 

döyməyə  baĢladı.  Əslində,  mənim  özündən  də 

bacarıqlı  olduğumu  baĢa  düĢür,  üstəlik,  yəqin  ki, 

Ustad  Osmanın  bunu  bildiyini  də  əzabla  sezirdi. 

Kəpənək  Allah  vergisi  qabiliyyəti  üzündən 

bənzərsiz  ustad  olduğuna  görə  onun  qısqanclığı 

mənə  daha da qürur verdi:  mən onun kimi ustanın 

qamıĢını  tuta-tuta  yox,  öz  qamıĢımın  gücüylə 

ustalaĢdığımdan  hiss  elədim  ki,  ustadı  olduğumu 

ona qəbul etdirə biləcəyəm. 

        Səsimi  qaldırıb,  təəssüf  ki,  PadĢahımızın  və 

rəhmətlik ƏniĢtənin bu möcüzə kitabını baltalamaq 

istəyənlər  olduğunu  baĢa  saldım.  Ustad  Osman 

hamımızın  atası,  ustadıydı,  hər  Ģeyi  ondan 

öyrənmiĢdik!  Amma  PadĢahımızın  xəzinəsi  içində 

izə  düĢüb  alçaq  qatilin  Zeytun  olduğunu  baĢa 

salandan  sonra  onu  naməlum  bir  səbəbdən 

gizlətməyə çalıĢmıĢdı. Evində tapılmayan Zeytunun 

Fənərqapı  yaxınlığındakı boĢ  Qələndəri təkkəsində 

gizləndiyindən əmin olduğumu dedim. Ġyrənclik və 

əxlaqsızlıq  yuvası  olan  həmin  təkkənin  buna  görə 

yox, Əcəmlərlə bitib-tükənməyən savaĢlar üzündən 

PadĢahımızın  atası  zamanında  bağlandığını, 

Zeytunun  bir  vaxtlar  təkkəni  «gözləməklə» 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə