Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə174/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   170   171   172   173   174   175   176   177   ...   190

 

 

722 



 

         «Bunu  düĢündükcə  mən  də  qorxuram»,  – 

dedim. «Çünki mən də bu Ģayiələri eĢitdim». 

         BostançıbaĢının 

adamlarından 

nəqqaĢlar 

bölüyünə  dedi-qodular  çatıb,  deyirlərmiĢ  ki,  Zərif 

əfəndini və rəhmətlik ƏniĢtəni qətlə yetirənin artıq 

gizliliyi  qalmayan  o  kitab  üçün  gözlərinin  nurunu 

tökmüĢ biz nəqqaĢların arasındadı.  

        Qara  ƏniĢtənin  kitabı  üçün  neçə  rəsm 

çəkdiyimi soruĢdu. 

        «Birincisi  Ģeytandı.  Ondan  ötrü  Ağqoyunlu 

nəqqaĢxanalarında  qədim  ustadların  çox  çəkdiyi 

yeraltı  Ģeytanın  rəsmini  çəkdim.  Məddah  mənim 

yolumdandı,  onun  üçün  də  iki  dərviĢ  çəkmiĢdim. 

ƏniĢtənə  mən  məsləhət  gördüm  ki,  kitabına  daxil 

eləsin. Osmanlı məmləkətlərində həmin dərviĢlərin 

yeri olduğuna görə qəbul etdirdim». 

        «Vəssalam?»  

        Daha  bir  Ģey  olmadığını  deyəndə  Qara 

Ģəyirdin  oğurluğunu  tutan  kimi,  yekəxana  tərzdə 

qapıya  doğru  getdi,  eĢikdən  yağıĢda  islanmıĢ  bir 

topa kağız gətirib  balalarına  yaralı quĢ gətirən  ana 

piĢik sayaq biz üç nəqqaĢın qarĢısına qoydu.  

        Onları  hələ  qoltuğunda  olanda  tanımıĢdım: 

qəhvəxanada  bu  gecə  basqında  mənim  qapıb 

qaçırtdığım rəsmlər idi. Bunları girib evimdən necə 

götürdüklərini  heç  soruĢmadım.  Yenə  də  Kəpənək 

və  Leyləklə  birgə  rəhmətlik  məddah  üçün 




 

 

723 



 

çəkdiyimiz  rəsmləri  itaətlə  bir-bir  göstərdik. 

Beləcə,  bir  at,  gözəl  bir  at  qıraqda  boynubükük 

qaldı. Atın rəsm edilməsindən xəbərim belə yox idi, 

inanın mənə. 

        «Bu  atı  sən  çəkməyibsənmi?»  –  Qara 

əlidəyənəkli xoca kimi soruĢdu. 

        «Mən çəkməmiĢəm», – dedim. 

        «Bəs ƏniĢtənin kitabındakını?» 

        «O atı da mən çəkməmiĢəm». 

        «Üslubundan  o  atı  sənin  çəkdiyin  məlum 

oldu»,  –  dedi.  «Üstəlik  bunu  Ustad  Osman  baĢa 

düĢdü». 

        «Mənim  heç  bir  üslubum  yoxdu»,  –  dedim. 

Bunu  indilərdə  əsən  ruzigara  qarĢı  olmaq  üçün 

söyləmirəm. Günahsızlığımı sübut eləmək üçün də 

demirəm.  Çünki,  mənə  görə,  üslubu  olmaq  qatil 

olmaqdan da betərdi». 

        «Səni  qədim  ustadlardan  və  baĢqalarından 

ayıran bir fərqin var», – Qara dilləndi. 

        Ona  gülümsədim.  Sizin,  güman  ki,  hamınızın 

bildiyiniz  Ģeylər  barədə  danıĢmağa  baĢlamıĢdı. 

PadĢahımızla  xəzinədarbaĢının  baĢ-baĢa  verib 

cinayətlərin qabağını  almaq  üçün çarə  axtarmaları, 

Ustad  Osmana  verilən  üç  gün,  kəniz  üsulu,  atların 

burun  deĢikləri  və  ən  böyük  möcüzə  əndərun 

xəzinəsinə  girib,  o  əlçatmaz  kitablara  həqiqətən 

baxdıqları  haqqında  dediklərini  çox  diqqətlə 



 

 

724 



 

dinlədim.  Hamımızın  həyatında  hələ  baĢımıza 

gələndə  belə  elə  vaxtlar  var  ki,  bundan  sonra  çox 

uzun 


müddət 

unutmayacağımız 

bir 

Ģeyi 


yaĢadığımızı  baĢa  düĢürük.  Qüssəli  yağıĢ  yağırdı. 

Kəpənək  yağıĢdan  qüssələnən  kimi,  kədərli  halda 

xəncərini  qucaqlamıĢdı.  Zirehinin  arxası  undan 

ağappaq  olan  Leylək  əlində  lampa  cəsarətlə 

təkkənin  içərilərinə  gedirdi.  Təkkə  divarlarında 

kölgələri  xəyal  kimi  gəzinən  bu  usta  nəqqaĢlar 

mənim qardaĢım idilər, onları yaman çox sevirdim! 

NəqqaĢ olduğuma görə xoĢbəxtlik duyurdum.  

        «Ustad  Osmanla  yan-yana  oturub  günlərlə 

qədim  ustadların  möcüzələrinə  baxmağın  necə 

xoĢbəxtlik  olduğunu  bilirsənmi?»  –  Qaradan 

soruĢdum. «Səni öpdümü? Gözəl üzünü oxĢadımı? 

Əlindən  tutdumu?  Bacarığına,  biliyinə  heyran 

oldunmu?»  

        «Ustad  Osman  mənə  qədim 

ustadların 

möcüzələri  arasında  sənin  üslubun  olduğunu 

göstərdi», – Qara dilləndi. «Üslubun, nəqqaşın özü 



istəyib  seçdiyi  bir  şey  olmadığını,  nəqqaşın 

keçmişinin, unutduğu xatirələrinin bu gizli nöqsanı 

üzə  çıxardığını  öyrətdi.  Bir  vaxtlar  çox  utanılan, 

bizi  qədim  ustadlardan  fərqləndirməsinə  görə 

gizlədilən  həmin  gizli  nöqsanların,  zəifliklərin, 

ayıbların firəng ustadlarının üsulları bütün cahana 

yayıldığına  görə  bundan  sonra  artıq  «şəxsi 


 

 

725 



 

xüsusiyyət»,  «üslub»  kimi  təriflənib  ortaya 

çıxacağını da göstərdi. Bundan sonra nöqsanlarıyla 

öyünən sadəlövhlər üzündən aləm daha rəngli, daha 

səfeh və əlbəttə, daha çox nöqsanlı olacaq.  

        Söylədiklərimə  qürurla  inanması  Qaranın  bu 

yeni səfehlərdən biri olduğunu göstərirdi.  

        «PadĢahımızın  kitabları  üçün  illər  boyu 

yüzlərlə  atın  burun  deĢiyini  düzgün  çəkməyimi 

Ustad Osman izah eləyə bildimi?!» – soruĢdum. 

        «Lap uĢaq vaxtlarınızdan bəri sizə verdiyi eşq, 

vurduğu  şillələr  üzündən  sizin  həm  atanız,  həm 

sevgiliniz  olduğuna  görə  hamısını  özünə  və  bir-

birinə  oxşatdığını  o  da  baĢa  düĢə  bilməz.  O 

istəyirdi  ki,  sizin  yox,  Osmanlı  nəqqaĢxanasının 

üslubu  olsun.  Siz  də  içinizdən  gələn  nöqsanları, 

qəlibdənxaric  şeyləri,  fərqləri  onun  heyran 

olduğunuz  kölgəsi  üzündən  unutmursunuz.  Sən  nə 

vaxt  ki  Ustad  Osmanın  gözlərinin  dəyməyəcəyi 

baĢqa kitablar, baĢqa səhifələr üçün rəsm elədin, o 

zaman içində illərlə yatan atı çəkdin». 

        «Rəhmətlik 

anam  atamdan  daha  çox 

ağıllıydı»,  –  dedim.  «NəqqaĢxanada  yalnız  Ustad 

Osmandan  yox,  o  biri  sərt  və  əsəbi  ustadların 

Ģillələrindən,  bölükbaĢının  bizi  sındırmaq  üçün 

xətkeĢlə  vurmasından  gözüm  qorxub  daha 

qayıtmayacağıma  görə  evdə  ağladığım  bir  axĢam 

mənə aləmdə iki cür adam olduğunu demiĢdi: uşaq 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə