Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə166/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   162   163   164   165   166   167   168   169   ...   190

 

 

690 



 

         «ƏniĢtəmin  hazırlatdığı  kitabın  son  rəsmi 

varmıĢ»,  –  dedi.  «Onu  öldürən  həmin  rəsmi 

oğurlayıb».  

         «Digərlərindən  fərqliydi»,  –  dərhal  dedim. 

«Rəhmətlik  əniĢtən  bir  küncündə  də  mənə  ağac 

rəsmi  çəkdirmiĢdi.  Arxada  bir  yerə...  Ortada  və 

irəlidə  bir  adamın  rəsmi  olacaqdı,  hər  halda, 

PadĢahımızın  zahiri.  Çox  böyük  olan  yeri  hazırdı, 

amma  çəkilməmiĢdi.  Firənglərin  çəkdiyi  kimi,  bu 

rəsmlə arxadakı cismlər kiçildiyinə görə ağacı kiçik 

çəkməyimi  tapĢırmıĢdı.  Rəsm  irəlilədikcə  elə 

təsəvvür yaranırdı, sanki rəsmə də yox, pəncərədən 

dünyaya  baxırsan.  Firənglərin  perspektiv  üsuluyla 



çəkilən  rəsmin  cədvəlləri  və  təzhibinin  pəncərənin 

çərçivəsinin yerini tutduğunu onda baĢa düĢdüm.  

          «Çərçivəni və naxıĢı Zərif əfəndi çəkirdi?» 

          «Bunu 

soruĢursan,  onu  öldürmədiyimi 

demiĢdim». 

          «Adam  bir  kəsi  öldürsə  də,  öldürdüyünü 

deməz»,  –  tələsik  dillənib  qəhvəxanaya  basqın 

olanda orada neylədiyimi soruĢdu.  

          Qəndili oturduğum döĢəkcənin azca irəlisinə, 

kağızların,  nəqĢ  elədiyim  səhifələrin  arasına  elə 

qoymuĢdu ki, üzümü iĢıqlandırırdı. Özüsə otağımın 

içində, qaranlıqda kölgə kimi ora-bura vurnuxurdu. 

          Sizə 

danıĢdığım 

Ģeyləri, 

əslində, 

qəhvəxanaya  çox  az  getdiyimi,  oradan  təsadüfən 



 

 

691 



 

keçdiyimi  söyləməkdən  baĢqa,  divarda  asılan 

rəsmlərdən  ikisini  çəkdiyimi,  amma  qəhvəxanada 

baĢ  verənlərdən,  doğrusu,  xoĢum  gəlmədiyini  də 

dedim.  

         «Çünki,  –  dedim,  –  naxıĢ  gücünü  nəqqaĢın 

bacarığından,  naxıĢ  eĢqindən  və  Allaha  qovuĢma 

istəyindən  də  yox,  həyatın  iyrəncliklərini  kiçiltmə, 

cəzalandırma  istəyindən  alırsa,  axırda  öz-özünü 

kiçiltmiĢ,  cəzalandırmıĢ  olur.  Kiçiltdiyi  istər 

ərzurumlu vaiz olsun, istər Ģeytanın lap özü. Üstəlik 

o  qəhvəxana  ərzurumilərlə  dolmasaydı,  bu  gecə 

bəlkə də basqın edilməzdi». 

          Alçaq dilləndi: 

          «Amma yenə də oraya gedirdin». 

          «Gedirdim, çünki orada həm də əylənirdim». 

Nə qədər dəqiq danıĢdığımı baĢa düĢürdümü? «Biz 

Adəm  oğulları  vicdanımızla,  ağlımızla  bir  Ģeyi 

yaramaz və səhv hesab eləməyimizə baxmayaraq, o 

Ģeydən  zövq  ala  bilirik»,  –  əlavə  elədim.  «O  ucuz 

rəsmlərdən, 

təqlidlərdən, 

əruzsuz, 

qafiyəsiz 

kobudcasına  söylənmiĢ  Ģeytan,  pul,  köpək 

hekayələrindən  zövq  aldığıma  görə  həm  də 

utanırdım».  

          «Onda  o  imansızlar  qəhvəxanasına  niyə 

gedirdin?» 

          «YaxĢı,  –  içimdən  gələn  səsə  uyub  dedim,  – 

bəzən  mənim  də  içimi  qurd  kimi  gəmirən  Ģübhə 



 

 

692 



 

var, onu söyləyim: nəqqaĢxananın ustaları arasında 

ən  hünərlisi,  ən  bacarıqlısı  olduğum  yalnız  Ustad 

Osman  tərəfindən  yox,  PadĢahımız  tərəfindən  də 

görüləndən 

bəri 


biri 


nəqqaĢların 

qısqanclıqlarından elə qorxmağa baĢladım ki, məni 

bir  qaĢıq  suda  boğmasınlar  deyə  onların  getdiyi 

yerlərə  bir  az  da  olsa,  gedir,  onlarla  oturub-durur, 

onlara  oxĢamağa  çalıĢıram.  BaĢa  düĢürsənmi? 

Mənim 


ərzurumi 

olduğumu 

söyləməyə 

baĢladıqlarından  bəri  də  o  səfil  imansızlar 

qəhvəxanasına  ona  görə  gedirdim  ki,  bu  Ģayiəyə 

kimsə inanmasın». 

          «Ustad  Osman  bir  çox  Ģeyi  sənin  hünər  və 

bacarığından üzr diləmək üçün elədiyini söylədi». 

           «Mənim haqqımda baĢqa nə dedi?»  

           «NaxıĢ  uğrunda  həyatdan  əl  çəkdiyinə 

inansınlar  deyə  düyü  üzərində,  dırnaq  üzərində 

kiçik  əyləncəli  rəsmlər  nəqĢ  elədiyini.  Allahın 

verdiyi  qabiliyyətindən  utandığına  görə  elə  hey 

xoĢa gəlməyə çalıĢdığını söylədi».  

          «Ustad Osman Behzadın mərtəbəsindəydi», – 

səmimiyyətlə dedim. «BaĢqa?» 

          Alçaq dedi: 

          «Nöqsanlarını da çəkinmədən dedi». 

          «Nöqsanlarımı de». 

          «Qabiliyyətinə  baxmayaraq,  naxıĢ  eĢqinə 

görə  yox,  gözə  girmək  üçün  nəqĢ  elədiyini  dedi. 



 

 

693 



 

NəqĢ  eləyəndə  səni  ən  sevindirən  Ģey  rəsmə 

baxanların alacağı zövqü təsəvvürünə gətirməkmiĢ. 

Amma  nəqş  eləmənin  öz  zövqü  üçün  nəqş  eləyə 



bilməlisənmiş». 

          Həyatını  naxıĢa  yox,  katiblik,  məktubçuluq 

və  söz  gəzdirməyə  həsr  eləyəcək  tinətdə  adama 

Ustad  Osmanın  mənim  haqqımda  fikirləĢdiyi 

Ģeyləri  bu  qədər  tərbiyəsizcəsinə  açıb  danıĢmağı 

ürəyimi yaraladı. Qara sonra da dedi:  

         «Qədim  böyük  ustadların  bütün  həyatlarını 

verib əldə elədikləri üslub və üsullardan yeni Ģahın 

gücünə,  yeni  Ģahzadənin  kefinə,  ya  da  baĢqa 

zamanın zövqlərinə boyun əymək üçün qətiyyən əl 

çəkmədiklərini,  buna  görə  də  üsul  və  üslublarını 

dəyiĢdirməyə  məcbur  olmamaqdan  ötrü  özlərini 

qəhrəmancasına  kor  elədiklərini  söylədi.  Ona  görə 

«padĢahımız  belə  istəyir»  bəhanəsiylə  siz  mənim 

əniĢtəmin  kitabının  səhifələri  üçün  firəng 

ustadlarını 

həvəslə, 

Ģərəfsizcəsinə 

təqlid 

eləmisiniz». 



         «BaĢ  nəqqaĢ  Ustad  Osman  pis bir  Ģey  demək 

qəsdində  olmayıb»,  –  dedim.  «Cökə  qaynadaq 

qonağıma». 

         Yan  otağa keçdim. Cananım  əynində  boğçaçı 

Ester  arvaddan  aldığı  ipəyi  Çindən  gecə  paltarı 

üstümə atıldı.  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə