Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə165/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   161   162   163   164   165   166   167   168   ...   190

 

 

686 



 

masaları,  taxtdan  qalan  taxta  parçalarını  yox, 

tavandakı hiss ləkələrini iĢıqlandırdı.  

          DöĢəkcələri  üst-üstə  qoyub,  uzanıb  qəndili 

götürdüm.  ĠĢığında  yerdə  yatan  vücudları  sezdim. 

Üzünün  qan  içində  olduğunu  görəndə  baxa 

bilməyib,  o  birinə  yaxınlaĢdım.  Ġkinci  vücud 

inildəyirdi,  lampamı  görəndə  ağzından  uĢaq  kimi 

səs çıxdı, geri çəkildim. 

          Ġçəri bir nəfər də girmiĢdi. Əvvəlcə çəkindim, 

amma  Qara  olduğunu  hiss  elədim.  Yerdə  uzanmıĢ 

üçüncü  vücuda  bir  yerdə  yaxınlaĢdıq.  Lampanı 

üzünə  yaxınlaĢdıranda  ikimiz  də  ağlımızın  bir 

guĢəsiylə  elə  çoxdan  bildiyimiz  Ģeyi  gördük: 

məddahı öldürmüĢdülər. 

         Boyalarla  qadına  oxĢadılmıĢ  üzündə  qan  izi 

yox idi, amma çənəsi, gözü, qırmızı boyanmıĢ ağzı 

əzilmiĢ, gömgöy olmuĢ boynu sıxılmıĢdı. Əlləri iki 

yandan  arxaya  doğru  uzanmıĢdı.  Bir  nəfər  qadın 

paltarı geyinmiĢ qocanın iki əlini arxadan tutanda o 

birilərin 

onun 


sifətinə 

yumruq 


vura-vura 

döydüklərini,  sonra  boğduqlarını  müəyyən  eləmək 

çətin deyildi. «Bunun vaiz Xoca əfəndi həzrətlərinə 

böhtan  atan  dilini  kəsin»,  –  deyib  bu  iĢi  görməyə 

giriĢmiĢdilərmi?  

         «Lampanı buraya gətirsənə», – Qara dedi.  

          Ocağın  qırağında  tökülmüĢ  qəhvənin  palçığı 

içindəki  qırıq  qəhvəüyüdənlərə,  ələklərə,  tərəzi  və 




 

 

687 



 

fincan  parçalarına  əlimdəki  lampanın  iĢığı  düĢdü. 

Məddahın hər axĢam rəsmlərini asdığı guĢədə Qara 

lampa iĢığında ölən adamın iĢ alətlərini, qurĢağını, 

dəsmalını,  əsasını  axtarırdı.  Üzümə  əlimdən  aldığı 

qəndilin  iĢığını  tutub  fikrində  rəsmlər  olduğunu 

dedi:  bəli,  təbii  ki,  iki  dənəsini  də  yoldaĢlıq 

ovqatıyla  mən  rəsm  eləmiĢdim.  Təkcə  rəhmətliyin 

tərtəmiz qazıtdığı baĢına qoyduğu Əcəm iĢi təsəyini 

tapa bildik.  

         Dar  keçiddən  çatdığımız  arxa  qapıdan 

kimsəyə  rast gəlmədən gecənin qaranlığına  çıxdıq. 

Basqında içəridəki camaat və nəqqaĢlar, güman ki, 

bu  qapıdan  çıxıb  qaçmıĢdılar,  amma  yıxılmıĢ 

küplər,  yumalanmıĢ  qəhvə  çuvalları  burada  döyüĢ 

olduğunu da göstərirdi. 

          Qəhvəxanaya 

basqın 


edilməsi, 

ustad 


məddahın  qəddarcasına  öldürülməsi,  gecənin 

qorxunc  qaranlığı  Qarayla  bizi  bir-birimizə 

yaxınlaĢdırdı.  Aramızda  da      buna  görə  sükut 

olduğunu  güman  eləyirdim.  Ġki  küçə  keçdik,  Qara 

əlindəki  qəndili  aparmaq  üçün  mənə  verdi,  sonra 

xəncərini çəkib xirtdəyimə dayadı: 

          «Sənin  evinə  gedəcəyik,  –  dedi,  –  oranı 

axtarmaq istəyirəm. Ürəyim rahat olsun deyə». 

          «Onsuz da axtardılar», – deyib susdum.  

          Ġçimdən  qəzəb  yox,  etinasızlıq  keçmiĢdi. 

Haqqımda  çıxarılan  iyrənc  dedi-qodulara  inanması 



 

 

688 



 

Qaranın  da  sıravi  qısqanclardan  biri  olduğunu 

göstərmirdimi? 

Xəncərini 

də 

özünə 


çox 

güvənmədən tuturdu. 

          Evim  qəhvəxananın  arxa  qapısından  çıxıb 

getdiyimiz  küçənin  tamamliə  əks-istiqamətindədi. 

Buna  görə  də  tünlüklə  rastlaĢmamaq  üçün 

məhəllələr  arasındakı  küçələrdə  bir  sağa,  bir  sola 

dönüb,  islaq  və  tənha  ağacların  kədərli  qoxusu 

gələn  boĢ  bağlardan  keçib,  geniĢ  dövrə  vurduq. 

Qayıtdığımız  qəhvəxananın  ətrafında  oradan  gələn 

gurultu heç kəsilmirdi. Küçələrdə də ərzurumilərin 

və  onların  arxasında  yeniçərilərin,  məhəllə 

gözətçilərinin,  gənclərin  qaçıĢdıqlarını  eĢidirdik. 

Yolun yarısını keçib, bir yerə çatmıĢdıq ki: 

         «Ġki  gündü  Ustad  Osmanla  xəzinə  otağında 

qədim  ustadların  möcüzələrinə  baxırdıq»,  –  Qara 

dilləndi. 

         Uzun  müddət  susdum.  Xeyli  sonra  az  qala 

qıĢqırdım:  

         «Bu yaĢdan sonra nəqqaĢ Behzadla eyni rəhlə 

arxasında  otursa  da,  gördükləri  təkcə  gözünü 

sevindirər, ruhuna rahatlıq və həyəcan verər, amma 

bacarığını zənginləĢdirməz.  Çünki naxış gözlə yox, 



əllə çəkilir və əl nəinki Ustad Osman yaĢında, hətta 

mənim yaĢımda belə artıq çox çətin öyrənir».  

         Əli  xəncərli,  özünə  vurulmuĢ  bu  bədbəxt 

səfehi  ciddi  qəbul  elədiyimə  görə  yox,  məni 




 

 

689 



 

gözlədiyini  yaxĢı  bildiyim  gözəl  arvadım  tək 

olmadığımı  baĢa  düĢüb,  Qarayla  üzbəüz  gəlməsin 

deyə qıĢqıra-qıĢqıra danıĢırdım. 

         Həyət  qapısından  keçəndə  elə  bil  evin  içində 

Ģölə saçan lampanın iĢığını görmüĢdüm, amma indi, 

Ģükür, içəridə hər yer qaranlıqdı. Bütün vaxtımı və 

günlərimi  Allahın  xatirələrini  axtarıb  nəqĢ  eləyə-

eləyə,  gözüm  yorulanda  da  dünyalar  gözəli 

cananımla  seviĢə-seviĢə  keçirdiyim  cənnət  evimə 

əlixəncərli  bir  heyvanın  məcburiyyətiylə  girmək 

məhrəmiyyətimə  elə  qəddar  təcavüz  kimi  göründü 

ki, Qaradan intiqam almağa and içdim. 

          Kağızlarıma, 

tamamlamaqda 

olduğum 


səhifəyə  –  borc  zəncirlərindən  qurtulmaq  üçün 

yalvardıqları  padĢahdan  ehsan  alan  məhkumlar  – 

boyalarıma, 

rəhlələrimə, 

bıçaqlarıma, 

qələmitiləyənlərimə,  fırçalarıma,  yazı  taxtamın 

qırağında  hər  Ģeyə,  yenə  kağızlara,  möhrələrimə, 

qələmyonanlarıma,  qələm  və  kağız  qutularının 

arasına,  yer  dolabına,  sandıqlara,  döĢəkcələrin 

altına,  kağız  yumaqlarımdan  birinə,  yumyumĢaq 

qırmızı  döĢəkcəmin,  sonra  xalının  altına,  yenə 

dönüb-dolaĢıb  eyni  yerlərə  əlindəki  qəndili  hey 

yaxınlaĢdıra-yaxınlaĢdıra baxdı. Xəncərini çəkəndə 

dediyi  kimi,  evimi  yox,  nəqĢ  elədiyim  otağı 

axtarırdı. Gizlətmək istədiyim Ģeyi sanki arvadımın 

bizi indi pusduğu otaqda gizlədə bilməzdimmi?  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə