Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə161/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   157   158   159   160   161   162   163   164   ...   190

 

 

670 



 

Bayırlıq  paltarını  geyin,  rübəndini  tax,  boğçanı, 

uĢaqlarını  götür,  qapını  aç,  daha  sakitcə  evinə 

gedək». 


         Bu  sözlərim  uĢaqların  göz  yaĢlarını  artırdı. 

ġəkurənin də göz yaĢlarının qabağı açıldı. 

         «Hasandan  qorxuram»,  –  dedi.  «Sonra 

intiqamı  dəhĢətli  olar.  VəhĢidi.  Çünki  bura  mən 

özüm gəldim». 

         «Bu, yeni evliliyinə son qoymur ki», – dedim. 

«Çarəsiz  qalmısan,  əlbəttə,  bir  yerə  sığınmalıydın. 

Ərin  baĢ  verəni  belə  bağıĢladı,  səni  qəbul  eləyir. 

Hasanısa  illərlə  necə  idarə  elədik,  yenə  də  idarə 

elərik». Ona gülümsədim. 

         «Amma qapını mən açmaram», – dedi. «Onda 

könüllü qayıtmıĢ olaram».  

         «Əziz  ġəkurəm,  qapını  mən  də  açmaram»,  – 

dedim.  «Sən  də  bilirsən  ki,  onda  sizin  iĢlərinizə 

burun  soxmuĢ  oluram.  Məndən  bunun  intiqamını 

daha da ağır alarlar». 

          Mənə haqq verdiyini gözlərində gördüm.  

          «Onda  heç  kəs  qapını  aça  bilməz»,  –  dedi. 

«Qoy qırsınlar, bizi götürüb zorla aparsınlar». 

          Bunun ġəkurə və uĢaqlar üçün ən yaxĢı çıxıĢ 

yolu olduğunu dərhal baĢa düĢüb qorxdum.  

          «Amma  onda  qan  tökərlər»,  –  dedim.  «ĠĢə 

qazı qarıĢmasa, qan qarıĢar, qan davası illərlə çəkər. 

ġərəflə  yaĢamaq  istəyən  heç  kəs  qapısı  qırılıb, 




 

 

671 



 

evinə  hücum  edilib,  içindən  qadın  aparılmasına 

laqeyd qala bilməz».  

          Mağıl  cavab  əvəzinə  uĢaqlarını  qucaqlayıb 

var  gücüylə  ağlayanda  bu  ġəkurənin  nə  qədər 

ehtiyatlı  və  haqq-hesabını  bilən  olduğunu  bir  də 

peĢmanlıqla  baĢa  düĢdüm.  Ġçimdən  bir  səs  deyirdi 

ki,  hər  Ģeyi  atıb  get,  amma  döyülməkdən  az  qala 

qırılan  qapıya  artıq  mən  də  yaxınlaĢa  bilməzdim. 

Əslində, həm qapını qırıb içəri girmələrindən, həm 

də  qırmamalarından  qorxurdum.  Çünki  mənə 

inanan,  iĢləri  irəli  aparmaqdan  qorxan  Qaranın 

adamlarını  hər  an  geri  çəkəcəyi,  bundan 

qayınatanın  cəsarətlənəcəyi  də  ağlıma  gəlirdi. 

ġəkurəyə lap yaxınlaĢanda yalandan ağladığını baĢa 

düĢdüm, amma daha pisi, elə titrəyirdi ki, bunu heç 

yamsılamaq olmazdı. 

         Qapıya  yaxınlaĢıb  var  gücümlə  bağırdım: 

«Dayanın, daha bəsdi!»  

          EĢikdəki hərəkət də, içəridəki ağlaĢma da bir 

anda kəsildi.  

          «Orxan  açsın  qapını,  anası»,  –  ani  ilhamla, 

uĢaqla  danıĢan  kimi,  Ģirin  səslə  dedim.  «O,  evinə 

qayıtmaq istəyir, heç kəs ona hirslənməz». 

          Elə  mən  sözümü  qurtarmamıĢdım  ki,  Orxan 

anasının titrəyən qollarının arasından çıxıb, bu evdə 

illərlə  yaĢayan  kimi  əvvəlcə  sürgünü,  sonra  qapı 

taxtasını,  ardınca  rəzəni  açıb,  qapıdan  iki  addım 




 

 

672 



 

geri  çəkildi.  Öz-özünə  açılan  qapının  arasından 

eĢiyin  soyuğu  içəri  doldu.  Elə  sükut  çökdü  ki,  lap 

uzaqlarda  tənbəl  bir  itin  ağzı  boĢ  durmasın  deyə 

hürdüyünü  hamımız  eĢitdik.  Orxan  anasının 

qucağına qayıdanda ġövkət dilləndi:  

         «Hasan əmimə deyəcəyəm». 

         ġəkurənin  qalxıb  fəracəsini  götürdüyünü, 

çıxmağa hazırlaĢdığını görəndə  elə  rahatlandım  ki, 

gülməkdən 

qorxdum. 

Oturub 


mərcimək 

Ģorbasından iki qaĢıq aldım. 

          Qara  ağıllı  tərpənib  evin  qapısına  heç 

yaxınlaĢmadı.  Bir  ara  ġövkət  sürgünü  içəridən 

bağlayıb, özünü  rəhmətlik  atasının otağına salanda 

da  köməyə  çağırmağımıza  baxmayaraq,  Qara  evə 

doğru  heç  addımını  da  atmadı,  adamlarını  da  içəri 

buraxmadı.  Hasan  əmisinin  qəbzəsi  yaqutlu 

xəncərini  götürməsinə  anası  izin  verdiyinə  görə 

ġövkət də evdən çıxmağa razı oldu.  

          «Hasandan,  qırmızı  qılıncdan  qorxun»,  – 

qayınata məğlubiyyət və intiqam məqsədindən çox 

həqiqi narahatlıqla dedi. Nəvələrini bir-bir, saçlarını 

qoxulaya-qoxulaya  öpdü.  ġəkurənin  qulağına  da 

nəsə pıçıldadı.  

          Evin qapısına, divarına, ocağına tələm-tələsik 

son  dəfə  də  baxdığını  görəndə  buranın  ġəkurənin 

ilk əriylə həyatının ən xoĢbəxt illərini keçirdiyi yer 

olduğunu  bir  daha  xatırladım.  Ġndi  həmin  evin  iki 



 

 

673 



 

bədbəxt,  tənha  kiĢinin  məskəni  olduğunu,  ölüm 

qoxusu  verdiyini  görürdümü?  Qəlbimi  qırdığına 

görə qayıdan vaxt yolda ona yaxınlaĢmadım. 

         Ġki yetim uĢaqla bir cariyə, biri yəhudi və biri 

dul  –  üç  arvad  idik,  bizi  geri  qayıdan  yolda  bir-

birimizə  yaxınlaĢdıran  Ģey  gecənin  soyuğu  və 

qaranlığı  yox,  yad  məhəllələrin,  çətin  keçilən 

küçələrin  darlığı,  bir  də  Hasanın  qorxusu  oldu. 

Qaranın  adamları  tərəfindən  qorunan  iri  dəstəmiz 

eynilə  xəzinə  daĢıyan  karvan  kimi  əyri  yollardan, 

ara  küçələrdən,  quĢ  uçmaz,  karvan  keçməz  ucqar 

məhəllələrdən  keçdi  ki,  gözətçilərə,  yeniçərilərə, 

yetik məhəllə qoçularına və Hasana rast gəlməyək. 

Bəzən  göz  gözü  görməyən  zil  qaranlıqda  bir-

birimizə,  divarlara  dəyə-dəyə  yolu  tapdıq. 

Xortdanların,  cinlərin,  yerin  altından  çıxacaq 

Ģeytanların  bizi  qaranlıqda  götürüb  qaçıracağını 

güman  eləyib, bir-birimizi  əməlli-baĢlı qucaqladıq. 

Əllərimizlə  yoxlayıb  hiss  elədiyimiz  divarların, 

örtülü  pəncərə  taylarının  düz  arxasında  xoruldaya-

xoruldaya,  öskürə-öskürə  yatanların,  axurlardakı 

heyvanların iniltisini eĢitdik. 

         Ən yoxsul və ən yaramaz səmtlər, köçkünlərlə 

cürbəcür  bədbəxt  millətlərin  əhalisinin  qonaq 

qaldığı  məhəllələrdən  baĢqa,  Ġstanbulun  bütün 

küçələrini  addımlamıĢ  mən,  Ester  aradabir  lal 

qaranlığın  içindəki  bitib-tükənməz  küçələrdə 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə