Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə159/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   155   156   157   158   159   160   161   162   ...   190

 

 

662 



 

qulaqlarını  kəsib  öldürmüĢdülər.  Nənəm  mənə 

türklərin  çox  vaxt  səbəbsiz  adam  öldürdüyünü 

deyərdi.  Nəsimciyimin  indi  evdə  içdiyi  mərcimək 

Ģorbası  gözümün  qabağına  gəldi.  Ayaqlarım  dalı-

dalı  getsə  də,  orada  ġəkurənin  olduğunu  düĢünüb 

evə doğru getdim. Maraq da içimi didirdi. 

         «Boğçaçı-ı!  Bayramlıq  paltar  üçün  Çindən 

gəlmiĢ ipək parça var». 

         Pəncərə  taylarının  arasından  turunc  rəngli 

iĢığın  qımıldandığını  hiss  elədim.  Qapı  açıldı. 

Hasanın  abırlı  atası  məni  içəri  apardı.  Ev  varlı 

evləri  kimi  istiydi.  Lampanın  iĢığında  bu  süfrənin 

ətrafında  uĢaqlarıyla  birgə  oturan  ġəkurə  məni 

görəndə ayağa qalxdı.  

         «ġəkurə», – dedim. «Ərin gəldi». 

         «Hansı?» 

         «Yeni ərin» – dedim. «Silahlı adamlarıyla evi 

mühasirəyə aldılar. Hasanla döyüĢməyə hazırdılar».  

         «Hasan  evdə  yoxdu»,  –  təmkinli  qayınata 

dedi. 

         «YaxĢı  oldu»,  –  dedim.  «Sən  al,  bunu  oxu 



görək», – deyib padĢahın rəhmsiz iradəsini yetirən 

məğrur elçi kimi Qaranın məktubunu verdim. 

          Abırlı  qayınata  məktubu  oxuyanda  ġəkurə 

dilləndi:  

          «Ester,  gəl  sənə  mərcimək  Ģorbası  verim, 

isinərsən». 




 

 

663 



 

          Əvvəlcə «istəmirəm» dedim. Bu evə öyrəĢən 

sayaq  danıĢması  heç  xoĢuma  gəlməmiĢdi.  Amma 

mənimlə tək qalmaq istədiyini baĢa düĢəndə kağızı 

götürüb arxasınca getdim. 

          «Qaraya  de  ki,  hamısı  ġövkətin  üzündən 

oldu»,  –  pıçıldadı.  «Dünən  qatildən  qorxa-qorxa 

Orxanla  təkbaĢına  bütün  gecəni  gözlədim.  Orxan 

gecə səhərəcən titrədi. UĢaqlarım ayrılıb! Hansı ana 

balasından  ayrılar?  Üstəlik  xəbər  gətirdilər  ki, 

PadĢahımızın  iĢgəncələri  onu  danıĢdırıb,  atamın 

ölümündə payı olub». 

          «Atan  öldürüləndə  Qara  sənin  yanında 

deyildimi?» 

          «Ester»,  –  gözəl  qara  gözlərini  geniĢ  açıb 

dedi. «Nə olar, kömək elə mənə». 

          «Bura  niyə  qayıtdığını  de  ki,  baĢa  da  düĢək, 

yardım da eləyək». 

          «Güman  eləyirsən  ki,  niyə  qayıtdığımı 

bilirəm?»  –  dedi.  Bir  anlığa  elə  bil  ağlayacaqdı. 

«Qara  ġövkətimi  sıxıĢdırdı»,  –  dedi.  «Hasan 

uĢaqların  əsl  atalarının  geri  gəldiyini  deyəndə  də 

ona inandım». 

         Amma  gözlərindən  yalan  söylədiyini  baĢa 

düĢürdüm, o da baĢa düĢdüyümü dərk eləyirdi.  

         «Hasana  aldandım!»  –  pıçıldadı,  hiss  elədim 

ki,  bundan  Hasanı  sevdiyini  baĢa  düĢməyimi 

istəyir.  Amma  Qarayla  evləndiyinə  görə  Hasan 




 

 

664 



 

barədə  daha  çox  fikirləĢməyə  baĢladığını  ġəkurə 

baĢa düĢürdümü? 

         Qapı  açıldı,  içəriyə  əlində  ocaqdan  yeni 

çıxmıĢ misə oxĢar çörək olan Xeyriyyə girdi. Məni 

görəndə heç sevinməyən üzündən ƏniĢtə əfəndinin 

ölümüylə  bu  bədbəxt,  heç  kəsə  lazım  olmayan 

məxluğun ġəkurəyə bir bəla olaraq miras qaldığını 

dərhal  gördüm.  Otağa  gətirilən  təzə  çörəklə  birgə 

ġəkurə  uĢaqların  yanına  qayıdanda  da  əsl  həqiqəti 

dərk elədim: istər əsl ataları, istər Hasan, istər Qara 

olsun, ġəkurənin axtarıb tapmadığı, özü sevəcəyi ər 

deyildi;  çətin  tapacağı  qorxudan  gözləri  böyümüĢ 

bu  uĢaqların  sevəcəyi  ataydı.  ġəkurə  bütün  yaxĢı 

ərlərin hamısını yaxĢı niyyətlə sevməyə hazır idi. 

          «Axtardığım  Ģeyi  ürəyinlə  axtarırsan»,  –  heç 

fikirləĢmədən  dedim.  «Amma  ağlınla  qərar 

verməlisən».  

          «Qaranın 

yanına 


dərhal 

uĢaqlarla 

qayıdaram», – dedi. «Amma Ģərtlərim var». Bir az 

susdu. «ġövkət və Orxanla yaxĢı davranacaq. Mən 

bura  sığındığıma  görə  bunun  haqq-hesabını 

çəkməyəcək.  Məni  dünən  gecə  evdə  qatilin, 

oğrunun,  müsibətin  və  Hasanın  qabağında  tək 

qoydu». 


          «Atanın  qatilini  hələ  tapmayıb,  amma  istədi 

sənə deyim ki, tapıb». 

          «Onun yanına gedəkmi?» 



 

 

665 



 

          Mən  cavab  verməmiĢdən  əlindəki  məktubu 

çoxdan oxuyub qurtaran köhnə qayınata dilləndi:  

          «Qara  əfəndiyə  deyin,  mən  oğlum  olmadan 

gəlinimi ona geri verməyimin məsuliyyətini daĢıya 

bilmərəm». 

          «Hansı  oğlun?»  –  ədəbsizlik  olsun  deyə, 

amma yumĢaq səslə dedim. 

          «Hasan»,  –  dedi.  Abırlı  adam  olduğuna  görə 

utanmıĢdı.  «Böyük  oğlum  Əcəm  ölkəsindən 

qayıtmırmıĢ, Ģahidlər var». 

          «Hasan haradadı?» – dedim.  

          ġəkurənin 

verdiyi  Ģorbadan  iki  qaĢıq 

götürdüm. 

          «Gömrük 

Əminliyindəki 

katibləri, 

hambalları, adamlarını yığmağa getdi», – yalanı heç 

qəbul  eləməyən  yaxĢı  və  sadəlövh  adamların  o 

uĢaqsayaq 

görkəmiylə 

dilləndi. 

«Dünən 


ərzurumilərin  elədiklərindən  sonra  yeniçərilər  bu 

gecə də küçələrdədi». 

          «Biz  onları  heç  görmədik»,  –  qapıya  doğru 

gedəndə dedim. «Son sözün budumu?»  

          Bunu 

qorxutmaq 

üçün 

qayınatadan 



soruĢmuĢdum,  amma,  əslində,  niyə  ondan 

soruĢduğumu ġəkurə çox gözəl baĢa düĢdü. 

          Fikri,  həqiqətən,  bu  qədər  qarıĢıq  idimi, 

yoxsa  bir  Ģeymi  gizlədir,  məsələn,  Hasanın 

adamlarıyla  qayıtmasınımı  gözləyirdi?  Əslində, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə