Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə157/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   153   154   155   156   157   158   159   160   ...   190

 

 

653 



 

demək  olar,  tapıldığına  görə  bu  gecə  cananımın 

yatağına  girə  biləcəyim  məntiqi  məni  bütün  aləmə 

elə  yaxınlaĢdırırdı  ki,  nar  ağacını  və  təmir  edilmiĢ 

pəncərə  taylarını  görəndə  dərənin  o  biri  tərəfinə 

qıĢqıran əkinçi kimi qıĢqırmaqdan özümü saxladım. 

Çünki  ġəkurəni  görən  kimi:  «Məlun  qatilin  kim 

olduğu  məlum  oldu»,  –  deyib  sözə  baĢlamaq 

istəyirdim. 

        Həyət qapısını açdım. Qapının cırıltısındanmı, 

quyunun 

qabından 

su 

içən 


sərçənin 

qəmsizliyindənmi,  evin  qaranlıq  vəziyyətindənmi, 

bilmirəm, amma on iki ildən bəri tək-tənha yaĢayan 

adamın canavar intuisiyasıyla dərhal evdə heç kəsin 

olmadığını  baĢa  düĢdüm.  Ġnsan  tək-tənha  qaldığını 

necə  kədərlə  baĢa  düĢür,  yenə  də  bütün  qapıları, 

dolabları, hətta pəncərə qapaqlarını belə necə açıb-

örtürsə, elə elədim. Sandıqları belə açıb baxdım. 

        Bütün  bu  sükut  ərzində  bircə  eĢitdiyim  Ģey 

sürətlə  döyünən  ürəyimin  gumbultusuydu.  Ununu 

ələmiĢ,  ələyini  asmıĢ  qoca  kimi  ən  uzaq  sandığın 

dibində gizlətdiyim qılıncımı çıxarıb qurĢayanda bir 

anlığa  rahatlıq  tapdım.  Qələmimlə  iĢ  gördüyüm 

neçə  illər  ərzində  mənə  qəlb  rahatlığını  və 

müvazinəti  (yürüĢ  müvazinətini  də)  əvvəldən 

axıracan  fil  diĢindən  qəbzəsi  olan  qılıncım 

vermiĢdi.  Kitablar  yalnız  insanın  bədbəxtliyinə 

təsəlli saydığımız dərinlik əlavə eləyir. 



 

 

654 



 

         Həyətə  endim.  Sərçə  getmiĢdi.  Batan  gəmini 

tərk  eləyən  kimi,  evi  çökən  qaranlığın  sükutuna 

qoyub çıxdım.  

         Ġndi özünə daha da güvənən qəlbim «qaç, get 

onları tap» deyirdi. Qaçdım. Yenə tünlük yerlərdə, 

kəsə  olduğuna  görə  keçdiyim  came  həyətlərində 

əyləncə tapdıqları üçün nəĢəylə dalımca düĢən itlər 

artıb-çoxalanda yavaĢıyırdım. 

 

 



 

 

53. MƏNİM ADIM ESTERDİ 

 

         AxĢam  yeməyi  üçün  mərcimək  Ģorbası 



biĢirirdim ki, Nəsim dedi:  

         «Qapıda bir adam var».  

         «ġorbanın dibi yanmasın», – deyib qaĢığı ona 

verəndən  sonra  ahıl  əlindən  tutaraq  qaĢığı  qazanın 

içində  iki  dəfə  hərlədim.  Çünki  göstərməsəm,  heç 

qarıĢdırıb-eləmədən qaĢığı Ģorbanın içində saatlarla 

saxlaya bilər. 

         Qapıda  Qaranı  görəndə  ona  yalnız  yazığım 

gəldi. Üzündə elə bir Ģey vardı ki, adam baĢ verəni 

soruĢmağa qorxurdu.  

         «Sən içəri girmə, – dedim, – mən indi əynimi 

dəyiĢib gəlirəm». 




 

 

655 



 

        Ramazan əyləncələrinə, varlı süfrələrinə, uzun 

çəkən  toylara  çağırılanda  geydiyim  qaralı-sarılı 

paltarlarımı 

geyindim, 

bayramlıq 

boğçamı 

götürdüm. Yazıq Nəsimə dedim:  

        «ġorbanı gəlib içərəm». 

        Bacaları kasıb qazanları kimi güclə tüstülənən 

yəhudi  məhəlləciyindən  Qarayla  bir  neçə  küçə 

keçdik-keçmədik dilləndim: 

        «ġəkurənin əvvəlki əri savaĢdan qayıdıb». 

        Qara  məhəllədən  çıxana  qədər  susdu.  Üzü 

çökən axĢamın rəngində, kül kimiydi. 

        «Haradadılar?» – xeyli sonra soruĢdu. 

        ġəkurəylə  uĢaqların  evdə  olmadıqlarını  belə 

baĢa düĢdüm.  

       «Evlərindədilər»,  –  dedim.  Bu  söz  ġəkurənin 

əvvəlki  evini  ifadə  elədiyinə  görə  Qaranın  ürəyini 

dağlayacağını dərhal düĢünüb ikinci kəlməylə ümid 

qapısı açdım: «Hər halda». 

        «Sən  savaĢdan  qayıdan  əri  gördünmü?»  – 

gözlərimin içinə baxıb soruĢdu.  

        «Mən  nə  onu  gördüm, nə  də ġəkurənin  evdən 

çıxıb getdiyini». 

        «Evdən  çıxıb  getdiklərini  haradan  baĢa 

düĢdün?» 

        «Sənin sifətindən». 

        «Mənə hər Ģeyi danıĢ», – qətiyyətlə dilləndi. 




 

 

656 



 

        O  qədər  dərdliydi  ki,  bu  Esterin  –  gözü 

pəncərədə, qulağı yolda o qədər xəyalpərvər qıza ər 

tapmağı  bacaran,  o  qədər  bədbəxt  evin  qapısını 

könül  rahatlığıyla  aça  bilən  Ester  olması  üçün  heç 

vaxt  hər  Ģeyi  danıĢmamalı  olduğunu  baĢa  düĢə 

bilmirdi. 

        «ġəkurənin  köhnə  ərinin  qardaĢı  Hasan,  – 

dedim,  –  evinizə  soxulub  –  «eviniz»  deyəndə 

sevindiyini  gördüm  –  ġövkətə  atasının  artıq 

savaĢdan  qayıtdığını,  ikindi  vaxtı  evə  çatacağını, 

evdə anasını, uĢaqları görməsə, çox kədərlənəcəyini 

deyib.  ġövkət  anasına  xəbəri  çatdırsa  da,  ġəkurə 

ehtiyatlı  davranıb,  bir  qərara  gələ  bilməyib. 

Ġkindiyə  doğru  ġövkət  evdən  qaçıb  Hasanla 

babasının yanına sığındı». 

        «Sən bunları haradan öyrənirsən?»  

        «Hasanın  iki  ildə  ġəkurəni  köhnə  evinə  geri 

gətirmək  üçün  hiylələr  iĢlətdiyini  ġəkurə  sənə 

demədimi?  Bir  müddət  Hasan  mənimlə  ġəkurəyə 

məktublar göndərdi». 

        «ġəkurə ona heç cavab verdimi?» 

         «Ġstanbulun  hər  cür  qadınını  tanıyıram»,  – 

qürurla  dedim.  «ġəkurə  kimi  evinə,  ərinə, 

namusuna sədaqətli olanı yoxdu».  

         «Amma indi əri mənəm». 



 

 

657 



 

         Səsində  məni  çox  kədərləndirən  o  kiĢi 

inamsızlığı  vardı.  ġəkurə  hansı tərəfə  keçsə,  o biri 

tərəfdə fəlakət baĢlayırdı.  

         «Hasan  ġövkətin  atasını  gözləmək  üçün  evə 

gəldiyini,  anasının  saxta  nikahla  getdiyi  o  yalançı 

ərə,  yeni  ataya  görə  çox  bədbəxt  olduğunu,  geri 

qayıtmayacağını  kağıza  yazıb  mənə  verdi  ki, 

ġəkurəyə aparım». 

         «ġəkurə neylədi?» 

         «Bütün  gecəni  yazıq  Orxanla  tək-tənha  səni 

gözlədi». 

         «Bəs Xeyriyyə?» 

         «Xeyriyyə sənin gözəl arvadını bir qaĢıq suda 

boğmaq üçün neçə illərdi  fürsət axtarır. Rəhmətlik 

ƏniĢtənin  qoynuna  bundan  ötrü  girirdi.  ġəkurənin 

gecəni  qatil  və  kabus  qorxusuyla  təkcə  keçirdiyini 

görəndə  Hasan  mənimlə  ġəkurəyə  bir  məktub  da 

göndərdi». 

         «Nə yazmıĢdı?» 

         «Allaha  Ģükürlər  olsun  ki,  bu  bədbəxt  Ester 

oxumaq-yazmaq  bilmir,  qəzəbli  əfəndilər,  əsəbi 

atalar bu sualı verəndə onlara belə deyir: mən ancaq 

məktubu  yox,  məktubu  oxuyan  gözəl  qızımın 

üzünü oxuya bilirəm». 

        «Nə oxudun?» 

        «Çarəsizlik». 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə