Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə160/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   156   157   158   159   160   161   162   163   ...   190

 

 

666 



 

ġəkurənin qətiyyətsizliyindən xoĢum gəldiyini baĢa 

düĢüb sevindim. 

          «Biz  Qaranı  istəmirik»,  –  ġövkət  cəsarətlə 

dedi. «Sən də daha bura gəlmə, gonbul». 

          «Amma  onda  gözəl  anana  o  sevdiyi  qotazlı 

örtükləri,  güllü,  quĢlu  yaylıqları,  sənin  sevdiyin 

köynəklik  qırmızıları  kim  gətirər?»  –  deyib 

boğçamı  otağın  ortasına  qoydum.  «Yenə  gələnə 

qədər  açar,  baxar,  istədiyinizi  geyinər,  istədiyinizi 

taxar, istədiyinizi kəsər, biçər, tikərsiniz». 

          Çıxanda  kədərləndim:  ġəkurənin  gözlərini 

heç elə dolu görməmiĢdim. EĢiyin soyuğuna təzəcə 

alıĢırdım ki, palçıqlı yolda Qara əlində qılıncı məni 

saxladı. 

          «Hasan  evdə  yoxdu»,  –  dedim.  «Bəlkə 

ġəkurənin  qayıtmasını  bayram  eləmək  üçün 

bazardan  Ģərab  almağa  gedib.  Bəlkə  də  dedikləri 

kimi, 

adamlarıyla 



tezliklə 

gələcək. 

Onda 

vuruĢarsınız,  çünki  dəlidi.  Hələ  o  qızıl  qılıncını 



çəksə...» 

          «ġəkurə nə dedi?» 

          «Qayınatası: 

«Yox, 


olmaz, 

gəlinimi 

vermərəm»,  –  dedi,  amma  sən  ondan  yox, 

ġəkurədən  qorx.  Arvadının  fikri  qarıĢıqdı,  atasının 

öldürülməsindən  iki  gün  sonra  həm  qatilin 

qorxusundan,  həm  Hasanın  təhdidlərinə,  həm  də 

sənin  heç  bir  xəbər  vermədən  yox  olmağına  görə 



 

 

667 



 

evdə  qorxularla  ikinci  gecə  keçirməyəcəyini  baĢa 

düĢdüyü  üçün  qayıdıb  –  məndən  soruĢ.  Ona 

atasının  qətlində  sənin  barmağının  olduğunu  da 

deyiblər...  Amma  ġəkurənin  əvvəlki  ərinin  geri 

qayıtması-filan  yoxdu.  Hasanın  yalanına  ġövkət 

inanıb,  atası  da  elə  bil  inanıb...  ġəkurənin  sənin 

yanına qayıtmaq niyyəti var, amma Ģərtləri də var». 

          Qaranın  gözlərinin  içinə  baxa-baxa  Ģərtləri 

saydım.  Dərhal  əsl  elçiylə  danıĢan  kimi  rəsmi 

tərzdə qəbul elədi.  

          «Mənim  də  bir  Ģərtim  var»,  –  dedim.  «Ġndi 

yenidən  evə  gedirəm».  Qayınatanın  arxasındakı 

pəncərənin taxtasını  göstərdim.  «Bir  az  sonra  bura 

və  qapıya  həmlə  eləyərsiniz.  Mən  qıĢqıranda 

qaçarsınız. 

Hasan 

gəlsə, 


çəkinib-eləmədən 

vuruĢun». 

          Əlbəttə,  bütün  bu  sözlər  özünə  ziyan 

toxunmayacaq  elçinin  deyəcəyi  Ģeylər  deyildi, 

amma  bu  Ester  özünü  ölümün  ağzına  verir. 

«Boğçaçı»  deyib  səslənər-səslənməz  qapı  bu  dəfə 

dərhal açıldı. Düz qayınatanın qarĢısına çıxdım. 

          «Bütün  məhəllə  də,  bu  tərəfin  qazısı  da  – 

hamı  ġəkurənin  çoxdan  boĢandığını,  yenidən 

Qurani-Kərimə  uyğun  olaraq  evləndiyini  də  bilir», 

–  dedim.  «Sənin  çoxdan  ölmüĢ  oğlun  dirilib 

cənnətdən,  Həzrəti  Musanın  yanından  qayıdıb 

yanınıza  gəlsə  də,  artıq  ġəkurədən  boĢanıb,  daha 



 

 

668 



 

keçdi. Evli qadını qaçırıb burada saxlayırsınız. Qara 

xahiĢ elədi, deyim ki, bunun cəzasını qazıdan əvvəl 

öz adamlarıyla verəcək».  

          «Səhv  iĢ  görər»,  –  qayınata  nəzakətlə 

dilləndi. «ġəkurəni biz qaçırtmadıq ki! Mən, Allaha 

Ģükür,  bu  uĢaqların  babasıyam.  Hasan  əmiləridi. 

ġəkurə  kimsəsiz  qalanda  neynəsin,  bizə  sığındı. 

Ġstəsə,  dərhal  uĢaqlarıyla  qayıda  bilər.  Amma 

unutma,  bura  onun  uĢaqlarını  doğub,  xoĢbəxtliklə 

yaĢatdığı evidi». 

          «ġəkurə»,  –  düĢüncəsiz  tərzdə  dedim. 

«Atanın evinə qayıtmaq istəyirsənmi?»  

          «Xoşbəxt 

ev»  sözünə  görə  ağlamağa 

baĢlamıĢdı.  

          «Atam yoxdu», – dedi.  

          Yoxsa  mənmi  elə  eĢitmiĢdim?  UĢaqları 

əvvəlcə  ətəklərinə,  sonra  onu  oturdub  sinəsinə 

sığındılar;  hamısı  bir-birini  qucaqlayıb,  komalaĢıb 

ağlaĢdılar.  Bu  Ester  sadəlövh  deyil:  ağlamaqla 

ġəkurənin  ayrı-seçkilik  eləmədən  hər  iki  tərəfi  də 

idarə  elədiyini  çox  yaxĢı  baĢa  düĢürdüm,  amma 

səmimiyyətlə ağladığını da bilirdim. Çünki mən də 

ağlamağa  baĢlamıĢdım.  Az  sonra  baxdım,  ilan 

Xeyriyyə də ağlayır.  

          Evdə  ağlamayan  bircə  adamın,  yaĢıl  gözlü 

təmkinli  qayınatanın  dadınasa  Qaranın  və 

adamlarının  həmin  anda  baĢlayan  hücumu  çatdı. 



 

 

669 



 

Pəncərə  taxtaları  döyülməyə,  qapı  itələnməyə 

baĢladı.  Ġki  nəfər  qapıya  söykənmiĢdi,  qəribə 

qoçbaĢıyla  vurub  güc  verirdilər,  hər  vuranda  evin 

içində top partlayan kimi səs çıxarırdı. 

         «Sən gün görmüĢ, abırlı adamsan», – özümün 

göz yaĢlarımdan da cəsarətlənib qayınataya dedim. 

«Qapını  açıb  ġəkurənin  gəldiyini  de,  eĢikdəki 

qudurmuĢ itlər əl saxlasınlar». 

         «Evinə  sığınmıĢ  kimsəsiz  qadını,  üstəlik 

gəlinini,  sən  olsan,  küçəyə  atıb,  bu  itlərə 

verərsənmi?»  

         «Özü getmək istəyir», – dedim.  

         Ağlamaqdan 

tutulan 

burnumu 


göy 

dəsmalımla sildim. 

         «Onda qapını açıb, çıxıb gedə bilər», – dedi. 

         ġəkurənin,  uĢaqlarının  yanında  oturdum. 

Qapını itələyənlərin dəhĢətli gurultusu üzündən hər 

yeni hərəkət daha çox dərin gözyaĢı üçün bəhanəyə 

çevrilirdi:  uĢaqlar  daha  bərkdən  ağlamağa 

baĢlayırdılar, bu da həm ġəkurənin, həm də mənim 

göz yaĢlarımı sürətləndirdi. Amma ikimiz də evi az 

qala 


yıxacaq 

zərbələrin, 

eĢikdəki 

təhdid 


qıĢqırtılarının  da  hesabını  verir,  vaxt  qazanmaq 

üçün ağladığımızı da bilirdik. 

         «Gözəl  ġəkurəm,  –  dedim,  –  qayınatan  izin 

verir, ərin Qara bütün Ģərtlərini dərhal qəbul elədi, 

səni eĢqlə gözləyir, artıq sənin bu evdə iĢin yoxdu. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə