Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə158/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   154   155   156   157   158   159   160   161   ...   190

 

 

658 



 

        Uzun  müddət  dinib-danıĢmadıq.  Kiçik  Rum 

kilsəsinin  damına  sinib  gecəni  gözləyən  bayquĢu 

gördüm.  Qiyafəmə  və  boğçama  baxıb  gülən 

yekəpər  məhəllə  uĢaqlarını  gördüm.  Gecə 

baĢladığına  görə  sərvli  qəbiristanlıqdan  qaĢına-

qaĢına sevinclə küçəyə enən qotur iti gördüm.  

         «YavaĢ  get!»  –  sonra  da  Qaraya  qıĢqırdım. 

«Mən  bu  yoxuĢları  sənin  kimi  çıxa  bilmirəm. 

Əlimdə bu boğça məni hara aparırsan?» 

         «Sən  məni  bu  Hasanın  evinə  aparmamıĢdan 

qabaq  mən  səni  boğçanı  açdırıb  gizli  sevgililəri 

üçün  güllü  yaylıqlar,  ipək  qurĢaqlar,  sim  iĢləməli 

pul  kisələri  alacaq  comərd  igidlərin  yanına 

aparıram». 

         Bu  yazıq  vəziyyətiylə  Qaranın  hələ  zarafat 

eləyə  bilməsi  yaxĢı  Ģey  idi,  amma  dərhal 

zarafatındakı ciddi cəhəti gördüm.  

         «Ordu  toplasan,  səni  Hasanın  evinə  heç 

aparmaram»,  –  dedim.  «Mənim  dava-dalaĢdan 

ödüm ağzıma gəlir». 

         «Sən həmiĢəki ağıllı Ester olsan, nə dava olar, 

nə dalaĢ», – dedi. 

         Ağsarayı  keçib  arxaya,  Lanna  bostanlarına 

doğru  gedən  yola  çıxdıq.  Qara  palçıq  yolun 

yuxarısında, bir vaxtlar gün görmüĢ məhəllədə hələ 

açıq olan bərbərxanaya girdi. Təmiz üzlü, gözəl əlli 

bir  oğlanın  qəndil  iĢığında  taraĢ  elədiyi  ustayla 




 

 

659 



 

danıĢdığını  gördüm.  Çox  keçmədi,  bərbər,  gözəl 

Ģəyirdi  və  iki  nəfər  də  Aksarayda  bizə  qoĢuldu. 

Əllərində  qılınclar,  baltalar  vardı.  ġahzadəbaĢıda 

bir  ara  küçədə  qoçuluğu  heç  yaraĢdıra  bilmədiyim 

mədrəsəli  oğlan  da  əlində  qılınc  qaranlıqda  bizə 

qoĢuldu. 

         «ġəhərin  içində  günün  günortaçağı  evəmi 

basqın eləyəcəksiniz?» – dedim. 

         «Günün  günortaçağı  yox,  gecə»,  –  Qara 

zarafat eləməkdən çox məmnun ədayla dilləndi.  

         «Bir  ordu  adam  topladığına  görə  özünə  o 

qədər  güvənmə»,  –  dedim.  «Yeniçərilər  belə 

tamamilə  silahlanmıĢ  ordu  kimi  gəzdiyinizi 

görməsin». 

         «Heç kəs görməz». 

         «Dünən  Ərzuruminin  adamları  əvvəlcə  bir 

meyxanaya,  sonra  da  Sağırqapıdakı  Cərrahi 

təkkəsinə hücum eləyib, hamını döyüblər. BaĢından 

ağac  yeyən  bir  ahıl  ölüb.  Zil  qaranlıqda  sizi 

onlardan hesab eləyə bilərlər». 

         «Rəhmətlik Zərif əfəndinin evinə də gedibsən

Allah  razı  olsun,  arvadında  mürəkkəbi  dağılmıĢ  o 

atları  da  görübsən,  ġəkurəyə  də  xəbər  veribsən. 

Zərif  əfəndi  bu  ərzurumlu  vaizin  adamlarıyla 

çoxmu oturub-dururmuĢ?» 

          «O  evdə  yalnız  ona  görə  bir  az  ağız  aradım 

ki,  bədbəxt  ġəkurəyə  bir  faydası  olacağını 




 

 

660 



 

fikirləĢdim», – dedim. «Onsuz da ora yazıq yəhudi 

ağlımın  çatmadığı    Ģər  və  siyasi  iĢlərinizə 

bulaĢmağa  yox,  Flamand  gəmisindən  yeni  çıxan 

parçaları göstərməyə getmiĢdim». 

          «Ester xanım, sən çox ağıllısan». 

          «Elə olduğuma görə sənə bunu da deyim: bu 

Ərzurumi  vaizin  adamları  daha  çox  azacaq,  daha 

çox can alacaq, qorxun onlardan». 

          ÇarĢıqapının  arxa  tərəflərindəki  küçəyə 

girəndə  ürəyim  qorxuyla  döyündü.  ġabalıd  və  tut 

ağaclarının  çılpaq,  islaq  budaqları  ayın  soyuq 

iĢığında 

parıldayırdı. 

Cinlərin-xortdanların 

üfürdüyü  külək  boğçamın  qırağındakı  qotazları 

yellədib,  ağaclarda  fit  çalıb,  dəstəmizin  qoxusunu 

məhəllənin  pusquya  yatmıĢ  bütün  itlərinə  çatdırdı. 

Onlar bir-bir, ikibir hürməyə baĢlayanda Qaraya evi 

göstərdim.  Qaranlıq  damına,  pəncərələrinə  bir 

anlığa  dinməzcə  baxdıq.  Qara  adamlarını  evin 

ətrafında,  boĢ  bostanda,  həyət  qapısının  iki 

tərəfində  və  arxadakı  əncir  ağaclarının  dalında 

yerləĢdirdi. 

         «Buralarda iyrənc tatar dilənçi var», – dedim. 

«Kordu,  amma  küçənin  giriĢini-çıxıĢını  muxtardan 

yaxĢı  bilir.  PadĢahın  ədəbsiz  meymunları  kimi  elə 

hey qabağıyla oynayır. Əlinizi vurmadan səkkiz-on 

ağca verərsiniz, hər Ģeyi deyər». 



 

 

661 



 

         Uzaqdan  Qaranın  əvvəlcə  pul  verib,  sonra 

qılıncını  xirtdəyinə  dayayıb  tatarı  sıxıĢdırmasına 

tamaĢa  elədim.  Sonra  necə  oldu,  bilmirəm,  evi 

gözlədiyini hesab elədiyim bərbər Ģəyirdi baltasının 

sapıyla  tatarı  döyməyə  baĢladı.  Ġndi  qurtaracağını 

güman eləyib bir az baxdım, amma tatar ağlayırdı. 

Qaçdım, öldürməmiĢ tatarı əlindən aldım. 

        «Anama söydü», – bərbər Ģəyirdi deyirdi. 

        «Hasan evdə yoxdu, deyir»,  – Qara dedi. «Bu 

korun  dediyi  doğrudumu?»  Mənə  oradaca  yazdığı 

məktubu  uzatdı.  «Al,  bunu  evə  apar,  Hasana,  o 

yoxdusa, atasına ver», – dedi. 

        «ġəkurəyə  bir  Ģey  yazmadınmı?»  –  məktubu 

alanda soruĢdum.  

        «Ona ayrı məktub yollasam, bu, evdəki kiĢiləri 

daha da qıcıqlandırar», – Qara dilləndi. «Ona de ki, 

atasının alçaq qatilini tapdım». 

        «Bu, doğrudumu?» 

        «Sən de». 

         Hələ  ağlayıb-sızıldayan  tatarı  dilə  tutub 

susdurdum.  

        «Sənin  üçün  elədiyimi  unutma»,  –  dedim, 

bütün bunları oradan getməmək üçün uzatdığımı da 

baĢa düĢdüm.  

        Bütün 

bu 

məsələyə 



niyə 

burnumu 


soxmuĢdum? Ədirnəqapıda iki il əvvəl bir boğçaçı 

arvadı  söz  verdiyi  qız  baĢqa  hərifə  ərə  gedəndə 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə