Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə163/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   159   160   161   162   163   164   165   166   ...   190

 

 

678 



 

          Qadınları  çox  yaxĢı  tanıyıram;  hətta  dörd 

nəfəriylə  Ģəxsən  qarĢılaĢmıĢ,  üzlərini  görmüĢ, 

söhbət eləmiĢəm. Bunlar: 



1.  Rəhmətlik  anam.  2.  Sevimli  xalam.  3.  Məni  hey 

döyən  böyük  qardaşımın  arvadıdı,  o  görəndə  «çıx 

otaqdan» deyib (ona aşiq olmuşdum). 4. Səyahətim 

vaxtı  Konyada  açıq  pəncərə  qabağında  bir  anlığa 

gördüyüm  qadın.  Onunla  heç  danıĢmamağıma 

baxmayaraq, illərlə Ģəhvani duyğular bəslədim, hələ 

də bəsləyirəm. Bəlkə də indi ölüb. 

          Üzü  açıq  qadını  görmək,  onunla  danıĢmaq, 

onun  insani  vəziyyətlərinin    Ģahidi  olmaq  biz 

kiĢilərdə  həm  Ģəhvani,  həm  də  dərin  mənəvi 

əzablara  Ģərait  yaratdığına  görə  ən  yaxĢısı, 

dinimizin  əmr  elədiyi  kimi,  qadınları,  xüsusilə 

gözəl  olanları  nikahlanmadan  heç  görməməkdi. 

ġəhvani  hissləri  məcburən  doydurmaq  üçün 

qadınları  axtartmayan  gözəl  oğlanların  dostluğunu 

axtarmaq  yeganə  çarədi,    axırda  bu da Ģirin vərdiĢ 

olur.  Firəng  Ģəhərlərində  qadınların  yalnız  üzlərini 

yox,  ən  cəlbedici  tərəfləri  olan  saçlarını,  sonra 

boyunlarını,  qollarını,  gözəl  gərdənlərini,  hətta 

danıĢılanlar  doğrudusa,  gözəl  ayaqlarının  bir 

qismini  ortaya  qoyacaq  tərzdə  gəzmələri,  kiĢilərin 

də buna görə qabaqlarının elə qalxıq olub, həyayla 

əzab-əziyyət  içində  birtəhər  yerimələri  camaatı, 



 

 

679 



 

əlbəttə,  sındırıb.  Firəng  gavurunun  Osmanlı 

qarĢısında hər gün bir qala itirməsinin səbəbi budu.  

         Gözəl  qadınlardan  uzaq  yaĢamağın  ruhumun 

xoĢbəxtliyi  və  rahatlığı  üçün  ən  düzgün  yol 

olduğunu lap yeniyetməlik illərimdə baĢa düĢəndən 

sonra  qadınlara  marağım  daha  çox  artdı.  Elə  o 

vaxtlar  anamdan  və  xalamdan  baĢqa  qadın  da 

görmədiyimə görə marağım sirli qətiyyət alır, sanki 

beynimə qarıĢqa dolur, onların necə hiss elədiyini – 

elədiklərini  eləyə-eləyə,  yediklərini  yeyə-yeyə, 

sözlərini  təkrarlayıb,  vəziyyətlərini  yamsılayıb, 

paltarlarını  geyinib  hiss  eləyə  biləcəyimi  baĢa 

düĢürdüm.  Beləcə,  bir  cümə  günü  anam,  atam, 

böyük qardaĢım, xalam  – hamısı babamın Fəhrəng 

sahilindəki  gül  bağçasına  gedəndə  mən:  «Çox 

xəstəyəm», – deyib evdə qaldım.  

         «Gəl,  bax  çöldə  itləri,  ağacları,  atları  görər, 

yamsılayar,  bizi  güldürərsən.  Evdə  təkbaĢına 

neyləyəcəksən?» – rəhmətlik anam dedi. 

         «Sənin  paltarlarını  geyib,  qadın  olacağam, 

anacan»,  –  deyə  bilməzdim.  «Qarnım  ağrıyır»,  – 

dedim.  

         «Zəiflik eləmə, – atam dedi, – gəl güləĢək». 

         Ġndi  siz  nəqqaĢ,  xəttat  qardaĢlarıma  onlar 

gedəndə  rəhmətlik  anamın  və  xalamın  alt 

paltarlarını  bir-bir  geyinəndə  nələr  hiss  elədiyimi, 

qadın  olmağın  o  gün  baĢa  düĢdüyüm  sirlərini 




 

 

680 



 

danıĢacağam.  Əvvəlcə  dərhal  bunu  deyə  bilərəm: 

dəfələrlə  kitablarda  oxuduğumuzun,  vaizlərdən 

eĢitdiyimizin  əksinə,  insan  qadın  olanda,  əslində, 



özünü şeytan kimi hiss eləmir. 

Tamamilə tərsinədi: rəhmətlik anamın gül iĢləməli 

ipək  donunu  geyinəndə  qəlbimə  ləzzətli  gözəllik 

duyğusu  yayıldı,  özümü  onun  kimi  həssas  hiss 

elədim. Xalamın geyinməyə qıymadığı fıstıq yaĢılı 

köynəyi  çılpaq  dərimə  dəyəndə  içimdə  bütün 

uĢaqlara,  hətta  özümə  qarĢı  sevgi  yarandı.  Bütün 

aləmə 

yemək 


biĢirib, 

hamını 


əmizdirmək 

istəyirdim.  DöĢlərim  olsaydı,  necə  hiss  eləyərdim, 

bunu bir az baĢa düĢəndən sonra əsl maraqlandığım 

Ģeyin,  iridöĢlü  qadın  olmağın  necə  hiss  olduğunu 

bilim deyə sinəmə çoxlu Ģeylər: corablar, dəsmallar 

soxdum,  o  iri  çıxıntını  görəndə  də,  bəli,  gözəl 

Ģeytan  kimi  özümü  məğrur  hiss  elədim.  KiĢilərin 

kölgəsini belə görsələr, onların dalınca qaçacağını, 

ağızlarına  almaq  üçün  yalvarıb  çırpınacaqlarını 

dərhal baĢa düĢdüyümə görə özümü çox güclü hiss 

elədim,  amma  mən  güclü  olmaq  istəyirdimmi? 

Fikrim  qarıĢmıĢdı:  həm  güclü  olmaq  istəyirdim, 

həm  də  mənə  yazıqları  gəlməsini  istəyirdim;  həm 

heç  tanımadığım  varlı,  qüvvətli,  ağıllı  bir  kiĢinin 

məni  dəlicəsinə  sevməsini  istəyirdim,  həm  də 

ondan  qorxurdum.  Anamın  cehiz  sandığının 

dibindəki yarpaq naxıĢlı mələfələrin yanında, müĢk 



 

 

681 



 

qoxulu  yun  corabların  içində  gizlətdiyi  burmalı 

qızıl  bilərzikləri  taxıb,  hamamdan  qayıdanda 

yanaqlarını daha da qızartmaq üçün üzünə sürtdüyü 

qırmızını  sürtüb,  xalamın  mis  yaĢılı  fəracəsini 

geyinib,  eyni  rəng  rübəndi  saçlarımı  yığıb  taxaraq 

sədəf çərçivəli güzgüdə özümə baxanda diksindim. 

Onlara  heç  toxunmadığım  halda  gözlərim, 

kirpiklərim  indi  qadın  gözünə  və  kirpiyinə 

çevrilmiĢdi.  Yalnız  gözlərim  və  yanaqlarım 

görünürdü, amma mən çox gözəl qadın idim, bu da 

məni  çox  xoĢbəxt  elədi.  Bunu  məndən  də  əvvəl 

bilən kiĢiliyim qalxmıĢdı. Bu, məni bədbəxt elədi. 

          Gözəl  gözümdən  qopan  bir  damla  yaĢın 

axmasına əlimdə tutduğum güzgüdə tamaĢa elədim, 

həmin  məqamda  kədərlə  nəsə  istədim,  onu  heç 

unuda  bilmədim.  Çünki  eyni  anda  uca  Allahın 

verdiyi ilhamla o Ģeiri avazla, nəğmə kimi, oynaya-

oynaya söyləyib, dərdimi unutmağa çalıĢdım. 

 

Deyir ki, narahat qəlbim, Doğuda ola-ola Batıda, 



                                              Batıda ola-ola Doğuda 

olmaq istəyirəm. 

  KiĢiyəmsə qadın, qadınamsa kiĢi olmaq istəyirəm, 

                                               deyir o biri yerlərim. 

                            Nə çətinmiĢ insan olmaq, daha da 

çətini 


                                               insan kimi bir həyat


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə