Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə162/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   158   159   160   161   162   163   164   165   ...   190

 

 

674 



 

azdığımızı  güman  eləsəm  də,  gündüzlər  əlimdə 

boğça  getdiyim  kimi  guĢələri  yenə  də  tanıya 

bilirdim:  DərzibaĢı  küçəsinin  divarlarını,  Nurullah 

Xoca bağçasına bitiĢik axurun nədənsə darçın kimi 

qoxuyan  kəskin nəcis  iyini,  Canbazlar küçəsindəki 

yanğın  yerlərini,  Doğançılar  keçidiylə  açıldığı 

meydandakı  Kor  Hacı  camesini  də  tanıdım, 

ġəkurənin  rəhmətlik  atasının  evinə  yox,  müəyyən 

eləyə  bilmədiyim  baĢqa  tərəfə  getdiyimizi  baĢa 

düĢdüm.  

         Qəzəbləndimi,  nə  eləyəcəyi  məlum  olmayan 

Hasandan  və  o  iblis  qatildən  –  ailəsini  gizləmək 

istəyən  Qaranın  baĢqa  sığınacaq  yer  tapdığını 

dərhal baĢa düĢdüm. O yeri öyrənə bilsəydim, sizə 

indi,  Hasana  da  ertəsi  gün  səhər  deyərdim. 

Yamanlığımdan  yox,  Hasanın  ona  münasibətini 

ġəkurənin yenidən istəyəcəyinə əmin olduğumdan. 

Amma  ağıllı  Qara  haqlı  olaraq  mənə  artıq  heç 

etibar eləmirdi. 

         Əsir 

bazarının  arxasında,  qaranlıq  bir 

küçədəydik ki, küçənin qurtaracağından  qıĢqırtılar, 

çığırtılar,  hayqırtılar  gəldi.  Hay-küy  eĢitdik, 

baltalar,  qılınclar,  dəyənəklər  bir-birinə  dəyib, 

döyüĢ  baĢlayanda  eĢidilən  o  bənzərsiz  Ģaqqıltını, 

can ağrıyanda çıxan fəryadları qorxuyla tanıdım. 

        Qara  özünün  iri  qılıncını  etibar  elədiyi 

adamına verdi, ġövkətin əlindəki xəncəri zorla alıb 



 

 

675 



 

onu  ağlatdı,  ġəkurəni,  Xeyriyyəni,  uĢaqları  bərbər 

Ģəyirdi  və  o  biri  adamla  uzaqlaĢdırdı.  Mədrəsəli 

oğlanın  məni  sağ-salamat  evə  aparacağını  dedi; 

məni  onların  yanında  qoymadı.  Bu  təsadüf  idimi, 

yoxsa  gizlənəcəkləri  yeri  hiyləgərcəsinə  sirr  kimi 

saxlamaq üçün idimi?  

         Keçməyə  məcbur  olduğumuz  dar  küçənin 

qurtaracağında 

qəhvəxana 

olduğunu 

baĢa 


düĢdüyüm bir dükan vardı. Qılınc döyüĢü bəlkə də 

baĢlanmamıĢ  baĢa  çatmıĢdı.  QıĢqıra-qıĢqıra  içəri 

girib-çıxan  kütlə  –  əvvəlcə  elə  bildim,  talan 

eləyirlər  –  qəhvəxananı  dağıdırdı.  Fincanları, 

qəhvədanları, qədəhləri, masaları biz maraqlananlar 

məĢəllərin  iĢığında  görüb,  ibrət  götürək  deyə 

əvvəlcə  səylə  eĢiyə  çıxarırdılar,  sonra  hamımızın 

gözü qabağında qırırdılar. Bu iĢin qabağını almağa 

çalıĢan  adamı  bir  az  döydülər,  amma  o,  sonra 

qurtula  bildi.  Əvvəlcə  dərdlərinin,    dedikləri  kimi, 

yalnız  qəhvəylə  bağlı  olduğunu  güman  elədim. 

Qəhvənin zərəri, gözü, mədəni necə pozduğu, beyni 

bulandırıb,  adamı  imandan  çıxardığı,  necə  firəng 

zəhəri olduğu, gözəl qadın cildinə girən Ģeytan ona 

verəndə  Həzrəti  Məhəmmədin  qəhvəni  necə  geri 

qaytardığı barədə danıĢırdılar. Sanki tərbiyəvi gecə 

əyləncəsiydi,  evə  qayıdanda  da  «çox  içmə  bu 

zəqqumu»  deyib  Nəsimi  danlayacağım  haqqında 

fikirləĢirdim. 




 

 

676 



 

         ġəhərin  qırağında  bir  neçə  subay  otağı,  ucuz 

karvansaray  olduğuna  görə  iĢsiz-gücsüz,  laqeyd-

qayğısız, Ģəhərə gizli girmiĢ it xılı kimi kütlənin az 

müddətdə  tamaĢa  üçün  yığılması  həmin  qəhvə 

düĢmənlərini  cəsarətləndirdi.  Bu  vaxt  onların 

məĢhur  vaiz  ərzurumlu  Nüsrət  Xocanın  adamları 

olduğunu baĢa düĢdüm. Ġstanbuldakı Ģərab və fahiĢə 

yuvalarını,  qəhvəxanaları  təmizləyib  Həzrəti 

Məhəmmədin yolundan çıxanları, təkkə ayini sayıb, 

musiqiylə 

rəqs 


eləyib, 

göbək 


atanları 

cəzalandıracaqlarmıĢ.  Din  düĢmənlərinə,  Ģeytanla 

birgə iĢ görənlərə, bütə sitayiĢ eləyənlərə, kafirlərə 

və  rəsm  çəkənlərə  söydülər.  Bu  qəhvəxananın 

divarlarına  rəsm  asılıb,  dinə  və  ərzurumlu  Xocaya 

böhtan  atılıb,  ədəbsizliklər  edilən  qəhvəxana 

olduğunu onda xatırladım. 

          Üz-gözü  qana  bulaĢmıĢ  bir  qəhvəçi  Ģəyirdi 

içəridən çıxdı, elə bildim,  yerə  yıxılacaq, amma o, 

köynəyinin  ətəyiylə  alnındakı,  yanaqlarındakı  qanı 

silib  bizə  qarıĢdı,  bizimlə  birgə  basqına  tamaĢa 

eləməyə baĢladı. Kütlə qorxub azca geri çəkilmiĢdi. 

Qaranın camaatın arasında bir nəfəri gördüyünü, bir 

az  qətiyyətsizlik  keçirdiyini  sezdim.  Yeniçərilərin, 

ya  da  əli  dəyənəkli  baĢqa  dəstənin  gəldiyini 

ərzurumilərin  özlərini  yığıĢdırmalarından  baĢa 

düĢdüm. MəĢəllər söndü, kütlə qarıĢdı. 



 

 

677 



 

         Qara  mənim  qolumdan  tutub  mədrəsəli 

oğlanın arxasınca saldı.  

         «Ara  küçələrlə  gedərsiniz»,  –  dedi.  «Səni 

evinə aparar».  

         Mədrəsəli  oğlan  da  dərhal  siviĢmək  istəyirdi, 

az  qala  qaça-qaça  uzaqlaĢdıq.  Fikrim  Qaradaydı, 

amma  hərəkətdən  qıraqda  qalsa,  bu  Ester  sizə 

hekayənin davamını danıĢa bilməz ki. 

 

 



 

 

 



 

 

 



54. MƏN QADINAM 

 

          DeyirlərmiĢ,  məddah  əfəndi,  sən  hər  Ģeyi 

təqlid  eləyə  bilərsən,  amma  qadın  ola  bilməzsən! 

Bunun  tamamilə  əksini  iddia  eləyirəm.  Əlbəttə, 

Ģəhər-Ģəhər  gəzdiyimizə,  gecəyarılarına  qədər 

toylarda,  əyləncələrdə,  qəhvəxanalarda  səsimiz 

batana  qədər  hər  Ģeyi  təqlid  eləyib,  hekayə 

danıĢdığımıza  görə  bizə  evlənmək  heç  qismət 

olmadı. Amma bu o demək deyil ki, qadın tayfasını 

tanımırıq. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə