674
azdığımızı güman eləsəm də, gündüzlər əlimdə
boğça getdiyim kimi guĢələri yenə də tanıya
bilirdim: DərzibaĢı küçəsinin divarlarını, Nurullah
Xoca bağçasına bitiĢik axurun nədənsə darçın kimi
qoxuyan kəskin nəcis iyini, Canbazlar küçəsindəki
yanğın yerlərini, Doğançılar keçidiylə açıldığı
meydandakı Kor Hacı camesini də tanıdım,
ġəkurənin rəhmətlik atasının evinə yox, müəyyən
eləyə bilmədiyim baĢqa tərəfə getdiyimizi baĢa
düĢdüm.
Qəzəbləndimi, nə eləyəcəyi məlum olmayan
Hasandan və o iblis qatildən – ailəsini gizləmək
istəyən Qaranın baĢqa sığınacaq yer tapdığını
dərhal baĢa düĢdüm. O yeri öyrənə bilsəydim, sizə
indi, Hasana da ertəsi gün səhər deyərdim.
Yamanlığımdan yox, Hasanın ona münasibətini
ġəkurənin yenidən istəyəcəyinə əmin olduğumdan.
Amma ağıllı Qara haqlı olaraq mənə artıq heç
etibar eləmirdi.
Əsir
bazarının arxasında, qaranlıq bir
küçədəydik ki, küçənin qurtaracağından qıĢqırtılar,
çığırtılar, hayqırtılar gəldi. Hay-küy eĢitdik,
baltalar, qılınclar, dəyənəklər bir-birinə dəyib,
döyüĢ baĢlayanda eĢidilən o bənzərsiz Ģaqqıltını,
can ağrıyanda çıxan fəryadları qorxuyla tanıdım.
Qara özünün iri qılıncını etibar elədiyi
adamına verdi, ġövkətin əlindəki xəncəri zorla alıb
675
onu ağlatdı, ġəkurəni, Xeyriyyəni, uĢaqları bərbər
Ģəyirdi və o biri adamla uzaqlaĢdırdı. Mədrəsəli
oğlanın məni sağ-salamat evə aparacağını dedi;
məni onların yanında qoymadı. Bu təsadüf idimi,
yoxsa gizlənəcəkləri yeri hiyləgərcəsinə sirr kimi
saxlamaq üçün idimi?
Keçməyə məcbur olduğumuz dar küçənin
qurtaracağında
qəhvəxana
olduğunu
baĢa
düĢdüyüm bir dükan vardı. Qılınc döyüĢü bəlkə də
baĢlanmamıĢ baĢa çatmıĢdı. QıĢqıra-qıĢqıra içəri
girib-çıxan kütlə – əvvəlcə elə bildim, talan
eləyirlər – qəhvəxananı dağıdırdı. Fincanları,
qəhvədanları, qədəhləri, masaları biz maraqlananlar
məĢəllərin iĢığında görüb, ibrət götürək deyə
əvvəlcə səylə eĢiyə çıxarırdılar, sonra hamımızın
gözü qabağında qırırdılar. Bu iĢin qabağını almağa
çalıĢan adamı bir az döydülər, amma o, sonra
qurtula bildi. Əvvəlcə dərdlərinin, dedikləri kimi,
yalnız qəhvəylə bağlı olduğunu güman elədim.
Qəhvənin zərəri, gözü, mədəni necə pozduğu, beyni
bulandırıb, adamı imandan çıxardığı, necə firəng
zəhəri olduğu, gözəl qadın cildinə girən Ģeytan ona
verəndə Həzrəti Məhəmmədin qəhvəni necə geri
qaytardığı barədə danıĢırdılar. Sanki tərbiyəvi gecə
əyləncəsiydi, evə qayıdanda da «çox içmə bu
zəqqumu» deyib Nəsimi danlayacağım haqqında
fikirləĢirdim.
676
ġəhərin qırağında bir neçə subay otağı, ucuz
karvansaray olduğuna görə iĢsiz-gücsüz, laqeyd-
qayğısız, Ģəhərə gizli girmiĢ it xılı kimi kütlənin az
müddətdə tamaĢa üçün yığılması həmin qəhvə
düĢmənlərini cəsarətləndirdi. Bu vaxt onların
məĢhur vaiz ərzurumlu Nüsrət Xocanın adamları
olduğunu baĢa düĢdüm. Ġstanbuldakı Ģərab və fahiĢə
yuvalarını, qəhvəxanaları təmizləyib Həzrəti
Məhəmmədin yolundan çıxanları, təkkə ayini sayıb,
musiqiylə
rəqs
eləyib,
göbək
atanları
cəzalandıracaqlarmıĢ. Din düĢmənlərinə, Ģeytanla
birgə iĢ görənlərə, bütə sitayiĢ eləyənlərə, kafirlərə
və rəsm çəkənlərə söydülər. Bu qəhvəxananın
divarlarına rəsm asılıb, dinə və ərzurumlu Xocaya
böhtan atılıb, ədəbsizliklər edilən qəhvəxana
olduğunu onda xatırladım.
Üz-gözü qana bulaĢmıĢ bir qəhvəçi Ģəyirdi
içəridən çıxdı, elə bildim, yerə yıxılacaq, amma o,
köynəyinin ətəyiylə alnındakı, yanaqlarındakı qanı
silib bizə qarıĢdı, bizimlə birgə basqına tamaĢa
eləməyə baĢladı. Kütlə qorxub azca geri çəkilmiĢdi.
Qaranın camaatın arasında bir nəfəri gördüyünü, bir
az qətiyyətsizlik keçirdiyini sezdim. Yeniçərilərin,
ya da əli dəyənəkli baĢqa dəstənin gəldiyini
ərzurumilərin özlərini yığıĢdırmalarından baĢa
düĢdüm. MəĢəllər söndü, kütlə qarıĢdı.
677
Qara mənim qolumdan tutub mədrəsəli
oğlanın arxasınca saldı.
«Ara küçələrlə gedərsiniz», – dedi. «Səni
evinə aparar».
Mədrəsəli oğlan da dərhal siviĢmək istəyirdi,
az qala qaça-qaça uzaqlaĢdıq. Fikrim Qaradaydı,
amma hərəkətdən qıraqda qalsa, bu Ester sizə
hekayənin davamını danıĢa bilməz ki.
54. MƏN QADINAM
DeyirlərmiĢ, məddah əfəndi, sən hər Ģeyi
təqlid eləyə bilərsən, amma qadın ola bilməzsən!
Bunun tamamilə əksini iddia eləyirəm. Əlbəttə,
Ģəhər-Ģəhər gəzdiyimizə, gecəyarılarına qədər
toylarda, əyləncələrdə, qəhvəxanalarda səsimiz
batana qədər hər Ģeyi təqlid eləyib, hekayə
danıĢdığımıza görə bizə evlənmək heç qismət
olmadı. Amma bu o demək deyil ki, qadın tayfasını
tanımırıq.
Dostları ilə paylaş: |