682
Həm qabağımla, həm arxamla,
həm Doğuyla,
həm Batıyla kef almaq
istəyirəm.
«Ġstədiyim nəğməni oxuduğumu ərzurumi
qardaĢlarımız kaĢ eĢitməsinlər, çox qəzəblənərlər»,
– deyəcəkdim. Niyə qorxuram ki? Bəlkə də
qəzəblənməzlər, çünki baxın dedi-qodu olmasına
görə demirəm, amma o məĢhur vaiz Nüsrət – belə
yox, Əfəndi həzrətləri var ha – evli olmağına
evliymiĢ, amma o da eynilə siz həssas nəqqaĢlar
kimi gözəl oğlanları biz qadınlardan daha çox
sevirmiĢ, mənə danıĢanların yalançısıyam. Bununla
belə, mən onu, deyəsən, pis saydığıma görə buna
fikir vermirəm, çox qocadı. DiĢləri tökülüb, ona
yaxınlaĢan gözəl oğlanların dediyi kimi, ağzı da,
bağıĢlayarsınız, ayının qıçı kimi çox pis qoxuyur.
YaxĢı. Ağzımı yumuram, həm də əsl dərdimə
qayıdıram. Çox gözəl olduğumu baĢa düĢər-düĢməz
artıq camaĢır, bulaĢıqlı qab yumaq, cariyələr kimi
küçəyə çıxmaq heç istəmədim. Yoxsulluq, göz
yaĢları və bədbəxtlik, güzgüyə baxıb-baxıb, ruhdan
düĢüb ağlamaq və hüzn çirkin qadınların iĢidi.
Məni əl üstündə saxlayacaq ər tapmalıyam, amma
o, hansıdı?
683
Beləcə, atamın cürbəcür bəhanələrlə evə
çağırdığı paĢa uĢaqlarını, bəyzadələri deĢikdən
pusmağa baĢladım. Ġstəyirdim ki, vəziyyətim bütün
nəqqaĢların aĢiq olduğu ikiuĢaqlı, kiçik ağızlı və
məlum gözəl qadın vəziyyətinə oxĢasın. YaxĢısı
budu, sizə gözəl ġəkurənin hekayətini danıĢım.
Amma dayanın, söz vermiĢdim, çərĢənbə axĢamı
bunu danıĢacaqdım:
ġEYTANIN QADINA DANIġDIRDIĞI EġQ
HEKAYƏTĠ
Əslində, çox adidi. Ġstanbulumuzun bir az
yoxsul məhəllələrindən Kəmərüstüdə baĢ verib.
Məhəllənin irəlidə gedənlərindən Çələbi Əhməd
Vasif paĢanın katibliyini eləyərdi, dinc, evli,
ikiuĢaqlı və abırlı bir adamdı. Bir gün açıq pəncərə
qabağında qara saçlı, qara gözlü, upuzun boylu,
gümüĢü dərili zərif boĢnak gözəlini görüb ona
vurulur. O qadınsa evlidi. Çələbiyə heç könlü
yoxdu, yaraĢıqlı ərini sevir. Beləcə, bədbəxt Çələbi
dərdini kimsəyə aça bilmir, eĢqdən iynəyə sap olur,
rumdan Ģərab alıb içir, amma axırda eĢqini
məhəllədən gizlədə bilmir. Özləri də eĢq
hekayətlərinə hayıl-mayıl olduqlarına, Çələbini çox
sevib-saydıqlarına görə əvvəlcə eĢqinə də hörmət
duyurlar, bir-iki dəfə zarafat eləyib, özlərini
684
görməməzliyə vururlar. Amma çarəsiz dərdinin
öhdəsindən heç cür gələ bilməyən Çələbi hər axĢam
sərxoĢ olub, gümüĢü dərili gözəlin əriylə xoĢbəxtlik
içində yaĢadığı evin qapısında oturub, uĢaq kimi
uzun-uzadı ağlamağa baĢlayanda hamı qorxur. Hər
axĢam əzab içindəki aĢiq ağladıqca onu nə döyüb
ata bilirlər, nə də təsəlli verə bilirlər. Çələbi də
tərbiyəsinə görə kimsəyə söz atıb sataĢmadan için-
için ağlayır. YavaĢ-yavaĢ onun çarəsiz kədəri
məhəlləyə çökür, hamının kədərinə, bədbəxtliyinə
çevrilir, ovqatlarını pozur, meydandakı dayanıb
durmadan hüznlə axan çeĢmə kimi, o da kədər
qaynağı olur. Əvvəlcə kədər söhbəti, sonra
uğursuzluq sözü, sonra da hərəkətsizlik fikri
məhəlləyə beləcə yayılır, mənimsənir. Kimi baĢqa
yerə köçür, kiminin iĢi pis gedir, kiminin də həvəsi
qaçdığına görə sənətinin öhdəsindən gələ bilmir.
Məhəllə boĢalandan sonra bir gün aĢiq Çələbi də
arvadını, uĢaqlarını götürüb baĢqa yerə daĢınanda
gümüĢü dərili gözəllə əri tək-tənha qalır. Səbəbkar
olduqları fəlakət eĢqlərini soyutmuĢ, aralarında
narazılıq yaratmıĢdı. Ömürlərinin axırına qədər
birgə yaĢayır, amma heç xoĢbəxt ola bilmırlər.
«EĢqin və qadınların nə qədər təhlükəli
olduğundan danıĢdığına görə bu hekayəni çox
sevirəm», – deyəcəkdim ki, baho, unutdum, məndə
685
ağılmı qaldı, mən indi qadın olduğuma görə baĢqa
bir Ģey deyəcəkdim. YaxĢı, belə bir Ģey:
Ah, eşq nə gözəldi!
***
Amma qapıdan girən o yad adam kimdi?
55. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR
Tünlüyü görəndə baĢa düĢdüm ki ərzurumilər
bizim zarafatcıl nəqqaĢları öldürürlər.
Qara da basqına tamaĢa eləyən camaatın
arasındaydı. Əlində xəncər, yanında bir dəstə qəribə
adam: məĢhur boğçaçı Ester və əli boğçalı baĢqa
arvadlar
gördüm.
Qəhvəxanadan
çıxanların
rəhmsizcəsinə döyülüb, qəhvəxananın qəddarcasına
dağıdıldığına tamaĢa eləyəndən sonra qaçmaq
istədim. Sonra da bir dəstə – deyəsən, yeniçərilər
idi– yaxınlaĢırdı. Ərzurumilər məĢəllərini söndürüb
qaçdılar.
Qəhvəxananın qaranlıq qapısında kimsə yox
idi, heç kəs də baxmırdı. Ġçəri girdim, hər yer
qırıqlarla doluydu: fincan, tabaq, qədəh, çanaq və
ĢüĢə qırıqlarının üzəriylə yeridim. Divardakı
hündür mıxçadan asılmıĢ qəndil bütün bu gurultu
vaxtı sönməmiĢdi: amma qəhvəxananın baĢdan-
baĢa qırıqla örtülü döĢəməsini, yıxılıb parçalanmıĢ
Dostları ilə paylaş: |