670
Bayırlıq paltarını geyin, rübəndini tax, boğçanı,
uĢaqlarını götür, qapını aç, daha sakitcə evinə
gedək».
Bu sözlərim uĢaqların göz yaĢlarını artırdı.
ġəkurənin də göz yaĢlarının qabağı açıldı.
«Hasandan qorxuram», – dedi. «Sonra
intiqamı dəhĢətli olar. VəhĢidi. Çünki bura mən
özüm gəldim».
«Bu, yeni evliliyinə son qoymur ki», – dedim.
«Çarəsiz qalmısan, əlbəttə, bir yerə sığınmalıydın.
Ərin baĢ verəni belə bağıĢladı, səni qəbul eləyir.
Hasanısa illərlə necə idarə elədik, yenə də idarə
elərik». Ona gülümsədim.
«Amma qapını mən açmaram», – dedi. «Onda
könüllü qayıtmıĢ olaram».
«Əziz ġəkurəm, qapını mən də açmaram», –
dedim. «Sən də bilirsən ki, onda sizin iĢlərinizə
burun soxmuĢ oluram. Məndən bunun intiqamını
daha da ağır alarlar».
Mənə haqq verdiyini gözlərində gördüm.
«Onda heç kəs qapını aça bilməz», – dedi.
«Qoy qırsınlar, bizi götürüb zorla aparsınlar».
Bunun ġəkurə və uĢaqlar üçün ən yaxĢı çıxıĢ
yolu olduğunu dərhal baĢa düĢüb qorxdum.
«Amma onda qan tökərlər», – dedim. «ĠĢə
qazı qarıĢmasa, qan qarıĢar, qan davası illərlə çəkər.
ġərəflə yaĢamaq istəyən heç kəs qapısı qırılıb,
671
evinə hücum edilib, içindən qadın aparılmasına
laqeyd qala bilməz».
Mağıl cavab əvəzinə uĢaqlarını qucaqlayıb
var gücüylə ağlayanda bu ġəkurənin nə qədər
ehtiyatlı və haqq-hesabını bilən olduğunu bir də
peĢmanlıqla baĢa düĢdüm. Ġçimdən bir səs deyirdi
ki, hər Ģeyi atıb get, amma döyülməkdən az qala
qırılan qapıya artıq mən də yaxınlaĢa bilməzdim.
Əslində, həm qapını qırıb içəri girmələrindən, həm
də qırmamalarından qorxurdum. Çünki mənə
inanan, iĢləri irəli aparmaqdan qorxan Qaranın
adamlarını hər an geri çəkəcəyi, bundan
qayınatanın cəsarətlənəcəyi də ağlıma gəlirdi.
ġəkurəyə lap yaxınlaĢanda yalandan ağladığını baĢa
düĢdüm, amma daha pisi, elə titrəyirdi ki, bunu heç
yamsılamaq olmazdı.
Qapıya yaxınlaĢıb var gücümlə bağırdım:
«Dayanın, daha bəsdi!»
EĢikdəki hərəkət də, içəridəki ağlaĢma da bir
anda kəsildi.
«Orxan açsın qapını, anası», – ani ilhamla,
uĢaqla danıĢan kimi, Ģirin səslə dedim. «O, evinə
qayıtmaq istəyir, heç kəs ona hirslənməz».
Elə mən sözümü qurtarmamıĢdım ki, Orxan
anasının titrəyən qollarının arasından çıxıb, bu evdə
illərlə yaĢayan kimi əvvəlcə sürgünü, sonra qapı
taxtasını, ardınca rəzəni açıb, qapıdan iki addım
672
geri çəkildi. Öz-özünə açılan qapının arasından
eĢiyin soyuğu içəri doldu. Elə sükut çökdü ki, lap
uzaqlarda tənbəl bir itin ağzı boĢ durmasın deyə
hürdüyünü hamımız eĢitdik. Orxan anasının
qucağına qayıdanda ġövkət dilləndi:
«Hasan əmimə deyəcəyəm».
ġəkurənin qalxıb fəracəsini götürdüyünü,
çıxmağa hazırlaĢdığını görəndə elə rahatlandım ki,
gülməkdən
qorxdum.
Oturub
mərcimək
Ģorbasından iki qaĢıq aldım.
Qara ağıllı tərpənib evin qapısına heç
yaxınlaĢmadı. Bir ara ġövkət sürgünü içəridən
bağlayıb, özünü rəhmətlik atasının otağına salanda
da köməyə çağırmağımıza baxmayaraq, Qara evə
doğru heç addımını da atmadı, adamlarını da içəri
buraxmadı. Hasan əmisinin qəbzəsi yaqutlu
xəncərini götürməsinə anası izin verdiyinə görə
ġövkət də evdən çıxmağa razı oldu.
«Hasandan, qırmızı qılıncdan qorxun», –
qayınata məğlubiyyət və intiqam məqsədindən çox
həqiqi narahatlıqla dedi. Nəvələrini bir-bir, saçlarını
qoxulaya-qoxulaya öpdü. ġəkurənin qulağına da
nəsə pıçıldadı.
Evin qapısına, divarına, ocağına tələm-tələsik
son dəfə də baxdığını görəndə buranın ġəkurənin
ilk əriylə həyatının ən xoĢbəxt illərini keçirdiyi yer
olduğunu bir daha xatırladım. Ġndi həmin evin iki
673
bədbəxt, tənha kiĢinin məskəni olduğunu, ölüm
qoxusu verdiyini görürdümü? Qəlbimi qırdığına
görə qayıdan vaxt yolda ona yaxınlaĢmadım.
Ġki yetim uĢaqla bir cariyə, biri yəhudi və biri
dul – üç arvad idik, bizi geri qayıdan yolda bir-
birimizə yaxınlaĢdıran Ģey gecənin soyuğu və
qaranlığı yox, yad məhəllələrin, çətin keçilən
küçələrin darlığı, bir də Hasanın qorxusu oldu.
Qaranın adamları tərəfindən qorunan iri dəstəmiz
eynilə xəzinə daĢıyan karvan kimi əyri yollardan,
ara küçələrdən, quĢ uçmaz, karvan keçməz ucqar
məhəllələrdən keçdi ki, gözətçilərə, yeniçərilərə,
yetik məhəllə qoçularına və Hasana rast gəlməyək.
Bəzən göz gözü görməyən zil qaranlıqda bir-
birimizə, divarlara dəyə-dəyə yolu tapdıq.
Xortdanların, cinlərin, yerin altından çıxacaq
Ģeytanların bizi qaranlıqda götürüb qaçıracağını
güman eləyib, bir-birimizi əməlli-baĢlı qucaqladıq.
Əllərimizlə yoxlayıb hiss elədiyimiz divarların,
örtülü pəncərə taylarının düz arxasında xoruldaya-
xoruldaya, öskürə-öskürə yatanların, axurlardakı
heyvanların iniltisini eĢitdik.
Ən yoxsul və ən yaramaz səmtlər, köçkünlərlə
cürbəcür bədbəxt millətlərin əhalisinin qonaq
qaldığı məhəllələrdən baĢqa, Ġstanbulun bütün
küçələrini addımlamıĢ mən, Ester aradabir lal
qaranlığın içindəki bitib-tükənməz küçələrdə
Dostları ilə paylaş: |