678
Qadınları çox yaxĢı tanıyıram; hətta dörd
nəfəriylə Ģəxsən qarĢılaĢmıĢ, üzlərini görmüĢ,
söhbət eləmiĢəm. Bunlar:
1. Rəhmətlik anam. 2. Sevimli xalam. 3. Məni hey
döyən böyük qardaşımın arvadıdı, o görəndə «çıx
otaqdan» deyib (ona aşiq olmuşdum). 4. Səyahətim
vaxtı Konyada açıq pəncərə qabağında bir anlığa
gördüyüm qadın. Onunla heç danıĢmamağıma
baxmayaraq, illərlə Ģəhvani duyğular bəslədim, hələ
də bəsləyirəm. Bəlkə də indi ölüb.
Üzü açıq qadını görmək, onunla danıĢmaq,
onun insani vəziyyətlərinin Ģahidi olmaq biz
kiĢilərdə həm Ģəhvani, həm də dərin mənəvi
əzablara Ģərait yaratdığına görə ən yaxĢısı,
dinimizin əmr elədiyi kimi, qadınları, xüsusilə
gözəl olanları nikahlanmadan heç görməməkdi.
ġəhvani hissləri məcburən doydurmaq üçün
qadınları axtartmayan gözəl oğlanların dostluğunu
axtarmaq yeganə çarədi, axırda bu da Ģirin vərdiĢ
olur. Firəng Ģəhərlərində qadınların yalnız üzlərini
yox, ən cəlbedici tərəfləri olan saçlarını, sonra
boyunlarını, qollarını, gözəl gərdənlərini, hətta
danıĢılanlar doğrudusa, gözəl ayaqlarının bir
qismini ortaya qoyacaq tərzdə gəzmələri, kiĢilərin
də buna görə qabaqlarının elə qalxıq olub, həyayla
əzab-əziyyət içində birtəhər yerimələri camaatı,
679
əlbəttə, sındırıb. Firəng gavurunun Osmanlı
qarĢısında hər gün bir qala itirməsinin səbəbi budu.
Gözəl qadınlardan uzaq yaĢamağın ruhumun
xoĢbəxtliyi və rahatlığı üçün ən düzgün yol
olduğunu lap yeniyetməlik illərimdə baĢa düĢəndən
sonra qadınlara marağım daha çox artdı. Elə o
vaxtlar anamdan və xalamdan baĢqa qadın da
görmədiyimə görə marağım sirli qətiyyət alır, sanki
beynimə qarıĢqa dolur, onların necə hiss elədiyini –
elədiklərini eləyə-eləyə, yediklərini yeyə-yeyə,
sözlərini təkrarlayıb, vəziyyətlərini yamsılayıb,
paltarlarını geyinib hiss eləyə biləcəyimi baĢa
düĢürdüm. Beləcə, bir cümə günü anam, atam,
böyük qardaĢım, xalam – hamısı babamın Fəhrəng
sahilindəki gül bağçasına gedəndə mən: «Çox
xəstəyəm», – deyib evdə qaldım.
«Gəl, bax çöldə itləri, ağacları, atları görər,
yamsılayar, bizi güldürərsən. Evdə təkbaĢına
neyləyəcəksən?» – rəhmətlik anam dedi.
«Sənin paltarlarını geyib, qadın olacağam,
anacan», – deyə bilməzdim. «Qarnım ağrıyır», –
dedim.
«Zəiflik eləmə, – atam dedi, – gəl güləĢək».
Ġndi siz nəqqaĢ, xəttat qardaĢlarıma onlar
gedəndə rəhmətlik anamın və xalamın alt
paltarlarını bir-bir geyinəndə nələr hiss elədiyimi,
qadın olmağın o gün baĢa düĢdüyüm sirlərini
680
danıĢacağam. Əvvəlcə dərhal bunu deyə bilərəm:
dəfələrlə kitablarda oxuduğumuzun, vaizlərdən
eĢitdiyimizin əksinə, insan qadın olanda, əslində,
özünü şeytan kimi hiss eləmir.
Tamamilə tərsinədi: rəhmətlik anamın gül iĢləməli
ipək donunu geyinəndə qəlbimə ləzzətli gözəllik
duyğusu yayıldı, özümü onun kimi həssas hiss
elədim. Xalamın geyinməyə qıymadığı fıstıq yaĢılı
köynəyi çılpaq dərimə dəyəndə içimdə bütün
uĢaqlara, hətta özümə qarĢı sevgi yarandı. Bütün
aləmə
yemək
biĢirib,
hamını
əmizdirmək
istəyirdim. DöĢlərim olsaydı, necə hiss eləyərdim,
bunu bir az baĢa düĢəndən sonra əsl maraqlandığım
Ģeyin, iridöĢlü qadın olmağın necə hiss olduğunu
bilim deyə sinəmə çoxlu Ģeylər: corablar, dəsmallar
soxdum, o iri çıxıntını görəndə də, bəli, gözəl
Ģeytan kimi özümü məğrur hiss elədim. KiĢilərin
kölgəsini belə görsələr, onların dalınca qaçacağını,
ağızlarına almaq üçün yalvarıb çırpınacaqlarını
dərhal baĢa düĢdüyümə görə özümü çox güclü hiss
elədim, amma mən güclü olmaq istəyirdimmi?
Fikrim qarıĢmıĢdı: həm güclü olmaq istəyirdim,
həm də mənə yazıqları gəlməsini istəyirdim; həm
heç tanımadığım varlı, qüvvətli, ağıllı bir kiĢinin
məni dəlicəsinə sevməsini istəyirdim, həm də
ondan qorxurdum. Anamın cehiz sandığının
dibindəki yarpaq naxıĢlı mələfələrin yanında, müĢk
681
qoxulu yun corabların içində gizlətdiyi burmalı
qızıl bilərzikləri taxıb, hamamdan qayıdanda
yanaqlarını daha da qızartmaq üçün üzünə sürtdüyü
qırmızını sürtüb, xalamın mis yaĢılı fəracəsini
geyinib, eyni rəng rübəndi saçlarımı yığıb taxaraq
sədəf çərçivəli güzgüdə özümə baxanda diksindim.
Onlara heç toxunmadığım halda gözlərim,
kirpiklərim indi qadın gözünə və kirpiyinə
çevrilmiĢdi. Yalnız gözlərim və yanaqlarım
görünürdü, amma mən çox gözəl qadın idim, bu da
məni çox xoĢbəxt elədi. Bunu məndən də əvvəl
bilən kiĢiliyim qalxmıĢdı. Bu, məni bədbəxt elədi.
Gözəl gözümdən qopan bir damla yaĢın
axmasına əlimdə tutduğum güzgüdə tamaĢa elədim,
həmin məqamda kədərlə nəsə istədim, onu heç
unuda bilmədim. Çünki eyni anda uca Allahın
verdiyi ilhamla o Ģeiri avazla, nəğmə kimi, oynaya-
oynaya söyləyib, dərdimi unutmağa çalıĢdım.
Deyir ki, narahat qəlbim, Doğuda ola-ola Batıda,
Batıda ola-ola Doğuda
olmaq istəyirəm.
KiĢiyəmsə qadın, qadınamsa kiĢi olmaq istəyirəm,
deyir o biri yerlərim.
Nə çətinmiĢ insan olmaq, daha da
çətini
insan kimi bir həyat,
Dostları ilə paylaş: |