Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

34 
Nazirliyi 
əməkdaşlarının  və  podratçılarının  kompüter  təhlükəsiz-
liyinin t
əmin edilməsidir. FIRST-in təşkilatçılarından biridir. 
Internet istifad
əçilərinin 
boşluqlar 
haqqında 
dövri 
m
əlumatlandırılması  üçün  CIAC  mərkəzi də  CERT/CC-yə  analoji 
olaraq öz veb serverind
ə  (http://llnl.ciac.gov) və  göndəriş 
siyahılarında informasiya bülletenləri (Advisories) nəşr edir.  
 
Computer security 
Kompüter t
əhlükəsizliyi  –  verilənlərin və  resursların  adətən 
müvafiq t
ədbirlərin görülməsi yolu ilə  təsadüfi və  ya bədniyyətli 
əməllərdən qorunması. 
 
Computer security incident 
Kompüter t
əhlükəsizliyi insidenti  –  kompüter təhlükəsizliyi 
siyas
ətlərinin,  yolverilən  istifadə  siyasətlərinin və  ya standart 
kompüter t
əhlükəsizliyi  qaydalarının  pozulması  və  ya  labüd 
pozulma t
əhdidi. 
 
Computer Security Incident Response Team (CSIRT) 
Kompüter  t
əhlükəsizliyi insidentinə cavab komandası – kompüter 
t
əhlükəsizlik ilə  əlaqədar insidentlərə  cavab verməkdə  kömək 
məqsədilə  qurulur;  Kompüter  insidentinə  cavab  komandası 
(Computer Incident Response Team, 
CIRT)  və  ya  kompüter 
insidentinə  cavab  mərkəzi  (CIRC  Computer Incident Response 
Center, Computer Incident Response Capability, CIRC) 
də adlanır. 
 
Computer-system audit 
Kompüter sisteminin auditi – veril
ənlərin emalı sistemində istifadə 
edil
ən  prosedurların  onların  effektivliyini  və  düzgünlüyünü 
d
əyərləndirmək və  təkmilləşdirmələr tövsiyə  etmək üçün 
yoxlanılması.  
 
 
 
 


35 
Confidentiality 
Konfidensiallıq − kritik informasiyanın gizli saxlanması, ona giriş 
istifad
əçilərin (ayrıca şəxslərin və ya təşkilatların) qapalı dairəsi ilə 
m
əhdudlanır. 
 
Contamination 
Kontaminasiya  –  bir t
əhlükəsizlik təsnifatının  və  ya təhlükəsizlik 
kateqoriyasının  verilənlərinin  daha  aşağı  təhlükəsizlik təsnifatının 
v
ə  ya müxtəlif təhlükəsizlik  kateqoriyasının  verilənlərinə  daxil 
edilm
əsi. 
 
Contingency plan (backup plan, recovery plan) 
Fasil
əsiz  işin  təmini  planı  (fəaliyyətin bərpası  planı)  −  təhlükəli 
şəraitə  reaksiya, ehtiyat surətçıxarma  və  sonrakı  bərpaetmə 
prosedurlarının planı, mühafizə proqramının bir hissəsidir, sistemin 
əsas  resurslarının  əlyetərliyini təmin edir və  böhran  hallarında 
f
əaliyyətin fasiləsizliyini təmin edir. 
 
Contingency procedure 
Gözl
ənilməz vəziyyət proseduru  –  qeyri-adi,  lakin gözlənilən 
situasiya baş verdikdə prosesin normal gedişinə alternativ prosedur. 
 
Controlled access system 
N
əzarət  edilən  giriş  sistemi  –  fiziki  girişə  nəzarətin 
avtomatlaşdırılması vasitəsi. 
 
Cookie 
Kuki  –  müv
əqqəti saxlamaq və  istənilən  sonrakı  müraciətlərdə  və 
ya  sorğularda  serverə  qaytarmaq üçün veb-server  tərəfindən  veb-
resursla birlikd
ə brauzerə göndərilən informasiya bloku. 
 
Copy protection 
Sur
ətçıxarmadan  qorunma  –  səlahiyyət olmadan verilənlərin
proqram t
əminatının  və  ya  sistem  proqramlarının  surətinin 


36 
çıxarılmasını aşkarlamaq və ya əngəlləmək üçün xüsusi üsullardan 
istifad
ə edilməsi. 
 
Countermeasure 
Əks-tədbir  –  boşluğu  minimuma endirmək üçün nəzərdə  tutulan 
əməliyyat, vasitə, prosedur, texnologiya və ya başqa tədbir. 
Covert channel 
Gizli kanal 
− informasiyanın ötürülməsi yolu, qarşılıqlı təsirdə olan 
iki proses
ə informasiyanı elə üsulla mübadilə etməyə imkan verir ki, 
sistemin t
əhlükəsizlik siyasətini pozsun. 
 
Covert storage channel 
Gizli 
yaddaş kanalı − informasiyanın yaddaş sahəsinə birbaşa və ya 
dolayısı ilə bir proses tərəfindən yazılmasını və bu informasiyanın 
başqa proses tərəfindən oxunmasını təmin edən gizli kanal. Yaddaşa 
malik gizli kanal ad
ətən müxtəlif təhlükəsizlik səviyyəsinə malik iki 
subyekt
ə  ortaq olan məhdud həcmli  resursların  (məsələn, diskdə 
sektorların) istifadəsi ilə əlaqədardır. 
 
Covert timing channel 
Gizli 
zaman  kanalı  –  informasiya  sistemin  davranışının  müəyyən 
aspekti (m
əsələn, mərkəzi prosessorun məşğulluq zamanı) müəyyən 
müdd
ət  modulyasiya edilməklə  elə  tərzdə  ötürülürr ki, bu 
informasiyanı  alan  proqram  sistemin  davranışını  müşahidə  edə  və 
qorunan informasiyanı məntiqi çıxarışla əldə edə bilər.  
 
Cold start  
Soyuq start  – 
kompüterə  əsaslanan  informasiya  sistemlərində 
potensial problemdir

verilənlərin 
avtomatlaşdırılmış 
modelləşdirilməsi müəyyən dərəcədə daxildir. 
 
Common Configuration Scoring System (CCSS)  
Konfiqurasiya
nı  ümumi  qiymətləndirmə  sistemi  –  proqram 
təminatında təhlükəsizliyin konfiqurasiyası məsələlərinin ciddiliyini 
ölçmək üçün vasitələr çoxluğu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə