Müasir dövr Tarix və onun problemləri, №4 2014 192 R. BƏDƏlova



Yüklə 357,23 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü357,23 Kb.
#69585


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

192 


R.BƏDƏLOVA 

f.ü.f.d., BDU-nun Politologiya və  

sosiologiya kafedrasının dosenti, 

K. ŞIXIYEVA  

s.e.f.d. 

E-mail:konul_politoloq@mail.ru 

 

MİLLİ TƏHLÜKƏSİZLİYİN TƏMİNETMƏ SİSTEMİ 



 (ABŞ və Böyük Britaniya təcrübəsi əsasında) 

         

         Açar sözlər: milli təhlükəsizliyə təhdid, şəxsiyyətin təhlükəsizliyi, dövlətin 

təhlükəsizliyi, cəmiyyətin təhlükəsizliyi 



Kлючевые словаугроза национальной безопасности, личной безопасности, 

государственый безопасность, общественной безопасности 



Key words: a threat to national security,  personal security, state security, public safety 

 

Milli  təhlükəsizliyin  təminetmə  sistemi  dövlət  və  ictimai  institutların  müxtəlif  həyat 



fəaliyyətləri  sahələrində  şəxsiyyət,  cəmiyyət  və  dövlətin  müdafiəsi  dərəcəsinin  artırılmasına 

yönəlmiş  yekun  fəaliyyətdir.  Təhlükəsizliyi  təminetmə  mexanizmi  altında  dövlətin 

təhlükəsizliyini  təmin  etmək    üçün  xüsusi  dövlət  orqanları  fəaliyyət  göstərir.  Bu  fəaliyyət 

dövlətin nəzərdə tutduğu  və qəbul etdiyi proqramlar və qanunlar çərçivəsində reallaşır.  

   

Milli  təhlükəsizliyi  təminetmə  sistemi  iki  köməkçi  sistemi  özündə  birləşdirir.  Bunlar 



dövlət milli təhlükəsizliyi təminetmə sistemi və ictimai milli təhlükəsizliyi təminetmə sistemi.  

Dövlət Milli təhlükəsizliyi təminetmə sistemi - əsasən dövlət orqanlarının birgə fəaliyyətindən 

ibarətdir. Bura aşağdakılar aiddir:  

       - Ölkəni, cəmiyyəti və şəxsiyyəti daxili və xarici düşmənlərdən  qoruyan

 - Dövlət, cəmiyyət və şəxsiyyətin inkişafı üçün tələb olunan şərtləri təmin edən. 

İctimai Milli təhlükəsizliyi təminetmə sistemi - bu ümumvətəndaş  mühafizə funksiyalarını 

daşıyan müxtəlif sahəli ictimai strukturlardır. Təminetmə sistemi aşağıdakı funksiyaları yerinə 

yetirir: 

1)

 

Sosial təhlükə və böhran hallarını müəyyənləşdirərək bu haqda məlumat vermək; 



2)

 

Vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətin ümumi maraqlarını müdafiə etmək; 



3)

 

İctimai rəyin, fikrin formalaşdırılması və ona təsiri; 



4)

 

İctimai təhlükəsizliyin təminatı prosesinə vətəndaşların  cəlb edilməsi. 



  

Milli  təhlükəsizliyi  təminetmə  sisteminin  əsasını  qüvvə  və  üsullar  təşkil  edir. 

Təhlükəsizliyi  təmin  etmə  qüvvələrinə  ölkənin  silahlı  qüvvələri,  xüsusi  xidmətlər,  ictimai 

asayişi təmin edən qüvvələr daxildir. Üsul və vasitələrə gəldikdə isə bura təhlükəsizliyin təmin 

edilməsinə  yönələn  bütün  vasitələr:  hərbi,  diplomatik,  iqtisadi,  informasiya  və  s.  aid  edilir. 

Ümumilikdə  milli  təhlükəsizliyi  təmin  etmə  sistemi  özündə  üç  fəaliyyət  istiqamətini 

cəmləşdirir (8, s.22). 

1)

 



ölkənin müdafiəsini təminetmə; 

2)

 



dövlət təhlükəsizliyini təminetmə - terrorçuluq, ekstremizmlə mübarizə; 

3)

 



ictimai asayişi təmin etmə.   

 Hərbi təşkilatlara - hərbi qüvvələr və onları idarəedən orqanlar daxildir. 

   

Xüsusi  xidmətlər  -  dövlətin  xüsusi  orqanlarıdır.  Əsas  məqsəd  dövlətin  maraqlarını  və 



müdafiəsini gizli şəkildə təmin etməkdir. 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

193 

  Hüquq  mühafizə  orqanları  -  hüquq  normalarının  pozulmasının  qarşısını  almaq  üçün 

fəaliyyət  göstərən  dövlət  orqanlarıdır.  Çox  vaxt  xüsusi  xidmət  orqanları  hüquq  mühafizə  

orqanları ilə birgə fəaliyyət göstərir. 

Milli təhlükəsizliyi təminetmə sistemi öz fəaliyyətini xüsusi  rejimdə  icra  edir.  Həmin 

rejimin    məzmunu  konkret  səbəblərdən  asılıdır.  Rejimlər  normal,  böhran  hallarında  dövlətin 

fəaliyyət  rejimi  və  müstəsna  olmaqla  üç  hissəyə  bölünür:  normal  rejim-  bura  milli 

təhlükəsizlik  təmin  etmə  sisteminin  gündəlik,  standart  fəaliyyəti  aiddir.  Ölkənin  böhran 

hallarında  fəaliyyət  rejimi  -  milli  təhlükəsizlik  təminetmə  sistemi  fəaliyətinin  dəyişməsi  ilə 

bağlıdır. Məs. hadisələrin kəskinləşərək ağır fəsadlara yol açmaması üçün qısa zaman ərzində 

əlavə müdafiə qüvvələrinin cəlb olunması, konstitutsiya quruluşunun, suverenliyin və dövlətin 

ərazi  bütövlüyünün  təminatına    xidmət  edir.  Müstəsna  rejim  -  qeyri  adi  müstəna  halların 

yaranması  ilə  əlaqəlidir.  Bu  cəmiyyət  və  vətəndaşın  həyatı  üçün  təhlükəli  sayılan  və  ya 

konstitutsiya quruluşunun dəyişməsi cəhdləri həmçinin xarici təcavüzdür. 

  

 Ehtimal  etmək  olar  ki,  ideal  milli  təhlükəsizlik  təminetmə  sistemi  dövləti  bütün 



təhdidlərdən  qoruya  bilər,  lakin  reallıqda  sistemin    zəif  yerləri  də  vardır.  Dövlət  təhdid  və 

təhlükəsizliyi təminetmə sistemində mövcud olan zəifliklər barədə məlumatlandırılır ki, daim  

sistemdə  mükəmməllik  əldə  olunsun.  Beləliklə,  milli  təhlükəsizlik  təhdidlərə  qarşı  fəaliyyət 

göstərən  sistemin  yaradılması  ilə    nəticələnən  dövlət  və  cəmiyyətin  birgə,  qarşılıqlı 

fəaliyyətidir.  

ABŞ-da  Milli  təhlükəsizliyin  təminatı  məsələsinə  istənilən  yanaşmanın  əsasında 

fundamental  dəyərlər durur ki, bu da bir sıra doktrinalarda öz əksini tapıb. 

   


Açıq bəxt doktrinası üç tərkib hissəsi özündə birləşdirir. 

1)

 



Amerikasentrizm  doktrinası  -  ABŞ-ın  ilk  prezidentləri  C.Vaşinqton,  C.Adamson,  T. 

Ceferson,  C.Monro,  T.  Peyn,  İ.  Alen,  A.  Hamillton  tərəfindən  formalaşdırılıb. 

Mahiyyətini «xüsusi missiyanı yerinə yetirmək üçün Allah tərəfindən ABŞ-a xeyr dua 

verilməsidir» təşkil edir. 

2) Sərhədləri açmaq ideyası- amerikalı tarixçi F. Terner tərəfindən formalaşdırılıb. ABŞ-ı 

inkişaf etdirən faktorlardan biri hərəkət və daimi ekspansiyadır. 

3)  Maarifçı  eqoizm  -  A.  Hamilton  tərəfindən  formalaşdırılıb.  Bu  doktrinaya  əsasən 

Amerika  xalqı    allah  tərəfindən  seçildiyi  üçün  öz  məqsədlərinə  çatmaq  üçün  digər 

xalqlardan istifadə edə bilər. Müəyyən razılaşma və ittifaqlar Amerika üçün fundamental 

mahiyyət daşıyacağı təqdirdə bağlana bilər(1, s.134). 

 ABŞ-ın Milli təhlükəsizlik siyasətini təyin edən geosiyasi model- əsasən ölkənin dünya 

proseslərinə  qoşulması  prinsiplərindən  irəli  gəlir.  Tarixi  nöqteyi  nəzərdən  üç  əsas  geosiyasi 

doktrina mövcuddur. 

1)

 



Monro doktrinası -  1823-cü ildə ABŞ-ın beşinci prezidenti Ceyms Monro tərəfindən irəli 

sürülüb. Onun ideyası dünyanı Amerika və Avropa olmaqla iki hissəyə ayırmaqdır. Əsas 

şüar  «Amerika  -  amerikalılar  üçündür».  Monro  doktrinasına  görə  Texasın  1845-ci  ildə 

ABŞ tərəfindən ilhaq edilməsi Amerika - Meksika müharibəsinə səbəb oldu. 1867-ci ildə 

isə ABŞ Rusiyadan Alyaskanı alaraq öz ərazisinə daxil etdi.  

2)

 



1895-ci ildə dövlət katibi R. Oninin doktrinası qəbul edildi. Doktrinaya əsasən ABŞ Latın 

Amerikası ölkələrinin daxili işlərinə qarışmaq hüququna malikdir. 

3) Mexen doktrinası - 19-cu əsrin sonlarında formalaşdırılıb. Əsas şüar "Dənizə sahib olanın 

bütün  dünyaya  sahib  olmasıdır"  yəni  dənizdə  ağalığı  təmin  etmək  və  bununla  da  bütün 

dünyaya hakim kəsilməkdir. Dənizə sahib olmaq hərbi və iqtisadi nöqteyi nəzərdən olduqca 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

194 


əlverişlidir.  Avrasiyanın  potensialı  ABŞ-ı  qat-qat  üstələdiyindən  daha  2  geosiyasi  model 

qəbul edilib. 

  

Avrasiya  mərkəzi    modeli-amerikalı  geosiyasətçi  Makinder  tərəfindən  yaradılıb  və 



ABŞ-da    1904-cü  ildən  1943-cü  ilə  kimi  hakim  mövqedə  olub.  Makinder  əsərlərində  açıq 

şəkildə  bildirirdi  ki,  İkinci  Dünya  Müharibəsindən  sonra  SSRİ  Avrasiyada  öz  mövqelərini 

daha  da  möhkəmləndirəcək  və  Avrasiya  mərkəzində  güclü  dövlət  bütün  dünyaya  ağalıq 

edəcəkdir.  İkinci  Dünya  Müharibəsindən  sonra  Amerikanın  beyin  orqanları  Makinderin 

konsepsiyasına əsaslanaraq  SSRİ-ni ABŞ üçün əsas təhlükə mənbəyi kimi görürdü. Varşava 

müqaviləsi və SSRİ-nin süqutundan sonra siyasi vəziyyət dəyişdi və model korrektələrə məruz 

qaldı. 

  Avrasiya  perimetri  -  bu  geosiyasi  model  1930-cu  illərdə  Yelsk  Universitetinin 



professoru  Spaykman  tərəfindən  təklif  edilib.  "Perimetri  idarə  edən  Avrasiyanı  idarə  edir, 

Avrasiyanı  idarəedən  isə  dünyanın  taleyini  müəyyənləşdirir".  Geostrateqə  görə  ABŞ-a 

Avrasiyada fəaliyyət göstərən qüvvələr tərəfindən daim potensial təhdid təhlükəsi var. Məhz 

ona  görə  ABŞ  müqavilə  və  ittifaqlar  qurmaqla    Avrasiyada  totalitar  rejim  yaradacaq 

qüvvələrlə mübarizə aparmalıdır (4, s.198).  

  

ABŞ-da  Milli  təhlükəsizliyi  təminetmə  sistemi  sahəsində  qanunverici  baza  İkinci 



Dünya  Müharibəsindən  sonra  SSRİ-ə  qarşı  «soyuq  müharibə»  aparmaq  məqsədi  ilə 

formalaşmağa  başladı.  Əsas  məqsəd  kommunizmin  yayılmasının  qarşısını  almaq  idi.  Bu 

doktrina faktiki olraq 1950-ci ildən 1990-cı illərə qədər dəyişməmişdir.  

   


Milli təhlükəsizlik haqqında qanuna əsasən ABŞ-da bir sıra dövlət qurumları yaradıldı. 

Bura  hərbi  qüvvələr  -  hərbi  hava  qüvvələri,  mərkəzi  kəşfiyyat  idarəsi,  qərargah  başçıları 

komitəsi daxil idi. Daha sonra 1949-cu ildə qanunda bəzi korrektələr edildi və ordu nazirliyi, 

hərbi  dəniz  qüvvələri,  hərbi  hava  qüvvələrini  özündə  cəmləşdirən  ABŞ  Müdafiə  Nazirliyi 

yaradıldı. 

   


2002-ci  ildə  növbəti  «Daxili  Təhlükəsizlik  haqqında»  qanun  qəbul  edildi.  Bunun 

əsasında daha bir nazirlik Daxili Təhlükəsizlik Naziriyi həmçinin Daxili Təhlükəsizlik Şurası  

yaradılaraq prezident administrasiyasının tərkibinə daxil edildi (6, s.20,). 

  

  ABŞ-da Milli təhlükəsizlik siyasətinin reallaşmasında mərkəzi fiqur kimi ölkə başçısı 



prezident  çıxış  edir.  Prezidenti  həm  ölkə  başçısı,  icraedici  hakimiyyətin  başçısı,  ali  baş 

komandan,  əsas  diplomat,  baş  hakim,  partiya  rəhbəri  qismində  çıxış  edir.  Prezident 

administrasiyasına daxil olan Milli Təhlükəsizlik Şurasının tərkibinə aşağdakılar aiddir. 

1)

 



şuranın daimi üzvləri (prezident, vitse- prezident, dövlət katibi, müdafiə naziri) 

2)

 



daimi müşavirlər (Milli kəşfiyat direktoru və qərargah başçılarının sədri) 

3)

 



Şura  üzvləri  (prezidentin  Milli  təhlükəsizlik  məsələləri  üzrə  köməkçisi,  daxili 

təhlükəsizlik  naziri,  maliyyə  naziri,  ABŞ-ın  BMT-dəki  daimi  nümayəndəsi,  iqtisadi 

siyasət məsələləri üzrə prezident köməkçisi, Ağ Ev əməkdaşları aparatının başçısı) 

ABŞ-da ölkənin Milli təhlükəsizliyini təmin edən əsas qüvvə kimi ordu  çıxış edir. Onun 

tərkibinə iki milyondan çox canlı qüvvə, 250 min hərbi zirehli tank texnikası, 200 kosmik və 

13  mindən  çox  uçan  aparatlar  (təyyarə,  vertolyot  və  s.)  500  okean  gəmi  və  qayıqlar    və  s. 

daxildir  (10, s.10). 

 ABŞ-da  Milli  təhlükəsizliyi  təminetmə  sisteminin  fəaliyyətində  kəşfiyyat  orqanları  əsas 

rol oynayır. Kəşfiyyat orqanlarına əsasən aşağdakılar daxildir: 

1)

 



Mərkəzi kəşfiyyat idarəsi 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

195 

2)

 



Müdafiə nazirliyinin kəşfiyyat orqanları (Milli Təhlükəsizlik Agentliyi, Milli kosmik-hava 

idarəsi, ordu kəşfiyyatı, hərbi dəniz qüvvələri kəşfiyyat korpusu. Hərbi hava qüvvələrinin 

nəzarət və yaxalama xidməti ) 

3)

 



Sahil mühafizəsi kəşfiyyatı 

4)

 



ABŞ dövlət departamentinin kəşfiyyat və araşdırma bürosu 

5)

 



Federal Təhqiqat Bürosu (FTB) 

6)

 



Maliyyə nazirliyinin kəşfiyyat təminatı xidməti 

7)

 



Enerji nazirliyinin kəşfiyyat idarəsi. 

  ABŞ-da  Milli  təhlükəsizlik  təminetmə  sisteminin    daha  bir  xüsusiyyəti  ondan  ibarətdir 

ki, bu siyasət qeyri-dövlət sisteminin cəlb olunması ilə reallaşdırılır. Qeyri-dövlət sistemi çox 

planlı,  qeyri  dövlət  təşkilat  və  assosiasiyalarından  ibarətdir.  Dövlət  və  biznes  arasında 

mütəmadi  olaraq  kadr  dəyişikliyi  həm  dövlət  həm  də  kommersiya  sahəsində  çalışa  biləcək 

universal  mükəmməl top menecerləri yarartmağa imkan verir (3, s.120). 

     

 Böyük  Britaniyada  Milli  təhlükəsizliyin  təminatı  dedikdə  milli  maraqların  dərk 



olunması,  onların  təyin  edilməsi  və  mühafizəsi  başa  düşülür.  Böyük  Britaniyanın  Milli 

maraqları xarici və daxili hissələrə ayrılır. Daxili aspektlərə aşağdakılar daxildir. 

1)

 

Fundamental    maraqlar  (fiziki    təhlükəsizlik,  müstəqillik  və  ərazi  bütövlüyü,  iqtisadi 



vəziyyət, millətdə birlik hissinin qorunması ) 

2)

 



İctimai qrup və təşkilatların maraqları 

3)

 



İndividual maraqlar 

Milli  maraqların  xarici  aspekti  Böyük  Britaniyanın  dünyada  millət  və  beynəlxalq  aləmdə  bir 

üzv kimi qorunması ilə müəyyən edilir. Qlobal xarakter daşıyan ingilis milli maraqları  1948-

ci ildə qəbul edilən  «üç dairə» konsepsiyası əsasında müəyyən edilir. 

1)

 

Avropa dairəsi- ölkənin coğrafi şəraiti və onun  Avropa təhlükəsizliyi ilə sıx əlaqəsi 



2)

 

Atlantik  dairə  (  ABŞ-la  əlaqə)-  mənası  tarixi  və  mədəni  köklərlə  və  yaranmış  ticarət 



sistemi ilə təyin edilir. 

3)

 



Metropoliya  və  xarici  ərazilər  konsepsiyası  -  Britaniya  Birliyinə  aid  ölkələrin  rəsmi 

London  qarşısında  götürdüyü  öhdəliklərin  icrasını  təyin  edir.  Əsas  məqsəd  Böyük 

Britaniyanın iqtisadi əlaqələr sistemini inkişaf  etdirməkdir (9, s.174) 

 Britaniyanın  təhlükəsizlik  sahəsində  yeritdiyi  siyasət  ölkənin  bir  sıra  xarici  və  iqtisadi 

maraqlarının təminatı və onların  lazım gəldikdə  müdafiəsini təmin edir.  

  Milli təhlükəsizlik məsələlərində hərbi qüvvələrə rəhbərlik ancaq kraliçanın səlahiyyət 

dairəsinə aiddir. Qanuna əsasən kraliçanın səlahiyyətlərini mövcud hakimiyyəti reallaşdırır. 

Siyasi  nəzarət  -  xarici  siyasət  və  təhlükəsizlik  sahəsində  siyasət  nazirlər  kabineti  və 

onun  komitələri  tərəfindən  kollektiv  şəkildə  həyata  keçirilir.  Baş  nazir  xarici  ərazilər  və 

müdafiə siyasəti komitəsinə rəhbərlik edir həmçinin müdafiə  məsələlərini həll edir. Müdafiə 

naziri  nazirlər  kabineti  çərçivəsində  hərbi  siyasətin  formalaşdırılması  və  reallaşdırılmasına 

görə  cavabdehdir.  Müdafiə  naziri  müdafiəyə  ayrılan  vəsaitlərin  xərclənməsinə  görə 

parlamentə hesabat verir. Parlament ölkənin müdafiəsi üçün əhəmiyyət daşıyan bütün qərar və 

siyasi proseslər haqqında məlumatlandırılır. Parlament üzvləri individual olaraq yazılı şəkildə 

hərbi siyasətin bütün aspektləri üzrə nazirlərə müraciət edir. 

  

Hərbi  qüvvələr  -    hərbi  -  siyasi  hakimiyyətin  səlahiyyətləri  hərbi  şura  ilə  müəyyən 

edilir.  Müdafiə  nazirinin  iki  baş  məsləhətçisi  var.  Onlardan  biri  müdafiə  qərargahı  başçısı 

digəri  isə  müdafiə  nazirinin  daimi  müavinidir.  Müdafiə  qərargahı  başçısı  hakimiyyətin  əsas 

hərbi məsləhətçisi və silahlı qüvvələrin  başçısıdır. 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

196 


     

Hərbi qüvvələrin əsas qollarından biri də xüsusi xidmət orqanlarıdır. Britaniyada faktiki 

olaraq 1990-cı illərin ortalarına kimi xüsusi xidmət orqanlarının hüquqi statusu olmayıb. Uzun 

illər  ölkənin  məhşur  “Mİ-6”  xidməti  parlament  qarşısında  hesabat  verməyib  və  maliyyə 

nazirliyi  tərəfindən  maaliyələşdirilib.  1994-cü  ildə  parlamentdə  «Kəşfiyyat  xidmətləri 

haqqında» qanunun qəbul edilməsi ilə qanunverici orqanda kəşfiyyat və təhlükəsizlik komitəsi  

yaradılır.  Məhz  bu  komitə  Kəşfiyyat  orqanlarına  nəzarəti  həyata  keçirir.  Komitə  həmçinin 

Böyük  Britaniyanın  xüsusi  xidmət  orqanları  sayılan  Mİ-5,  Mİ-6  və  Hakimiyyət  Rabitəsi 

Mərkəzinə  ayrılan  büdcə  vəsaitlərinin  idarəolunması    siyasətini  də  həyata  keçirir.  Böyük 

Britaniyanın xüsusi xidmət orqanlarının fəaliyyətinin idarəolunması mexanizmində əsas rolu 

baş nazir oynayır (7, 55-56). 

    


“Mİ-6”  Böyük  Britaniyanın  əsas  kəşfiyyat  xidmətidir.  Xüsusi  kəşfiyyata  cavabdehlik 

daşıyır. Formal  olaraq  Xarici  İşlər Nazirliyinə  tabe  olmasına baxmayaraq  birbaşa baş nazirə 

çıxışı var. Çox vaxt baş nazirin əmrlərini yerinə yetirir və ya müstəqil olaraq fəaliyyət göstərir. 

Baş qərargahı Londonda yerləşən  “Mİ-6”  dünya üzrə 87 rezidenturaya malikdir.  Mİ-6-nın 

əsas məqsədi xarici kəşfiyyat, xaricikontr kəşfiyyat və xüsusi əməliyyatların keçirilməsidir. 

   


“Hakimiyyət Rabitəsi” - Mİ-6 kimi bu xidmət də formal olaraq Xarici İşlər Nazirliyinə 

tabedir.  Əsas  məqsəd  strateji  radio  və  radiotexniki  kəşfiyyatdır.  Bu  Böyük  Britaniyada  ən 

böyük  ştatı  olan  (16  mindən  çox  əməkdaş)  və  ən  bahalı  xüsusi  xidmətidir.  Xidmət  qlobal 

radioelektron kəşfiyyatında əsas baza elementi kimi qalmaqda davam edir.  

  “Mi-5”-    Britaniyanın  kontrkəşfiyyat  xidməti  Mİ-5-  Formal  olaraq  Daxili  İşlər 

Nazirliyinə  aiddir.  Onun  rəhbəri  isə  baş  nazirin  müavinidir.  Mİ-5  əsas  fəaliyyəti 

kontrkəşfiyyat,  təxribat  fəaliyyəti  ilə  mübarizə,  qlobal  və  İrland  modeli  üzrə  terrorçuluqla 

mübarizəni əhatə edir. Güc aksiyalarının keçirilməsi üçün xarici müşahidə və agentlərin cəlb 

olunması və s. üçün Mİ-5 aktiv şəkildə Skotland Yardın xüsusi bölməsindən - polisin xüsusi 

təyinatlı qruplarından istifadə edir.  

     

Terrorçuluqla  mübarizə  -  terrorçuluqla  mübarizə  Britaniya  hakimiyyətinin  əsas 



prioritetlərindəndir.  Bu sahədə əsas koordinator kimi Daxili İşlər Nazirliyi çıxış  edir. Lakin 

son  illər  baş  verən  terror  təhdidi  ilə  əlaqədar  Böyük  Britaniya  hakimiyyəti  uzun  müddətli 

antitterror  strategiyasını  qəbul  edib.  KONTEST  abriviaturası  ilə  məhşur  olan    strategiyanın 

əsas  məqsədi  beynəlxalq  terrorizmdən  gələn  təhdidləri  azaltmaq,  ölkə  vətəndaşlarına  öz 

biznesini  rahat  həyata  keçirməyə  yardım  etməkdir.  2001-ci  il  11  sentyabr  hadisələrinə  kimi 

Britaniya  hakimiyyəti  «Terrorizm  haqqında»  qanuna  əsasən  möhkəm  və  yaxşı  hazırlanmış 

antiterror qanunvericiliyinə sahib idi. Lakin 2001-ci ildə əlavaə olaraq antiterror qanunu qəbul 

edilib. Qanuna əsasən hava nəqliyyatında təhlükəsizlik tədbirləri gücləndirilmiş kimyəvi, nüvə 

və bioloji  silaha dair qanunvericilik daha da sərtləşdirilmişdir.  

  

 2006-cı  ildə  Böyük  Britaniyada  Daxili  İşlər  Nazirliyinin  transsərhəd  cinayətkarlıqla 



mübarizə  məsələləri  üzrə  «Ağ  kitab»-  ı  təqdim  edilib.  Yeni  strategiyaya  əsasən  Böyük 

Britaniyanı  mütəşəkkil  cinayətkar  qrupların  fəaliyyəti  üçün  ən  çətin  ölkəyə  çevirməkdir  (3, 

s.197). 

 

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT 



 

1.

 



Арин  О.А.  Азиатско-Тихоокеансикй  регион:  мифы,  иллюзии  и  реальность    

Москва: Флинта, Наука  1997. 134 C. 

2.

 

Бжезинский  Збигнев.  Великая  шахматная  доска.  Господство  Америки  и  его 



геостратегические императивы. Москва, 2010,  256 с 


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

197 

3.

 



Бруз  В.В.  Историография  исследования  проблемы  безопасности  -          военная 

мысль. Москва, 2006, 210 с.  

4.

 

Иванов  О.  Военная  сила  и  глобальная  стратегия  США.  Монография.Москва: 



Восток-  Запа , 2008,  198 с 

5.

 



Кулагин.  В.М.  Международная  безопасность  учеб.  пособие.  Москва:  Аспект 

Пресс, 2007. 318 с 

6.

 

Мировой  порядок  после  терактов  в  США:  проблемы  и  перспективы. 



Комментарий КВП. Москва, 2002. с.20 

7.

 



Gleick,  Peter,  "  Ultimate  Security:  How  Environmental  Concerns  AffectGlobal 

Political  Stability,  (book  reviews)  ",  Bulletin  of  the  AtomicScientists,  (March-April 

1994), No. 50, ss. 55-56 

8.

 



Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik. Bakı: BU, 2008, 526 s.  

9.

 



Хантингтон С. Третья волна. Демократизация в конце XX века М. 2003, с.368  

10.


 

Сатаров  В.  Вооруженные  силы  США:  организация,  строительство,  и 

применение\\ зарубежное военное обозрение 2009 г.  N 7. C, 10 

 

Доц., Р. БАДАЛОВА  

 д.ф.п.н. К. ШЫХИЕВА 

 

ОБЕСПЕЧЕНИЕ СИСТЕМЫ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ  

(НА ОСНОВЕ ОПЫТА США И ВЕЛИКОБРИТАНИИ) 

 

Статья  посвящена  изучению    и  исследование  национальной  безопасности,  ее 

обеспечение.  В  статье  исследованы  уровни  национальной  безопасности-личности, 

общество и вопросов государственной безопасности. Система обеспечения националь-

ной  безопасности  Соединенных  Штатов  и  Великобритании  были  исследованы  раз-

личные геополитические и национальных  политическичих концепции этих стран. 

 

Dos. R. BADALOVA,    

ph.d. K. SHIKHIYEVA 

 

PROVIDING NATIONAL SECURITY SYSTEM  

(BASED ON THE EXPERIENCE THE US AND UK) 

 

Article  is  devoted  to  the  study  and  research  of  national  security  and  its  software.  The 

article explores the levels of national security- personaı, society and state security issues. The 

system  of  national  security  of  the  United  States  and  Britain  have  been  investigated  various 

geopolitical and national political concept of these countries. 

 

 



 

Rəyçilər: t.ü.f.d. X.Əfəndiyeva, İ.Zeynalov 

 

BDU-nun  Politologiya  və  Sosiologiya  kafedrasının  17  noyabr  2014-cü  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №4). 

Kataloq: Tarix%20ve%20onun%20problem -> 2014%20%204
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Эмин джалилов
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 46 sevda hüseynova tarix fakültəsi “Slavyan ölkələri tarixi”
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 132
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 57 aydin mirzəzadə Siyasi elmlər üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 50 mehdiyeva aytən dos., t.ü. f d. Adpu
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 90 ramin sadiqov tarix üzrə fəlsəfə doktoru
2014%20%204 -> Tarix və onun problemləri, №4 2014 238 S. Misirxanova bakı Dövlət Universiteti
2014%20%204 -> Müasir dövr Tarix və onun problemləri, №4 2014 127

Yüklə 357,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə