ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   ...   19

 

olmuşdur. Adı  və soyadı  Məhəmməd bin Məhəmməd bin 



əl-Həsən  ət-Tusi, kunyəsi «Əbu Cə`fər», ləqəbi isə 

«Nəsirəddin»dir. 

Fəqihlər onu «Mühəqqiq Tusi» və ya «Xacə Tusi», hükəma 

«Bəşərin ustadı» və «On birinci əql», filosoflar «Üçüncü 

müəllim» adlandırmışlar. Daha çox «Xacə Tusi» ləqəbi ilə 

məşhurlaşmışdır. 

Bir müddət (təqribən 22 il) Qohestan hakimi, İsmaililərin 

əmiri Nasirəddin Əbdürrəhim bin Əbu-Mənsurun qəzəbinə 

düçar olduğu üçün Ələmut qalasında ev dustağı şəraitində 

həbsdə olmuşdur. 

Təqribən 654 (h.q.) ildə Monqol hökmdarı Hülakunun 

İsmaililər üzərində  qələbəsindən sonra Tusi azad olmuş, 

amma qəzəbli monqol hökmdarlarının dövlət sistemində 

mühüm mənsəblərə yiyələnməsi ilə  həyatın daha ağır və 

qorxulu imtahanlarına tuş  gəlmişdir. Bütün bunlara 

baxmayaraq Tusi, həyatın ağır sınaqlarından həmişə üzüağ 

çıxmışdır. Nəhayət 672-ci (h.q.) ildə yaxın  şagirdləri ilə 

Bağdada səfər edən Tusi xəstələnib orada da vəfat edir və 

öz vəsiyyətinə görə Kazimeyndə

1

 iki imamın qəbirlərinin 



ayaq tərəfində torpağa tapşırılır. 

Xacənin  əksər elmi əsərləri fəlsəfə, kəlam, nücum və 

riyaziyyat sahələrini  əhatə edir. Əsərlərinin dəqiq sayı 

indiyə 


qədər müəyyənləşdirilməmişdir. Müxtəlif 

tədqiqatçıların  əsərində Tusinin əsərlərinin sayı  fərqli 

rəqəmlərlə göstərilir. Bə`ziləri bu rəqəmləri hətta 220 qədər 

yüksəldirlər. Bunlarla yanaşı  Nəsirəddin Tusinin ən böyük 

elmi abidəsi sözsüz ki, banisi olduğu Marağa rəsədxanası 

olmuşdur. 

Bir filosof, fəqih, mütəkəllim, vəzir, siyasətçi, əxlaq ustadı, 

                                                 

1

 İraqın “Kazimeyn” şəhəri; imam Kazim (ə) ilə imam Cavadın (ə) adını 



daşıyır. 

 

8



ədib, münəccim, riyaziyyatçı,  şair və yazıçı kimi bənzərsiz 

şəxsiyyətə malik olan Xacə  şəxsiyyətinin bə`zi cəhətləri 

təzadlı görünsə də, bu cəhətlərin hər birində kamillik həddi 

kəsb edilmişdir. 

Nəsirəddin Tusinin həyat və yaradıcılığında ilk baxışda 

ziddiyyətli görünən bir neçə yönlü baxışları tusişünaslar 

müxtəlif cür izah etməyə çalışmışlar. Bə`zi tədqiqatçıların 

e`tiqadına görə Xacənin  şəxsiyyət və  əqidəsi  ətrafında 

müxtəlif rə`ylərin toqquşmasının  əsas səbəbləri Tusinin 

ziddiyyətli ictimai-siyasi mühitdə yaşayıb-yaratması 

olmuşdur. Bu səbəblərin bir neçəsini aşağıdakı  şəkildə 

göstərmək olar: 

1. Tusinin, o dövrün hakim ictimai-dini baxışları ilə 

fərqlənən şiə məzhəbində olması;  

Təbiidir ki, böyük şiə alimlərindən sayılan Tusinin o 

zaman onu əzmək istəyən çoxlu müxalifləri olmuşdur. 

2. Tusinin bir filosof olması;  

Fəlsəfənin  əsas mehvər və açarı olan ağıl və  məntiqi 

«korun 

əlində 


gəzdirdiyi 

əsa»-ya bənzədən bə`zi 

«müqəddəs» ünsürlər aydındır ki, İslam fəlsəfəsində «on 

birinci  əql» ləqəbini qazanmış Tusiyə xoş üz göstərə 

bilməzdilər. 

3. Zahirdə  və  zərurətdən irəli gələn səbəblər üzündən 

monqol hökmdarları ilə həmrə`y olması; 

Bə`zi tarixçilər Tusini, monqol hökmdarı Hülakunun 

Abbasi xəlifəsini qətlə yetirməsinə  təhrik etməsilə 

günahlandırırlar.

1

 

4. 



İctimai 

şəraitin amansız tələbləri nəticəsində 

İsmaililərin yanında  sığınacaq tapması  və  İsmaili 

                                                 

1

 Seyyid Məhəmmədrza Qiyasi Kermani, “Seyrü-süluk”, səh. 10, 



“Hüzur” mətbəəsi 1379. 


 

hökmdarlarının adına kitab yazması.



1

 

Böyük zəkaya və  gələcəyi qabaqcadan görə bilmək 



qabiliyyətinə malik olan Tusi heç vaxt şəxsiyyətinin və 

elminin hansısa firqəyə  və ya məktəbə  mənsub dar 

çərçivədə məhdudlaşmasına imkan verməmişdir. 

Bildiyimiz kimi «Hikməti mütəaliyyə» fəlsəfi məktəbinin 

banisi olan Molla Sədraya qədər ilahi mə`rifətin dərkində 

müxtəlif üsullara söykənən üç böyük fikri cərəyan  − 

kəlamçılar, filosoflar və irfan əhli arasında həmişə ixtilaf 

olmuşdur və indinin özündə də bə`zi hallarda özünü biruzə 

verir. Molla Sədra qismən də olsa bu ixtilafları həll etməyə 

çalışmışdır. Görünür Molla Sədradan çox-çox qabaq Tusi bu 

mübahisəli məsələləri özü üçün həll etmiş, həmişə bu 

ixtilafların fövqündə durmuşdur. Elə buna görədir ki, hər 

üç məktəbin nümayəndələri Tusini özlərinə mənsub etməyə 

çalışmışlar. 

Kəlam məktəbinin nümayəndələri Tusini böyük şiə 

mütəkəllimi hesab edib özlərinə  mənsub bilmiş, fəlsəfi 

məktəbin nümayəndələri onu İbn Sinadan sonra «üçüncü 

müəllim» kimi özlərinə aid etmiş, irfan əhli isə Tusinin tam 

bir övliya olduğunu iddia etmişlər. 

Həqiqətən də Tusinin «Təcridül-e`tiqad»  əsərinə  nəzər 

salanda, onu şiə  kəlamının  ən mükəmməl kitablarından 

biri, bəlkə  də birincisi olduğuna  şübhə yeri qalmır. 

Təsadüfü deyil ki, indinin özündə də ilahiyyat bölmələrinin 

kəlam dərslərində, elmi-dini hövzələrdə  şiə  kəlamı olaraq 

əsas dərslik kimi Tusinin qabaqcıl  şagirdlərindən olan 

Əllamə Hillinin «Təcridül-e`tiqad»a yazdığı «Kəşfül-

murad» adlı şərhi tədris edilir. 

Bir filosof kimi Tusi islam aləmində yunan fəlsəfi 

                                                 

1

  Məhəmmədtəqi Daneşpəjuh, “Əxlaqi Möhtəşəmi”, səh. 5, Tehran 



Universiteti mətbəəsi 1361. 

 

10



məktəbinin iftixarı olan «birinci müəllim» ləqəbini 

qazanmış Aristotelin davamçısı, «ikinci müəllim» adına 

layiq görülmüş «Məşşa» fəlsəfi məktəbinin nümayəndəsi 

İbn Sinanın tələbəsi (silsilə  şagird vasitəsilə) və «üçüncü 

müəllim» kimi yad edilir. 

Tusinin fəlsəfi  əsərlərinin hətta adına diqqət yetirmək 

dediklərimizə kifayət edir. 

Amma qəribə burasıdır ki, hətta Tusinin fəlsəfi 

baxışlarında fərqli mövqelərdən çıxış etdiyi iddia edilir. 

Tusi elmi irsinin varislərindən sayılan  Əllamə  Həsənzadə 

Amuli özünün «Min bir nöqtə» adlı  əsərində belə yazır: 

«Ustad  Əllamə  Təbatəbai söyləyirdi: «Ustadım rəhmətlik 

Seyyid Hüseyn Badkubi deyirdi ki, Qütbiddin Şirazinin 

«İşraq fəlsəfəsi»nə yazdığı şərhi, Xacənin dərslərində qeydə 

aldığı yaddaşları  əsasındadır. Qütbiddin Şirazi Xacənin 

dərsləri əsnasında, Xacənin Şeyx İşraqın bəyanları ətrafında 

ifadələrini və fikirlərini qeydə almışdır. 

Başqa bir vaxt deyirdi ki, Xacənin özü (əqidəsində, fəlsəfi 

baxışlarında) işraqyönlü idi.»

1

 



İrfani baxımdan    Tusi  həyatına və yaradıcılığına diqqət 

yetirəndə onun da öz sələfləri kimi ömrünün sonlarında 

irfana üz tutduğu zənn edilir. Orta əsrlərin  əksər  ədib və 

alimlərinə xass xüsusiyyətlərdən biri də ömürlərinin son 

illərini təsəvvüf və irfana bağlamalarıdır. Əlbəttə bu, sufilik 

və  dərvişlik həyat tərzi olmayıb, sadəcə  şəriət çərçivəsində 

yer verilən irfani süluka meyl göstərmək olmuşdur. 

Ümumiyyətlə orta əsrlər islam dünyasının  əksər alim və 

mütəfəkkirləri bə`zən, məsləklərinin xilafına olsa belə, bu 

mövzuda qələmlərini sınamağa çalışmışlar. Görünür, 

Nəsirəddin Tusinin də  həyat və yaradıcılığında irfani 

meyllərin gözə çarpması bu səbəbdən olmuşdur. 

                                                 

1

 Həsənzadə Amuli, “Hezaro yek nokte”, səh. 128, 195-ci nöqtə. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə