ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə15/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   11   12   13   14   15   16   17   18   ...   204

51

 

 



51

 

iran aşıqlarının dastanları    



 

 

 



Ağlıyıban qan yaş töktü qazilər. 

 

Dedim zöhrə sənin Qara qaşın var 



Dedı oğlan məgər müşkül işin var 

Dedım yeməyə yemişin var? 

Dərdi verdi bircüt narın qazılar. 

 

Dedim zöhrəm gör nə yaxşı xanımsan 



Dedi tahir camalımsan canımsan 

Dedim xanım yeri kimə salırsan? 

Ikimizə bir yer saldı qazılar. 

 

Bu sözlər qutaran kimi Tahirin qollarını bağlıyıb gətirdilər 



hətəm sultanın məqamına. Sultan baxdı gördü ay baba bu 

yaramaz ölmüyüb ki heç bir azda kökəlıb. Dedi bax gör nə 

arsız adamdı hərkas bunun yerinə olseydi indi ajdıxdan və 

qəm-qussədən o zindanda məhv olmuşdu. Dedı tez götürün 

bi namussuz oğlu namussuzu aparun mənim gözlərimin 

qabağından bir çöldə biyabanda tikə-tikə edin atın bu 

murdarın ətin çölün qurd-quşu yesin və palltarların mənə 

gətirin. 

Calladlar tahiri şəhərdən bi çox çıxardandan sonra biri dedi 

bilirsiz bu yaramazı öldürüb qayıdandan sonra mirzə bu 

tahirin evin mənə verəcək? Biri dedı mənədə bir at , biri 

dedi mənə bir kisə qızıl. ək. Biri dedı sazını mənə verəcək. 

Biri dedı zöhrənı mənə verəcBelə diyəndə tahirin ürəyi 

dərdə gəlıb götürüb burda görək nə deyir. 

 

Asta gedin xan yoldaşlar 



Dərd mənı alacaq oldu. 


52

 

 



52

 

iran aşıqlarının dastanları    



 

 

 



Malım mülküm bağım bağçam 

Yadlara qalacaq oldu. 

 

Fələk sındırdı yazımı 



Atam yox çəksin nazımı 

Üstü sədəflı sazımı 

Gör kimlər çalacaq oldu. 

 

Fələk sındırdı gəmimi 



Anam yox yesin ğəmimi 

Zöhrə kimi həmdəmimi 

Gör kimilər alacaq oldu. 

 

Tahir diyər məcnun oldum 



Saraldım gül kimi soldum 

Nə şirin nə fərha

d oldum 

Dərd məni alacaq oldu.

 

 

Bu sözlərdən bu calladlar bir az özlərinə gəldilər bulardan biri dedı 



olmuya bu Aşıq haqq aşığı ola biz günaha batarıx ha. Dedilər oğlan 

sənun günahun nədir sultan sənə belə bir ağır cəza yazıb. Tahir bu 

cəlladları hər bir əhvalatdan agah eliyəndən sonar bu cəLladların üçü 

dedılər biz bu xeyirdən əlçəkdik. Amma o iki cəllad dedılər biz bunu 

 

 öldürməsək onda bu qayıdacaq gələcək zöhrənin dalıncax və bunu 



sultan biləcək onda bilirsiniz ki sultan bizim dərimizə saman təpər? 

calladler dedılər bəs onda burda bunun başını kəsək və paltarların 

aparax sultana verək . Bizə nəvar bu cəhənnəmə gedəcək ya behişdə.

 

Bu sözü eşidən tahir daha heç bir ümüdü qalmadı ki bu calladların 



əlındən qurtarsın. Bu zaman sazını basıb sinəsinə görək necə gəlır 

sözün binəsinə.

 

 

Bu çöllərdə nahaqq ölüb yatanlar



 


53

 

 



53

 

iran aşıqlarının dastanları    



 

 

 



Fələk saldı yaman mənı azara

 

Ürək dostub qol boynuma salanlar



 

Ölməmişdən gərək gedəm məzara.

 

 

Sitəmkarlar zülmü göyə qaldırır



 

əcəl gəlıb peymanamı doldurur

 

yalvarıram callad məni öldürür



 

al qanımı tökür mənım diyara.

 

 

Ümüdüm kəsilibyoxdu qərarım



 

Payıza çövrürür mənə novbahar

 

Qardaşlarım məndə yoxdur ixtiyar



 

Yoxumdu əlacım yoxumdur çara.

 

 

Bu sözləri eşidən calladların ürəklərinə allahın nəzəri yer saldı. 



Cəlladlar dedilər tahir bizə söz versən şəhərə gəlmiyəsən sənı 

buraxarıq. Belə olanda tahirin köynəyin çıxartdılar bir davşan 

verdılar onun qanıynan bu köynəyi qanladılar . calladlar qayitmağda 

olsunlar amma TahirMirza göynəksiz yoladüşüb gəldi Heştəri 

mahalında Ağa soyuldu dərəsində baxıb öz əhvalına görək burda nə 

deyir. 


 

Gecə gündüz qan ağlaram 

Yetişmədim yara fələk. 

Iki dağın arasında  

Mən oldum avara fələk. 

 

Kimi ğəmgin kimi dilşad 



Çoxlar çəkir əlindan dad 

Hərkim istər səndən imdad 

Çəkdin onu dara fələk. 

 

Dövrəmizi xar alıbdı 



Cavan ömrüm saralıbdı 

Hər kim gəldi yar alıbdı 




54

 

 



54

 

iran aşıqlarının dastanları    



 

 

 



Həsrət qaldım yara fələk. 

 

Qızıl gülümü dərdilər 



Zinaxdan üstə sərdilər 

Bəy atamı öldürdülər 

Nə baxırsan vara fələk. 

 

Tahir Mirza qan ağladı 



Sinəsin çarpaz dağladı 

Qollarını daraxladı 

Heç etmədin çara fələk. 

 

Bu sözlərdən sonra tahirmirzanı yuxu apardı bu tərəfdən Xanverdi 



sevdagərin karvanı Ağasoydu dərəsindən keçəcəyidi. Xan verdiQara 

qullarına dedı gedin yolları yoxlayın gəlin birdən bu dərədə 

qırxhəramilər qabağımızı kəsməsinlər. 

Qara qullar gəldilər gördülər burda bir zıbırıx bir cavan yatıb dedılar 

bu yəqin qırxhəramılərin çuğulu alacax. Tahiri xuxuda oqədər əzdilər 

ki anasından əmdiyi süd burnunan gəldi. Bunu döyə-döyə gətirdilər 

Xanverdi Sevdayərin yanına. Xanverdi baxdı gördü bu oğlan 

həramilərə bənzəmir bu bir xan-bəy evladina bənziyir. 

Xanverdi sevdagər dedi oğul sən kimsən kimin oğlusan burda nə 

gəzirsən? Tahimirza belə cavab verir. 

 

Gecə gündüz yol getmədən 



Çox incidib cada məni. 

Baş çıxartmam yollarından 

Hey çövürür qada məni. 

 

Dost bağında bar olmasın 



Heyva olsun nar olmasın 

Mən ölsəmdə yar ölməsin 

Bəlkə salsın yada məni. 

 

Ağac atdım havasına 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə