ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə17/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   13   14   15   16   17   18   19   20   ...   204

59

 

 



59

 

iran aşıqlarının dastanları    



 

 

 



Səhəri sübhün çağında 

Dur dolanağ bağı bülbül. 

Qızıl gülün budağında 

Parçaladun zağı bülbül. 

 

Bülbül sən nə saralıbsan 



Nədən ötrü Qaralıbsan 

Bağa vəl – vələ salıbsan 

Bu səhərin çağı bülbül. 

 

Bülbülüm geyibdi yaşıl 



Baxıram gözüm qamaşır 

Aşıqlq sənə yaraşır 

Parçaladin zağı bülbül. 

 

Tahir deyir zarı- zarı 



Dada çatsın o haq tarı 

Sən cəh- cəh sal həmdə zarı 

Məndə çalım tarı bülbül. 

 

Bülbül sən bağda əsərsən 



Gülün qədrini bilərsən 

Onbir ay cəfa çəkərsən 

Bir ayıda zarı bülbül. 

 

Bülbül səni kim uçurtdu 



Yurddan- yurda kim köçürtdü 

Kim sənə badə içirtdi 

Kimlər oldu saqi bülbül. 

 

Bülbül sənun işun zardı 



Omidin pərvərdiqardı 

Xoş haluva gücun vardı 

Parçaladun zağı bülbül. 

 



60

 

 



60

 

iran aşıqlarının dastanları    



 

 

 



Tahir mirza bu çağında 

Sinəsi zöhrə dağında 

Çar hovuzun qırağında 

Dur dolanax bağı bülbül. 

 

Tahirin dərdi özünü yandırırdı. Bülbülündə yaralanması bunun 



qərarın kəsmişdi . dayana bilmiyib götürüb daha nə deyir. 

 

Nə yatıbsan bağ içində 



Dur bir dolan bağı bülbül. 

Qızıl gül yarpağ içində 

Axdı gözun ağı bülbül. 

 

Bülbül sənı kim uçurtdu 



Güldən gülə kim köçürtdü 

Kim sənə badə içirtdi 

Kimlər oldu saqi bülbül. 

 

Gül dibində yatan xardı 



Bülbül işin ah o zardı 

Xeyrin olsun gücün vardı 

Parçaladin zağı bülbül. 

 

Bülbül necoldu qəfəsin 



Qızıl gülə var həvəsin 

Gedib gəlmirdi nəfəsin 

Dur dolanax bağı bülbül 

 

Bülbül oxur qəfəsində 



Qızıl gülün həvəsində 

Tahir mirza sinəsində 

Çoxdur zöhrə dağı bülbül. 

 

Zöhrə gördü tahir gəlmədi durub gəldi bağa kanardan daxdı gördü 



tahir bir ölü bülbülü öz cebinin ipək dəstmalına bükün bir uşağı 


61

 

 



61

 

iran aşıqlarının dastanları    



 

 

 



kəfən elıyən kimi kəfən elədı bir qəbir qazdı bu bülbülü bir təmtə - 

tarağınan dəfn elədi və oturdu baş daşının üstündə zar- zar ağlamağa 

başladı. Bulqar xanım döydü başına dedı evim yıxıldi elə buna görə 

atam bu bağın açarın buna vermirdi. dha tahir burda qalmaz.Tahir 

bülbülün başının üstündən durub bağdan eşiyə çıxanda bulqa xanım 

kəsdi tahirin qabağın dedı hara gedirsən dedı xanım yan ol mən 

gedim . hara gedırsən kim sənə nə dedı kim səni narahat elədi. Dedı 

xanım mənim könlümə dəyən olmayıb vəli bülbül mənə yaxşı bir 

dərs verdi bulqar xanım dedı tahir sən nə deyirsən nə bülbülüdü. Nə 

dərsidi.Bu zaman tahir  sazı alıb sinəs görək nə deyir. 

 

Başına döndüyümhəbibi xuda 



Məni tez yetirin yar ayağına. 

Hamı yandan xəzab oldu xınalar 

Xına tək yaxıllam yar ayağına. 

 

Qonağıdım sayğılandım burada 



Fələk məni buraxıbdı arada 

əl açdım göylərə qadir allaha 

yetirsinlə bizi sar ayağına. 

 

Gəbələr bağlandı yollara düşdü 



Mayalar yükləndi tarlaya düşdü 

Karvan getdi qarlara düşdü 

Məni yetirsinlər qar ayağına. 

 

Tahir diyər neyləmişəm neylərəm 



Xəncər alıb bağrım başın teylərəm 

Bulqa xanım sənə bir ərz eylərəm 

Məni basdırsınlar yar ayağına. 

 

Bu sözlərdən sonra tahir bağdan çıxıb başladı yolunan, dağınan 



daşınan yeri ha yüvür gedirdi birdən xanverdi sevdagərin karvanı 

çıxdı tahirin qabağına. Dedı ay oğul gənə hara gedirsən mən gəlırdim 

sənən bulqarın toyunu edəm. Tahir Xanverdini başasaldı kı mən niyə 



62

 

 



62

 

iran aşıqlarının dastanları    



 

 

 



qalamam. Amma Xanverdi əl çəkmir israr eliyəndə Tahir belə cavab 

verdi. 


 

Çoxdandı mən sənə ata demişəm 

Gəl indi mən sənə Xanverdi deyim. 

Halal elə mənə duz-çörəyini 

Qızın öz yerində nan verdi deyim. 

 

Burda mənım hər bir günüm yüz oldu 



Ağ üzümdən göz yaşlarım süzüldü 

Zaxca vırdı gül yarpağdan üzüldü 

Bülbül gül yolunda can verdi dedım. 

 

Bir şah yoxdu duram gedəm divana 



ərzimi yetirrəm sltana xana 

zərəfşan telləri od vırıb cana 

kiprigi sinəmdə san verdi dedım. 

 

Tahir gəlib qəhrəmanlı düzündən 



Doymamışam kəlamından sözündən 

Bir öpüş almadım ala gözündən 

Zöhrə xanım qan verdi dedım. 

 

Tahir dedı Xanverdi tacir sən mənə duz- çörəgini halal elə bulqar 



xanımda mənim bacımdı amma mən bilmədiyimidə bülbül mənə 

öyrətdi. Xanverdi dedı tahir sən qırxıncı bağada girdin? Dedı bəlı 

xanverdi dedı onda sən daha qala bilməzsən get yolun açıq olsun. Bu 

zaman tahiri qəm basdı götürüb belə dedi. 

 

Başına döndüyüm xanverdi tacir 



Xudam mənə yaxşı gün verdi desin. 

Könül həvəsləndi vətən istədi 

Nə zaman könlümü xəlas etdi sən. 

 

 




63

 

 



63

 

iran aşıqlarının dastanları    



 

 

 



 

 

Qııl zgülü bülbül niyə saxladı 



Qarğanı öldürdü dizın daraxladı 

Gəldi tahir gülləri qucaxladı 

Qızın öz əliynən nun verdi desin. 

 

Gecə-gündüz ah çəKərəm ağlaram 



Ürək başım çarlı- çarpaz dağlaram 

Veran qalsın şum sitara dağ laram 

Könül həvəs etdi yar sevdi desin. 

 

Tahiri yaradb yaradan tarı 



Rbtdən gedirəm vətənə sarı 

Sidqilə əa]rram qadir allahı 

Istədim diləgim al verdi desin. 

 

Tahir ordan  çıxıb gəldi Tarım mahalında bir yaşıl çəmənliyə o 



mahalın xanı Tilim iydi. Onun bir qızı vardı adı Nərgiz xanım. 

Nərgiz xanımın başında qırx kəniziylə çəməndə seyrə çxmışdılar 

buların biri dedı xanım allah yetirdi dyyəsən bir Aşıq gəlır bax 

çiynində bir saz var. Xanım dedı yaxşı oldu çoxdandı Aşıq 

çaldırmırıq . Aşıq gəldi xanım dedı Aşıq bir neçə kəlmə bizə çal oxu. 

Tahir dedi xanım mən nə halda sən nə halda fələk qoyub ki mənim 

yadımda söz qala.  Xanım dedı Aşıq sənə nə olub Tahir dedi xanım 

qulaq as deyim. 

 

Könül şişəsin sındırma 



Qəm səməndinə mindirmə 

Sən allah məni dindirmə 

Sorma hələ belə qalsın. 

 

Xanım dedı Aşıq oxursan ya verim bu qızlar səni dilini açsınlar? 



Burda tahir məcbur qalıb götürüb belə deyir. 

 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə