ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə22/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   18   19   20   21   22   23   24   25   ...   204

82

 

 



82

 

iran aşıqlarının dastanları    



 

 

 



Ingillər canım ingillər. 

Zöhrə xanım sandığın dalıyca baxırdı dedı Ağca zanım 

mən sandığı görürəm səndə görürsən. Dedı ay xanım 

sandıx çoxdan göz önundən itib sənun aləmunda elə 

görünür dedı yox Ağcaxanım mən elə hiss edirəm sandıx 

dəyir daşlara Tahiri incidir. Zöhrə dedı Ağcaxanım qulaq 

as gör nə deyirəm. 

 

Sandığından gəlır bir səs 



Tahir ingildər ingildər. 

Qurusun zülmün rişəsi 

Tahir ingildər ingildər. 

 

 



Fələk işim yaman oldu 

Zülmüdən bağrım qan oldu 

Yarsız evim veran oldu 

Tahir ingildər ingildər. 

 

Tərsə dolandı zamana 



Xəzan yetişdi gülşana 

Hara gedim mən divana 

Tahir ingildər ingildər. 

 

 



Şamama zülfün içində 

Tayı yox çində-maçində 

Tahirmirza çay içində 

Tahir ingildər ingildər. 

 



83

 

 



83

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Ayrı düşdü qalasından 

Allah saxla balasından 

Tahir Tahir ingildər ingildər. 

Tahir ingildər ingildər. 

 

Zöhrəxanım ağca xanımınan qayıdin gəlsinlər . sizə 



danışım ta hirmirzadan su Tahir mirzanın qayiqində olan 

sandığı bir neçə gecə və günüz gətirir. Amma Tahir mirza 

sandığın içində yaradanından necə kömək istəyir tərəfindən 

biz diyək. 

 

Barilahi çoxdu mənim günahım 



Ölsəm bu dəryada bağışla mənı. 

Sənın dərgahına şəfi gətirrəm 

Dostun mustafayə bağşla məni. 

 

Mələklər əlində gəzən buqcası 



könlümün Zikr edimpası 

Imam həsən imam hüseyin ağası 

Həzrət zəhrayə bağışla məni. 

 

Bir adı heydərdi bir adı səfdər 



Zülfüqar yiyəsi kovsər ağası 

Süd üstə oxlanan süd mən əsğər 

O məsum balaya bağışla mənı. 

 

Kərbəla çölündə qanlı kəfənlər 



Torpağ üstə düşən o gül bədənlər 

Cavan əkbər ğəmi bağrın didənlər 




84

 

 



84

 

iran aşıqlarının dastanları    



 

 

 



Anası leylayə bağışla mənı. 

 

Ağalar ağası xasların xası 



Yolunu gözləyən qoca anası 

Tahir deyir şəfi gətdim abbası 

O qolsuz səqqayə bağşla məni. 

 

Su yavaşıyıb Tahir bilirdı su astagedir. Dedı gəl gənə bir 



kişini çağırkı onun adinı çəkən peşman qayıtmaz.burda 

belə deyir. 

 

Axar çaylar kimi səndə axarsan 



Çək sandığı bundan uzax getməsin. 

Axdıxca canımı oda yaxırsan 

Çək sandığı bundan uzax getməsin. 

 

 



Görmürəm inancım gümbazlər hanı 

Sən olasan məhəmədin quranı 

Dolandım məncili Azərbaycanı 

Çək sandığı bundan uzax getməsin. 

 

 

Tahir diyər yenə Zöhrə ğəmindən 



Sandığım islanıb gözlər nəmindən 

Qırağa çıxartdun bu sərzəmindən 

Çək sandığı bundan uzax getməsin. 

 



85

 

 



85

 

iran aşıqlarının dastanları    



 

 

 



Sandıx o yerə qədər gəlir ki Qızıl üzən çayından bir qol 

ayrılırdı bir tərəfə ki ora Ədil xanin ədalət adlı bağıydı o 

bağın su gələn yolunu sandıx tutur. 

ədil xanın oğlu yoxudu amma dörd qızı varıdı birinin adı 

ballı, birinin adı dona biri sona və biri olduz. Bu qızlar 

xanımlardan bir boyük qoşun saxlamışdılar bu qoşunun 

qorxusundan heç bir xan, bəy millətinə zor diyə bilməzidı. 

Ballı xanım başında bir dəstə qız bağda gəzirdi gördülə 

bağın suvu kəsildi. Ballı xanım dedı qızlar gedun görun su 

nədən kəsildi . qızlar gəlıb sandığı görüb qayıtdılar xanıma 

dedılər. Ballıxanı gəldı sandığa baxanda dedı görəsən bu 

sandıxda nəvər qızlar hərəsi bir söz dedilər . ballıxanım 

dedı qızlar busandıxda dünya malı olsa sizin amma uşağ 

olsa mənım. Sandığı açdılar gördülər burda bir cavan oğlan 

yatıb ki günə deyir sən çıxma mən çıxım, aya deyr sən 

çıxma mən çıxım. Amma hərnə səsliyirlər oğlan ayınmır. 

Ballıxanım cibindən bir huş dərmanı çıxartdı tutdu oğlanın 

burnunun qabağına oğlan asqırıb ayıxdı. Amma durub 

yerimir burda ballı xanım götürüb bu oğlana nə deyir. 

 

Dərya coşub verıb muca gəlıbdı 



Igid oğlan sandığından dur yerı. 

Qaynayıbdı dərya coşa gəlıbdı 

Igid oğlan sandığından dur yerı. 

 

 



Bu ballı dünyda vəfa görmədı 

Cəfə çəkdı amma cəfa görmədı 

Xəstə oldu  yazı şəfa görmədı 

Igid oğlan sandığından dur yerı. 




86

 

 



86

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Bilmirəm sən nəməkanlı kanlısan 

Atıblar dəryaya olma qanlısan 

Söylə görüm axır nə məkanlısan 

Igid oğlan sandığından dur yerı. 

 

Barmağında qızıl üzük nişandı 



Ipək parça incə belə qurşandı 

Səhər dəyil gün ortadı axşamdı 

Igid oğlan sandığından dur yerı. 

 

Məndə billəm yaxşı yaman kanını 



Sərraf olan gohərindən tanını 

Dur ayağa al balının canını 

Igid oğlan sandığından dur yerı. 

 

 



Bu sözləri oxuyan ballı xanım bir isməzəm oxudu və 

şəyatınlərdən gəldilər dedilə oğlanın barmağındakı üzükdə 

tilisim var üzügü barmağından çıxarın . üzügü çıxardandan 

sonra Ballı xanım dedı oğlan mənım atamın oğlu yoxdu 

sən gəl məni al və bütün bu mal- dövlətədə sahab ol. Tahir 

dedı mənim nışanlım var bütün əhvalatı ballıxanıma danışır 

. ballıxanım görür bu oğlan qəbul edəndəyil acığından 

deyir  ay bağban gəl bunu verırəm sənə bunu bağda oqədər 

işdəd ki qabırqalarının sümükləri sayılsın. 

Ballıxanımın bağbanı bu oğlanı bağa aparanda buna deyir 

oğlan gəl gedək mənım evimə mənim 4 qızım var birini al 

və mən sənı bağa aparmıyım. Bunu gətirir evinə və qızların 

çağırır qızlarına bütün əhvalatı danışır. Amma qızlarına 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə