ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə21/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   17   18   19   20   21   22   23   24   ...   204

77

 

 



77

 

iran aşıqlarının dastanları    



 

 

 



Birdə gəlsən sən buraya 

Sağ gedəsən tahir mirzə. 

 

Bu zaman bura gəlha-gəlin vaxtıdı xanım dedı Ağca Qız ayrı bil 



yolumuz qalmayıb tez bir sandıq hazırladılar istədilər tahirı 

qoysunlar sandığa atsınlar Qızılüzən çəyina bu zaman Tahir dedı 

Zöhrə icazə ver bir neçə kəlmə ürəyimə söz gəldi məndə oları deyim 

sonra nə iş görürsən gör. Burda belə deyir. 

 

Bilmirəm gedirəm hara 



Zöhrə mən doymadım səndən. 

Qəlbimi qəm edıb yara 

Zöhrə mən doymadım səndən. 

 

 



Gör bir mənə nələr oldu 

Saraldı gül rəngim soldu 

Adaxlılıq haram oldu 

Zöhrə mən doymadım səndən. 

 

 

Tahir diyər addan-sandan 



Şamama gedər bostanan 

Yar yolunda keçdim candan 

Zöhrə mən doymadım səndən. 

 

Bu zaman Tahirı qoydular sandığa zöhrə dedı sandığın ağzını 



bağlamıyın mən bir ətrafı yoxluyum. Zöhrəxanım baxdı dörd-dövrə 

nigəhbandı. Dedı Tahir ürəyim səndən ayrıla bilmir gör nədeyirəm. 

 

əmim oğlu iki gözüm kor olsun 



necə səni bu dənizə atım mən. 

Görüm sənsiz mənim yerim gor olsun 

necə səni bu dənizə atım mən. 

 



78

 

 



78

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Tahir görürdü çarəsi yox getməlıdı buda belə dedı. 

 

Qavvas ollam dəryaları üzərəm 



Yar qoynunda mərcan kimi gəzərəm 

Yar yolunda hər mohnətə dözərəm 

At dəryaya görüm sel məənə neylər. 

 

Zöhrə cavab verir. 



Qələm alıb namə yaza bilmərəm 

Rəqiblər içində gəzə bilmərəm 

Sən getsən mən sənsiz dözə bilmərəm 

necə səni bu dənizə atım mən. 

 

 Tahir zöhrəyə sandığın bağlanmağ yollarını dedı və Zöhrənin 



cavabında belə dedı. 

 

əzəl gündən zöhrə deyib yandığım 



təşnə ikən ləbin əmib qandığım 

mumla sonra dəryaya at sandığım 

At dəryaya görüm sel məənə neylər. 

 

Yenə Zöhrə deyir: 



Sandığına özüm qoydum sazını 

Özüm çəkim sənin işvə-nazını 

Zöhrə diyər daha grməm üzünü 

necə səni bu dənizə atım mən. 

 

Tahir baxdı Zöhrəyə belə dedı. 



 

Qaşların oxşatdım oxun yayına 

Baxanmıram bədirlənmiş ayına 

Haqqdan gəlıb Zöhrə- Tahir payına 

At dəryaya görüm sel məənə neylər. 

 



79

 

 



79

 

iran aşıqlarının dastanları    



 

 

 



Tahirin sandığınin ağzını bağlıyanda Zöhrəxanım huşdan getdi. Ağca 

qız tez gedıb “şahispərən” şərbətini gətirdi verdilər Zöhrəxanım huşa 

gəldi buları görən Tahir götürüb belə deyir. 

 

Ayıl qoyma arta qəlbim təşvişı 



Görüm tərsə gəlsin əmimin işi 

Yusifi zindandan qurtaran kişi 

At dəryaya görüm sel məənə neylər. 

 

Daha vax yoxudu sandığı atdılar su yavaş yavaş apardı Zörəxanımın 



gözündən uzaxlaşsı. Qızlar hamısı bu zulma qan ağlırdılar. 

Zöhrəxanım burda belə dedı. 

 

Mən səni səslərəm şahların şahı 



Yetirginən bir sahilə sandığı. 

Rəhmin-kəramətin yoxdur ilahi? 

Yetirginən bir sahilə sandığı. 

 

 



Yandırıb yaxacaq mənı bu fəraq 

əmoğlum edildi vətəndən iraq 

olgunan köməyi ya Şah çıraq 

Yetirginən bir sahilə sandığı. 

 

Qəst edilib Tahirmirza canına 



Gözüm dolub ürəgimin qanına 

Çatdırgınan adil şahın yurduna 

Yetirginən bir sahilə sandığı. 

 

Qızlar burda qalsınlar mən tahirdən danışım. Su sandığı çox 



gətirəndən sonra bir Burruğanda dayandırdı. Tahir bilir suvun 

üstündə sandıq dayanıb getmir. Burda sandığın içində Tahir  belə 

deyir. 

 

Fələk sən bağlatdin qolum 




80

 

 



80

 

iran aşıqlarının dastanları    



 

 

 



Xar etdin dünyada məni. 

Bağlandı hər yandan yolum 

Saxlatdin dəryada məni. 

 

Heç kəs mənimtək olmasın 



Gülü saralıb solmasın 

Qoy mən ölüm yar ölməsin 

Bəlkə sala yada mənı. 

 

Baxaram heç yan görünməz 



Bu dərdə çarə bilinməz 

Daha bir kəs görə bilməz 

Yaman tytdu qada məni. 

 

Tahir diyər axır sözü 



Lala kimi yanar üzü 

Zöhrəxanım əmim qızı 

əcəb verdi bada mənı. 

 

Bu sandıq bu su üstündə qalmaqda olsun sizə deyimZöhrəxanımdan . 



dedı qızlar mənım sazımı gətirun mən bir çayinan baş aşağı gedim 

görüm nəxəbər var. Zörəyə Tahir bir cürə saz vermişdi o sazı götürüb 

bir çox gələndən sonra gördü sandx bir burluğanda dayanıb heç bir 

yana yol tapa bilmir burda Zöhrə görək kimə yalvarır ki sandıx yola 

düşsün. 

 

Qadir allah budur səndən diləyəm 



əsməlısən bad səba əs indi. 

Yansın mənə qadır allah ürəyin 

Yetirginən bir sahilə sandığı. 

 

 



Bülbül uçdu gül bəhrini görmədi 

Bağa girdi gonça gülün dərmədi 

Gəlmişidi hayıf qala bilmədi 



81

 

 



81

 

iran aşıqlarının dastanları    



 

 

 



Yetirginən bir sahilə sandığı. 

 

 



əmim oğlu mələk deyil canandı 

fələk demə buna göz ört, amandı 

birdə görüş zöhrəyə, nagümandı 

Yetirginən bir sahilə sandığı. 

 

Buzaman bir yel əsdi bir tufan qopdu yel su sandığı tərpətdi bu 



burluğanlıxdan çıxartı sandığı su apardı və sandıx Zöhrəxanımınan 

ağcaxanımın gözlərindən itdi. Buzaman Zöhrəxanım aldı 

Ağcaxanıma nə dedı. 

 

 



Mənə lay-lay çalan yoxdu 

Ingillər canım ingillər. 

Daha sazı çalan yoxdu 

Ingillər canım ingillər. 

 

Sazı gərək kimlər çala 



Kimlər onun tozun ala 

Məlum dəyil ölə-qala 

Ingillər canım ingillər. 

 

Yardan mənə var nişana 



Yandı bağrım döndü qana 

Tağdan gedibdir şamama 

Ingillər canım ingillər. 

 

Zöhrə adlı qız olmasın 



Kabab yansın köz olmasın 

Belə gəzək söz olmasın 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə