139
139
iran aşıqlarının dastanları
Abbasam neylərəm malı
Görmüşəm üzündə xalı
Ağam şah mərdan əlı
Qənbər onan yola düşdü.
Sarı xoca dedı oğul çox gözəl sözlər deyirsən amma
mənim əlimdə bir iş gəlməz. Mənim əlimdən təkcə bu gələr
ki fəqət sənun ərzi haluvu Şah Abbasa yetirəm. Belə oldu
genə kecavə yola düşdü Abbasda belə gedir ki nə kecavəni
yetirə, nədə elə gedir ki kecavəni yetirə. Burda Abbas öz
özünə deyir daş başuva deyirdin bir gündə yarsız qala
bilmərəm indi gör nə günə qalıbsan neçə vaxdı əlun
Gülgəzdən üzülüb. Burda götürüb öz-özünə nə deyir.
Nə ağlarsan nə sızlarsan
Bir dərdi beş olan könlüm.
Axırda vərəm bağlarsan
qəmə yoldaş olan könlüm.
Yarım köçüb obasından
Alım dərdi balasından
Çərx fələk badəsindən
Içib sərxoş olan könlüm.
Doymamışam göz qaşınan
Aləm yanır atəşinən
Dumanlar getməz başımnan
Baharı qış olan könlüm.
Abbas ağlar arsız-arsız
140
140
iran aşıqlarının dastanları
Dünya sənsən etibarsız
Deyirdin dözərəm yarsız
Gəz bağrı daş olan könlüm.
Abbas sözlərini qurtarıb rəvaneyi rah olur. Kecavə gedir
Abbas gedir. Ama çox naimiddi bəzən istiyir qayıda eliyə
bilmir deyir qayıtsam mən tufarqnda mənə nədiyərlər.
Qayıtmasam kecavənin dalıyca getsəm birdən məni sarı
xoca tudurum öldutdürər bəs mən nə eliyim . bu fikrinən
başladı gedə gedə görək nə deyir.
Dolansın gərdişin dönsün zəmanən
Sən mənnən düşübsən inada fələk
Nə qoydun şad olam nə üzüm gülə
Nə qoydun yetişəm murada fələk.
Mən oldum piyada yar oldu atlı
Fələk məni qəm yüküylə oyatdı
Çərxi dönmüş qollarımı bağlatdı
Qoymadı kam alam dünyada fələk.
Abbas deyir neyləmişəm neyliyəm
Xəncər alıb Qara bağrım teyliyəm
Qiyamətdə mən şikayət eyliyəm
Axır qismət etdin xoryadə fələk.
Abbas gənə düşür kecavənin dalıycan ama bir müddət
yürüyə yürüyə gəldi bir dağın başına çatdı baxdıki
kecavəyə yaxınlaşıb. Diqqət edəndə gördü gülgəzi aparan
karvanda 500 yüzdən artıq silahlı-silahsiz Şah abbasın
141
141
iran aşıqlarının dastanları
adamı var. Istədi özün vırsın bu dəryay ləşgərə aranı qatsın
gülgəzi aradan götürüb qaşsın. Birdən dedi : ay kişi mən
bir nəfərəm mən axı tək başıma nə iş görə bilərəm. Amma
bilirdi gülgəzdə bu narahatçılığı keçirir. Abbas dedi ey
allah mənim başıma hər iş gəlir gəlsin ama gülgəz pərimin
barmağınada bir daş dəyməsin. Abbas kecaviyə baxıb
görək Gülgəzin haqqında nə deyir.
Qadir allah dərgahuva min şükür
Görüm yarın ömrü yetsin yüz ilə.
Başdan dağılmasın cah-cəlalı
Beşyüz nəri bir qatara düzülə.
Yar atlandı məndə düşdüm dalıycan
Canım çıxdı yar könlünü alıncan
Ölüm yeydı bu sağlığdan qalıncan
Hər igidin əli yardan üzülə.
Abbasdiyər bu sözlərim zil qələm
Bi ilQaram çək gözümə mil- qələm
Ağzım davad , söz mürəkkəb, dil qələm
Söz verirəm qulun olam yüz ilə.
Bu sözlərdən sonra abbas yenə düşüb yola gəlir ama
karvan çatıb Qaflatıya. Bilirsiz ki orda bir çay var adı qızıl
üzəndi . qızıl üzənin günbatan tərəfində bir qız qalasıvar . o
qız qalasının ətrəfında bir xeyli düz yerlərdə var ama çoxu
dağlardı və qələnin ətəyindəndə qızıl üzən çayı şır ha şır
axmağdadı. Karvanan gələn camatın hamısına sarıxoca
icazə verib ki bu gözəl mənzərənin və təbiyətin qoynunda
142
142
iran aşıqlarının dastanları
bir istirahat eləsinlər və gülgəz pəridə başının kənizlərinən
çimən başında qəmişliklərin içində gəzib dolanmağdadı.
Ama abbas gəlib bir daşın dalından gülgəzi izləyir ama
gülgəzin Abbasdan heç bir xəbəri yoxdu. Abbas el burda
ürəyi dərdə gəlib götürüb görək nə deyir.
Mən istədim cananımı dindirəm
Bax o canan məndən o sarı gedər.
Yorğun maral kimi dönüb baxanda
Canımı odlara o sarı gedər.
Kimnən edim söhbətimi dəmimi
Kimlər çəkər möhnətimi qəmimi
Dəryalara qərq eylədi gəmimi
Gəmimi girdaba o sarı gedər.
Meyvələrdə turuş kimi dad olmaz
Seryağublar heç vaxt gülüb şad olmaz
Bafalılar yüz il qalsa yad olmaz
Qəbrimin üstündən yol Salı gedər.
Abbas diyər keçdim küllü varımdan
Heç oğlan tutmasın eşq azarından
Bir iyidin yarı getdi əlindən
Ayrılıx sevdasın o sarı gedər.
143
143
iran aşıqlarının dastanları
Bu sözlərı qutaran abbası gözləri gülgəzdeydı gördü
gülgəzin tellərini yelər aşırır oyan-buyana amma gülgəzin
abbasdan heç xəbəri yoxdu. Abbas götürüb burda nə deyir.
Ay ağalar gedənə bax gedənə
Məni qoyub gözü yaşlı yar gedır.
Yüklənıb çadırlar binə- barxana
Belə billəm küllü aləm var gedir.
Həm abbdalə , həm dərvişəm, həm sayıl
Nəmək getdı yar yolunda be zayil
Siyah zülf gərdəndə olub həməyil
Sinəsində qoşa-qoşa nar gedir.
Neyniyirəm səntək bivəfa yarı
Mənı atdin , tutdun özgə diyarı
Gülgəz, çəkir o sarıban ovsarı
Sarban ağlar, maya sızlar, nər gedir.
Dost bağında gülü nərgiz bitibdı
Mənım nalam asmana yetibdı
Kecavəsi göz evindən itibdı
Sarban ağlar, maya sızlar, nər gedir.
Qoşun gəzir alçaxları ucanı
Seyr eyləyir bu gün azərbaycanı
Yara qurban dedım peşkaş bu canı
Abbas ağlar gülgəz kimi yar gedir.
Dostları ilə paylaş: |