175
175
iran aşıqlarının dastanları
ŞAH İSMAYIL DASTANI
SÖYLƏYƏNİ AĞCAQIŞLAQLI
AŞIQ ŞƏHBAZİ
Bəli əzizlərimiz ustadlar deyiblar nastanı başlamamış
ustadnamə deməlisən indi biz burda Xəstəqasımdan bir
ustadnamə diyək.
Bu dünyaya milyon-milyon şah gəlib, sultan gedib,
Əllərində olan qüdrət, şöhrət gedib, şan gedib.
Neçə İsgəndər əylənib, mənəm deyib dünyada,
Cəmşid kimi padişahlar, xeyli Süleyman gedib.
176
176
iran aşıqlarının dastanları
Çox olubdu bu dünyanın Nəmrudu, Firovnları,
Yaradana ox atıblar, üstün vurmayıb Tanrı.
Bir dəfə də mat olmayıb, kiş verib şahmatları,
Son mənzilə çala- çala lüt gedib, üryan gedib.
Hökümdarlar gəlib-gedib, kəllədən minarəsi,
Günçıxandan günbatana qoşunu, sərkərdəsi,
Veran olub tacı-taxtı, yoxdu bir nişanəsi,
Şəhbazi də belə görüb, yazıb bir divan, gedib.
Ustadlar ustadnaməni bir yox iki deyiblər bizdə diyək iki
olsun.
ər odur ku el başını saxlaya
əlbətdə öz başın saxlar hər kişi.
Düşmən barışdıra qannar bağlıya
Bax ona deyərlət mötəbər kişi.
Namərdin çörəyi qarın doyurmaz
Iki qanlı bir biriynən ayırmaz
Yüz namərd yığışsa bir iş qayırmaz
əlbətdə ki iş düzəldər nər kişi.
Mən Xəstə qasımam həm kəmər bəstə
177
177
iran aşıqlarının dastanları
Kişilər yaranıb bir neçə dəstə
Kişi var ki dağı qoyar dağ üstə
Söylə beləsinə por hünər kişi.
Ustadlar ustadnaməni iki yox üç deyiblər bizdə diyək üç
olsun düşmənizin ömrü puç olsun.
Ay ağalar müsəlmanlar
Mən düşdüm astanasına.
Dolandım səri kuyinə
Mən düşdüm astanasına.
Ahular otlar çəməndə
Könlümdür ərşi zəmində
Dərvişəm qırxlar cəmində
Mən düşdüm astanasına.
Xəstə qasım etmə fəğan
Ürəyin olmasın al qan
Mənim molam şah mərdan
Mən düşdüm astanasına.
Bəli, əzizlərim! Gələk əs mətləb üstünə. Mən sizə “Şeyx
Səfiəddin Ərdəbili”nin nəticəsi, birinci “Şah İsmayılın
dastanını” danışağam. Qayıdaq 500 il bun-dan əvvələ.
Təbəristan başlanan torpaqdan ta Van dəryasına qədər
Ağqoyunlular hökmranlıq edirdilər. Bu tayfanın da başçısı
Uzun Həsən idi. Bu tərəfdən də Xəzər dənizindən tutmuş
Dərbəndi də keçmiş və Qızıl Yola qədər böyük
Şirvanşahlar hökmranlıq edirdilər. Şirvanşahların da
178
178
iran aşıqlarının dastanları
hökmdarı Fərrux Yasər idi. Fərrux Yasər Uzun Həsənin
bacısı Xədicə Bəguma bir elçi göndərdi. Uzun Həsən də
bunlara dedi: Mənə bir neçə ay imkan verin, mən bir
məsləhət və məşvərət edim və sizə cavab verim. Fərrux
Yasər yol gözləməkdə olsun, sizə xəbər verim Ərdəbil
şəhərindən. Ərdəbil şəhərində də Şeyx Səfiəddin Ərdəbili,
üstdə adları çəkilən ərazilərdə bütün müsəlman camaatının
qəlbinə hökmranlıq edirdi. Bu Şeyx müsəlman camaatının
qəlbində özünə yurd qurub, yuva salmışdı. Bunu eşidən-
bilən dünyanın hər bir guşəsindən Şeyxin ziyarətinə gəlir
və ona nəzir-niyaz verirdilər. Ağqoyunluların hökmdarı
Uzun Həsən də bütün ailəsi ilə tez-tez şeyxin ziyarətinə
gedirdi. Bir gün Uzun Həsən Şeyxin ziyarətinə gələndə
şeyx dedi: Hökmdar! Gələsən bir qohumluq münasibəti
quraq. Sənin bacın Xədicə bəyimlə mənim oğlum Şeyx
Cüneyd ailə qursunlar. Əgər mənim dediyimə baxsan
mənim müridlərim sənin ordunla birləşər və bu birlikdən
həm sən və həm də xalq xeyir görər. Bundan sonra bu
torpaq və bu xalq heç vaxt tapdalanmaz. Bu məsləhəti
Uzun Həsən qəbul elədi. Bir neçə aydan sonra Xədicə
Bəgum və Şeyx Cüneyd ailə həyatı qurdular. Bu
xəbəri eşidən Fərrux Yasər ürəyində böyük bir kin bağladı.
Dedi gərək mən bu Şeyxlərə bir toy tutam ki, həmişəlik
qulaqlarında sırğa olsun. Fərrux Yasər bəhanə axtarırdı.
Əlinə fürsət düşəndə Şeyxlərin üstünə qoşun çəkirdi.
Fərrux Yasər öz işində olmaqda olsun, sizə xəbər verim
Şeyx Səfilərdən. Şeyx Cüneydlə Xədicə Bəgumun
evliliyindən bir oğlan dünyaya gəldi. Adinı Şeyx Heydər
qoydular. Şeyx Heydər 16 yaşına çatmamışdı ki, atası
179
179
iran aşıqlarının dastanları
Cüneyd dünyadan köçdü. Şeyx Səfi çox qocalmışdı. Dedi
nə olar mən bu nəvəmin
toyunu görəm dünyadan gedəm. Şeyx çox düşündükdən
sonra qərara gəldi ki, Uzun Həsənin qızı Aləmşahbəyimi
nəvəsi Şeyx Heydərə alsın. Elə düşündüyü kimi də etdi.
Dünyada arzusu qalmayan Şeyx Səfi və Uzun Həsən bu
məsələdən 2 il sonra dünyadan köçüb getdilər. İllər bir-
birinin dalınca ötüb getməkdə idi. Şeyx Heydər həm
ağqoyunluların, həm də babasının müridlərinin sevimlisinə
çevrilmişdi. Qılıncının dalı da kəsirdi qabağı da. Amma
onu bir şey həmişə narahat edirdi. 7 il idi ki, övladları
olmurdu. Bir gün evə çox qəmli qayıdan Şeyx Heydər
yatağa uzandı və tez bir zamanda yuxuya getdi. Yuxuda
gördü ki, oturub bir qızıl taxtın üstündə və taxtın da hər
tərəfı gül-çiçəkdir. Bu gözəl təbiətin eşqinə dünyanın
qanadlı quşlarının çoxu gəlib burada cəm olublar. Bu da
bütün burada cəm olan quşların dilini bilir. Yuxunun
davamında şeyx gördü ki, köynəyinin sağ qolundan bir
quş, sol qolundan isə bir
quş çıxdı. Onlar burda cəm olan quşların üstündə bir xeyli
qanad çalıb dövrə vurandan sonra gəlib oturdular Şeyxin
sağ qolunun üstündə. Bu quşlardan biri dedi İbrahim, çağır
qoy o biri qardaşımız da gəlsin. O biri quş dedi ki,
Sultanəli qardaş, sən məndən böyüksən ona görə sən çağır
gəlsin. Bu zaman quşların qardaşlarını çağırmağa
başladılar. İkisi də qanad çala-çala qardaş! Gəl, gəl saldılar.
Bu zaman Şeyx Heydərin yaxasından başqa bir quş da
çıxıb göydə qanad çala-çala bütün quşları topladı bir yerə
və gəlib oturdu Şeyx Heydərin çəliyinin üstündə. Bu quş
dedi: Hökmdar! Bu quşların hamısı gəlib sənin qulluğunda
Dostları ilə paylaş: |