ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə43/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   39   40   41   42   43   44   45   46   ...   204

175

 

 



175

 

iran aşıqlarının dastanları    



 

 

 



ŞAH İSMAYIL  DASTANI 

SÖYLƏYƏNİ  AĞCAQIŞLAQLI 

AŞIQ  ŞƏHBAZİ 

 

 

Bəli  əzizlərimiz  ustadlar  deyiblar  nastanı  başlamamış 

ustadnamə  deməlisən  indi  biz  burda  Xəstəqasımdan  bir 

ustadnamə diyək. 

 

Bu dünyaya milyon-milyon şah gəlib, sultan gedib, 



Əllərində olan qüdrət, şöhrət gedib, şan gedib. 

Neçə İsgəndər əylənib, mənəm deyib dünyada, 

Cəmşid kimi padişahlar, xeyli Süleyman gedib. 



176

 

 



176

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Çox olubdu bu dünyanın Nəmrudu, Firovnları, 

Yaradana  ox atıblar, üstün vurmayıb Tanrı. 

Bir dəfə də mat olmayıb, kiş verib şahmatları, 

Son mənzilə çala- çala lüt gedib, üryan gedib. 

 

Hökümdarlar gəlib-gedib, kəllədən minarəsi, 



Günçıxandan günbatana qoşunu, sərkərdəsi, 

Veran olub tacı-taxtı, yoxdu bir nişanəsi, 

Şəhbazi də belə görüb, yazıb bir divan, gedib. 

 

Ustadlar  ustadnaməni  bir  yox  iki  deyiblər  bizdə  diyək  iki 



olsun. 

 

 



ər odur ku el başını saxlaya 

əlbətdə öz başın saxlar hər kişi. 

Düşmən barışdıra qannar bağlıya 

Bax ona deyərlət mötəbər kişi. 

 

Namərdin çörəyi qarın doyurmaz 



Iki qanlı bir biriynən ayırmaz 

Yüz namərd yığışsa bir iş qayırmaz 

əlbətdə ki iş düzəldər nər kişi. 

 

Mən Xəstə qasımam həm kəmər bəstə 




177

 

 



177

 

iran aşıqlarının dastanları    



 

 

 



Kişilər yaranıb bir neçə dəstə 

Kişi var ki dağı qoyar dağ üstə 

Söylə beləsinə por hünər kişi.   

 

Ustadlar  ustadnaməni  iki  yox  üç  deyiblər  bizdə  diyək  üç 



olsun düşmənizin ömrü puç olsun. 

 

 



Ay ağalar müsəlmanlar 

Mən düşdüm astanasına. 

Dolandım səri kuyinə 

Mən düşdüm astanasına. 

 

Ahular otlar çəməndə 



Könlümdür ərşi zəmində 

Dərvişəm qırxlar cəmində 

Mən düşdüm astanasına. 

 

Xəstə qasım etmə fəğan 



Ürəyin olmasın al qan 

Mənim molam şah mərdan 

Mən düşdüm astanasına. 

 

    Bəli, əzizlərim! Gələk əs mətləb üstünə. Mən sizə “Şeyx 



Səfiəddin  Ərdəbili”nin  nəticəsi,  birinci    “Şah    İsmayılın 

dastanını”  danışağam.  Qayıdaq    500  il  bun-dan  əvvələ. 

Təbəristan  başlanan  torpaqdan  ta  Van  dəryasına  qədər 

Ağqoyunlular hökmranlıq edirdilər. Bu tayfanın da başçısı 

Uzun  Həsən  idi.  Bu  tərəfdən  də  Xəzər  dənizindən  tutmuş 

Dərbəndi  də  keçmiş  və  Qızıl  Yola  qədər  böyük 

Şirvanşahlar  hökmranlıq  edirdilər.  Şirvanşahların  da 



178

 

 



178

 

iran aşıqlarının dastanları    



 

 

 



hökmdarı  Fərrux  Yasər  idi.  Fərrux  Yasər  Uzun  Həsənin 

bacısı  Xədicə  Bəguma  bir  elçi  göndərdi.  Uzun  Həsən  də 

bunlara  dedi:  Mənə  bir  neçə  ay  imkan  verin,  mən  bir 

məsləhət  və  məşvərət    edim  və  sizə  cavab  verim.  Fərrux 

Yasər  yol  gözləməkdə  olsun,  sizə  xəbər  verim  Ərdəbil 

şəhərindən. Ərdəbil şəhərində də Şeyx Səfiəddin Ərdəbili, 

üstdə adları çəkilən ərazilərdə bütün müsəlman camaatının 

qəlbinə hökmranlıq edirdi. Bu Şeyx  müsəlman camaatının 

qəlbində  özünə  yurd  qurub,  yuva  salmışdı.  Bunu  eşidən-

bilən  dünyanın  hər  bir  guşəsindən  Şeyxin  ziyarətinə  gəlir 

və  ona  nəzir-niyaz  verirdilər.  Ağqoyunluların  hökmdarı 

Uzun  Həsən  də  bütün  ailəsi  ilə  tez-tez  şeyxin  ziyarətinə 

gedirdi.  Bir  gün  Uzun  Həsən  Şeyxin  ziyarətinə  gələndə 

şeyx  dedi:  Hökmdar!  Gələsən  bir  qohumluq  münasibəti 

quraq.  Sənin  bacın  Xədicə  bəyimlə  mənim  oğlum  Şeyx 

Cüneyd  ailə  qursunlar.  Əgər  mənim  dediyimə  baxsan 

mənim  müridlərim  sənin  ordunla  birləşər  və  bu  birlikdən 

həm  sən  və  həm  də  xalq  xeyir  görər.  Bundan  sonra  bu 

torpaq  və  bu  xalq  heç  vaxt  tapdalanmaz.  Bu  məsləhəti 

Uzun  Həsən  qəbul  elədi.  Bir  neçə  aydan  sonra  Xədicə 

Bəgum və Şeyx Cüneyd ailə həyatı qurdular.                  Bu 

xəbəri eşidən Fərrux Yasər ürəyində böyük bir kin bağladı. 

Dedi  gərək  mən  bu  Şeyxlərə  bir  toy  tutam  ki,  həmişəlik 

qulaqlarında  sırğa  olsun.  Fərrux  Yasər  bəhanə  axtarırdı. 

Əlinə  fürsət  düşəndə    Şeyxlərin  üstünə  qoşun  çəkirdi. 

Fərrux  Yasər  öz  işində  olmaqda  olsun,  sizə  xəbər  verim 

Şeyx  Səfilərdən.  Şeyx  Cüneydlə  Xədicə  Bəgumun 

evliliyindən  bir  oğlan  dünyaya  gəldi.  Adinı  Şeyx  Heydər 

qoydular.  Şeyx  Heydər  16  yaşına  çatmamışdı  ki,  atası 



179

 

 



179

 

iran aşıqlarının dastanları    



 

 

 



Cüneyd  dünyadan köçdü.  Şeyx  Səfi  çox  qocalmışdı.  Dedi 

nə olar mən bu nəvəmin 

toyunu  görəm  dünyadan  gedəm.  Şeyx  çox  düşündükdən 

sonra  qərara  gəldi  ki,  Uzun  Həsənin  qızı  Aləmşahbəyimi 

nəvəsi    Şeyx  Heydərə  alsın.  Elə  düşündüyü  kimi  də  etdi. 

Dünyada  arzusu  qalmayan  Şeyx  Səfi  və  Uzun  Həsən  bu 

məsələdən  2  il  sonra  dünyadan  köçüb  getdilər.  İllər  bir-

birinin  dalınca  ötüb  getməkdə  idi.  Şeyx  Heydər  həm 

ağqoyunluların, həm də babasının müridlərinin sevimlisinə 

çevrilmişdi.  Qılıncının  dalı  da  kəsirdi  qabağı  da.  Amma 

onu  bir  şey  həmişə  narahat  edirdi.  7  il  idi  ki,  övladları 

olmurdu.  Bir  gün  evə  çox  qəmli  qayıdan  Şeyx  Heydər 

yatağa  uzandı  və  tez  bir  zamanda  yuxuya  getdi.  Yuxuda 

gördü  ki,  oturub  bir  qızıl  taxtın  üstündə  və  taxtın  da    hər 

tərəfı  gül-çiçəkdir.  Bu  gözəl  təbiətin  eşqinə  dünyanın 

qanadlı  quşlarının  çoxu    gəlib  burada  cəm  olublar.  Bu  da  

bütün  burada  cəm  olan  quşların  dilini  bilir.  Yuxunun 

davamında    şeyx  gördü  ki,    köynəyinin  sağ  qolundan  bir 

quş, sol qolundan isə bir 

quş çıxdı. Onlar burda cəm olan quşların üstündə bir xeyli 

qanad  çalıb  dövrə  vurandan  sonra  gəlib  oturdular  Şeyxin 

sağ qolunun üstündə. Bu quşlardan  biri dedi İbrahim, çağır 

qoy  o  biri  qardaşımız  da  gəlsin.  O  biri  quş  dedi  ki, 

Sultanəli qardaş, sən məndən böyüksən ona görə sən çağır 

gəlsin.  Bu  zaman  quşların  qardaşlarını  çağırmağa 

başladılar. İkisi də qanad çala-çala qardaş! Gəl, gəl saldılar. 

Bu   zaman   Şeyx   Heydərin  yaxasından  başqa bir quş da 

çıxıb göydə qanad çala-çala bütün quşları topladı bir yerə 

və  gəlib  oturdu  Şeyx  Heydərin  çəliyinin  üstündə.  Bu  quş 

dedi: Hökmdar! Bu quşların hamısı gəlib sənin qulluğunda 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə