184
184
iran aşıqlarının dastanları
qoyacaq. Qurbani sazının zilini zil, bəmini bəm edib görək
oğlanın adinı nə qoyacaq:
Şeyx Heydərin, Aləm Şahın
Oğlu gərək oyaq olsun.
Zəfər çalsın, murad alsın,
Qada-bala iraq olsun.
Kimdə varsa belə kamal,
Nütfə pakdı, loqma halal.
Tapacaqdır cahü-cəlal,
Bəd nəzərdən uzaq olsun.
Burda Dədə Qurbani havanı dəyişir və götürüb görək
oğlanın adinı nə havası ilə deyir:
Qurbaniyəm, haqqa sail,
Nə veribsə, ona qail.
Adin qoydum Şah İsmayıl,
Şahlar şahı dayaq olsun.
Bu sözlər qurtarıb-qutarmamış Şah İsmayıl Qızıl taxtın
üstündən dik qalxıb dedi: Ustad! Son çaldığın havanın adı
nədir? İndiyə qədər belə
bir gözəl və ürəyə yatan hava eşitməmişdim. Qurbani dedı:
Bir havanı kı, Şah sevə, elə o havanın adı olar ”Şahsevəni”
Bu ad qoyma məclisindən bir neçə ay sonra şeyx heydərə
xəbər gəldı ozbəklər şərq tərəfdən şəhərlərə hucum
gətiriblər və millətin olub qalanın talayıb aparıllar. Bunun
muriydlərinə gün vürilər işiq vermillər. Hər gün bir dəstə
adam gəlır şeyx heydərdən kömək istəyır. şeyx heydər
185
185
iran aşıqlarının dastanları
naçar qalıb əmır verdı butun yaxın məsləkdaşları ağllı
kamallı muridlərı və bütün məsləhətçilərı,qoşun başçıları
təbriz şəhərinin hökmüdarı "atabəg xan" gilan xanı şeyx
cuneydin dayısı oğlu "əbulfəttah ishaqi" zəncan və xalxal
şeyxlərı şeyx heydər xanımı aləmşah xanım və mədənı
işlərının başçısı dədə qurbani bular yığıldılar bir məsləhət
məşvərət məclisı təşkil elədilər. Və bu qərara gəldilərki
atabəg xanı 7 min qoşununan göndə- sinlər ozbəkləri gerı
qaytarsın. Atabəgin qoşununun gəlim xəbərini eşıdən
ozbəklər qorxudan sərhədlərdən gerı oturmuşdular. Amma
atabəgin və qoşununun təbrizdən çıxma xıbırını eşıdən
daxili muxalıflər təbriz və ətraf şəhərlərdə usyana
başlamışdılar. Və bu tərəfdəndə osmanlilar hərdən bir ğərb
tərəfıdən şəhərlərə hucum Gətirırdilər. Bu ixtişaşları görən
şirvanşahlar bu fikirə düşdülərkı şeix heydəri məğlub
eləmək çox çətın olmuyacaq. Bu zaman şirvanşahların
patışahı "fərrux yasar" bir məktub göndərdı bu
məzmunanki şeix heydər ya mənə tabeh olacaqsan mənə
hər il baco xərac verəcəksən ya yurduvu talan və özuvu
həlak görəcəksən. Buların hansına razı san mənə cavab
göndər. Bu məktubu oxuyan heydərın əndamına lərzə
oturmuşdu. şeix heydər məktubun cavabını göndərmədı.
Və bu məktubun nə olduğunuda məsləhətçilərinədə
demədı.amma şirvanşahlar hərdən bir şəhərə hucum
çəkirdilər,millətı qirıb talayıb var yoxunu qəniymət
aparırdılar. Bir gün şeyx heç bir kəsə məsləhət eləmədən
əmir verdı 12 min qoşun hazırlandı şırvan şahların üstünə
hucum etməgə. Bu cəngə heçkim etiraz etmədı. Amma bu
xəbəri eşıdən dədə qurbani özünü verdı saraya , şeix
heydərə xəbər verdilər dədə qurbani səni görmək
186
186
iran aşıqlarının dastanları
istəyır.gəlsın dedı,qurbani gəldı ,şeyx dedı qurbani xeyır
olsun nədı mətləb murad ?qurbani dedı şeix heydər
şirvanşahların üstünə qoşun çəkmək istəyırsən ? dedı
qurbani mən istəmırəm fərrox yasar belə istəyır.qurbani
dedı şeyx mən bu cəngidə heç bir xeyır görmürəm. Burda
qardaş qırğını var. Bu işi danışıqınan həll edək. Qurbani
bilirdi fərrux yasar torpaq ya mal dövlət tamahında deyıl
.heydər-in anasi xədiycə bəgumu fərrux yasarda istəmişdi
ona verməmişdilər onun aciğin çixmax niyətindeydi .bunu
qurbani bilirdi amma heydərə diyə bilm-irdi.qurbani iki
yolun arasinda qalmişdi .qurbani hərnə üstü örtülü dedi
Şeyx razi olmadı , qurbani dedı şeyx dayan sənə bir neçə
sözüm var onu deyım qəbul eləməsən özun bilərsən. Burda
götürüb görək qurbani nə deyır..
Şeyxım bu döyüşdə fateh deyılık
Öldürəndə bizık öləndə bizik
Üz – üzə tənbətən gəlsək təkbətək
Öldürəndə bizık öləndə bizik
Cəngə çağırsada o fərrux yasar
ona tay olmasın bizim hökmüdar
qarşı – qarşı gılıb qılınc vıranlar
Öldürəndə bizık öləndə bizik
Qurbaniyəm həq qapısın çalmışam
Istəgimı dərgahından almışam
Iki yolun arasında qalmışam
Öldürəndə bizık öləndə bizik
187
187
iran aşıqlarının dastanları
Bu sözlərı şeyx heydər eşıtdı amma fikrınndən
dönmədi.əmır verdı 12 min qoşun şirvan şahların ustünə
hucum elədilə bu cəng 6 ay davam etdı. 40 min şirvan
şahlardan qırıldı neçə min şeyx heydərın qoşunundan
qırıldı. şirvan şahların şahı fərrox yasar dərbənd və
dağıstan türklərının ox atanlarına əmır verdı uzaxdan şeyx
heydərı oxunan vırdılar və şeyx heydər həlak oldü. Bu
xəbərı eşıdən aləm şah tez əmır verdı bir məsləhət
məşvərət məclisı quruldu. Bu məclısdə hərə bir məsləhət
verdı. Dədə qurbani dedı mənim bir məsləhətim var.ismaili
göndərək gilanda "lahycan" şəhərinə şeyx cüneydin dayısı
uşaxlarının yanına ismail orda gizlində qalsın cün ismail
sağ qalsa sonra onun əlinən genə səfəvilərin dövlətı
qurular. Və fərrox yasara da bir məktub göndərək bu
məzmundakı şeyx heydər və oğlanları sültanəlı və ibrahim
ölüblər və ismail da itgin düşüb. Cəng dayandırılsın və
danışıqlara üstünlük verilsın. Elə elədilər bir məktub
yazdılar və əlvənd mırza bu məktubu gətırıb fərrox yasara
verdı. Fərrox yasar gəlib gördü məktubda yazılanların
həqiyqətı var heydər ölüb, sevindıgındən heydərın
oğlanlarının sorağını tutmadı. Istədigi baco xəracı alıb
qayıtdı. Bundan sonra gənə iranda hərco - mərcilık
başlandı. Genə güclü – gücsüzlərı basıb kəsirdı.qəddarlar
quldurlar meydanda at oynadırdılar. Amma bu tərəfdəndə
aləmşah xanım ,dədə qurbani ,atabəg bəy, Hüseyn bəy,
əlvənd mirza, şeyx əbulfətah ishaqi tez – tez ismailə baş
.Çəkirdılər və lazımı olan tapşırmaları məsləhətlərı
öyrətmələrı bir birlərindən əsirgəmirdilər. Bu ayrılıq 5 il
davam etdı. Bu fasilədə daxilı düşmənlər sultanəlini
zəhrınən həlak etdilər. Ibrahimdə bir çarəsiz xəstəlıgə
Dostları ilə paylaş: |