ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə44/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   40   41   42   43   44   45   46   47   ...   204

180

 

 



180

 

iran aşıqlarının dastanları    



 

 

 



və əmrində ola, bunlara nə əmr edirsən? Şeyx Heydər dedi: 

Əvvəl de görüm sənin adin nədir? Bu sonra gələn quş dedi: 

Hökmdar!  Mənim  atam,  anam  nəzir  eləyiblər  ki,  məni  5 

adinan  çağırsınlar.  Bir  il  Məhəmməd,  bir  il  Əli,  bir  il 

Həsən, bir il Hüseyn. Şeyx Heydər dedi: Bəs biri nədir? Bu 

quş dedi: O birisini “Haqq aşığı Qurbani deyəcək. Dedi ki, 

hökmdar,  məni  o  aşığa  tapşır.  Bunu  deyib  deməmiş  göy 

üzünü  bir  dəstə  quşa  oxşar  heyvanlar  aldılar.  Bunların 

quyruqlarından,  qanadlarından  od-alov  yağa-yağa  gəldilər 

bütün bu gözəl quşları vurdular qırdılar. Bu quşların qaçanı 

qaçdı,  öləni  öldü  qan  su  yerinə  axdı.  Bu  üç  quşu  da 

qovalayıb saldılar bir qəfəsə və bir azdan sonra başladılar 

bunları da öldürməyə. Amma şeyxin yaxasından çıxan quş 

onların əllərindən 

qurtarıb qaçdı. Bu zaman şeyx Heydər yuxudan ayıldı. Bir 

neçə  gün  bu  yuxunun  fikri  ilə  dolandı.  Amma  bir  yerə 

çatdıra bilmədi. Naçar qalıb gəldi anasının yanına. Yuxunu 

anasına  deyən  kimi    anası  dedi:  Oğul!  Mən  bu  yuxunu 

bilirəm.  Amma  sənə  bir  sözüm  var.  Yuxuda  adı  çəkilən 

haqq  aşığı  Qurbanini    tap.  O  bu  yuxunu  məndən  yaxşı 

yozacaq və onun sənə çox köməyi çatacaq. Amma bir şərt 

var  ki,  o  deyənə  baxasan.  Şeyx  Heydər  macal  verməyib 

adamlar 

göndərib 

bütün  eli,  mahalı  kəndbəkənd, 

şəhərbəşəhər  gəzdilər.  Nəhayət,  Qurbanini  tapıb  gətirdilər 

Şeyx  Heydərin  yanına.  Qurbani  saraya  girən  kimi  Şeyx 

Heydər  aşığın  pişvazına  çıxıb  onu  çox  böyük  ehtiramla 

saraya  gətirdi.  Qurbani  ilə  bir  xeyli  söhbətdən  sonra  Şeyx 

Heydərə  bəlli  oldu  ki,  bu  Aşıq  həqiqətən  haqq  aşığıdır. 

Bunun üzündən, gözündən, danışığından nur tökülür. Şeyx 



181

 

 



181

 

iran aşıqlarının dastanları    



 

 

 



Heydər öz aləmində fikirləşdi ki, yaxşısı budur mən bunun 

ustadinı və 

doğulduğu yeri də bundan soruşum, sonra əsl mətləbi buna 

deyərəm. Şeyx Heydər dedi: Aşıq! Olar deyəsən  görək sən 

haralısan,  sənin  ustadin  kimdir?  Görək  burda  Qurbani 

özünü Şeyxə necə təqdim edir: 

 

 Sazımın, sözümün, haqq kalamımın, 



Nıtqımın   muradı  Əlidir, Əli. 

Gözümün  didəsi, quşumun   səsi, 

Dilimin  fəryadı  Əlidir, Əli 

 

Üz tutub asimana çağırdım Heydər, 



Yol  açıb  gəl dedi  saqiyi-kövsər. 

Yeddi qat göyləri gəzdim sərbəsər, 

Ruhumun  qanadı Əlidir, Əli. 

 

Otuz cüzv Quranı, elmi-nihanı 



Mənə bəxş edibdi Kərəmin  kanı. 

Yerim  Dirilidi,  adım  Qurbani, 

Ustadlar ustadı  Əlidir, Əli. 

 

Bu  şeiri  deyib  qurtarandan  sonra  Qurbani  dedi:  Şeyx  sağ 



olsun, məni  bura çağırmaqda mətləb-muradin nədir, məni 

bura nəyə görə cağırmısan? Şeyx Heydər gördüyü yuxunun 

bir  qismətin  açıb  Qurbaniyə  deyəndə,  haqq  Aşığı  Qurbani 

dedi: Hökmdar, dayan, o yuxunun qalanını da mən deyim! 

Qurbani yuxunun qalanını açıb 

deyəndə hökmdar lap mat qaldı. Dedi: Qurbani, bu yuxunu 

sənə  kim  dedi?  Qurbani  dedi:  Hökmdar,  5  gün  bundan 



182

 

 



182

 

iran aşıqlarının dastanları    



 

 

 



əvvəl o yuxunu sənə göstərən mənə də göstərdi. Bu zaman 

Şeyx  Heydər  qalxıb  haqq  Aşığı  Qurbaninin  əllərini  öpüb 

oturdu  taxtında.  Dedi:  Qurbani,  indi  ki,  sən  də  o  yuxunu 

görübsən, onda bu yuxunu yoz, görüm bu yuxunun mənası 

nədir.  Qurbani  dedi:  Şeyx  sağ  olsun,  o  üç  quş  sənin 

oğlanlarındır.  Allah  sənə  üç  oğlan  verəcək.  Böyüyünün 

adinı  Sultanəli,  ondan  kiçiyinin  adinı  İbrahim  qoyarsınız. 

Ancaq üçüncünün adinı bir il Məhəmməd, bir il Əli, bir il 

Həsən,  bir  il  də  Hüseyn  çağırarsan.  Beşinci  ilə  keçəndə 

onun  adinı  mən  qoyacam.  Amma  bu  sözləri  bir  sən,  bir 

mən,  bir  də  Yaradan  bilməlidir.  Şeyx  Heydər  dedi:  Bəs 

yuxunun qalanı nə oldu? Qurbani dedi: Birini də deyirəm. 

Yaxşı yadinda saxla, o quş ki yaxandan çıxıb bütün quşları 

topladı  bir  yerə,  o  oğlun  bir  misilsiz  igid  olacaq,  bütün 

ölkədə  birlik  yaradacaq  və  böyük  bir  dövlət  quracaq. 

Heydər  dedi:  Qurbani,  yuxunun  qalanı  nə  olacaq?  Dedi: 

Qalanını,  Allah  xeyirliyə  gətirsin,  bir  neçə  ildən  sonra 

deyərəm. Bu zaman Şeyx Heydər əmr verdi, 

bütün vəzir, vəkil cəm oldular. Dedi: Camaat! Mən bundan 

sonra  Qurbanini  özümə  birinci  məsləhətçi  götürürəm, 

bundan  sonra  Qurbani  nə  desə,  onun  əmri  mənim 

əmrimdir. Qurbani bundan sonra sarayda qalmaqda olsun, 

Şeyx  də  əmr  verdi  ki,  bir  Saz  məktəbi  açılsın.  Məktəb 

açıldı və Qurbani başladı orda şagird yetişdirməyə. Bütün 

sarayda  olan  oğlan  və  qız  uşaqları  Qurbaninin  məktəbinə 

gəlirdilər və Qurbanidən saz-söz dərsi alırdılar. Aylar, illər 

bir-birinin  dalınca  ötüşməkdə  idi.  Bir  gün  xəbər  gətirdilər 

ki,  Şeyx  Heydərin  bir  oğlu  olub.  Onun  adinı  Sultanəli 

qoydular.  3  ildən  sonra  bir  oğlu  da  dünyaya  göz  açdı. 

Bunun  da  adinı  qoydular  İbrahim.  2  ildən  sonra  üçüncü 




183

 

 



183

 

iran aşıqlarının dastanları    



 

 

 



oğlu  dünyaya  gəldi.  Bunun  adinı  bir  il  Məhəmməd,  bir  il 

Əli,  bir  il  Həsən  və  bir  il  də  Hüseyn  çağırdılar.  Şeyx 

Heydərin  oğlanlarının  üçü  də  zamanında  Qurbaninin 

məktəbinə gəlirdilər və Qurbanidən saz, söz dərsi alırdılar. 

Amma  Heydərin  kiçik  oğlu  Qurbaninin  ağzından  çıxanı, 

barmağından qopanı bir-bir və yerbəyer götürürdü. Bunun 

bu istedadina Qurbani heyran qalmışdı. Bəzən Qurbanidən 

gözəl  şeirlər  deyib  və  saz  çalırdı.  Bu  uşaq  çox  ayıq-sayıq 

idi. Bir gün o, atasına sual verir ki, ata, nəyə 

görə  məni  hər  il  bir  adinan  çağırırsınz.  Bunun  sirri  nədir? 

Atası deyir: Oğul, o sirri saz-söz ustadin Dədə Qurbanidən 

soruş.  Oğlan  gəlir  Qurbanidən  cavab  almağa.  Qurbani 

deyir  oğul,  bir  aydan  sonra  sənin  ad  qoyma  mərasimin 

olacaq, ondan sonra sənin adin dəyişilməyəcək. Mən onun 

səbəbini  və  sirrini  sənə  vaxtı  gələndə  deyəcəyəm.    Bir 

aydan  sonra  Şeyx  Heydər  əmr  verdi.  Bütün  vəzir-vəkil, 

xanlar-xaqanlar  cəm  oldular  bir  yerə.  Məclis  quruldu, 

yemək-içmək,  çal-çağir  idi.  Gecə  yarıdan  keçən  vaxtı  bir 

nəfər  qalxıb  dedi  ki,  hökmdar,  bu  məclis  nə  munasibətlə 

qurulub?  Bunun  səbəbi  nədir?  Şeyx  Heydər  dedi:  Camaat 

siz, bilirsiz ki, mənim kiçik oğlumun adı rəsmən bəlli deyil. 

Onu  hər  il  bir  adla  çağırırıq.  Amma  bu  gün  onun  rəsmi 

adinı  siz  biləcəksiniz.  Dedilər  oğlanın  adı  nə  olacaq  və 

adinı  kim  qoyacaq?    Şeyx  Heydər  dedi:  Baxın  görun  kim 

gəlır.  Bu  zaman  Dədə  Qurbani  ağ  geyimdə,  əlində  də  saz 

içəriyə  daxil  oldu.  Qurbani  camaatı  ayaq  üstə  görüb  dedi 

oturun. Hamı oturdu. Məclisə bir sükut hakim olmuşdu ki, 

elə bil  məclisdə bir nəfərdən artıq adam yox idi. Hamının 

gözü, qulağı Dədə Qurbanidə idi ki, görək oğlanın adinı nə 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə