163
163
iran aşıqlarının dastanları
Mərdlərdə qaydadı ələ yapışır
Namərdlər yapışar ayağa harah.
Məkkənin evinə get müşgülünə
Bülbül ərzi halın eylər gülünə
Kim yetər Abbasın bu müşgülünə
yetiş imdadıma ay ağa haray.
Abbas bu siyahçalda məlul müşgul qalmaxda olsun . ama
butərəfdəm
zindanban
çağırdı
gülgəzin
yanica
Azərbaycandan gələn qızlardan bir neçəsini dedi qızlar
şahın başı qarışıb gəlin yapışın gülgəzin əlindən aparın bax
o siyahçalın üstünə gülgəzinən abbas orda bir biriynən
görüşsünlər. Ama sizi agah edirəm du işi kim bir yerdə
danışsa onun yeri ömür boyu bax bu zindandı. Gızlar
gülgəzi gətirdilər abbas olan siyahçalın üstünə özləri
qayıdıb oyurdular bir tərəfdə. Gülgəz siyahçalın daşını
götürüb səslədi əmoğlu Abbas dirisən? Bu səsi eşidən
Abbas dedi əmiqızı gülgəz sənsən? Dedi bəli əmoğlu
mənəm. Abbas necəsən Abbas dedi gülgəz qulaq as gör nə
deyirəm.
Gözlərim qalmış yollarda
Gəlmirdin yusifin sani
əlbət salmısan nəzərdən
mən yazığı binəvanı.
Mən bir qulam sənə bəndə
Bənzir zülflərun kəməndə
164
164
iran aşıqlarının dastanları
O qaş o gözkü var səndə
Salar taxtdan süleymanı
Sözu demə hər düşənə
Oxuna sinəm nışanə
Bir qədəm qoy bu gülşanə
Oyatmayn bu şeydanı.
Abbası saldı zindanə
Gül – çiçək oduna yanə
Bel bağlama heç insanə
Gördüm yalançı dünyanı.
Bu sözlərdən sonra Abbas dedi Gülgəz sən bura gələndə
bir kimsə səni görmədi? Gülgəz pərı dedi yox əmoğlu.
Abbas dedi lap gözəl onda bir kimsə gəlməmiş dur get qoy
səni burda gəlib görən olmasın. Gülgəz getdı. Gülgəz öz
dərdini çəkməkdə olsun sizə xəbər verim Şah Abbasdan.
Şah Abbas tac –təxdində oturmuşdu bir qasid gəldi ki Şah
sağ olsun 12 dövlatdən nimayəndə gəlib və bir məktub
verdilər və o 12 dövlətin nimayəndələri bir nimayəndə
seçıblər və o bizinən danışığı belə oldu. ded bunu şah
oxusun mənə cavab versin mən sabah cavab almalıyam o
12 dövlətlərin nimayəndələrinə cavab verəm. Şah dedi
mirza gəl. Mirza gəldi. Şah dedi mirza o məktubu oxu
görüm nə yazıblar o 12 dövlət nə istiyib və o məktubdan
məni aqah elə. Mirzə məktubu açıb oxudu dedi şah sağ
olsun bu məktubda yazıblarkı şah abbas bu qasid bizim
tərəfimizdən gəlib o qasıd dünyanın ən böyük alimidi. O
165
165
iran aşıqlarının dastanları
hər nədən başı çıxan adamdı ona yalan demək olmaz o nə
soruşsa ona doğru-düz cavab verməlisiz. O alim sizdən
tarix haqda suval edəcə, camat haqda, ədalət haqda, sənun
ərazun haqda,yer-göy haqda, musiqi haqda ona tez və
doğru cavab verməlisən. Verməsəniz sənin tac-təxtinə od
vıracıyıx. Bu məktubun məzmunundan xəbərdar olan şahın
canına vəlvələ düşdü. Çağırdı vəziri sarı xocanı dedi ay
evin yıxılsın vəzir nə etməliyik. Kim bu məktuba cavab
verəcək bizim əlimizə qızıl düşmüşdü qədrini bilmədik.
Bax o Aşıq Abbas ki Azərbaycandan gəlmişdi və biz onu
saldıx quyuda öldü o bugün bizim tac-təxdimizi xələskarı
olacağıdı. Mən onu imtahan eləmişdim o bir anın içində
dünlanın alt-üstündən xəbər verirdı. Indi o burda olseydi
bizim nə müşkülümüz varıdı? Indi kimi tapax o
nimayəndənin cavabını versin. Bunu eşidən QulAbbdulla
bir az şaha xaxınlaşdı dedi: şah sağ olsun bir ərzim var. Şah
dedi: lal ol allah sıni məhv eləsin mənim başıma nə gəldi
elə sənun tərəfundan gəldi indi sənunkun sənə verərəm .
şah çağırdı . callad. Calladlar o dəyqə hazır oldular. Şah
sağ olsun kimin başın bədənində üzməlıyık? Şah dedı bax
bu yaramazı aparun doğram-doğram edin. Bu zaman Sarı
xoca dedi: şah sağ olsun bir icazə vr görək bu Qul
Abbdulla nə deyir . onu eşidək sonra gənə nə əmr versən
elə olacax çox tələsmə.
Şah dedi yaxşı desin görək nə deyir. Qul Abbdulla dedı şah
sağ olsun mən o Aşıq Abbası sənə sağ-salamat versəm sən
mənə nə verərsən. Şah cəhənəm kimi zəbanə çəkdi.
Dedicalladlar doğruyun bu yaramazı. Vəzir dedi şah sağ
olsun bir icazə vr görək hələ bu dədeyi axı. Şah dedi: vəzir
görmüsən ağzından nə çıxır? Biz elə bu əcnəvinin öz
166
166
iran aşıqlarının dastanları
əliynən o yazx Aşıqı saldırdıx siyaçalda başına daşlar
tökdürdük o bu qırx gündə necə salamat qalar. Bu Qul
Abbdulla istiyir bir daha bizim abırımızı apara.
Vəzir dedi şah sağ olsun əyər o Aşıq Abbas diri olsa sən nə
iş görərsən? Şah dedi : vəzir and olsun bir allaha əgər o
Aşıqı diri gətirəsiz mənim yanəma sizin ikinizidə dünya
malından ğəni elərəm. Qul abbdula bilirdi ki Aşıq abbas
kəmər bəsdədi abbas bir ildə o quyuda qalsa ölmüyəcək.
QulAbbdulla dedi: şah sağ olsun sən əmr ver mənim
ixtiyarımda nə lazimdi qoysunlar və mən nə əmr eləsəm
hamı ona qulaq assın mən gedim o Aşıqı sənə diri gətirim.
Şah çağırdı mirzəni dedi: mirzə yaz ki bu Qul Abbdula şah
tərəfindən icazəsi var və hamı bunun əmrinə qatlanmalıdı .
məktuba şah imza qoydu verdi Qul Abbdulluya. Qul
Abbdulla o dəyqə özünü verdi callada sarı. Dedı callad o
40 gün bundan əvvəl bir Aşıq saldinız siyahçala o hansı
siyahçaldı onun nümrəsini mənə ver gedirəm o Aşıqı ordan
çıxartdıram onan işim var. Callad qəh-qəh çəkib güldü.
Dedi sən nədanışırsan o siyahçalda onbeş gündən artıq
meyit qalmır çürüyür indi orda adam sah qalar. Qul
abbdulla dedı sən o quyunu mənə göstər işin olmasın.
Calladinan Qulabbdula Aşıq Abbas olan siyah çala doğru
gələndə Şahın mirzəsi də istədi gəlsin Qu abbdulla dedi:
mirza burda mənim başıma nə gəlıb sən gətirmisən get
gözümün önündən kanara. Mirza get mək istəmədi Qul
abbdulla bir yumuruq mirzanın başında güpədi mirza nəm
navaxt huşdan getdi. Callad Qul abbdulanı belə görındə
özünü bir az yığışdırdı. Qul abbdulla dedi callad düş
qabağa görüm o aşığı hansı siyahçala salıbsız? Cəllad
QulAbbdulanı gətirdı siyahçalı göstərdi qayıtdı. Qul
Dostları ilə paylaş: |