158
158
iran aşıqlarının dastanları
Yandırıb bağrımı oda yaxırsan
Günahkar üzümə niyə baxırsan
Salıb mənı min bəlayə qaşların.
Ovçu olan durar dağ damənində
Dərdli olan durar dərdlı yanında
Sən durubsan seryağubun yanında
Ömrümü verıbdı zayə qaşlarun.
Mən yarın quluyam boynumda tuqu
Bülbülün gül üstü artırar zovqu
Məclısı bürüyüb camalın şovqu
Salmıekı üstümə sayə qaşların.
Bir xalın bəzirgan , bir xalın xacə
Ləbindən bir busə mən təkin acə
Abbas gəlməzidi şaha iltica
Gətdi mənı ilticayə qaşların.
Bu sözləri eşidən şah abbas cəhənnəm kimi zəbanə çəkdı .
cəllad, vəzir dedı şah nə iş görüsən? Dedı vəzir görmüsən
mənə diyir iltica. Vəzir dedı şah bir kəlmədə ağzından
sənun xoşun gəlmiyən bir kəlmədə dedi ki dediday
günahınan keç öldürmə qoy aparsınlar salsınlar siyah
çalların birində qalsın orda öz özünə bir neçə günə çürüyər.
Abbası siyah çal quyunun başında aparırlar zindana . burda
Abbasın gözləri dolur əlindən nə gələr bir sözünən ürəyini
başaldsin . burda görək fələyin əlindən necə dad çəkir.
Ay ariflər qanlı fələk hicrindən
159
159
iran aşıqlarının dastanları
Qohumdan qardaşda eldən ayrıldım.
Fərhad kimi şirin qəhrin çəkməkdən
Cığa pərvaz etdı teldən ayrıldım.
Bir canım var yar yolunda sadağa
Baldolanıb dilə dişə dodağa
Bağbanıdım həsrət qaldım o bağa
Qonçasın dərmədim güldən ayrıldım.
Abbas diyər yar ayrısı ymandı
Allah heç bir yara vermə amandı
Bax siz Allah qınamayın amandı
Dodağ qaymağ dili baldan ayrildim.
Şahın əmrinən calladlar abbası quyuya salanda abbas
ağladı. Calladlar dedilər abbas niyə ağladin abbas dedı
calladlar görduz o mənim əmim qızını məndən ayrdıla.
Calladlar dedilər bəli gördük. Abbas dedi bax o tək qaldı o
bilmir mən harda qaldı sizi and verrəm o bir allaha mənim
bu siyah çal quyusunda olmağımi ona deyin.
Ama Şah abbasında yanına gələn tacirlərinən oqədər başı
qarışıb ki Abbas Gülgəz tamamilə yaddan çıxıb.
Aşıq Abbasda quyuda Gülgəzin yolunu gözlədi ama
Gülgəzdəndə bir xəbər olmadı Aşıq Abbas nigarandı ki
görəsən cəlladlar mənim sözümü gülgəzə dedilər ya yox.
Bu quyuda Aşıq Abbas nə deyir.
Həsrət yollara baxmaxdan
Bağrım qan oldu yar gəlməz
Ağlamağdan gözüm yaşı
160
160
iran aşıqlarının dastanları
Sel umman oldu yar gəlməz.
Mənim yarım boyu bəstə
Dərdindən olmuşam xəstə
Yəqin çıxıbdı təxt üstə
Yəqin xan oldu yar gəlməz.
Dağların qarı söküldü
Gedib ummana töküldü
Abbas diyər bel büküldü
Qəd kaman oldu yar gəlməz.
Abbasbu sözləri quyuda dedı genə çox gözlədi ama gənə
gülgəzdən bir xəbər olmadı. Dedi ey pərvərdiqar axı bu nə
işidi mənim başıma gəldi axı mənim əlimdən gələ
yaxşılıxları camaata elədim mənim başıma niyə belə
zulumlar gəlir. Gənə Abbasın ürəyi dərdə gəlib burda
götürüb daha nə deyir.
Dəli gönlüm pərvaz edıb
Dolanırdı göy altında.
Dustaq edıb qoyarmş ha
Sənı bir gün yer altında.
Naz nemətlər yiyərdim
Al yaşıla naz eylərdim
Hətmən məndə zor eylərdim
Məndə qaldım zor altında.
Abbas baxmır bu şah haqqa
161
161
iran aşıqlarının dastanları
Dəryalarda olar naqqa
Başına qoyubdu cıqqa
Özü qalar tor altında.
Sözlər qutardı ama nə gülgəzdən bir xəbər oldu nədə bir
insan evladindan abbasn yadina düşdü ku mən niyə o
Kərəm sahabının özünü imdadıma çağırmıram. Burda
görək Abbas kimi yad eyliyir.
Qırxlar şahı özun yetış imdada
Bəlkə mən yetişəm yar ayaqına.
Gözüm görə könlüm tapa təsəlli
Həna tək yaxılam yar ayaqına.
Səmada ulduzlar sana gəlibdi
Yüz illik xəstələr cana gəlibdi
Mən bilirəm bəd zamana gəlibdi
Yoxsullar düşüblər var ayağına.
Abbas bu sözləri diyər özündən
Doymamışam nazlı yarın üzündən
Aəlamağdan nəm quruyub gözümdən
Gülgəzim düşübdü tor ayağına.
Abbas bu quyuda qlmax
Da olsun ama sizə xəbər verim cəlladdan. Cəllad
narahatıydı abbasın quyuda qalmasına. Bir yol axdarırdı ki
Gülgəz pərini bu işdən agah eləsin. Cəllad bir gün özünü
verdı gülgəz qalan zindanın başçısının yanına dedi ay
qardaş məni bir ədalətsizdik yaman sıxır . dedi nə olub dedı
162
162
iran aşıqlarının dastanları
nə olacax biz nə vaxda qədər bu işlərinə məşğul olacıyıx.
Bu zindanban dedi ay cəllad vallah məndə işimdən
bezmişəm. Bu zaman callad gördü bu zindanbana sözünü
demək olar. Callad dedı ay qardaş gələsən bu gün bir xeyir
iş görək. Dedı nə eliyək? Callad dedi sən bilirsən ki sənun
zindanunda bir Azərbaycandan bir qız gətiribər salıblar və
onunda heç bir günahı yoxdu. Və onun sevgilisi Aşıq
Abbasıda veriblər mən aparmışam salmışam siyahçalda
zindandadı. Gələsən bir şərayit yaradax bu yazıx və
bigünahlar heç olmasa bir-birlərini görsünlər.
Zindanban dedi mən sabah qıza bir gün icazə yazaram ki
gülgəz xəstələnib onun gəzməyə ehtiyacı var . o bahaneylə
Gülgəzi bir gün sənun ixtiyarunda qoyum sən onu apar oz
nişanlısı Aşıq Abbasınan görüşsün. Bular bu şərayiti
yaratmağda olsunlar sizə xəbər verim Aşıq Abbasdan.
Aşıq Abbasda bu quyuda üz tutub Kərəm kanına görək bu
quyuda nə deyir.
Xalıqil ləmyəzəl vahidəl yektay
yetiş imdadıma ay ağa haray.
əhədsən səmədsən ey müşgül quşa
yetiş imdadıma ay ağa haray.
Ayrılmışam vətənimdən elimdən
Bulbul kimi gülşənimdən gülümdən
Şahlar şahı özun yapış əlimdən
yetiş imdadıma ay ağa haray.
Dostları ilə paylaş: |