ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə35/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   31   32   33   34   35   36   37   38   ...   204

139

 

 



139

 

iran aşıqlarının dastanları    



 

 

 



Abbasam neylərəm malı 

Görmüşəm üzündə xalı 

Ağam şah mərdan əlı 

Qənbər onan yola düşdü. 

 

Sarı  xoca    dedı  oğul  çox  gözəl  sözlər  deyirsən  amma 



mənim əlimdə bir iş gəlməz. Mənim əlimdən təkcə bu gələr 

ki  fəqət  sənun  ərzi  haluvu  Şah  Abbasa  yetirəm.  Belə  oldu 

genə kecavə yola düşdü Abbasda belə gedir ki nə kecavəni 

yetirə,  nədə  elə  gedir  ki  kecavəni  yetirə.  Burda  Abbas  öz 

özünə  deyir  daş  başuva  deyirdin  bir  gündə  yarsız  qala 

bilmərəm  indi  gör  nə  günə  qalıbsan  neçə  vaxdı  əlun 

Gülgəzdən üzülüb. Burda götürüb öz-özünə nə deyir. 

 

Nə ağlarsan nə sızlarsan 



Bir dərdi beş olan könlüm. 

Axırda vərəm bağlarsan 

qəmə yoldaş olan könlüm. 

 

Yarım köçüb obasından 



Alım dərdi balasından 

Çərx fələk badəsindən 

Içib sərxoş olan könlüm. 

 

Doymamışam göz qaşınan 



Aləm yanır atəşinən 

Dumanlar getməz başımnan 

Baharı qış olan könlüm. 

 

Abbas ağlar arsız-arsız 




140

 

 



140

 

iran aşıqlarının dastanları    



 

 

 



Dünya sənsən etibarsız 

Deyirdin dözərəm yarsız 

Gəz  bağrı daş olan könlüm. 

 

Abbas  sözlərini  qurtarıb  rəvaneyi  rah  olur.  Kecavə  gedir 



Abbas  gedir.  Ama  çox  naimiddi  bəzən  istiyir  qayıda  eliyə 

bilmir  deyir  qayıtsam  mən  tufarqnda  mənə  nədiyərlər. 

Qayıtmasam  kecavənin  dalıyca  getsəm  birdən  məni  sarı 

xoca  tudurum  öldutdürər  bəs  mən  nə  eliyim  .  bu  fikrinən 

başladı gedə gedə görək nə deyir. 

 

Dolansın gərdişin dönsün zəmanən 



Sən mənnən düşübsən inada fələk 

Nə qoydun şad olam nə üzüm gülə 

Nə qoydun yetişəm murada fələk. 

 

Mən oldum piyada yar oldu atlı 



Fələk məni qəm yüküylə oyatdı 

Çərxi dönmüş qollarımı bağlatdı 

Qoymadı kam alam dünyada fələk. 

 

Abbas deyir neyləmişəm neyliyəm 



Xəncər alıb Qara bağrım teyliyəm 

Qiyamətdə mən şikayət eyliyəm 

Axır qismət etdin xoryadə fələk. 

 

Abbas  gənə  düşür  kecavənin  dalıycan  ama  bir  müddət 



yürüyə  yürüyə  gəldi  bir  dağın  başına  çatdı  baxdıki 

kecavəyə  yaxınlaşıb.  Diqqət  edəndə  gördü  gülgəzi  aparan 

karvanda  500  yüzdən  artıq  silahlı-silahsiz  Şah  abbasın 



141

 

 



141

 

iran aşıqlarının dastanları    



 

 

 



adamı var. Istədi özün vırsın bu dəryay ləşgərə aranı qatsın 

gülgəzi  aradan  götürüb  qaşsın.  Birdən  dedi  :  ay  kişi  mən 

bir nəfərəm mən axı tək başıma nə iş görə bilərəm. Amma 

bilirdi  gülgəzdə  bu  narahatçılığı  keçirir.  Abbas  dedi  ey 

allah mənim başıma hər iş gəlir gəlsin ama gülgəz pərimin 

barmağınada  bir  daş  dəyməsin.  Abbas  kecaviyə  baxıb 

görək Gülgəzin haqqında nə deyir. 

 

Qadir allah dərgahuva min şükür 



Görüm yarın ömrü yetsin yüz ilə. 

Başdan dağılmasın cah-cəlalı 

Beşyüz nəri bir qatara düzülə. 

 

Yar atlandı məndə düşdüm dalıycan 



Canım çıxdı yar könlünü alıncan 

Ölüm yeydı bu sağlığdan qalıncan 

Hər igidin əli  yardan üzülə. 

 

Abbasdiyər bu sözlərim zil qələm 



Bi ilQaram çək gözümə mil- qələm 

Ağzım davad , söz mürəkkəb, dil qələm 

Söz verirəm qulun olam yüz ilə. 

 

Bu  sözlərdən  sonra  abbas  yenə  düşüb  yola  gəlir  ama 



karvan çatıb Qaflatıya. Bilirsiz ki orda bir çay var adı qızıl 

üzəndi . qızıl üzənin günbatan tərəfində bir qız qalasıvar . o 

qız qalasının ətrəfında bir xeyli düz yerlərdə var ama çoxu 

dağlardı  və  qələnin  ətəyindəndə  qızıl  üzən  çayı  şır  ha  şır 

axmağdadı.  Karvanan  gələn  camatın  hamısına  sarıxoca 

icazə  verib  ki  bu  gözəl  mənzərənin  və  təbiyətin  qoynunda 




142

 

 



142

 

iran aşıqlarının dastanları    



 

 

 



bir istirahat eləsinlər və gülgəz pəridə başının kənizlərinən 

çimən  başında  qəmişliklərin  içində  gəzib  dolanmağdadı. 

Ama  abbas  gəlib  bir  daşın  dalından  gülgəzi  izləyir  ama 

gülgəzin  Abbasdan  heç  bir  xəbəri  yoxdu.  Abbas  el  burda 

ürəyi dərdə gəlib götürüb görək nə deyir. 

 

Mən istədim cananımı dindirəm 



Bax o canan məndən o sarı gedər. 

Yorğun maral kimi dönüb baxanda 

Canımı odlara o sarı gedər. 

 

Kimnən edim söhbətimi dəmimi 



Kimlər çəkər möhnətimi qəmimi 

Dəryalara qərq eylədi gəmimi 

Gəmimi girdaba o sarı gedər. 

 

Meyvələrdə turuş kimi dad olmaz 



Seryağublar heç vaxt  gülüb şad olmaz 

Bafalılar yüz il qalsa yad olmaz 

Qəbrimin üstündən yol Salı gedər. 

 

 



 

Abbas diyər keçdim küllü varımdan 

Heç oğlan tutmasın eşq azarından 

Bir iyidin yarı getdi əlindən 

Ayrılıx sevdasın o sarı gedər. 

 

 




143

 

 



143

 

iran aşıqlarının dastanları    



 

 

 



Bu  sözlərı  qutaran  abbası  gözləri  gülgəzdeydı  gördü 

gülgəzin  tellərini  yelər  aşırır  oyan-buyana  amma  gülgəzin 

abbasdan heç xəbəri yoxdu. Abbas götürüb burda nə deyir. 

 

Ay ağalar gedənə bax gedənə 



 Məni qoyub gözü yaşlı yar gedır. 

Yüklənıb çadırlar binə- barxana 

Belə billəm küllü aləm var gedir. 

 

Həm abbdalə , həm dərvişəm, həm sayıl 



Nəmək getdı yar yolunda be zayil 

Siyah zülf gərdəndə olub həməyil 

Sinəsində qoşa-qoşa nar gedir. 

 

Neyniyirəm səntək bivəfa yarı 



Mənı atdin , tutdun özgə diyarı 

Gülgəz, çəkir o sarıban ovsarı 

Sarban ağlar, maya sızlar, nər gedir. 

 

Dost bağında gülü nərgiz bitibdı 



Mənım nalam asmana yetibdı 

Kecavəsi göz evindən itibdı 

Sarban ağlar, maya sızlar, nər gedir. 

 

 



Qoşun gəzir alçaxları ucanı 

Seyr eyləyir bu gün azərbaycanı 

Yara qurban dedım peşkaş bu canı 

Abbas ağlar gülgəz kimi yar gedir. 

 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə