153
153
iran aşıqlarının dastanları
ikibölən hara getdi.
Qurban ollam mənbərinə
Düldülünə qəmmbərinə
Cəbrailin şəhpərinə
Zinət verən hara getdi.
Sənə qurban Kərəm kanı
Gizlin dərdlərin dərmanı
Fəğir Abbas beynavanı
Ağlar qoyan hara getdi.
Abbas gəldı çatdı isfahanın dərvazasına qərib adamdı
bilmir yara getsin . bu dərvazanın nigəhbanından soruşdu
dedı nigəhban mən bu şəhəri tanımıram mən bir ay burda
qalacıyam hayana gedım. Dedı sən hardan gəlırsən abbas
dedı mən azərbaycandan. Dedı oğul bax bu azərbaycanlılar
olan çayxananın adrısidi get ora yəqin orda tanışunda olar.
Abbas gəlıb oranı taqıb bir neçə nəfərinəndə tanış olub
olarada dərdinı danışdı . ama hərgün gəlır o dərvazadan
xəbər bilır qayıdır.
Bir gün abbas yol gözləməkdən yorulub görürüb burda nə
deyir.
Gözlərim yorulub yol gözləməkdən
Olubsan bərsana bərsana könül.
Hicran atəşindən belə qəmlərdən
154
154
iran aşıqlarının dastanları
Yetirdim sindimi səsənə könül.
Dostun baxçasında qızıl alması
Yüz min eşvəsilə canım alması
Nəsiyət götürüb öyüt almassan
Bax belə olarsan verana könül.
Abbas yar yolunda bulmadım mayə
Çəkdiyin zəhmətlər xub getdi zayə
Hərdən mür kimi qalxır havayə
Hərdəndə qatışır leysanə könül.
Bunun üstündən bir neçə gün keçmişdı abbas gördü şəhərı
bəziyirlər soruşdu nə xəbər var. Dedılər oğlan Şah abbasa
azərbaycanda bir qız gətirirlə ona görə belə şəhərə bəzək
vırıblar. Dedı o qızı nəvaxt gətirəcəklər dedılər əlan çatir
şəhərin dərvazasına abbas tez özün çattdırdı dərvazıya
baxdı gördü bəlı qoşunun gəlır və kecavədə göründü.
Abbas sevincindən dərısinə sığmırdı. Elə bil ki bu
gecavədə gələn qızı buna gəlın gətirirlər. Abbas burda
görək nə deyir.
Dəlı könlün məlul vaxtı
Budu yar gəldı yar gəldi.
Aşıqin çeşmı çirağı
Budu yar gəldı yar gəldi.
Səryaqub başımı qatdı
Sözüm ovcuna çatdı
Üzündən niqabın atdı
155
155
iran aşıqlarının dastanları
Budu yar gəldı yar gəldi.
Abbasam çəkmərəm ahı
Gözüm gördü gözəl mahı
Olmuşdum yarın məddahı
Budu yar gəldı yar gəldi.
Bu sözləri diyəndən sonra abbas istədı kecavənin qabağını
kəssin bunun dostları abbasınan bu neçə gündə tanış olan
tacir tüccar abbası çəkdilər kanara bunu kecavənın
qabağından kanara çəkəndə bunu sarı xaca gördü. Dedı vay
dədə evim yixıldı biz deyirdik nu evi yixilan quyuda öldü.
Buku bizdən tez gəlıb yəqin bunda haqqın nəzərı var bunu
bura salamat gətirən bu qızıda elə buna çatdıracax nə
yaxşıkı mən gedəm şah abbasa həqiqəti diyəm.
Kecavə gəldi hər bir kəs yerbə yer olandan sonra şah abbas
sarı xocanı çağrtdırdı. Dedı qızı gətirdiz ? dedı bəlı şah sağ
olsun amma. Şah dedı nə amması var. Sarı Xoca bütün
əhvalatdan xəbərdar elədi. Şah dedı indi gedin Aşıq abbası
gətirun görüm əgər bu gülgəzinən Aşıq abbas bir birinə
nişaniı olsalar oların toyunuda özüm edəciyəm və böyük
təmtə-taraqınan tufarqana göndərəciyəm və bu işin
səbəbkarı Qul Abbdulanıda cəzasına çatdıracam . ama
imtahan edəciyəm elə olmasa o Aşıqı dara çəkdirəciyəm.
Şahın adamları getdilər Aşıq abbasa dedılər ki şah sənı
istiyib. Aşıq abbas dedı vay dədə şaha pis xəbər veriblər bu
calladlar aparan kimi mənı asacaxlar. Burda abbas götürüb
nə Deyir.
156
156
iran aşıqlarının dastanları
Ağlıya ağlıya düşərəm yola
Yar yarası dərd bağrımda yara yüz.
Dərdim oldu əzzəlkindən beş betər
Şan şan oldu Qara bağrım yara yüz.
Öpəm yar əlindən bəlkə sağalam
Saqi məst saqi sərxoş sağ aləm
Çətin billəm bu dərdlərdən sağalam
Dərdim boldu dərman doxsan yara yüz.
Mən abbasam yara qurban yar üçün
Doğra bağrım kəs cigərim yar üçün
Yar odurku bu dünyada yar üçün
Yaxa yırta zülfün yola yara üz.
Bu sözlərdən sonra abbası gətirdilər şah abbasın yadina.
Şah dedı Aşıq sən mənim göndərdiyim karvanın bura
çatından neçə dəfə qabağın kəsibsən heç məndən qormadin
sənı bura çağrmaxda mənə hər əhvalatı danışıblar indı de
görüm mənən nə istirsən?
Adil şahım dada gəldim qapuva
Eşit ərz halım bəyana gəldim.
Ah – zar eyləyib hicran əlindən
Qula sitəm olub sultana gəldım.
Dostun baxcasında açıb qızıl gül
Dolanar başına şad olar bülbül
Atəş kanarında yanır mürı dil
157
157
iran aşıqlarının dastanları
Necə pərvanələr şövlayə gəldim.
Qaşlarun çəkilıb səddi bismellah
əlrəhman surəsi nəsr minəllah
gül üzuvu gördüm əlhəmdulellah
xəstə könlüm sənə dərmanə gəldim.
Qəmlı könlüm bol eyliyib azarı
Eşq əhlinə sənki saldin nəzərı
Ismayil qurbanı mina bazarı
Fəğir Abbas bugün qurbana gəldım.
Aşıq abbas gördu bunun sözlərindən şah abbasın xoşu
gəldı. Şah dedı Aşıq oxu göndərdim gülgəzidə gətirsinlər
məclisə. Aşıq abbas oxunaxda dı ama gözləridə pərdədədi
ki görüm gülgəz gələcək. Amma gülgəzdə gəlıb Aşıq
abbasa qulaq asır gülgəz gördü əmoğlusu dəryakimi coşur
pərdəni bir balaca kanara vırıb bular bir- birlərin üzlərini
gördülər. Burda gülgəz qaşınan gözünən əmoğlusuna
qandırırkı ay evin yıxılsın yalvar o sözləriki sən deyirsən
şah başa düşsə sənı öldürər amma Aşıq abbas başa düşmədi
gülgəzin ki qaşlarını gördü götürüb belə dedı.
Dərs almamış açdı kitab oxudu
Möhtac deyil bir ustaya qaşların.
Təzə çıxıb kamandarın əlindən
Bənzər üç gecəlık aya qaşların.
Dan ulduzu kimi elə çıxıbsan
Dostları ilə paylaş: |