ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə42/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   38   39   40   41   42   43   44   45   ...   204

171

 

 



171

 

iran aşıqlarının dastanları    



 

 

 



istəyirəm  ata-anası  vermək  istəmiyib  məndə  adam 

göndərmişəm  gətiriblər.  Və  bu  əmisi  oğluda  yanımdadı. 

Gülgəz deyib mən Şah Abbasa getmək istiyirəm ama Aşıq 

Abbas  əl  çəkmiyib  oda  qoşulub  kecaveynən  gəlıb  məndə 

cavan  Aşıq  olduğuna  gğrə  xatırına  dəyməmişəm  demişəm 

qalar-qalar  peşman  olar  qayıdar  öz  məmləkətinə  .  indi 

baxın mənim məmləkətimdə ədalatə.bu nimayəndə dedı qız 

hardadı? Biz istirik qızdanda soruşax?  

Şah  Abbas  dedi  vəzir  bir  tədbir  tök  nə  etməliyik?  Vəzir 

dedi  istiyirsiz  həqiqəti  biləsiz  o  əmisi  oğlundan  utanar, 

gəlin  gezı  belə  imtahan  eliyin.  Iki  alma  yazın  birinin 

üstündə  yazın  Şah  Abbas  ,  birinin  üstündədə  yazın  Aşıq 

Abbas  o  almaları  pərdənin  o  üzündə  verək  Gülgəz  pəriyə 

diyək  hansı  Abbasa  getmək  istəyirsən  o  almanı  götür  gəl 

məclisə.  O  bir  alma  əlində  gələcək  kimi  istəsə  bax  elə 

edərik.  Elə  elədilər  elə  pərdənin  o  üzünə  gedən  kimi  Aşıq 

Abbasın almasını götürdülər yerinə bir cam zəhr  verdilər 

Gülgəz.  Dedilər  Gülgəz  şah  abbas  sənə  elçilik  alması 

göndərib almanı gotürüb məclisə gəlırsan ya zəhri içirsən? 

Tez qərar ver məclıs sənı gözlüyür. 

Gülgəz  pəri  həm  zəhrı  götürdü  həm  almanı.  Elə  burda  

xəyanət Aşıq Abbasa əyan oldu. Aşıq Abbas  gördü gülgəz 

əlində  Şah  Abbasın  alması  içəriyi  girsə  daha  heç  kimi 

inandıra  bilmiyəcə.  Bu  zaman  Aşıq  Abbas  saz  əlındə  tez 

durdu ayağa . dedı ağalar icazə verin sinəmə bir neçə söz 

gəldi gülgəz içəri gəlincən mən o sözlərimi deyim. 

Burda görək haq Aşıqı Aşıq Abbas dədeyir. 

 

Qadır allah bəd zəmanə gəlıbdı 



Kəs kəs Qara bağrım közə tutarlar. 


172

 

 



172

 

iran aşıqlarının dastanları    



 

 

 



Dünyanın işləri məkr zənandı 

Qiyamət pərdəsin üzə tutarlar. 

 

Şeydabülbül gül üstündə oxuyar 



Beş barmağı yüz rəkli pər toxuyar 

Yoxsul gedib loğman dərsi oxuyar 

Varlının sözünü sözə tutarlar. 

 

Abbas xaın deyil onu  əmin bil 



Qiyamət günündə olarsan zəlıl 

Nuh kimi yaşasan min doqquz yüz il 

Axırda beş ərşin bezə tutarlar. 

 

Bu nimayəndələrdən biri dedı oğul Abbas gənə sözun var? 



Amma  bu  tərəfdədə  Gülgəz  pəri  hirsindən  almanı  elə 

sıxırkı  az  qalır  barmaxların  doğrasın.    Amma  bu  tərəfdə 

Abbas deyır bəlı ağalar qulağ asın görun nə deyirəm. 

 

 



Məclisə varanda motrıb xoş xan 

əlində badəsi nəsaqim eylər. 

Zovq alır əlindən gərdişi dövran 

Firsət azalıbdı nə  saqimeylər 

 

dostun baxçasında qızıl almala 



yüz min eşvə ilə canım al mala 

necə gəlsin zəhər canım almasın 

doğram doğram oldu nə saqimeylər 

 

bülbül oxur güldə ötəndə 




173

 

 



173

 

iran aşıqlarının dastanları    



 

 

 



canım o cananda  canım o təndə 

bu fəğir Abbasn  canı ötəndə 

təbib yox çarəsiz nə saqım eylər. 

 

Bu  sözlər  qutaran  kimi  Aşıq  Abbas  dedı  ay  aqalar  icazə 



verin  mən  sizdən  bir  xahişim  var  siz  razi  olmayın  gülgəz 

bu  məclisə  gəlsin  mən  heçnədən  gileyli  və  ya  narahat 

deyiləm  və  mənədə  bir  kimsə  nə  zülm  flıyib  nədə  bir 

kəsdən  şikayətim  var.  Çah  Abbas  bu  sözləri  eşidəndə  lap 

mat qaldı özü – özündən xıcalat çəkdi dedı bax bu Aşıqın 

güzəştinə  məni  bu  nimayəndələrin  yanında  gör  nəqədər 

başımı uca elədi . çah daha dözə bilmiyib durdu haq Aşıqı 

Aşıq  Abbasın  boynunu  qucaxladı  dedı  oğul  mən  belə 

bilmirdim  həqiqətən  sən  haq  aşığısan  sənə  söz  verirəm  və 

sabahdan  sənun  əmi  qızun  Gülgəz  pərininəlini  verəciyəm 

sənun əluva və elə burdada toyuvu özüm edəciyəm və səni 

böyük bir karvanan Tufarqana yola salacıyam getməsəndə 

burda  qala  bilərsə.  Bu  zaman  Aşıq  Abbas  dedı  şah  sağ 

olsun  onda  icazə  ver  mən  bir  neçə  kəlmədə  deyim 

sözlərimi  bu  üzaxdan  gələn  qonaxlarun  eşıdsin.  Burda 

görək abbas daha nə deyir. 

 

Bar ilahim qismət eylə 



Yaxşı yoldaşınan məni. 

Mən ona can qıyan olsam 

Obilsin başınan məni. 

 

Ağladırsan güldürürsə 



Eynim yaşın sildirirsə 

Gündə yüz yol öldürürsən 




174

 

 



174

 

iran aşıqlarının dastanları    



 

 

 



O gözü qaşınan məni. 

 

Abbasam bax budur  ahım 



Dada yetər qıblə gahım 

Qəzəb edər gözəl şahım 

El döyər daşınan mənı 

 

Bu  dastan  burda  başa  çatdı.  Şah  Abbas  haq  aşığı  Aşıq 



Abbasın  yerdən  –  göydən  xəbər  verməyini  öz  gözüynən 

görəndən sonra  öz çirkin işlərindən əl götürüb başladı xeyr 

əməllər düz yola getməyə. Və haq aşığı Abbasın əlini verdi 

gülgəzin əlinə və gülgəzində əlin verdi Aşıq Abbasın əlinə 

özü o iki sevgiyə xeyir duva verıb yolladı bax evinə . bizdə 

burda  bir  arzı  edək  ki  bütün  istiyənlər  bir-birilərinə 

qovuşsunlar və cavanlərımız xoşbəxt olsunlar. Ammin.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə