180
180
iran aşıqlarının dastanları
və əmrində ola, bunlara nə əmr edirsən? Şeyx Heydər dedi:
Əvvəl de görüm sənin adin nədir? Bu sonra gələn quş dedi:
Hökmdar! Mənim atam, anam nəzir eləyiblər ki, məni 5
adinan çağırsınlar. Bir il Məhəmməd, bir il Əli, bir il
Həsən, bir il Hüseyn. Şeyx Heydər dedi: Bəs biri nədir? Bu
quş dedi: O birisini “Haqq aşığı Qurbani deyəcək. Dedi ki,
hökmdar, məni o aşığa tapşır. Bunu deyib deməmiş göy
üzünü bir dəstə quşa oxşar heyvanlar aldılar. Bunların
quyruqlarından, qanadlarından od-alov yağa-yağa gəldilər
bütün bu gözəl quşları vurdular qırdılar. Bu quşların qaçanı
qaçdı, öləni öldü qan su yerinə axdı. Bu üç quşu da
qovalayıb saldılar bir qəfəsə və bir azdan sonra başladılar
bunları da öldürməyə. Amma şeyxin yaxasından çıxan quş
onların əllərindən
qurtarıb qaçdı. Bu zaman şeyx Heydər yuxudan ayıldı. Bir
neçə gün bu yuxunun fikri ilə dolandı. Amma bir yerə
çatdıra bilmədi. Naçar qalıb gəldi anasının yanına. Yuxunu
anasına deyən kimi anası dedi: Oğul! Mən bu yuxunu
bilirəm. Amma sənə bir sözüm var. Yuxuda adı çəkilən
haqq aşığı Qurbanini tap. O bu yuxunu məndən yaxşı
yozacaq və onun sənə çox köməyi çatacaq. Amma bir şərt
var ki, o deyənə baxasan. Şeyx Heydər macal verməyib
adamlar
göndərib
bütün eli, mahalı kəndbəkənd,
şəhərbəşəhər gəzdilər. Nəhayət, Qurbanini tapıb gətirdilər
Şeyx Heydərin yanına. Qurbani saraya girən kimi Şeyx
Heydər aşığın pişvazına çıxıb onu çox böyük ehtiramla
saraya gətirdi. Qurbani ilə bir xeyli söhbətdən sonra Şeyx
Heydərə bəlli oldu ki, bu Aşıq həqiqətən haqq aşığıdır.
Bunun üzündən, gözündən, danışığından nur tökülür. Şeyx
181
181
iran aşıqlarının dastanları
Heydər öz aləmində fikirləşdi ki, yaxşısı budur mən bunun
ustadinı və
doğulduğu yeri də bundan soruşum, sonra əsl mətləbi buna
deyərəm. Şeyx Heydər dedi: Aşıq! Olar deyəsən görək sən
haralısan, sənin ustadin kimdir? Görək burda Qurbani
özünü Şeyxə necə təqdim edir:
Sazımın, sözümün, haqq kalamımın,
Nıtqımın muradı Əlidir, Əli.
Gözümün didəsi, quşumun səsi,
Dilimin fəryadı Əlidir, Əli
Üz tutub asimana çağırdım Heydər,
Yol açıb gəl dedi saqiyi-kövsər.
Yeddi qat göyləri gəzdim sərbəsər,
Ruhumun qanadı Əlidir, Əli.
Otuz cüzv Quranı, elmi-nihanı
Mənə bəxş edibdi Kərəmin kanı.
Yerim Dirilidi, adım Qurbani,
Ustadlar ustadı Əlidir, Əli.
Bu şeiri deyib qurtarandan sonra Qurbani dedi: Şeyx sağ
olsun, məni bura çağırmaqda mətləb-muradin nədir, məni
bura nəyə görə cağırmısan? Şeyx Heydər gördüyü yuxunun
bir qismətin açıb Qurbaniyə deyəndə, haqq Aşığı Qurbani
dedi: Hökmdar, dayan, o yuxunun qalanını da mən deyim!
Qurbani yuxunun qalanını açıb
deyəndə hökmdar lap mat qaldı. Dedi: Qurbani, bu yuxunu
sənə kim dedi? Qurbani dedi: Hökmdar, 5 gün bundan
182
182
iran aşıqlarının dastanları
əvvəl o yuxunu sənə göstərən mənə də göstərdi. Bu zaman
Şeyx Heydər qalxıb haqq Aşığı Qurbaninin əllərini öpüb
oturdu taxtında. Dedi: Qurbani, indi ki, sən də o yuxunu
görübsən, onda bu yuxunu yoz, görüm bu yuxunun mənası
nədir. Qurbani dedi: Şeyx sağ olsun, o üç quş sənin
oğlanlarındır. Allah sənə üç oğlan verəcək. Böyüyünün
adinı Sultanəli, ondan kiçiyinin adinı İbrahim qoyarsınız.
Ancaq üçüncünün adinı bir il Məhəmməd, bir il Əli, bir il
Həsən, bir il də Hüseyn çağırarsan. Beşinci ilə keçəndə
onun adinı mən qoyacam. Amma bu sözləri bir sən, bir
mən, bir də Yaradan bilməlidir. Şeyx Heydər dedi: Bəs
yuxunun qalanı nə oldu? Qurbani dedi: Birini də deyirəm.
Yaxşı yadinda saxla, o quş ki yaxandan çıxıb bütün quşları
topladı bir yerə, o oğlun bir misilsiz igid olacaq, bütün
ölkədə birlik yaradacaq və böyük bir dövlət quracaq.
Heydər dedi: Qurbani, yuxunun qalanı nə olacaq? Dedi:
Qalanını, Allah xeyirliyə gətirsin, bir neçə ildən sonra
deyərəm. Bu zaman Şeyx Heydər əmr verdi,
bütün vəzir, vəkil cəm oldular. Dedi: Camaat! Mən bundan
sonra Qurbanini özümə birinci məsləhətçi götürürəm,
bundan sonra Qurbani nə desə, onun əmri mənim
əmrimdir. Qurbani bundan sonra sarayda qalmaqda olsun,
Şeyx də əmr verdi ki, bir Saz məktəbi açılsın. Məktəb
açıldı və Qurbani başladı orda şagird yetişdirməyə. Bütün
sarayda olan oğlan və qız uşaqları Qurbaninin məktəbinə
gəlirdilər və Qurbanidən saz-söz dərsi alırdılar. Aylar, illər
bir-birinin dalınca ötüşməkdə idi. Bir gün xəbər gətirdilər
ki, Şeyx Heydərin bir oğlu olub. Onun adinı Sultanəli
qoydular. 3 ildən sonra bir oğlu da dünyaya göz açdı.
Bunun da adinı qoydular İbrahim. 2 ildən sonra üçüncü
183
183
iran aşıqlarının dastanları
oğlu dünyaya gəldi. Bunun adinı bir il Məhəmməd, bir il
Əli, bir il Həsən və bir il də Hüseyn çağırdılar. Şeyx
Heydərin oğlanlarının üçü də zamanında Qurbaninin
məktəbinə gəlirdilər və Qurbanidən saz, söz dərsi alırdılar.
Amma Heydərin kiçik oğlu Qurbaninin ağzından çıxanı,
barmağından qopanı bir-bir və yerbəyer götürürdü. Bunun
bu istedadina Qurbani heyran qalmışdı. Bəzən Qurbanidən
gözəl şeirlər deyib və saz çalırdı. Bu uşaq çox ayıq-sayıq
idi. Bir gün o, atasına sual verir ki, ata, nəyə
görə məni hər il bir adinan çağırırsınz. Bunun sirri nədir?
Atası deyir: Oğul, o sirri saz-söz ustadin Dədə Qurbanidən
soruş. Oğlan gəlir Qurbanidən cavab almağa. Qurbani
deyir oğul, bir aydan sonra sənin ad qoyma mərasimin
olacaq, ondan sonra sənin adin dəyişilməyəcək. Mən onun
səbəbini və sirrini sənə vaxtı gələndə deyəcəyəm. Bir
aydan sonra Şeyx Heydər əmr verdi. Bütün vəzir-vəkil,
xanlar-xaqanlar cəm oldular bir yerə. Məclis quruldu,
yemək-içmək, çal-çağir idi. Gecə yarıdan keçən vaxtı bir
nəfər qalxıb dedi ki, hökmdar, bu məclis nə munasibətlə
qurulub? Bunun səbəbi nədir? Şeyx Heydər dedi: Camaat
siz, bilirsiz ki, mənim kiçik oğlumun adı rəsmən bəlli deyil.
Onu hər il bir adla çağırırıq. Amma bu gün onun rəsmi
adinı siz biləcəksiniz. Dedilər oğlanın adı nə olacaq və
adinı kim qoyacaq? Şeyx Heydər dedi: Baxın görun kim
gəlır. Bu zaman Dədə Qurbani ağ geyimdə, əlində də saz
içəriyə daxil oldu. Qurbani camaatı ayaq üstə görüb dedi
oturun. Hamı oturdu. Məclisə bir sükut hakim olmuşdu ki,
elə bil məclisdə bir nəfərdən artıq adam yox idi. Hamının
gözü, qulağı Dədə Qurbanidə idi ki, görək oğlanın adinı nə
Dostları ilə paylaş: |